çərşənbə axşamı günü, 10 noyabr 2026
     

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünya miqyasında böyük nüfuza malik dövlətə çevrilib” - Rauf Əliyev

Image


Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünya miqyasında böyük nüfuza malik dövlətə çevrilib. Bunu Trend-ə açıqlamasında millət vəkili Rauf Əliyev deyib.

R.Əliyev xatırladıb ki, 2003-cü il oktyabrın 15-də keçirilmiş prezident seçkisində Azərbaycan xalqı məhz ulu öndər Heydər Əliyevin siyasi xəttinə üstünlük verərək böyük səs çoxluğu ilə İlham Əliyev cənablarını Azərbaycan Respublikasının Prezidenti seçdi: "2003-cü ildən sonrakı dövrü böyük yolun davamı kimi qiymətləndirən cənab İlham Əliyev Prezident seçildiyi vaxtdan respublikamızda bütün sahələrin inkişafını diqqətdə saxlayaraq qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayırıb. İqtisadi artımın qeyri-neft sektorunun hesabına artmasını vacib amil kimi önə çəkərək bu istiqamətdə bir-birindən əhəmiyyətli addımlar atılır. Keçən dövr ərzində bütün sahələr yüksələn xətlə inkişaf edib, qeyri-neft sektorunun inkişaf tempi neft sektorunun inkişaf tempini üstələyib. 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, qeyri-neft ixracı 4,1 dəfə artıb. Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan 46 milyard dollara çatıb".

Deputat qeyd edib ki, son 15 il ərzində ölkədə 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilib, yaxud əsaslı təmir edilib. Yüzlərlə tarixi bina, muzey, teatr, kitabxana və digər sosial yönümlü obyektlər əsaslı təmir olunub və yenidən qurulub. Ölkədə 15 min kilometr yol çəkilib, 443 körpü tikilib. Xəzər dənizində ən böyük beynəlxalq dəniz limanı – Ələt Dəniz Ticarət Limanı istifadəyə verilib.

O əlavə edib ki, bu illər ərzində ölkədə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Ölkədə 1,9 milyon yeni iş yerləri açılıb, əməkhaqqı 5 dəfədən, pensiyalar isə 8 dəfədən çox artırılıb. İşsizlik səviyyəsi 5 %, yoxsulluq isə 49%-dən 5,4% endirilib: "Cənab Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə, Qarabağ müharbəsinin əlillərinə xüsusi diqqət və qayğı göstərilir. Son 15 il ərzində şəhid ailələrinə və Qarabağ əlillərinə dövlət hesabına 5500-dən çox mənzil və fərdi ev, 6 mindən çox minik avtomobili verilib. Bu illər ərzində məcburi köçkünlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində irimiqyaslı layihələr həyata keçirilib. Ölkədəki bütün çadır şəhərcikləri, fin tipli qəsəbələr ləğv edilib, yeni salınmış müsir tələblərə cavab verən 100-dən artıq qəsəbə və şəhərciklərdə 265 min nəfər məcburi köçkün məskunlaşıb".

R.Əliyev bildirib ki, ölkədə milli-mənəvi dəyərlərin, dini etiqad azadlığının, konfessional və etnik müxtəlifliyin, multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanmasıı və inkişaf etdirilməsi təmin edilib. 2003-2018-ci illərdə ölkədə çoxlu sayda məscid, kilsə, sinaqoq tikilib və ya bərpa olunub: "Cənab İlham Əliyevin bilavasitə təşəbbüsü ilə ölkədə ictimai və sosial xidmətlər sahəsində ciddi institusional islahatlar aparılıb. Onun müvafiq fərman və sərəncamı ilə 2012-ci ildə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi təsis edilib, dövlət orqanları tərəfindən əhaliyə göstərilən xidmətləri vahid sistemdə birləşdirən “ASAN xidmət” mərkəzləri yaradılıb. Dünyada Azərbaycan bredi kimi tanınmış “ASAN xidmət” modeli artıq başqa ölkələrdə də tətbiq olunur".

Millət vəkili deyib ki, regionların hərtərəfli inkişaf etdirilməsi məqsədilə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə 2004-2008 və 2009-2013-cü illəri əhatə edən Dövlət proqramları uğurla yerinə yetirilib, 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramı müvəffəqiyyətlə həyata keçirilir.

O vurğulayıb ki, ötən illər ərzində dünyanı bürüyən sosial-iqtisadi, maliyyə böhranına baxmayaraq, Azərbaycan bu çətinlikləri uğurla dəf edərək dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib: "Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşıb. Azərbaycan dünya ölkələrinin hər 4-dən 3-nü geridə qoyaraq MDB-də liderliyini qoruyub. Hətta G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geri qalır".

Deputat bildirib ki, Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev cənablarının rəhbərliyi ilə Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, müasirləşən, demokratikləşən bir ölkəyə çevrilib: "Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına və güclənməsinə şərait yaradıb. İnamla qeyd etmək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvü, söz sahibi olan dövlətdir. 2011-ci ildə Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Bu onu göstərir ki, Azərbaycan dünya miqyasında böyük nüfuza malik dövlətə çevrilib. Azərbaycan artıq beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Ötən il Bakıda növbəti - IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Bu Forumda dünyanın 120 ölkəsindən rəsmi, 39 beynəlxalq təşkilatın, 50-dən çox QHT-nin nümayəndələri, ümumilikdə 800-dən çox xarici nümayyəndə iştirak edib. Qeyd etmək lazımdır ki, artıq 4-cü dəfədir ki bu tədbir “Bakı prosesi” təşəbbüsü çərçivəsində təşkil olunub. Artıq “Bakı prosesi” dünyanı narahat edən qlobal məsələlərin müzakirə olunduğu bir platformaya çevrilib.

Bakıda 500 milyonluq auditoriyası olan Formula 1 yarışı çox yüksək səviyyədə təşkil olunur. Bundan başqa, ik dəfə olaraq 2015-ci ildə Bakı şəhərində I Avropa Oyunları yüksək səviyyədə keçirilib və Azərbaycan komandası yüksək nəticələr əldə edərək komanda hesabında II yeri tutub. 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları Azərbaycanda, Bakı şəhərində keçirildi. İslam dünyasını təmsil edən 54 ölkədən 3 mindən çox idmançı beynəlxalq standartlara cavab verən idman obyektlərində yarışdı. Azərbaycan idmançıları Avropa Oyunlarından sonra növbəti tarixi uğura imza atdılar. Yığmamız ümumi komanda hesabında birinci yeri tutdu. Azərbaycan idmançıları Rio Olimpiya Oyunlarında misilsiz uğura imza atdılar. Azərbaycan Olimpiya yığması medalların sayına görə 205 iştirakçı ölkə arasında 14-cü yeri tutdu. Bu, tarixi bir qələbədir".

R.Əliyev qeyd edib ki, ötən dövr enerji-nəqliyyat sektoru üçün də çox uğurlu olub: "2006-cı ildə Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilib. "Azəri-Çıraq-Günəşli" yataqlar bloku üzrə müqavilənin müddətinin 2050-ci ilə kimi uzadılması çox böyük əhəmiyyətə malikdir. 29 may 2018-ci il tarixdə “Cənub Qaz Dəhlizi”nin rəsmi açılış mərasimi keçirilib. Bu, ölkəmizin tarxində çox mühüm bir tarixi gündür. Layihənin həyata keçirilməsi nəticəsində 30 mindən çox yeni iş yerləri yaradılacaq. “Əsrin müqaviləsi” Azərbaycanın XX əsrdə imzaladığı böyük bir müqavilədirsə, “Cənub Qaz Dəhlizi” XXI əsrin nəhəng razılaşmalarından biridir. Bu layihə yeni qaz mənbələrini təmin etməklə Avropanın enerji təhlükəsizliyini təmin edərək çoxşaxəli enerji marşrutları sisteminin yaradılmasına şərait yaradır. Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev cənablarının rəhbərliyi ilə həyata keçirilən bu siyasətin əsas uğuru Azərbaycanın da daxil olduğu Avropanın enerji təhlükəsizliyini təmin edən məkanın formalaşdırmasıdır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artması ölkəmizə olan iqtisadi və siyasi marağı daha da gücləndirib.

Nəqliyyat sahəsində də tarixi bir uğura imza atıldı, Bakı-Tibilisi-Qars dəmir yolu istifadəyə verildi. Bu, tarixi İpək Yolunun bərpası istiqamətində reallaşan ən böyük beynəlxalq nəqliyyat layihəsidir. Bundan başqa, “Şimal-Cənub” nəqliyyat dəhlizinin başa çatdırılması üçün işlər davam edir. Bu layihələrin həyata keçirilməsi göstərir ki, Azərbaycan qarşıya qoyduğu bütün hədəflərinə çatır".

Onun sözlərinə görə, Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev cənablarının rəhbərliyi ilə həyata keçirilən hərtərəfli düşünülmüş daxili və xarici siyasət, ölkədə aparılan iqtisadi islahatlar, sosial-iqtisadi inkişaf sahəsində, eyni zamanda, beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan uğurlar imkan verir ki, gələcəkdə də Azərbaycan bütün sahələrdə daha yüksək nəticələr əldə etsin.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ