çərşənbə axşamı günü, 10 noyabr 2026
     

MDB sammitində gizli söhbətlər və Qarabağ probleminin təşkilat üçün böyük qorxusu…

Image


Məlum həqiqətdir ki, bu gün dünya miqyasında hadisələrin gedişinə böyük təsir gücü olan dövlətlər qismində daha çox ABŞ və Rusiya ön planda çıxış edir. Adıçəkilən ölkələr üçün daim xüsusi maraq dairəsində yer alan bölgələrdən biri qismində isə Cənubi Qafqaz çıxış edir.

Belə vəziyyətdə region ölkələri üçün ön planda yer alan başlıca məqamlardan biri adları çəkilən dövlətlərlə yüksək səviyyədə, qarşılıqlı maraqların təmin edilməsi prinsipi əsasında münasibətlərin yaradılmasıdır. Real durum bu xüsusda qeyd olunan missyanın sadəcə Azərbaycan tərəfindən uğurla həyata keçirildiyini göstərir.

Məlumdur ki, bu gün, Azərbaycandan fərqli olaraq, işğalçı Ermənistana istər Rusiyada, istərsə də ABŞ-da sadəcə forporst ölkə qismində yanaşılır.  Moskva və Vaşinqton İrəvanı bölgədə maraqlarının icrasında yalnız bir vasitə olaraq qəbul edirlər. Bu fonda da Ermənistan indi ABŞ və Rusiya arasında əzilən bir ölkəyə çevrilib. Qonşu Gürcüstan isə xarici siyasətdə yol verdiyi yanlışlıqlar üzündən daim Rusiyanın təzyiqi altındadır. Bu, Gürcüstanın üzləşdiyi ərazi problemlərinin həllində də indi ən böyük maneədir. Hər iki dövlətdən fərqli olaraq isə, Azərbaycan regionda həm ABŞ, həm də Rusiya üçün strateji tərəfdaş statusu daşıyır. Moskva və Vaşinqton üçün Bakı ilə əlaqələrin davamlı olaraq genişləndirilməsi prioritet əhəmiyyət kəsb edir. Bütün bunlar Azərbaycan xarici siyasətinin böyük uğuru kimi qəbul olunur. Eyni zamanda,   Bakı yenə uğurlu manevr edərək həmin böyük dövlətlərin diqqətini daha çox Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəldə bilir. Bu hal ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Azərbaycana gözlənilən səfəri fonunda özünü yenidən qabarıq büruzə verir. Bolton özünün “Twitter” hesabında səfərlə bağlı yazır: “Təhlükəsizliklə bağlı bir sıra məsələlərdə ABŞ-ın maraqlarının təşviqi üçün həmkarlarımla və digər yüksək vəzifəli şəxslərlə görüşmək məqsədilə oktyabrın 20-də Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcəyəm”.

ABŞ-ın “Qulf” Analitik Mərkəzinin politoloqu Teodor Karasik isə qeyd edir ki, Boltonun Qafqaz səfəri İrəvanda bir neçə aylıq siyasi qarışıqlıqdan sonra Dağlıq Qarabağ məsələsinin Ermənistan tərəfilə həllinə cəhd kimi qiymətləndirilə bilər. Analitikin sözlərinə görə, Bolton Azərbaycanın geosiyasi əhəmiyyətinin böyüklüyünü nəzərə alaraq Bakının mövqeyini gücləndirməyə çalışır. Ekspertlər bunu təsadüfi saymır. Məsələ burasındadır ki, Ermənistandan fərqli olaraq, Azərbaycan ABŞ-la daha dərin əməkdaşlığa sahibdir və Bolton bunu nəzərə alır.
Eyni zamanda Avropanın enerji təminatının diversifikasiyası, Azərbaycanın bu məsələdə rolu, həyata keçirilən layihələrin əhəmiyyətini də ABŞ-da nəzərə alırlar. Bir sözlə, ABŞ üçün Azərbaycan daha önəmli ölkədir və Boltonun Bakıda aparacağı müzakirələr də bunu deməyə əsas verir. İstənilən halda, Trampın əsas strateqlərindən olan Boltonun səfəri sıradan bir hadisə deyil. Onun təhlükəsizlik məsələləri üzrə təcrübəli kadr olduğunu nəzər alsaq, səfərin müəyyən nəticələrinin olacağını da demək mümkündür. Ermənistana isə ABŞ, belə demək olarsa, hələ də barmaqarası ölkə qismində yanaşır. Bunu  “Washington Times” qəzetində dərc olunan “Ermənistanda anarxiya” başlıqlı məqalədən də aydın görmək olar. Burada qeyd edilir ki, Ermənistan anarxiya, yəni dövlət hakimiyyətinin yoxluğu səbəbindən qanunsuzluq və ya siyasi özbaşınalıq vəziyyətindədir. Ermənistanın institusional dezinteqrasiyası Avropa və Qafqaz üçün ağır nəticələrə gətirib çıxara bilər. Məqalənin müəllifi olan ABŞ Dövlət Departamentinin sabiq əməkdaşı, Amerikanın Bəhreyndəki keçmiş səfiri Adam Ereli yazır ki, Nikol Paşinyanın partiyasının parlamentdə cəmi 9 yerə sahib olmasına baxmayaraq, məhz küçəyə çıxan tərəfdarlarının təzyiqi nəticəsində 2018-ci ilin 8 mayında Ermənistan parlamenti onu baş nazir seçdi: “Lakin vəzifəyə gələn andan etibarən özünü “xalqın namizədi” adlandıran Paşinyan Ermənistanın rəhbər institutlarının ləğvinə və onların sistemli məhvinə başladı”. Ereli onu da qeyd edir ki, küçənin təzyiqindən istifadə edən Paşinyan növbədənkənar seçkilər keçirərək parlamentin tərkibini də öz xeyrinə dəyişmək istəyir: “Paşinyan əvvəlki parlament seçkilərini qeyri-leqitim elan edərək seçki məcəlləsində islahatlardan sonrakı bir il ərzində yeni parlament seçkiləri keçirməyə söz verib. O, İrəvanın Ağsaqqallar Şurasına növbədənkənar seçkilər keçirdi. 2 oktyabrda parlament Paşinyanın qanunverici orqanın buraxılması və növbədənkənar seçkilər keçirilməsi cəhdlərinə müqavimət göstərdi”. 
Müəllif qeyd edir ki, parlamentin bu addımına qarşı Paşinyan yenə də öz tərəfdarlarını küçələrə çıxardı: “Təəssüf ki, Ermənistan üçün Paşinyan elə özünün mühakimə etdiyi üsula – quldur taktikasına baş vurur. Ermənistanın məhkəmə sistemini əvvəlki hakimiyyətin imtiyazlı şəxslərinə xidmət edən sistem adlandıran Paşinyanın özü Təhlükəsizlik Xidməti və məhkəmələrdən mafiya stilində siyasi qisas almaq üçün istifadə edir”. Qeyd olunur ki, hakimiyyətdə olmasının cəmi 3-cü ayında Paşinyan özünün əvvəlki rəqiblərinə qarşı mafioz mübarizəsinə başladı: “Onun bu addımları və həyata keçirdiyi həbslər indi baş nazirə çevrilən sabiq inqilabçının hakimiyyətdən sui-istifadəsi kimi qiymətləndirilərək mühakimə olundu”. Məqalədə xüsusilə vurğulanır ki, bütün bu mühakimələrə cavab olaraq korrupsiya ilə total müharibə apardığını və ölkə idarəçiliyindəki özbaşınalıqlara son qoymaq niyyətini əsas gətirən Paşinyanın özü ciddi qanun pozuntularına yol verir: “İnternetdə Ermənistanın baş naziri və onun tərəfdarlarını məyus edəcək gizli səs yazısı – Ermənistan Milli Təhlükəsizlik Xidməti və Xüsusi İstintaq Xidməti rəhbərləri arasındakı telefon söhbəti yayıldı. Onların söhbətindən aydın olur ki, sabiq preziden Robert Köçəryanın işi ilə bağlı məhkəməyə təzyiq olunub. Səs yazısında Milli Təhlükəsizlik Xidmətinin direktoru deyir ki, baş nazir ona keçmiş müdafiə nazirini “qəfəsə atmağı” tapşırıb. Bunun üçün isə məhkəmələrə təzyiq edilməlidir. Amma Paşinyan nümayişkarcasına bəyan etmişdi ki, məhkəmələrə təlimat verməyəcək. Bu səs yazısı isə onun dediklərinin əksini sübut edir. İndi Paşinyan “fəxrlə” deyə bilər ki, dövlət institutlarını özünə tabe edən liderlər sırasına qoşulub...” Məqalənin sonunda isə amerikalı diplomat yazır ki, “Paşinyanın qurduğu “Potyomkin kəndi” tezliklə elə onun və tərəfdarlarının öz başına çökə bilər. Dövlət institutlarını zəiflətməklə hakimiyyəti küçələrin əlinə vermək anarxiyanın reseptidir”. Belə vəziyyətdə ABŞ-ın Ermənistanla etibarlı əlaqələr yaratmasının mümkünlüyü də sual altına alınır. Bu şəraitdə ABŞ üçün regionda Azərbaycan və Gürcüstanın əhəmiyyətinin daha da artdığı vurğulanır. Təbii, belə şəraitdə Dağlıq Qarabağ məsələsində də ABŞ-ın məhz Azərbaycanın haqlı mövqeyini müdafiə etməsi qaçılmaz sayılır. 

Eyni fikirləri Rusiya barəsində də səsləndirmək mümkündür. Ermənistan artıq reallıqda Rusiya üçün etibarlı müttəfiq ola bilməyəcəyini təsdiq edib. Moskva bu gün İrəvana kifayət qədər qəzəblidir. Hətta iş o yerə çatıb ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Parlament Assambleyasının iclasının 30 oktyabrda Ermənistanda planlaşdırılan görüşü ləğv edilib. Ermənistanın “İravunk” qəzeti KTMT-nin görüşün başqa ölkədə keçirilməsi haqda qərar qəbul etdiyini yazıb. Bildirilir ki, qurum bu addımı KTMT baş katibi Yuri Xaçaturova qarşı cinayət işinin qaldırılması və Nikol Paşinyanın bir müddət əvvəl öz tərəfdarları ilə parlamenti mühasirəyə almasına görə atıb. Digər tərəfdən, Paşinyanın vədlərinin əksinə olaraq Qərbə üz tutmaqda davam etməsi də Moskvanı hiddətləndirir. Belə vəziyyətdə İrəvanı cəzalandırmaq məqsədilə Rusiyanın Azərbaycanı KTMT-yə cəlb etmək istiqamətində daha fəal siyasət yürütməsi, Qarabağ məsələsində Azərbaycanın lehinə addımlar atması gözlənilən hal sayılır.  Rusiyanın “Nezavisimaya qazeta” mətbu orqanı bu xüsusda yazır: “Rusiya və onun kollektiv müdafiə üzrə müttəfiqləri – Belarus və Qazaxıstan ümumi siyasi və diplomatik səviyyələrdə postsovet məkanındakı münaqişələrin həllində iştirak edirlər. Onlar Donbasdakı vəziyyətin tənzimlənməsində müəyyən aktivlik göstərirlər. Rusiya, Belarus və Qazaxıstan, həmçinin beynəlxalq təşkilatlar - ATƏT-in Minsk Qrupu, BMT və KTMT çərçivəsində Dağlıq Qarabağ və Dnestryanı münaqişələrin nizamlanmasına çalışırlar. Amma bu proseslərə hərbçilər cəlb edilməsə, nizamlanma çətin olacaq”. Qeyd olunur ki, MDB dövlət başçılarının Düşənbədəki sammitindən sonra Daşkənddə MDB-yə üzv ölkələrin müdafiə nazirləri Şurasının növbəti iclası hazırlanır. İclasın gündəliyinə 20 məsələ salınıb: “Hərbi-diplomatik mənbələr bildirir ki, Rusiya və Belarusun təşəbbüsü ilə MDB müdafiə nazirləri qeyri-formal şəraitdə, həmçinin, keçmiş SSRİ məkanındakı donmuş münaqişələrin kollektiv həlli yollarını cızacaq və müzakirə edəcəklər. 28 sentyabrda Düşənbədəki sammitdə Rusiya prezidenti Vladimir Putinlə belaruslu həmkarı Aleksandr Lukaşenko arasında bu mövzu ilə bağlı gizli söhbət də olub.  Bu söhbəti şərh edən Lukaşenko bildirib ki, “MDB məkanında təhlükəsizliyə NATO-nun genişlənməsilə bağlı faktorlar, həmçinin donmuş münaqişələrlə əlaqəli aspektlər təsir edir. Sammitdə bu barədə çoxumuz danışdıq. Mən də, Nursultan Nazarbayev də Ukraynanın şərqi, Dnestryanı və xüsusən də Dağlıq Qarabağ məsələsindən danışdıq. Biz necəsə təşkilatlanmalı və bu olduqca mürəkkəb düyünləri birlikdə kəsməliyik”. Bu baxımdan MDB dövlət başçılarının sammiti çərçivəsində Düşənbədə görüşən Azərbaycan Prezidenti İlham Əliyev və Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi regionunda təmas xəttində və hər iki dövlətin sərhədində gərginliyin azaldılması üçün öz ölkələrinin müdafiə nazirlərinə konkret addımların atılması barədə göstəriş verəcəklərinə dair razılığa gəlmələri heç də təsadüfi deyildi. Belə ki, Paşinyanla İlham Əliyev hər iki tərəfdən operativ əlaqə kanalının yaradılması barədə razılaşıblar. Azərbaycan və Ermənistan rəhbərləri arasında bu cür əlaqə Rusiya Müdafiə Nazirliyinin iştirakı ilə hər iki ölkənin müdafiə qurumları tərəfindən cəld və effektiv şəkildə təşkil edilə bilər. Və görünür, bu məsələ Daşkənddə müzakirə olunacaq”. Məqalədə qeyd olunur ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində gündəmə gələn məsələlərdən biri Azərbaycanı quruma üzvlüyü ilə bağlı ola bilər. Bildirilir ki, Ermənistanın istəklərinin əksinə olaraq, Rusiya bu məsələdə maraqlıdıır və bu, Azərbaycanın artan əhəmiyyəti ilə birbaşa bağlıdır. O da aydındır ki,  Qarabağ məsələsinin həlli istiqamətində əməli addımlar atmaqla Moskva Bakı ilə münasibətlərini daha da dərinləşdirə bilər. Bütün bunlara isə Ermənistanın hansısa formada etirazı mümkün sayılmır. Çünki Rusiya üçün Azərbaycan regionda əsas tərəfdaş dövlətdir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ