Biz koronavirusla bağlı yeni bir dalğanın başlanğıcındayıq. Bu dalğa uzunmüddətli olmayacaq. Trend xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
"Yaxın zamanlarda yoluxma saylarında artımların şahidi olacağıq. Yoluxmaların daha çox, karantin qaydalarının sərt olduğu vaxtlarda bizdə formalaşan davranış qaydalarına əməl etməliyik", - infeksionist qeyd edib.
T.Eyvazov deyib ki, maska taxmaqla ətrafdakı insanları qorumuş oluruq: "Qapalı məkanlarda 75 faiz insanın maska taxması nisbətən qoruyuculuğun armtası deməkdir. Bir nəfərin maska geyinməsi problemin həlli deyil. Maskadan düzgün istifadə olunmalıdır. Xüsusən də, maska üzə kip formada yapışmalıdır. Maskayla üz dərisi arasında boşluq olmamalıdır. Maska həm də yolxuculuğun dərəcəsini azaldır. Viruslar maskaya hopur və daha az virus qəbul etmiş oluruq. Yəni maskanın düzgün seçilməsi və istifadə olunması vacibdir", - ekspert vurğulayıb.