Siyəzən şəhər şəhid Rasim Ramazanov adına 5 saylı tam orta məktəbin IX sinif şagirdi Ayşən Novruzova istedadlı rəssam kimi artıq incəsənət aləmində yaxşı mövqe sahibidir. Onun çəkdiyi rəsm əsərləri sənətsevərlərdə xoş, nəcib duyğular yarada bilir. Sənətə qiymət verməyi bacaran, xalqın tərəqqisi naminə çalışan, həm də gözəl qələm əhli kimi Azərbaycan bədii ədəbiyyatında duyğulu sözü olan Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov şəxsi hesabına rəssam qızın adına "Ayşən Rəsm Salonu" təsis edib. Bu günlər salonun açılış mərasimi keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı N.Novruzov, bələdiyyə sədri A.Babayev, YAP rayon Təşkilatının sədri S.Baxşiyev, Quba Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən Rayonu üzrə sektor müdiri A.Dadaşova, şair Nəcməddin, yazıçı Aybəniz AY Bəniz Əliyar, Siyəzən Mədəniyyət mərkəzinin direktoru Z. Dadaşova, Siyəzən şəhər Uşaq İncəsənət məktəbinin direktoru R.Bağırov, Rayon Mərkəzi Kitabxanasının direktoru G.Muradova, Siyəzən Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Ş.Hüseynova, Ayşənin valideynləri, təhsil aldığı məktəbin rəhbərliyi, müəllimlər və digər rayon rəsmiləri iştirak ediblər. Çıxışlar zamanı bu xeyirxah əməl ürəkdən bəyənilib, rəssam qıza isə gələcək yaradıcılığında uğurlar arzulanıb. Siyəzən şəhər şəhid Rasim Ramazanov adına 5 saylı tam orta məktəbin kollektivi isə məktəbin şagirdinə göstərilən qayğıya görə icra başçısına təşəkkürlərini bildiriblər.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü