Bazar günü günü, 08 noyabr 2026
     

Öz deputatları ilə qapalı görüşdə “Əliyevlə görüş necə keçdi” sualı Paşinyanı əsəbləşdirdi...

Image


Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində işğalçı Ermənistanda hələ də qeyri-müəyyən bir vəziyyətin hökm sürməsi müşahidə edilməkdədir. Belə görünür ki, İrəvan hələ də belə vəziyyət yaratmaqla məsələnin çözümünü dalana dirəməyə, status-kvonu uzatmağa çalışır. Amma Azərbaycan bununla barışmayaraq, Ermənistanın artıq müvafiq addımlar atmasını tələb edir və bu mövqeyini konfliktin çözümündə vasitəçilik edən ölkələrin də diqqətinə çatdırıb.

Yaranmış durumu şərh edən ekspertlər, əslində belə bir mövqe sərgiləməklə İrəvanın sadəcə yeni Qarabağ savaşını körüklədiyini qeyd edirlər. Rusiyalı hərbi və siyasi analitik İqor Korotçenko da bildirir ki, Ermənistan Qarabağ məsələsində özünü getdikcə daha çətin vəziyyətə salır:  “Müharibə ehtimalı yüksəkdir, bu obyektiv vəziyyətdir. Çünki münaqişə var və o həll edilməyib. Yeni müharibə mümkündür”. Ekspertin sözlərinə görə, hazırda bu vəziyyətin nə qədər davam edəcəyini, bunun müharibə və ya sülh olduğunu demək çətindir: “Müharibə ehtimalı, dediyim kimi yüksəkdir, yeni müharibə mümkündür. Yəni tərəflər arasında razılaşma yoxdursa, o zaman müharibənin yenidən başlaması ehtimalı hədsiz dərəcədə yüksəkdir”.  
Digər hərbi ekspert Mixail Jiroxov da Qarabağda mümkün yeni savaşın olacağını proqnozlaşdırlanlar sırasında yer alır. O buna həm də geosiyasi amillərin təsir göstərdiyini vurğulayır: “Suriya münaqişəsinin həllinin mümkünsüzlüyü və Liviyadakı kəskinləşmə ilə bağlı olan açıq geosiyasi böhran fonunda Cənubi Qafqazda bu dəfə daha bir “qaynar nöqtə” aktivləşməyə başlayır. Təbii ki, biz ən azı 1988-ci ildən bəri davam edən Dağlıq Qarabağ münaqişəsindən danışırıq”.

Ekspert Ermənistanın müdafiə naziri David Tonoyan tərəfindən səsləndirilən ən son təcavüzkar bəyanatları şərh edərkən bildirib ki, hazırda Ermənistan vəziyyəti gərginləşdirir və bu vəziyyət olduqca anlaşılmazdır: “Çünki son illərdə Azərbaycan hərbi potensialını əhəmiyyətli dərəcədə artıra bilib. Bakının zirvədə olduğu dönəmdə silah idxalına illik 1.4 milyard dollar, ümumilikdə isə müdafiəyə ÜDM-in 6.2 faizi ayrılırdı, bu isə bütövlükdə erməni büdcəsi üçün ümumiyyətlə əlçatmaz idi. Bundan əlavə, son illərdə bir neçə dəfə Azərbaycanın müdafiə büdcəsi Ermənistanın bütün büdcəsindən çox olub. Təbii ki, bu vəziyyətdə savaşın hansı nəticə ilə yekunlaşacağını proqnozlaşdırmaq elə də çətin deyil. Ermənistan rəhbərliyinin bu reallığı nəzərə almaması isə, sadəcə, təəccüb doğurur”.

Ekspert artan silahlanma fonunda Qarabağda real toqquşmanın olacağını vurğulayıb: “Ermənistanın hazırkı təcavüzkar bəyanatları iki şeyə əsaslanır - Rusiyanın qeyd-şərtsiz dəstəyinə və İranın regional supergüc səviyyəsinə çatmaq cəhdlərinə. Ermənistanın baş naziri Nikol Paşinyanın ilk xarici səfərlərindən birini Tehrana etməsi də təəccüblü deyil. Mənim fikrimcə, erməni hərbçilərinin hesablamaları müəyyən bir sıçrayışdan sonra Rusiyanın təzyiqi ilə Bakının mövcud statusun möhkəmləndirilməsi ətrafında danışıqlar aparmağa məcbur edilməsinə yönəlib. Erməni generallarının bu barədə necə qərar verəcəyi tam aydın deyil, lakin yaxın dövr ərzində bu istiqamətdə real kəskinləşmə görəcəyimizin ehtimalı böyükdür. Amma çətin ki, bu dəfə Azərbaycanı kimsə saxlaya bilsin. Bura Rusiya da daxildir”.

Xatırladaq ki, rəsmi Bakı savaşın istənilən an başlana biləcəyini açıq şəkildə bəyan edir. Elə bu günlərdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov keçirdiyi xidməti müşavirədə  işğalçı ölkəyə ciddi xəbərdarlıq edib. Nazir bütün səviyyələrdən olan komandir və rəis heyətinə düşmənin fəaliyyətinin daim müşahidə edilməsi, hərəkətinin nəzarətdə saxlanması, onun törədə biləcəyi istənilən təxribata qətiyyətli cavab vermələri və hər an aktiv döyüş əməliyyatlarının başlanmasına hazır olmaları barədə konkret göstərişlər verib.  Ehtiyatda olan polkovnik Şair Ramaldanov bu fonda vurğulayır ki, artıq hər an cəbhədə vəziyyət gərginləşə və yeni döyüşlər başlaya bilər: “Hər an aktiv fazaya keçmək durumundayıq. Bununla bağlı dəfələrlə Azərbaycan Prezidenti İlham Əliyev xəbərdarlıq edib. Azərbaycanın səbri sonsuz deyil. Azərbaycan görsə ki, Ermənistan vəziyyəti anlamaq istəmir, kontruktiv mövqe sərgiləmir, o zaman başqa seçim qalmayacaq. Unutmaq olmaz ki, Azərbaycan ordusu öz torpaqlarını güc yolu ilə azad etməyə qadirdir”. 

Ş.Ramaldanov qeyd edib ki, Ermənistan danışıqlarda konstruktiv mövqe tutmaq imkanında deyil: “Çünki bu dövlət heç vaxt müstəqil olmayıb. Ermənistanda rəhbərliyə kimin gəlməsindən asılı olmayaraq, onların danışıqlarda yalnız cümlə quruluşu dəyişə, hansısa başqa fikirlər söyləyə bilərlər. Bunun təsdiqi olaraq bircə konstruktiv fikrin ortaya çıxmamasını göstərə bilərik. Ermənistanda hər kəs başa düşür ki, Azərbaycanla gah nala, gah mıxa vurmaqla danışmaq olmaz. Gec-tez Azərbaycanın səbri tükənə bilər. Artıq faciə başlasa, onun qarşısını almaq çox çətin olacaq”. Polkovnik hesab edir ki, Ermənistan tərəfi Vyana görüşündən sonra, heç olmasa, danışıqların davamı üçün siyasi etikanı qorumalı idi: “Hesab edirəm, onlar qəsdən qıcıqlandırırlar ki, Azərbaycanın səbri tükənsin, öz torpaqlarını güc yolu ilə azad etsin. Bunların qarşıya qoyduğu yol budur. Bu yolu onların havadarları, idarə edənlər onlara göstərib. Azərbaycanın müdafiə naziri hər bir çıxışında ordunun döyüşə tam hazır olduğunu bəyan edir. Sonuncu müşavirədə aktiv döyüşlərə hazır olmaq barədə tapşırıqlar verildi. Bütün bunlar Azərbaycanın hərb yolu ilə torpaqlarını azad etməyə hazır olmasına yönəlmiş mesajlar. Düşünürəm ki, hazırki şəraiti cəmiyyət də anlayır. Bütün heyət cəm şəkildə öz xidməti ilə qoyulan tapşırıqları yerinə yetirməklə məşğuldur. Ermənistan tərəfindən tutulan yol bizə başqa seçim qoymur. Düşünürəm ki, bu çox ciddi vəziyyətdir. Döyüşlərin yenidən aktiv fazaya keçməsi istisna deyil”. 

Beləliklə, qeyd edilənlərdən bəlli olur ki, Qarabağ savaşının artıq hər an yenilənməsi istisnalıq təşkil etmir. Erməni mediası yazır ki, əslində, yeni savaş ehtimalının artdığı bir dönəmdə Ermənistan bu müharibəyə daha az hazırlıqlıdır. Məsələn, “İrates” qəzeti qeyd edir ki, Azərbaycan savaş hazırlığını artırdığı halda Nikol Paşinyanın başı daxili parçalanmalara qarışıb: “Dağlıq Qarabağ məsəəlsi, mümkün savaşa hazırlıq mövcud hakimiyyət üçün arxa plandadır. Çünki Ermənistanın daxili siyasətində qüvvələrin yenidən paylanması prosesi gedir. “İş odur ki, Paşinyanın komandası aydın şəkildə baş nazirin situasiyaya nəzarət edə bilmədiyini anlayır. Baş nazir hazırda inqilabda rolu olan Soros qanadına, təriqətçilərə, LGTB nümayəndələri və “atalarına” borcunu qaytarmaqla məşğuldur. Transgender Vanuşla (parlamentdə çıxış edən transgender Lilit Martirosyan) əlaqəli son insident Paşinyanın avtoritetini yerlə bir etdi. Onun komandasında hər kəs artıq parlamentdən kənarda yeni yerlər axtarır, həmçinin aktiv proseslər aparılır, komandalar formalaşdırılır, liderlər təyin edilir. Baş verənlərlə bağlı yekun görüntü iyun-iyulda müəyyənləşəcək. Məhz bu vəziyyət hakimiyyəti daha zəif hala gətirir. Özü də bunlar o vaxtda baş verir ki, Azərbaycan Qarabağ məsələsinin güc yolu ilə həllinə dair xəbərdarlıqlarını artırıb. Amma Ermənistanda diqqət bundan yayınır və belə vəziyyətin acı nəticələrini biz 2016-cı ilin aprelində görmüşük”.

Qəzet vurğulayır ki, yaranmış vəziyyətdə Paşinyan günahı komandasının üzərinə atmağa çalışır: “Bu hal  Paşinyanın “Mənim Addımım“ Blokunun deputatları ilə keçirdiyi son qapalı görüşdə özünü bir daha göstərdi. Məlumata görə, görüş zamanı kifayət qədər ciddi danışıqlar aparılıb. Paşinyan görüş zamanı öz komandasının deputatlarından narazılığını dilə gətirib. O, çox sərt və kobud şəkildə bunun onun arzu etdiyi parlament olmadığını deyib və deputatların vaxtlarını yalnız boş yerə xərclədiyini bildirib. Paşinyanın daha bir narazılığı komandasının üzvlərinin onun siyasi xəttinə əməl etməmələrilə bağlı olub. Bəzi deputatlar iclas zamanı Paşinyanın Əliyevlə görüşü barədə maraqlanmağa cəhd ediblər. Bu da Paşinyanı əsəbiləşdirib. Baş nazir deputatları Qarabağ konflikti barədə təsəvvürlərinin səthi olmasında ittiham edib və onların elementar mövzular barədə danışa bilmədiklərini söyləyib. Paşinyanın qəzəbi o həddə çatıb ki,  deputatlara, “Sizin susmağınızın, yoxsa danışmağınız daha yaxşı olduğunu bilmirəm” sözlərini deyib. Məhz bu vəziyyətdə mövqeləri zəifləyən Paşinyanın Qarabağ məsələsində siyasəti necə davam etdirəcəyi də çox maraq doğurur. Çünki o, Azərbaycan qarşısında daha gücsüz duruma düşür”.

“Vahid Ermənistan” partiyasının qurucusu Artur Qazinyan isə qeyd edir ki, yaranmış situasiyada Azərbaycan Ermənistana əlavə təzyiq imkanları əldə edir. O vurğulayır ki, bu durumda Bakı ilk növbədə danışıqlar prosesində istəyinə nail olmağa çalışacaq: “Artıq bu üzdən yeni Vyana gündəmi təsdiq edilir və bu sanki köhnə “Madrid prinsipləri”nə əsaslanır”.  

Qazinyan Qarabağ münaişəsinin danışıqlar prosesi ətrafında baş verən yeniliklərə münasibət bildirərək qeyd edib ki, Paşinyanın səsləndirdiyi bəyanatlarla bağlı öncədən dəstək əldə olunmayıb və nəticədə elə bir vəziyyət yaranıb ki, bəyan edilən bir şeyi həyata keçirmək mümkün olmur. O, martın 29-da baş verən Vyana görüşünün nəticələrinə toxunarkən bu görüşü danışıq hesab etdiyini bildirib: “Təəssüratları hələ bölüşməyə tələsməzdim, çünki məlumat azdır. Bu kimi istənilən görüş həmişə hadisələrin həqiqətdə nə baş verdiyi gedişatını izləyir. Lakin bu vəziyyətdə, deyəsən sızma yoxdur, görüş prosesinin qərarları və onun məzmunu haqqında iki tərəfin hakimiyyət nümayəndələri tərəfindən aparılan siyasət və edilən bəyanatlardan məlumat əldə edilə bilər... Artıq yeni Vyana gündəmi təsdiq edilir və bu, qeyd etdiyim kimi, köhnə “Madrid prinsipləri”nə əsaslanıb. Bakını bu qane edir və Azərbaycan istədiyinə nail olmasa, savaşa əl atacaq”.

Bütün bunlar bir daha təsdiq edir ki, Ermənistan Qarabağ məsələsində danışıqlar zamanı Azərbaycanın istədiyi mövqeni nümayiş etdirməsə, Bakı İrəvanı güc yolu ilə başa salmalı olacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ