çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Qazilər, deyin Şah mənəm… - Mübariz Ağalarlı yazır

Image


Azərbaycan dövlətçilik tarixində Şah İsmayıl Səfəvi şəxsiyyətinin xüsusi yeri vardır. Anadan olmasının 535 illiyi tamamlanan bu dahi Azərbaycan hökmdarının özünəməxsus xüsusiyyətləri və keyfiyyətləri bütün dövrlər üçün böyük mənəvi etalondur.

Təbii ki, ilk növbədə Şah İsmayıl Xətai Azərbaycanın orta əsr dövlətçilik tarixində müstəsna xidmətləri olan bir şəxsiyyət kimi mühüm yer tutur. Şah İsmayıl 3,5 milyon kv.km-ə qədər hüdudları olan Azərbaycan Səfəvi imperiyasını yaratmaqla Azərbaycan xalqını imperiya yaradan xalqlar sırasına daxil etmişdi. Təəssüflər olsun ki, dünya tarixçiliyi azərbaycan türklərinin yaratdığı bu imperiyanı qeyri-türk mənsublu dövlət olaraq təqdim etməkdədir. Lakin əlimizdə olan tarixi qaynaqlardan göründüyü kimi, Səfəvi dövləti Azərbaycan hüdudlarında yaranan və Azərbaycan türklərinə məxsus olan bir dövlət idi.

Dövrün mənbələrində yer alan bilgilər və XVII əsr Azərbaycan tarixçisi İsgəndər bəy Münşinin "Tarixi-aləmarayi-Abbasi" əsərində qeyd olunan aşağıdakı məlumat bu dövlətin gerçək etnik və siyasi mahiyyətini ortaya qoymaqdadır. Münşi yazır: "Şirvan vilayətinin uca və məşhur qalalarından olan Gülüstan qalası mühasirəyə alındı. Mühasirə vaxtı qeyb aləmindən xəbər gətirən mələk o həzrətə (Şah İsmayıla) Azərbaycanın səltənət taxtına və padşahlığına yetişmək müjdəsi verdi... O həzrət əzəmətli əmirləri çağırıb onlara dedi: "Sizə Gülüstan qalası lazımdır, ya Azərbaycan taxtı?"

Münşinin əsərində əks olunan bu qiymətli məlumat eyni zamanda, XVI əsr tarixçisi Həsən bəy Rumlunun "Əhsənüt-təvarix", anonim müəllifin "Tarixe-Şah İsmayıl Səfəvi" əsərlərində və digər mənbələrdə də əks olunub.  

Tarixi qaynaqlarda verilən bu məlumatlar onu deməyə əsas verir ki, hələ Şah İsmayıl hakimiyyətə gələnə qədər Azərbaycan adlı dövlət mövcud idi və onun taxt-tacı (hakimiyyəti) İsmayıl Səfəviyə müjdə verilmişdi.

Qeyd edək ki, hətta XVI əsrə qədər də Azərbaycan dövlətinin mövcudluq faktını daha əvvəlki tarixi mənbələr də təsdiq edir. X əsrdə yazılan "Hüdud əl aləm" adlı coğrafiya əsərində qeyd olunur ki, "Ərdəbil şəhəri Azərbaycanın paytaxtıdır və Azərbaycan hökmdarları bu şəhərdə oturur". Övliya Çələbinin "Səyahətnamə"sində isə Qara Yusif və Uzun Həsən Azərbaycan padşahı kimi təqdim olunur.

Təəssüflər olsun ki, bir çoxları Şah İsmayılı qatı şiə təəssübkeşi, yaratdığı dövləti isə sırf şiə dövləti adlandırırlar. Lakin bu iddianın nə qədər yanlış olduğunu Şah İsmayılın öz şeirlərində görmək mümkündür. O, şeirlərinin birində özünü sufi adlandıraraq yazır. 

Xətaiyəm, bir halam,
Əlif üstündə dalam.
Sufiyəm təriqətdə,
Həqiqətdə abdalam.

Səfəvi dövrü tarixi qaynaqları heç bir halda Səfəvi dövlətini şiə dövləti, Şah İsmayılı isə şiə məzhəbçisi kimi xarakterizə etmir. Mənbələr dahi Azərbaycan hökmdarının hakimiyyətə gəldiyi zaman "İmamiyyə" məzhəbini yüksəltdiyini vurğulayır. Bu haqda Səfəvi tarixçisi Əmir Mahmud Xandəmir özünün "Tarix-i Şah İsmayıl və Şah Təhmasib" əsərində yazır: "... Müzəffər padşah məqsədinə çatdığına görə səltənət bayrağını dalğalandırdı, türkmanların (ağqoyunluların - M.A.) zülmünü həmin məmləkətdə aradan qaldırdı. Uzun müddət ərzində kölgədə qalan İmamiyyə məzhəbini yenidən yüksəldərək zahirə çıxartdı və məsum imamların (s) adlarını yenidən ucaldaraq onlara ziynət verdi... Həmin dövrdə Azərbaycan məmləkəti qazilərin qılıncının hesabına cahillərdən və təəssübkeşlərdən təmizləndi, haqq dini və on iki imam məzhəbi rəvac və rövnəq tapdı. Şah taxt-taca çıxmaqla zülm və əsarəti dünyada aradan qaldırdı və ədalət və ehsan qapılarını onun sakinlərinə və həmvətənlərinin üzünə açdı".

Şah İsmayıl Xətai şəxsiyyətinə ən dəqiq qiyməti Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu dahi Məhəmməd Əmin Rəsulzadə vermişdi. O yazırdı: "Uzun illər boyu ətrafındakı xalqlar arasında dərin nüfuza malik olan və Ərdəbildəki Şeyx Səfi ocağından çıxan Şah İsmayıl dövlətini qurmaq üçün hərəkətə keçir. Səfəvi dövlətinin rəhbəri həqiqətdə bir türk sufisi və azərbaycanlı bir  şairdi. Arxalandığı qüvvələr isə tamamilə türk boyları idi. Onun sadə bir türkcə ilə yazılan ilahiləri Azərbaycan hüdudlarını aşaraq bütün türk coğrafiyasının ruhuna hakim olmuşdur. Şah İsmayılın sarayı Azəri-türk ədəbiyyatının yaradıcı ocağı və bir akademiyası idi. Səfəvi sarayının rəsmi dili də türkcə idi. Qonşu dövlətlərə göndərdiyi məktublar türkcə yazılırdı. Səfəvi dövlətinin Osmanlılara göndərdiyi məktublar türkcə ikən, Osmanlı sarayının Səfəvilərə yazdıqları məktublar isə farsca idi. Çevrəsindəki türkdilli şairlər Şah İsmayıla "Türki-tacidar" deyə xitab edirdilər". 

Mövcud tarixi və ədəbi nümunələrə əsaslanaraq bu qənaətə gəlmək olar ki, Şah İsmayıl Səfəvinin yaratdığı Azərbaycan Səfəvi dövləti xürrəmilərin, hürufilərin, qızılbaşların uzun illər dini-siyasi həyatda mücadilə apararaq yaratdıqları bir Sufi Qızılbaş dövləti idi. Avropalı müəlliflərin Şah İsmayıla Böyük Sufi deyərək xitab etməsi, həmçinin, tarixi qaynaqlarda Səfəvi dövlətinin adının "Dövləti-Sufiyan", "Dövləti Qızılbaşan" adı ilə qeyd edilməsi bu deyilənləri təsdiq etməkdədir.

Şah İsmayıl eyni zamanda sufilərin, hürufilərin və digər təriqət mənsublarının himayəçisi olub. O, şeirlərinin birində yazırdı:

Şah Xətai, didarə bax,
Mənsur ipin boynuma tax.
Nəsimi oldu haqla hax,
O üzülən dərisidir.

Tarixi qaynaqlarda Şah İsmayıl şəxsi keyfiyyətləri haqqında olduqca maraqlı məlumatlar vardır. XVI əsr anonim müəllifin "Tarixi-aləmarayi-İsmayıl" əsərində Şah İsmayılın, "başına qırmızı tac qoymuş 14 yaşlı, şabalıdı saçlı, ağ üzlü və qoç baxışlı bir cavan" olduğunu bildirir. Şah İsmayılın müasiri olmuş italyan səyyahlar da dahi hökmdarın ağbəniz, yaraşıqlı, ortaboylu, enlikürək, şabalıdı saçlı və solaxay olduğunu qeyd edirlər. Sultan Səlim öz məktublarında Şah İsmayılı qədim türk hökmdarı Əfrasiyab (Alp Ər Tonqa) ilə eyniləşdirmişdi. XVI əsr Osmanlı təzkirəçisi Qınalızadə də Səfəvi şahını "Əfrasiyab-i mərəke-yi girudar" ("döyüş meydanının Əfrasiyabı") adlandırırdı.

Səfəvi dövrü mənbələrinə istinad edərək qeyd etmək olar ki, Şah İsmayıl zamanında qızılbaş ordusunun həyata keçirdiyi 100-ə qədər döyüş əməliyyatının təxminən 1/3 hissəsindən çoxu şəxsən Şah İsmayılın sərkərdəliyi altında aparılmış və o iştirak etdiyi döyüşlərdən yalnız birində - Çaldıran vuruşmasında məğlub olmuşdu. O, özünün peşəkar süvari ordusuna arxalanaraq, açıq döyüşü üstün tutur və rəqiblərini çox vaxt qədim türk savaş ənənələri əsasında məğlub etməyi sevirdi. Səhra döyüşlərində əsasən düşmənin səflərini qəti hücumla cinahlardan yarmaqla qələbə qazanmağa üstünlük verirdi. Həmçinin, geri çəkilməyi imitasiya edərək, düşməni pusquya salmağı nəzərdə tutan "Turan taktikası" və ya "qurd oyunu" adlanan hərbi taktikadan məharətlə istifadə edirdi. 

Yeri gəlmişkən, burada bir haşiyə çıxaraq qeyd edək ki, II Qarabağ savaşında Azərbaycan ordusu "Turan taktikası"ndan məharətlə istifadə etdi. 
Şirvanşah Fərrux Yəsara qarşı Cəbani, Ağqoyunlu Əlvəndə qarşı Şərur, Ağqoyunlu Murada qarşı Almabulağı düzündə, özbək hökmdarı Şeybani xana qarşı Mərv yaxınlığında və Osmanlı Sultan Səlimə qarşı Çaldıran səhrasında apardığı döyüşlər Şah İsmayılın ən böyük meydan müharibələri hesab oluna bilər.

Şah İsmayıl müharibədə şərəf və mərdliyi ən mühüm prinsiplər hesab edirdi. Çaldıran döyüşündən öncə toplanan hərbi şurada Səfəvi sərkərdələri Məhəmməd xan Ustaclı və Nurəli Xəlifə osmanlılar üzərinə gecə ikən basqın etməyi Şah İsmayıla bildirdikdə o, bunu qorxaqlıq adlandırıb "Mən karvanbasan quldur deyiləm!" - demişdi.

Şah İsmayıl odlu silahlara nifrət edir, "namərdin mərddən ayırd edilməsi və müəyyənləşdirilməsi üçün qılınc sıyırmağın" zəruriliyini vurğulayır, topdan və topxanadan istifadənin namərd işi olduğunu deyirdi. Görkəmli səfəvişünas Oqtay Əfəndiyev yazır ki, "I Şah İsmayıl zamanında Səfəvilər odlu silahın tətbiq edilməsini insanlığa zidd əməl və qorxaqlıq, cəsarətsizlik əlaməti hesab edirdilər". Dahi Azərbaycan hökmdarı heç vaxt məğlub etdiyi qoşunun arxasınca gedib onları təqib etməz və onların salamatlıqla qaçıb qurtulmalarına imkan yaradardı. "Aman vermək imandandır" - deyən Şah İsmayıl təslim olanları bağışlayır, hətta onları öz ordusuna qəbul edirdi. Şah İsmayıl hərbi əməliyyatlar aparılan ərazilərdə dinc əhalinin zərər çəkməsinə heç zaman imkan verməzdi.  

Dini ibadətə xüsusi fikir verən Şah İsmayılın İraqdakı Kərbəla, Nəcəf, Kazimeyn, Samirə ziyarətgahlarında, İmam Rzanın Məşhəddəki məqbərəsində xüsusi rituallar həyata keçirdiyi haqqında məlumatlar vardır. O, hətta Nəcəfdəki Həzrət Əli məqbərəsində saatlarla təkbaşına ibadət etmişdi. Bəzi vaxtlarda isə bütün gecəni oyaq qalaraq münacatla məşğul olurdu. 

Mənbələrdə Şah İsmayılın iki həyat yoldaşı barəsində məlumat vardır. Şah İsmayıl Əbdi bəy Şamlunun qızı (bəziləri mosullu tayfasından olduğunu qeyd edir) Taclı bəyimlə evlənmiş, bu nikahdan Təhmasib Mirzə dünyaya gəlmişdi. Bundan başqa, Şah İsmayıl Şirvanşah II İbrahim Şeyxşahın qızı ilə evlənmişdi.

Qaynaqlarda Şah İsmayılın 4 oğlu (Təhmasib, Sam, Əlqas, Bəhram) və 5 qızı (Xanişbəyim, Pərixan, Məhinbanu, Firəngiz, Zeynəb) haqqında məlumatlar vardır. 

"Tarixi-aləmarayi-Şah İsmayıl" əsərində qeyd olunur ki, "Şah İsmayıl ömrünün sonunda "ov etmək üçün Şirvana yollanmış", lakin röyada atası Şeyx Heydəri görmüş, "axirət səfərinin yaxın olduğunu" anlayaraq, ov işlərini yarımçıq qoyub, Ərdəbilə qayıtmağı qərara almışdı.

Qızılbaşlara etdiyi son vəsiyyətində onları dövlətçiliyi qorumaq naminə birliyə çağırmışdı. O, vəsiyyətində deyirdi: "Sufi olmağın yolu və üsulu odur ki, nifaqdan əl çəkib, ittifaq edəsiniz ki, düşmən dörd tərəfdən üzərinizə hərəkət edə bilməsin. Nə qədər ki sizin aranızda ittifaq vardır, heç bir padşahın qüdrəti çatmaz ki, özündə qızılbaşlarla vuruşmağa iradə tapa bilsin".

Şah İsmayılın ölümünə üç gün qalmış vəziyyəti ağırlaşmış, hətta namazı oturan yerdə qılmağa məcbur olmuşdu. Beləliklə, 19 rəcəb 930 / 23 may 1524-cü ildə axşam vaxtı Şah İsmayıl Ərdəbildən Təbrizə gedən yolda, Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Sayıngədiyi adlı yerdə vərəm xəstəliyindən vəfat etmişdi.

"Tarixi-aləmarayi-Şah İsmayıl" əsərində Şah İsmayılın həyat yolu və şəxsiyyəti bu şəkildə təsvir olunur: "Ömrünün müddəti 38 il və səltənət müddəti 24 il olmuşdur. Bütün rəiyyəti və tabeçiliyindəkiləri ədalətlə idarə etmiş və yaşatmışdır. O həzrətin qorxusundan məmurlardan heç kəs insafsızlıq və fırıldaq qapılarını xalqın üzünə açmırdı. O həzrətin padşahlığı əyyamında qüdrətli dövlətin ixtiyarında olan vilayətlər İraqi-Əcəmdən, Ceyhun çayının kənarınadək Xorasandan, Farsdan, Kirmandan, Xuzistandan, Hüveyzədən ibarət idi. Bəzi vaxtlarda hətta Diyarbəkir mülkü də Azərbaycan məmləkətinin tabeliyində idi. O həzrət döyüş meydanında xəncər vuran cəngavər idi. Çox səxavətli idi, onun nəzərində adi daş və qiymətli cəvahirin heç bir fərqi yox idi. Bütün döyüşlərdə qızılbaş ordusunun önündə gedərdi. Döyüşlərdə heç vaxt yara almamış, həmişə Tanrının hifz və himayəsində olmuşdur. Əksər vaxtlarda şəxsi xəzinəsində bir dinar belə olmazdı".

Şah İsmayıl Xətai böyük Azərbaycan hökmdarı olmaqla yanaşı, eyni zamanda görkəmli ədəbi şəxsiyyətdir. Xətai "Divan"ı Azərbaycan dilinin saflıq çeşməsi kimi klassik irsimizin möhtəşəm abidəsidir:

Gövhərin keçməyən yerdə, 
Satma, qardaş, kərəm eylə. 
Ləl daşını çay daşına 
Qatma, qardaş, kərəm eylə.

Xətayim çağırır, ərə, 
Dünya belə gəlmiş zira, 
Arif oxun əbəs yerə, 
Atma, qardaş, kərəm eylə.

Görkəmli Azərbaycan hökmdarı Şah İsmayıl Səfəvinin həyat yolunu və şəxsiyyətini ümumiləşdirərək bu şəkildə xarakterizə etmək olar: Azərbaycan xalqını imperiya yaradan xalqlar sırasına daxil edən görkəmli hökmdar, ədalətli şah və cəsur sərkərdə, avropalıların dilində "Böyük sufi", Qızılbaş dünyasının Mürşidi-Kamili, öz əxlaqı və mənəvi keyfiyyətləri ilə müasirlərinə nümunə olan kamil insan, sadə və təvazökarlığı ilə insanlığın fövqündə dayanan sadə azərbaycanlı - Şah İsmayıl Səfəvi… Və nəhayət Sufi Azərbaycan Şahı. Dahi Şahın öz misralarında dediyi kimi…

Allah, Allah den qazilər,

Qazilər, deyin, Şah mənəm.

Qarşı gəlin, səcdə qılın,

Qazilər, deyin, Şah mənəm.

 

Uçmaqda tuti quşuyam,

Ağır leşkər ər başıyam.

Mən Sufilər yoldaşıyam,

Qazilər, deyin Şah mənəm.

Mübariz Ağalarlı
AMEA-nın Tarix İnstitutunun dosenti, tarix üzrə fəlsəfə doktoru



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ