Cümə günü, 18 sentyabr 2026
     

Psixoloq xidmətlərinə bu qədər pul xərcləməyinə dəyərmi - Azərbaycanda qiymətlər...

Image


Azərbaycanda psixoloji xidmət ən bahalı sahələrdən biri kimi özünü göstərir. Bu gün nəinki ölkəmizdə, eləcə də bütün dünyada psixoloqa ciddi ehtiyac duyanların sayı günü-gündən artmaqdadır. Onu da deyək ki, əksər ölkələrdə psixoloji xidmət bahalı sahələrdən biridir. Bu da ondan irəli gəlir ki, bu sahəyə tələbat böyükdür.

Ölkəmizdə demək olar hər addımbaşı psixoloq kabinetlərinə, psixoloji xidmət mərkəzlərinə rast gəlirik. Özünə “psixoloq” deyənlərin sayı da kifayət qədərdir. Kənardan baxanda belə görsənir ki, sanki bəzi adamlar bu sahəyə məhz pul qazanmaq naminə gəlib. Faktdır ki, Azərbaycanda psixoloqların  konsultasiya qiyməti çox bahadır. Qiymətlər 40-50 manatdan başlayır, 300-400 manatda bitir. Bəziləri bir seans üçün 80-100 manat alır, hətta bir seansa 400 manat alan psixoloqlar da var.

Statistikaya görə, psixoloq Samirə Bağırovanın 1 seansının qiyməti 100 AZN, Narınc Rüstəmova 1 seansı 80 AZN, Vəfa Əkbər 1 seansı 50 AZN, Elnur Rüstəmov 1 seansı 50 AZN, Elmir Əkbərin qəbulunun 45 dəqiqəsi 70 AZN-dir.

Psixoloqlara bu qədər pul xərcləməyə dəyərmi, bunun nəticəsi olurmu? Ümumiyyətlə Azərbaycanda psixoloji durumla mübarizədə psixoloqların əməyi nə dərəcədə səmərəlidir?

  • Lalə Mehralı: “Bizim ölkədəki psixoloqlar bu qiymətə dəyəcək psixoloji dəstək də göstərmirlər”

Sosioloq-jurnalist Lalə Mehralı bizimlə söhbətində bildirdi ki, bu psixoloqların qiyməti Azərbaycan reallıqlarına uyğun deyil: “Hesab edirəm ki, psixoloqların bu qiymətlərə pasient qəbul etmələri bizim ölkənin reallıqlarına uyğun deyil. İnsanlar minimum əməkhaqqından bir qədər çox əməkhaqqı alırlar. Normal psixoloji yardım almaq üçün ən azı 10 seans davamlı getmək lazımdır. Bu kimi halda, əgər 50 manatdan hesablasaq, 10 seansa 500 manat pul tələb olunur. Yəni insanlar bir aylıq maşını aparıb psixoloqa verə bilmirlər. Hətta bunu istəsələr gərək qidalanmaya, digər zəruri məsələlərə ayrılan vəsaiti də psixoloqa getsin. Belə olduqda isə insanın psixoloqa gedib-getməməyinin heç bir fərqi olmur, psixoloji yardımın heç bir nəticəsi olmaz. Adam yenə pis vəziyyətə düşəcək. Bir tərəfdən problem həll olunsa da, başqa tərəfdən problem ortaya çıxacaq, maddi problem yaranacaq. Hesab edirəm ki, bizim ölkədəki psixoloqlar bu qiymətə dəyəcək psixoloji dəstək də göstərmirlər. Əksəriyyətinin qəbulunda olmuş insanlar sosial şəbəkələrdə yazırlar. Əvvəlki dövr deyil ki, insanlar hər hansı məsələ barədə məlumat ala bilməsinlər. İndi hamının əlində ağıllı telefon var, hamının internetə çıxışı var, öz fikirlərini, rəylərini asanlıqla paylaşa bilirlər. Paylaşılan rəylərdən müşahidə etmişəm ki, psixoloji dəstək yetərsiz sayılır, qənaətbəxş deyil. Yəni insanlar onların verdiyi psixoloji dəstəklə özlərini tamamlaya bilmirlər. Halbuki, insanlar ora tamamlanmaq, psixoloji yardım almaq ümidi ilə gedirlər, amma o yardımı ala da bilmirlər. Əksəriyyəti ödədiyi pula heyfsilənir. Söhbət adları qeyd edilən psixoloqlardan getmir. Ümumilikdə danışıram. İnsanlar ümumiyyətlə psixoloji xidməti yetərsiz hesab edirlər. Təəssüfləndirici haldır ki, bizim ölkədə psixoloqların şoxu qeyri-ixtisas sahibləridir. 3-5 aylıq təlim keçib sertifikat əldə edib “psixoloji yardım göstərirəm, psixoloqam” deyənlərin,  özünü reklam edən “uzmanların” da sayı çoxalıb. Ona görə, əgər peşəkar olarsa dəstəkləmək olar. Peşəkarları necə müəyyən edəcəyik? Çox təəssüf ki, bizim ölkədə peşəkar və qeyri-peşəkar anlaşılmadığı üçün o məbləği küçə atmaqla psixoloqa vermək eyni səviyyədədir. 10 seans psixoloq qəbulunda olan insanlar var ki, heç nə əldə edə bilməyib. O pulu aparıb ora verməklə cırıb atmaq arasında heç bir fərqi yoxdur”.

L.Mehralı hesab edir ki, özünü reklam edilən bu cür psixoloqların köməyindən istifadə edənlər adlarını anonim şəkildə yazırlar, psixoloji problemlərinin olduğunu başqalarının bilməsini istəmirlər. Onlar anonim şəkildə yazalar da onların psixoloji problemləri aydın görsənir və psixoloqa xərclənən pul da boşa gedib: “Pulunu verib əvəzində dəstək ala bilməyibsə, pasient psixoloqu necə tərifləyə bilər?”.

  • Könül Vaqifqızı: “Psixoloji yardıma xərclənən vəsait boşuna getmir”

Psixoloq Könül Vaqifqızı isə hesab edir ki, başqa ölkələrlə müqayisədə Azərbaycanda qiymətlər elə də baha deyil. O qeyd etdi ki, ölkəmizdə peşəkar psixoloqlar da var: “Bu gün Azərbaycanda peşəkar psixoloqlar var və hesab edirəm ki, onların göstərdiyi xidmət qənaətbəxşdir. Düzdür, bu sahədə qeyri-peşəkarlar da var, amma peşəkarlar da yox deyil. Ölkəmizdə psixoloqa müraciət edən pasientlərin sayı çoxdur. Təəssüf ki, bəzi hallarda insanlar reklamlara uyub təsadüfi adamların yanına gedirlər. Bu hallar da olur. Amma adları çəkilən psixoloqlar kifayət qədər peşəkardır. Hesab edirəm ki, peşəkar psixoloqa ödənilən pula heyifsilənmək olmaz. İnsanlar psixoloqlardan fayda da görürlər. Ölkədə psixoloji yardıma xərclənən vəsait boşuna getmir. Psixoloqların əməyini səmərəli sayıram və fikrimcə, insanlar peşəkarları seçməlidir”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

18.09.2026 / 15:28
Ukrayna Rostovda hərbi aerodromu ikinci dəfə vurdu - üç qırıcı və üç hərbi helikopter məhv edildi…

18.09.2026 / 15:03
"Yeni Parti" ad dəyişməsi tələbilə üz-üzə - Özəl "...dəyişməyəcəyik" deyir...

18.09.2026 / 14:53
Ermənistandakı Rusiya şirkətləri təhlükədə - Moskva İrəvana xəbərdarlıq etdi…

18.09.2026 / 14:52
"Kurtlar Vadisi"ndəki "Erdoğan" yazılı məzar daşı istintaq materiallarına əlavə edildi - İlginc...

18.09.2026 / 14:43
Pakistanda məscid yaxınlığında güclü partlayış - 15 nəfər həlak olub

18.09.2026 / 14:38
Alban-Udi xristian dini icması Ermənistanın revanşist münasibətini pislədi

18.09.2026 / 13:52
ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd qabaqcıl F-35 qırıcı təyyarəsi satacaq - Çinə rəğmən…

18.09.2026 / 13:32
Paşinyan Rusiyaya rəsmən qapını göstərdi - Bizə sizin bazanız lazım deyil… bizi hədələməyin…

18.09.2026 / 13:08
“ASAN xidmət”də Milli Musiqi Günü qeyd olunub

18.09.2026 / 12:33
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX

18.09.2026 / 12:30
İran Hörmüzdən keçməyə çalışan daha bir tankeri vurdu…

18.09.2026 / 12:16
“Məhəllə dərslərindən ölkə arenasına” — Teacher Haydar ilə müsahibə.

18.09.2026 / 12:10
BŞDYPİ Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar hərəkət iştirakçılarına müraciət etdi

18.09.2026 / 11:12
Hikmət Hacıyev Almaniya səfiri ilə ikitərəfli münasibətləri müzakirə etdi

18.09.2026 / 11:05
Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlandı

18.09.2026 / 10:40
DTX beş ölkədə antiterror əməliyyatları keçirdi, 11 nəfər saxlandı - VİDEO

18.09.2026 / 10:27
SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

18.09.2026 / 07:02
Putin beynəlxalq korporasiyaların Rusiyadakı aktivlərini milliləşdirdi - “Auchan”, “Nestle”…

18.09.2026 / 06:56
Rusiyada Duma seçkilərinə start verildi - Yabloko seçkiyə buraxılmadı

18.09.2026 / 06:14
İranın TRİPP üçün iki şərti varmış - səfirdən açıqlama

18.09.2026 / 06:14
İranın TRİPP üçün iki şərti varmış - səfirdən açıqlama

17.09.2026 / 22:44
Trampa impiçment tələbləri getdikcə daha təhlükəli şəkil alır...

17.09.2026 / 22:18
Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

17.09.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfərinə dair görüntülər paylaşılıb

17.09.2026 / 21:51
25 manatlıq internet paketi abunəçilərin ən ucuz seçim şansını məhv edir... Narazılıq...

17.09.2026 / 21:35
Ursula Lyayen Orta Dəhlizin şaxələndirilməsinə 12 milyard avro ayırdı...

17.09.2026 / 21:17
“Ölkədə boş mənzillərin olduğu 10-larla yaşayış məntəqəsi var” - Paşinyan illər öncə Əliyevin sözlərini təsdiqlədi...

17.09.2026 / 21:01
Ermənilər öz tarixçiləri Orbelinin Qarabağ toponimlərinə aid kitabını məqsədli məhv etdilər...

17.09.2026 / 20:43
İlham Əliyev dini liderlərlə görüşdə Xətai düşmənlərini də vurmağı unutmadı...

17.09.2026 / 20:25
Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

17.09.2026 / 20:12
Rusiya Ermənistana qarşı apokalipsis ssenarisini işə salır - İrəvanın ümidi Azərbaycanadır...

17.09.2026 / 19:44
Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

17.09.2026 / 19:21
Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

17.09.2026 / 19:04
İlham Əliyev “sanksiyabaz Qərb”in ikiüzlü Ermənistan siyasətini yenə ifşa etdi...

17.09.2026 / 18:48
Dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılacaq...

17.09.2026 / 18:42
Səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirilib

17.09.2026 / 18:38
Avropa ABŞ-ı “qızıl damarı”ndan vurur - sarı metal Amerikadan geri alınır...

17.09.2026 / 18:24
Ermənistanda daşnaklar Paşinyan üçün əsas təhlükə iddialarını yenidən ortaya qoyur...

17.09.2026 / 18:04
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

17.09.2026 / 17:45
Düşmənin üzərinə Şuşaya qədər yeridi – şəhid Elnur Allahverdiyev...

17.09.2026 / 17:10
Hacıqabulda oğurluq edən şəxs saxlandı

17.09.2026 / 16:44
Gələn il İslam Zirvəsinə qədər Azərbaycanın əsas dövlət strategiyası müəyyənləşdi...

17.09.2026 / 16:23
"BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq" - Prezident

17.09.2026 / 16:19
Yeni tədris ili Astara Pedaqoji Kollecinə uğurlar, yeni nailiyyətlər və böyük təhsil zirvələri gətirsin...

17.09.2026 / 16:17
Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

17.09.2026 / 16:14
"Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir" - Prezident

17.09.2026 / 16:04
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ