Azərbaycan Prezidentinin köməkçisi, şöbə müdiri, professor Əli Həsənov Prezident İlham Əliyevin 2003-2018-ci illəri əhatə edən Prezidentlik dövrünü dəqiq rəqəmlər, analitik mülahizələr və konkret işlər əsasında təhlil edən geniş həcmli məqalə yazıb.
Bu məqalənin fərqli özəllikləri var. Ardıcıllıq var, sadə dildə yazılıb, 15 illik böyük dövr mümkün qədər yığcam ifadə edilib, daxili və xarici siyasətin bütün sahələri əksini tapıb, üslubun sistem və məntiqi yerindədir. Əslində ölkə Prezidentinin həyata keçirdiyi və hörmətli professorun ifadə etdiyi mətləblər son 15 ildə cəmiyyətimizin hər bir üzvünün təhlili və müşahidəsi altında baş verən hadisə və gedən proseslərdir. Ancaq hörmətli professorun sistem, məntiq və külli halda yenidən təqdim etdiyi bu obyektiv məqalə bir daha təəssürat yaradır ki, Azərbaycan 15 ildə həqiqətən bir ümumdünya dövlətinə çevrilib.
Məqalənin tam mətni ilə baki-xeber.com saytında tanış olmaq olar və Azərbaycan “hardan hara gəldi” deyərək sual edənlər üçün mütləq dəyərli olacağına şübhə yoxdur.
Baki-xeber.com