çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Bakı Ali Neft Məktəbində Məzun Günü keçirilib - FOTO

Image


 

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) növbəti Məzun Günü keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov əlamətdar gün münasibətilə məzunları təbrik edərək onlara gələcək həyat və peşə fəaliyyətlərində uğurlar arzulayıb.

Rektor qeyd edib ki, yüksək bal toplayaraq Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanmış, burada peşəkar kadr kimi yetişmiş tələbələrin məzun olmaları sevindirici haldır: “Bakı Ali Neft Məktəbi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” çağırışının bariz nümunəsidir. Fəaliyyətə başladığı gündən Ali Məktəbimiz yüksəkixtisaslı, ingilisdilli peşəkar kadrlar hazırlamaq missiyasını uğurla yerinə yetirir. Bizim tələbə və məzunlarımız yüksək intellekt, bilik və bacarıqlara malik gənclərdir. Artıq bakalavr səviyyəsi üzrə altıncı, magistr səviyyəsi üzrə dördüncü məzun buraxılışını həyata keçiririk. Böyük qürur və fəxarət hissi ilə bildirirəm ki, Ali Məktəbimizin məzunları SOCAR-ın və ölkənin müxtəlif sənaye müəssisələrində, eyni zamanda transmilli şirkətlərdə çalışaraq iqtisadiyyatın, sənayenin inkişafına töhfələr verir, dünyanın nüfuzlu ali məktəblərində təhsilini davam etdirir, nəhəng şirkətlərdə Azərbaycanı layiqincə təmsil edirlər. Təhsil aldıqları müddətdə uğurlar qazanaraq, peşəkar ingilisdilli kadrlar kimi yetişən daha bir qrupumuz – bakalavr və magistratura üzrə ümumilikdə 168 tələbə - təhsil dövrünü tamamlayaraq karyera və növbəti təhsil addımlarının təməlini qoyur. Əminəm ki, BANM-in builki məzunları da əvvəlki məzunların uğurlarını davam etdirəcək, Azərbaycanın intellektual əsgərləri olaraq ölkəmizi və Ali Məktəbimizi layiqincə təmsil edəcəklər”.

Rektor əlavə edib ki, artıq bu ilki məzunlar növbəti  təhsil pilləsi və karyera sahəsində ilk uğurlarını qazanıblar: “Ali Məktəbin bu ilki məzunlarından 31 nəfəri SOCAR-ın 8 müəssisəsində işə qəbul olub. Ölkəmizdə fəaliyyət göstərən xarici və yerli şirkətlərdə işə qəbul olan tələbələrin sayı 20-yə yaxındır. Məzunlarımızın diplom almadan işə qəbul olunmaları, nüfuzlu ali təhsil müəssisələrinə təqaüd qazanmaları Azərbaycan dövlətinin qayğısının, SOCAR-ın yaratdığı şəraitin və Ali Məktəbimizin fədakar professor-müəllim heyətinin əməyinin, tələbələrimizin zəhmətinin göstəricisidir. MBA proqramında təhsil alan tələbələrimizin 90%-i çalışır. Məzunlarımızdan təxminən 40 nəfəri təqaüd qazanaraq dünyanın nüfuzlu ali təhsil ocaqlarında təhsil alacaq. Bu məzunların 5 nəfəri ABŞ universitetlərinə tam təqaüdlə doktorantura pilləsinə qəbul olub, 10 nəfəri Almaniya universitetlərində təhsillərini davam etdirəcək. Almaniya universitetlərinə qəbul olan tələbələrimizin 7-si DAAD proqramının təqaüdünü qazanmış tələbələrdir”. 

Tədbirdə çıxış edən SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə məzunları təbrik edərək onlara uğurlar arzulayıb. O, tələbələrin BANM-də peşəkar kadrlar kimi yetişdiyini və burada aldıqları bilik və bacarıqların həyatlarının növbəti mərhələsində böyük rol oynayacağını bildirib.

Məzunları təbrik edərək onlara uğurlar  arzulayan təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında bildirib ki, Bakı Ali Neft Məktəbi qısa müddət əvvəl fəaliyyətə başlamasına baxmayaraq ilk gündən uğurlar əldə edib, böyük nüfuz qazanıb. Nazir müavini BANM-in Fərqlənmə diplomu ilə bitirən məzunların sayına görə də yüksək göstərici əldə edərək ölkə ali təhsil müəssisələri arasında seçildiyini qeyd edib. 

Sonra Bakalavr məzunları adından Kimya mühəndisliyi ixtisasının məzunu Güllü Hüseynli, Magistratura məzunları adından MBA məzunu, Ali Məktəbin Karyera və Tələbələrlə İş şöbəsinin müdiri Emil Aslanlı, əcnəbi tələbələr adından Kimya mühəndisliyi üzrə magistratura məzunu, perulu tələbə Belka Asevedo Lozano çıxış edərək BANM-in məzunu olmaqdan böyük qürur hissi keçirdiklərini vurğulayıb və onların gənc mütəxəssis kimi yetişmələrində, bilik və bacarıqlarının formalaşmasında böyük əməyi olan Ali Məktəbin rəhbərliyinə, fədakar müəllimlərə təşəkkürlərini bildiriblər.

Məzun Günü diplomların təqdimolunma mərasimi ilə davam etdirilib. Rektor Elmar Qasımov vurğulayıb ki, BANM bütün məzunlara diplomları məhz Məzun Günündə təqdim etmək ənənəsinə bu il də sadiq qalır.

BANM-in Kimya mühəndisliyi ixtisası üzrə məzunu Jalə Məmmədova, Neft-qaz  mühəndisliyi ixtisası üzrə məzunu Kənan Məmmədov, Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə məzunu Eyvaz Nəcəfli öz ixtisaslarının birincisi olublar. Magistratura pilləsi üzrə isə Taleh Həsənzadə  birinciliyi qazanıb. Onlar fəxri plaketlə təltif olunublar. Plaketlər Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri  Sadiq Qurbanov və BANM-in rektoru Elmar Qasımov tərəfindən təqdim edilib.

Daha sonra 2022-ci il məzun buraxılışı üzrə Ali Məktəbin birincisi olan Kimya mühəndisliyi ixtisasının tələbəsi Jalə Məmmədova adını rəmzi kötüyə həkk edib.

Tədbir əməkdar artist, tarzən Şəhriyar İmanov və ansamblının, həmçinin “Merry Band” qrupunun ifasında konsert proqramı ilə davam edib.

Məzun Gününün sonunda mantiya geyinmiş məzunların ənənəvi papaqatma mərasimi keçirilib.

Qeyd edək ki, 2021/2022-ci tədris ili üzrə Bakı Ali Neft Məktəbindən 107 bakalavr, 61 magistr məzun olur. Bakalavr səviyyəsi üzrə Neft-qaz mühəndisliyini 33, Kimya mühəndisliyini 42, Proseslərin avtomatlaşdırılması mühəndisliyini 32 nəfər, magistr səviyyəsi üzrə mühəndislik ixtisaslarını 13, MBA proqramını isə 48 tələbə bitirib.

Bu tədris ilində Fərqlənmə diplomu alan tələbələrin sayı 12 nəfərdir.

2021-2022-ci tədris ilində BANM-dən ümumilikdə 7 xarici ölkə vətəndaşı məzun olur. Onlar Kanada, Peru,  Nigeriya, Ruanda, Rusiya, Özbəkistan və Gürcüstan vətəndaşlarıdır. Bu tələbələrdən biri Azərbaycan Hökumətinin Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün ayırdığı qrant çərçivəsində (Peru), biri BANM-in ayırdığı təqaüd əsasında (Ruanda), biri (Çiçək Bayramova) SOCAR, digərləri isə öz hesablarına maliyyələşməklə təhsil almış xarici vətəndaşlardır.

Onlardan 1 nəfər Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə, 1 nəfər isə Kimya mühəndisliyi ixtisası üzrə bakalavriat səviyyəsinin, 3 nəfər MBA, 1 nəfər Kimya mühəndisliyi və 1 nəfər Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları üzrə magistratura səviyyəsinin məzunlarıdır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ