çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Azərbaycan üçün Beynəlxalq Frankofoniya Təşkilatı çərçivəsində də Ermənistanı sıxışdırmaq şansları açılır

Image


Azərbaycan ərazilərinin hələ də bir hissəsini işğal altında saxlayan Ermənistan zaman-zaman özünün təcavüzkar siyasətinə hüquqi don geyindirmək üçün müxtəlif cəhdlər etsə də, hər dəfə böyük fiaskoya uğrayıb. Azərbaycanın yürütdüyü xarici siyasət, həyata keçirdiyi diplomatik aktivlik fonunda Ermənistanın işğalçı dövlət olduğunu təsbit edən çoxsaylı sənəd, qətnamə və qərarlar qəbul olunub.

Bir sözlə, dünya Azərbaycanın ərazi bütövlüyünü qəbul edir, Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun Ermənistan işğalı altında olduğunu yaxşı bilir. Amma görünən odur ki, üzləşdiyi iflasa rəğmən, Ermənistan təxribatçı fəaliyyətinə son qoymağı hələ də  düşünmür. Bunu Ermənistanın paytaxtı İrəvanda 58 dövlətin təmsil olunduğu Beynəlxalq Frankofoniya Təşkilatının (BFT) 17-ci zirvə görüşü fonunda da aydın görmək olar.

Məlumat üçün bildirək ki, Frankofoniya sözü ilk dəfə 1880-ci illərdə fransız coğrafiyaşünası Onezim Reklü tərəfindən fransız dilində danışan bütün insanları və ölkələri təyin etmək üçün işlədilib. Həmin vaxtdan başlayaraq Frankofoniya sözü bütün dünyada fransız dilini ana dili və yaxud ikinci dil olaraq istifadə edən insanların birliyini nümayiş etdirən bayram kimi qeyd edilir. Bu bayram Azərbaycanda da qeyd edilir və cari ilin mayında Gəncə Dövlət Universitetində Frankofoniya bayramı ilə bağlı keçrilən tədbiri buna əyani misal kimi göstərmək olar.

Beynəlxalq Frankofoniya Təşkilatının 17-ci zirvə görüşünün Ermənistanda baş tutması üçün Fransada və ABŞ-da yaşayan erməni lobbisinin əməyi az olmayıb. Ermənistan isə bu təşkilata 2008-ci ildə üzv qəbul edilib. Həmin il martın 1-də ölkədə baş tutan prezident seçkisinin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq İrəvanda dinc aksiyalar keçirilmişdi. Ordu və polis mitinqi güc vasitəsilə dağıtmış və nəticədə 10 aksiya iştirakçısı öldürülmüş, onlarla insan yaralanmışdı. Belə bir hadisədən sonra Ermənistanın təşkilata üzv qəbul edilməsi Frankofoniya devizinə zidd sayıldığından, elə o vaxt buna etirazlar edilirdi.  Burada daha bir maraqlı məqamı qeyd edək ki, təşkilatın nizamnaməsinə əsasən, dövlətləri bu təşkilat çərçivəsində birləşdirən əsas amil fransız dili və fransız mədəniyyətinə yaxınlıq olsa da, dünyada sülhün və əmin-amanlığın, insan hüquq və azadlıqlarının təşviq edilməsi arzusu da qurumun missiyasını və fəaliyyətinin əsas prinsiplərini təşkil edir. Ermənistanda isə fransız dilində danışanların sayı çox deyil. Faktdır ki, Ermənistan monoetnik dövlətdir və burada başqa xalqlar, demək olar ki, yoxdur.  Digər tərəfdən, bu ölkə ilk növbədə işğal siyasəti ilə sülhün və əminamanlığın, insan hüquq və azadlıqlarının təşviq edilməsinə qarşı olduğunu da reallıqda sübut edib. Lakin hər halda reallıq budur ki, Beynəlxalq Frankofoniya Təşkilatının 17-ci zirvə görüşü işğalçı ölkədə baş tutur. Ermənistan isə fransız dili və mədəniyyəti ilə bağlı olan bu hadisədən də siyasi dividend əldə etmək istəyir. Bunu  İrəvanda açılan “Frankofoniya şəhərciyi”ndə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin Ermənistan pavilyonu nəzdində təqdim edilməsi də təsdiq edir. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirir ki, bu addım Ermənistanın Frankofoniya təşkilatından öz siyasi məqsədləri üçün istifadə etdiyini açıq şəkildə nümayiş etdirir: “Vurğulamaq istərdik ki, beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını kobud şəkildə pozaraq gücdən istifadə etməklə Azərbaycana qarşı hərbi təcavüz və işğal törədən Ermənistanın bu əməlləri, həmçinin, Frankofoniya təşkilatının nizamnaməsi və təşkilatın məqsəd və məramları ilə ziddiyyət təşkil edir. Ermənistanın Frankofoniya təşkilatının gündəliyini siyasiləşdirmək cəhdləri bu ölkənin öz işğalçı və təcavüzkar siyasətini ört-basdır etmək və ATƏT-in Minsk Qrupu həmsədrlərinin, o cümlədən təşkilatın təşəbbüskarı olan Fransanın münaqişənin sülh yolu ilə tənzimlənməsi səylərinə xələl yetirmək niyyətinin göstəricisidir”.

Lakin görünən həm də budur ki, əvvəlki illərdə olduğu kimi, Ermənistanın  Frankofoniya təşkilatının çərçivəsində təxribat cəhdləri yenə iflasa uğrayacaq. Çünki qurum Azərbaycanın ərazi bütövlüyünü tanyır. Xatırladaq ki, hələ 2010-cu ildə İsveçrənin Montrö şəhərində keçirilmiş zirvə görüşündə təşkilat Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul edib və burada ATƏT-in Minsk Qrupunun səylərinin dəstəkləndiyi, münaqişənin sülh yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasının vacibliyi vurğulanıb.

Həmçinin, təşkilat üzvlərinin ayrı-ayrılıqda və ya beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını tanıması faktı xüsusi qeyd edilməlidir. Məsələn, qurum üzvlərindən Rumıniya və Cibuti, həmçinin təşkilata müşahidəçi dövlətlər Meksika, Sloveniya, Bosniya və Herseqovina Xocalıda baş vermiş qətliamı rəsmi şəkildə soyqırımı kimi tanıyırlar. Frankofoniya təşkilatının lideri hesab olunan Fransa özü Minsk Qrupunun həmsədri kimi Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Digər tərəfdən onu da qeyd edək ki, erməni lobbisinin, İrəvanın cəhdlərinə rəğmən, Fransa son dövrlərdə daha çox Bakı ilə yaxınlaşmaq cəhdlərində bulunur. Bunu rusiyalı politoloq, Valday klubunun eksperti Aleksey Fenenko “Moskva-Bakı” portalına müsahibəsində xüsusi olaraq vurğulayır. O, Azərbaycanla yaxınlaşmaq istəyən Parisin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini artıracağını da qeyd edir: “Fransa Dağlıq Qarabağ münaqişəsinin həllinə dair öhdəlik götürən ATƏT-in Minsk Qrupunun həmsədri olaraq qalır. Amma buna rəğmən, son 10 ildə Paris özünü Qarabağ münaqişəsinin sülhlə nizamlanmasından faktiki olaraq kənarlaşdırılmış hiss edir”. Fenenkonun sözlərinə görə, indiyədək Qarabağ münaqişəsinin nizamlanması ilə əslində Moskva və Vaşinqton məşğul olub: “Paris isə həmişə ehtiyat oturacağın harasındasa əyləşib. Amma indi Nikol Paşinyanla Armen Sarkisyanın hakimiyyətə gəlməsindən sonra fransızlar ənənəvi “irsi mülkiyyətindən” – Ermənistandan sıxışdırılıb çıxarıldıqlarını hiss edir. Çünki Ermənistanda Amerikanın təsiri qəfil möhkəmlənməyə, Almaniyanın qeyri-kommersiya təşkilatları və alman biznesinin buradakı mövqeləri isə güclənməyə başlayıb. Belə vəziyyətdə fransızlar artıqdır”. 

Rusiyalı politoloqun fikrincə, regionda ABŞ və Almaniyaya məğlub olmağa başladığını dərk edən Paris Cənubi Qafqaza geri dönmək üçün Bakıya üz tutmağa başlayıb. Fenenko hesab edir ki, İrəvanın və Fransadakı güclü erməni lobbisinin etirazına baxmayaraq, Azərbaycan Prezident İlham Əliyevin iyulda Parisə səfəri öncəsi fransalı həmkarı Emmanuel Makronun 1990-cı illərin əvvəllərindən bəri Azərbaycana silah satışını qadağan edən embarqonu ləğv etməsi və nəticədə, Fransadan 3 ədəd “OPV-90” hərbi patrul gəmisi alınmasını nəzərdə tutan, ümumi dəyəri 500 milyon avro dəyərində müqavilənin imzalanma perspektivi, hətta gəmilərin Azərbaycanda müştərək istehsalına dair ikitərəfli danışıqların aparılması buna nümunədir. Yəni indiyədək ermənipərəst mövqeyilə seçilən Parisin artıq Bakıya ehtiyac duyduğu ortaya çıxır. Rusiyalı politoloqun sözlərindən belə aydın olur ki, proseslərin bu cür inkişafı regionda Azərbaycanın üstünlüyünü və artıq diktə edən tərəf kimi Bakının geosiyasi çəkisini bir qədər də artıracaq: “Görünür, daha Fransanı Cənubi Qafqazda sırf ermənipərəst kurs yeridən bir ölkə hesab etmək olmaz. Yəqin ki, yaxın gələcəkdə Parislə Bakının münasibətləri yaxşılaşacaq. Lakin məsələnin digər tərəfi odur ki, Fransa silahdan başqa real olaraq Azərbaycana nə təklif edə bilər?”. Onun fikrincə, Parisin Azərbaycana ehtiyacı həm də ABŞ, Rusiya, qismən də Böyük Britaniya və İsrail tərəfindən getdikcə qlobal silah bazarından sıxışdırılan Fransanın Azərbaycanla hərbi əməkdaşlıq vasitəsilə bu sahədəki imicini bərpa etmək istəyilə izah olunur. Bütün bunlar bir daha təsdiq edir ki, Frnasa qarşıdakı dövr ərzində Ermənistanla müqayisədə daha çox Azərbaycana yaxınlaşacaq. Bu vəziyyətdə Fransanın Qarabağ məsələsində daha çox Azərbaycanın mövqelərinə uyğun davranış sərgiləməsi də qaçılmazdır. Bu isə bəri başdan onu deməyə əsas verir ki, İrəvan  Beynəlxalq Frankofoniya Təşkilatının 17-ci zirvə görüşündə də istəyinə nail olmayacaq. Fransa prezidenti Emmanuel Makronun görüşdə Ermənistan barədə xoş sözlərini isə ekspertlər sadəcə diplomatik etika ilə izah edirlər. Fransalı ekspert Jak Soppelsan bu fonda diqqəti ona yönəldir ki, yaranmış durumda Azərbaycan həqiqətlərinin dünyada, o cümlədən Fransada  yayılması vacibdir: “Hamı haqlı tərəfin ölkəniz olduğunu bilməlidir. Çünki Azərbaycan zərərçəkən tərəfdir.  Fransa BMT Təhlükəsizlik Şurasının və ATƏT-in Minsk Qrupunun üzvüdür. Fransa vasitəçi qismində Dağlıq Qarabağ münaqişəsinin həllində böyük rol oynaya bilər. Digər tərəfdən, Azərbaycan Beynəlxalq Frankofoniya Təşkilatına üzv olmaq üçün namizədliyini irəli sürüb. Lakin erməni diasporunun təsiri nəticəsində Azərbaycan təşkilata üzv qəbul olunmur. Fransada yaşayan erməni mənşəli son nəslin nümayəndələri, heç vaxt Dağlıq Qarabağda və Ermənistanda yaşamamalarına baxmayaraq, özlərini çox aqressiv aparırlar. Bu məsələ həll edilməlidir və Paris burada öz səylərini ortaya qoymalıdır”.

Bununla yanaşı, nəzərə alaq ki, Beynəlxalq Frankofoniya Təşkilatının üzvlərinin bir qismi Avropa Şurasında, digər bir qismi İslam Əməkdaşlıq Təşkilatında Dağlıq Qarabağın işğal faktını təsdiqləyən sənədlər qəbul ediblər. Bu da İrəvanın təşkilatın görüşündə istəyinə nail olmasını mümkünsüz hala gətirən daha bir faktdır. Proseslər göstərir ki, qarşıdakı dövr ərzində Azərbaycanın atdığı addımlar Beynəlxalq Frankofoniya Təşkilatı çərçivəsində Ermənistanın bütün cəhdlərini iflasa uğradacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ