şənbə günü, 07 noyabr 2026
     

SSRİ-nin Böyük Vətən Müharibəsi missiyasına Britaniya Baş nazirindən hörmətsiz yanaşma…

Image


Dünya tarixinə ən dəhşətli müharibə kimi düşən İkinci Dünya Müharibəsi (Böyük Vətən Müharibəsi) SSRİ-nin faşizm üzərində qələbəsi ilə başa çatdı. Qələbənin əldə edilməsində Azərbaycan 100 minlərlə soydaşı və Bakı nefti ilə iştirak etdi.

Faşizm üzərində qələbənin 74-cü ilini yaşayırıq. Müharibə sona çatdıqdan sonra bu hadisə ilə əlaqədar meydana saysız sənəd, arxiv materialı, nəşrlər, filmlər çıxdı. Sonrakı dövrlərdə Hitler Almaniyasına qarşı mübarizədə SSRİ ilə mütəffiq olan və olmayan dövlətlərin də bu müharibə ilə bağlı müxtəlif ziddiyyətli fikirləri meydana çıxdı. İkinci Dünya Müharibəsi dövründə SSRİ ilə müttəfiq olan İngiltərənin (Britaniya) hazırkı Baş naziri Boris Conson bu müharibədə SSRİ ilə faşist Almaniyasının eyni mövqeni bölüşdüyünü qeyd edib. O bildirib ki, faşistlər Polşaya hücum edərkən SSRİ də ora qoşun yeridib, bunun nəticəsində də Polşa SSRİ və Hitler Almaniyası qoşunlarının arasında qalıb, SSRİ Polşaya kömək göstərməyib. Baş nazir vurğulayıb ki, həmin vaxt SSRİ Polşanı müdafiə edə bilərdi.

Məsələni şərh edən Rusiya diplomatları isə Britaniya Baş nazirinin məsələyə düzgün yanaşmadığını qeyd edirlər. Onların fikrincə, o dövrdə SSRİ-nin anti-Hitler koalisiyasının yaradılması təklifini məhz Britaniya sabotaj edib, o bu təkliflə razılaşmayıb. Diplomatlar, həmçinin, hesab edirlər ki, bu məsələyə siyasətçilər yox, tarixçilər münasibət bildirilməlidirlər. Rusiyalı diplomatların sözlərinə görə, Rusiyanın və Britaniyanın sadə vətəndaşları İkinci Dünya Müharibəsində həlak olanların xatirəsini böyük ehtiramla anırlar.  

Bildirək ki, B.Conson qalmaqallara səbəb olan bu fikirləri 1 sentyabr - İkinci Dünya Müharibəsinin başlandığı gün münasibətilə səsləndirib.

Qeyd edək ki, İkinci Dünya Müharibəsi 1 sentyabr 1939-cu ildə faşist Almaniyasının Polşaya hücumu ilə başlayıb.

Britaniya Baş nazirinin fikirlərini şərh edən tarixçilər hesab edirlər ki, B.Consonun məsələyə yanaşmasında müəyyən qədər həqiqət var. Tarixçilərin bildirdiyinə görə, 1939-cu il avqustun 23-də Almaniya ilə SSRİ arasında bir-birinə hücum etməmək haqqında on il müddətinə Molotov-Ribbentrop paktı imzalanıb.

1939-cu ilin yazında Qərb ölkələri ilə faşist bloku dövlətləri arasında ziddiyyətlər yüksək səviyyəyə çatdı. Təminat verilməsinə baxmayaraq, Almaniya 1939-cu ilin martında Çexoslovakiyanı zəbt etdi və parçaladı. "Polşa böhranı" meydana çıxdı. Belə bir şəraitdə təcavüzkarı cilovlamaq məqsədilə 1939-cu ilin martında SSRİ, Böyük Britaniya və Fransa arasında danışıqlar başladı. Lakin bu danışıqlar heç bir nəticə vermədikdə SSRİ Almaniya ilə danışıqlara getdi. 1939-cu il avqustun 23-də Almaniya ilə SSRİ arasında on il müddətinə bir-birinə hücum etməmək barədə Molotov-Ribbentrop paktı bağlandı. Həmçinin, ona əlavə olaraq Avropanı nüfuz dairələrinə bölmək barədə gizli protokol da imzalandı.

Tarixçilərin verdiyi bilgiyə görə, gizli protokolda Almaniya əvvəllər Rusiya İmperiyasına daxil olmuş Finlandiya, Latviya, Estoniya və Bessarabiya üzərində SSRİ-nin maraq dairəsini tanıdı. Tərəflər Polşanı bölüşdürmək barədə də razılığa gəldilər. Müqavilə nəticəsində SSRİ Şərqi Avropanın xəritəsinin dəyişdirilməsinin iştirakçısına çevrildi. Həmin sənədlərin imzalanmasının birbaşa nəticəsi Hitlerin Polşaya qarşı təcavüzə başlamaq barədə qəti qərar qəbul etməsindən ibarət oldu. Bu da İkinci Dünya Müharibəsinin başlanmasına gətirib çıxardı.

  • Cəbi Bəhramov: “SSRİ-ni məhv etmək üçün Fransanın, İngiltərənin baş qərargahlarında xüsusi planlar hazırlanmışdı”   

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktor müavini, professor Cəbi Bəhramovun sözlərinə görə, SSRİ və faşist Almaniyası dünyanı bölüşdürmək məsələsində razılığa gəliblər. “Bu gün artıq İkinci Dünya Müharibəsi ilə bağlı arxivlər açılıb, çoxlu sənəd üzə çıxıb. Həmin dövrdə SSRİ və faşist Almaniyası arasındakı münasibətlər məlumdur. İkinci Dünya Müharibəsinin başlamasının əsas səbəbi Bakı neftini ələ keçirmək idi. Dünyanı bölüşdürmək, güclü enerji resurslarına sahib olmaq məsələsi əsas götürülmüşdü. SSRİ-nin faşist Almaniyasına münasibəti, onun bu ölkə ilə bağlı tutduğu mövqe keçmiş Sovet kəşfiyyatçısı Viktor Suvorovun  “Buzqıran m günü” kitabında geniş şəkildə əks olunub. Dərc olunan arxiv materiallarında da göstərilir ki, Hitler Almaniyası Polşaya daxil olduqdan sonra SSRİ ordusu da ora daxil oldu. Hətta onlar bir yerdə parad da keçiriblər. Bu fakt da var, bu sənəddir. Sözsüz ki, hər bir dövlət öz mənafeyini müdafiə edib. 1939-cu ildə SSRİ və Almaniya arasında bir-birinə hücum etməməklə bağlı imzalanan Molotov-Ribbentrop müqaviləsinin gizli protokolu var. Həmin protokolda Avropanın iki nüfuz dairəsinə bölünməsi məsələsi var. Britaniya Baş nazirinin səsləndirdiyi fikrə gəlincə, məsələ bundan ibarətdir, İngiltərə hər vasitə ilə çalışırdı ki, Almaniyanı SSRİ-nin üzərinə qaldırsın. Onu da qeyd edim ki, SSRİ-ni məhv etmək üçün Fransanın, İngiltərənin baş qərargahlarında xüsusi planlar hazırlanmışdı. Uzağa getməyək, Çapay Sultanovun “İstoriya ne lyubit sosloqatelnoqo nakloneniya, vsyoje” adlı kitabı var. 2011-ci ildə nəşr olunan bu kitabda hətta o protokollar da nəşr edilib. Həmin nəşrdə qeyd edilir ki, SSRİ-yə hücum başqa ölkələrlə birgə cənubdan başlaya bilərdi. Orada İranın da iştirakı var. Türkiyəni bu məsələyə qatmaq olmaz, Türkiyə burada öz neytral mövqeyini saxlayıb, hərçənd ki, ondan da şübhələniblər. Bu kitabda bir xəritə də verilib və orada da əsas məsələ kimi Bakı neftini ələ keçirmək olub. Bu, almanların, ingilis və fransızların da planında olub. Onların planı Bakı neftini ələ keçirməklə SSRİ-nin məhvinə nail olmaq idi. Ona görə də 1920-ci ildə Azərbaycanın işğalı təsadüfi xarakter daşımır. Çünki Bakı XX əsrin 50-ci illərinə qədər keçmiş SSRİ-nin əsas neft bazası olub” - deyə C.Bəhramov vurğuladı.  

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ