çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Suriyaya Rusiyanın S-300-ləri, İsrailə ABŞ-ın ən müasir F-35-ləri...

Image


Yaxın Şərqdə baş verən proseslər burada Cənubi Qafqaza da ciddi surətdə təsir edə biləcək daha qanlı olayların başlanmaq üzrə olduğunu göstərir. Söhbət Suriyada İsrail və İran arasında savaşın başlanmasından, Dəməşqin isə burada əsas iştirakçılardan biri olmasından gedir. Digər tərəfdən görünən odur ki, savaşın aktiv iştirakçılarından biri də ABŞ və Rusiya olacaq.

Məsələ burasındadır ki, Rusiyanın Suriya rejiminə S-300 zenit-raket kompleksləri verməsinə cavab olaraq ABŞ İsrailə öz Hərbi Hava Qüvvələrinin sərəncamından təcili qaydada beşinci nəsil F-35 qırıcıları göndərməyə qərar verib. İsrailin hərbi-kəşfiyyat dairələrinə yaxın DEBKA portalı yazır ki,  Suriya rejiminə S-300 raketlərinin verilməsindən sonra Vaşinqtonla Təl-Əviv arasında bir neçə gün intensiv məsləhətləşmələr olub. Baş nazir Benyamin Netanyahu və prezident Donald Tramp qərara alıblar ki, Suriyada strateji vəziyyətin dəyişməsinə cavab olaraq bəzi təxirəsalınmaz addımlar atılmalıdır.

Məlumatda deyilir ki, F-35 qırıcıları dərhal İsrailə göndəriləcək, bu təyyarələr ABŞ ordusunun  silahlanmasından götürüləcək. Bu, ABŞ-ın Rusiyanın gedişini təkrarlamasıdır. Rusiya Suriyaya cəmi iki həftə ərzində iki batareya S-300 komplekslərini göndərmək üçün onları öz ordusunun silahlanmasından götürmüşdü. İsrail hökumətinin yüksək vəzifəli nümayəndəsinin bildirdiyinə görə, Rusiyanın Suriyaya S-300 kompleksləri verməsini şişirtmək lazım deyil. Çünki Suriyanın Hava hücumundan müdafiə sistemi beşinci nəsil qırıcılarla keçilə, S-300 batareyaları isə yerdə məhv edilə bilər. Amma məsələ bundadır ki, həmin S-300 batareyaları  Rusiyanın Suriyadakı müdafiə sisteminə avtomatik qoşulmuş şəkildə işləyəcək. Başqa sözlə, S-300 batareyalarının əsas idarəçilyini elə ruslar özləri həyata keçirəcək. Bu da İsrailin Suryiada İran obyektlərinə zərbə endirməsini çətinləşdirir. Belə vəziyyətdə ABŞ-ın “Brookings” nəşri yazır ki, geri çəkilmək niyyətində olmayan İsrail Tehran təhlükəsini aradan qaldırmaq üçün Vaşinqtonun dəstəyilə Tehranla açıq qarşıdurmaya gedə bilər. Nəşr bu xüsusda daha sonra yazır: “Söhbət Suriyada regional təhlükəsizliyə gəldikdə, İsrailin bəxti gətirməyib. Suriya oyunda ən son və ən pis kartdır. Bir tərəfdən Bəşər Əsəd rejimi zəifləyib, eyni zamanda, keçmişdə İsraillə olan ərazi mübahisələri və münaqişələri unudulmayıb və o, həmişə düşmən olduğunu isbatlayıb. Digər tərəfdən, İran və “Hizbullah” Suriyanın qeyri-sabitliyini istismar edir, bu ölkədə İranın təsiri artır və o, İsrailə hücumları üçün yeni meydan, əslində, başqa bir Livan ola bilər. Yəhudi analitiki Ehud Yaari artıq Suriyada İsraililə İran arasında müharibə risqini “labüd” deyə təsvir edir. Son vaxtlar risqlər artıb. Rusiya kimi böyük güc Suriyaya müdaxilə edib və Moskva Əsəd rejimini S-300 kimi hava hücumundan müdafiə sistemi ilə təmin edib, İsrailin bölgədəki fəaliyyət azadlığı məhdudlaşıb. Tramp administrasiyası yaxın zamanda açıqlayıb ki, ABŞ qüvvələri İranın nüfuzuna müqavimət üçün Suriyada qalacaq.

İsrailin kəşfiyyat xidmətləri Suriyanı çoxdan öyrənib və bu ölkə ilə bağlı yaxşı məlumatlıdır. Son onilliklərdə o, Suriyadakı qüvvələrə öz bazalarından ani zərbə vura biləcəyini göstərib: İsrail ordusu 2007-ci ildə Suriyada nüvə obyektini dağıdıb, “Hizbullah”çı İmad Muğniyətək neçə-neçə terrorçuya dəfələrlə hücum edib və onlardan gələn təhlükəni məhdudlaşdırıb. 2011-ci ildə üsyan və daha sonra vətəndaş müharibəsi baş verdikdə, İsrail daha açıq müdaxilədən çəkinib, daha çox zərər verə biləcəyinə inandığından Suriyadakı oyuna qoşulmayıb, əzəli və əbədi düşmənlərinə – İran və Livan “Hizbullah”a yönəlmiş məhdud müdaxilələri icra edib.

Tehran Suriya rejimini strateji müttəfiq hesab edir və vətəndaş müharibəsinin ilk illərində, rejimin süquta yaxınlaşdığı dövrdə bir neçə min İnqilab Keşikçisini (İİKK) ora göndərib. Bununla bərabər, İsrailin strateji hesablamaları dəyişir, çünki Əsəd rejimi sabit qalır və İranın Suriyada rolu genişlənir. İsrailin müdafiə naziri iyul ayında xəbərdarlıq edib: “Biz Suriyada hansısa İranın varlığını qəbul etməyə hazır deyilik”. Suriyada mövcudluğu halında, İran İsrail üçün təhdidi və Livan “Hizbullah”ı yaxın müttəfiqinə dəstəyi artırmağı bacarır.

İsraillilər İrandan İraqa və Suriyaya keçən və Tehranın idarə etdiyi quru “körpü”dən narahatdırlar. Suriyadan iranlı hərbi təcavüzünün qarşısını alaraq (bu qayğını Səudiyyə Ərəbistanı, BƏƏ və digər rəqiblər də bölüşür), İsrail Livandakı səhvi aradan qaldırmağa qətiyyətlidir. Suriya rejimi öz mövqeyini möhkəmləndirdiyi kimi, Tehran da möhkəmləndirib. Tehran Suriyada bazalara malikdir və orada silah fabrikləri tikir. Vətəndaş müharibəsi zəifləsə də, Suriya rejimi hələ də iki ayağı üstündə dayana bilmir. Amma suriyalı qüvvələr 2018-ci ilin iyul ayında Colan Təpələrindəki sərhədə yaxın Dəraa bölgəsini aldıqda, yalnız Rusiya deyil, İran və Livan “Hizbullahı” ilə də tərəfdaşlıq edib. Suriya, İran və İsraillə yaxşı münasibətlər quran yeganə dövlət kimi, Rusiya Suriyada mühüm rol oynayır. Netanyahu hökuməti Moskva ilə normal əlaqələri saxlamağa çalışır, Putindən düşmənlərini çəkindirməyi tələb edir. İndi Rusiya həm İran, həm də İsraili sakitləşdirməyə cəhd göstərir. Rusiya, həmçinin, İranı İsrail sərhədindən 85 kilometr uzaqda saxlamaq üçün müqavilə bağlayıb.

2018-ci ilin sentyabrında İsrailin hava hücumunda Rusiya təyyarəsi qəzaya uğradığı üçün Rusiya İsraili günahlandırıb. Bu, S-300 razılaşmasının elan edilməsinə səbəb olub və Təl-Əvivlə Moskva arasında daha çox düşmən münasibətin yaranması mümkündür. Hazırda İsrailin basqınları və müdafiə sistemləri İran təhdidini məhdudlaşdırır, lakin Suriyanın İsrailə təhlükə yaratmaq üçün əlverişli vektor olduğu nəzərə alınarsa, bunun nə qədər davam edəcəyi aydın deyil. İran digər səhnələrdə də böyüyə bilər. Misal üçün, İranın Yəməndəki husilərlə əlaqələri İsrailin Qırmızı dənizdə fəaliyyətini hədəfləyir. Belə vəziyytdə ABŞ İsrailin “qırmızı xətlər”ini dəstəkləməlidir, Livana və Suriyadakı sərhəddə İsrailə yardım etmək üçün əlavə raket hücumundan müdafiə sistemləri və texnologiyalar köçürə bilər. Ancaq ümumiyyətlə, vəziyyət qeyri-sabit qalacaq: Tramp administrasiyası bölgəyə cəlb olunmaq üçün çox az iş görür, İran isə İsrailin sərhədlərini sınaqdan keçirir və ehtimal ki, daha sabit və çəkindirici durum üçün illər lazım olacaq. Əks təqdirdə yaxın tezlikdə İsrail və İran arasında qanlı savaş başlanacaq”.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ