çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Tramp komandası ilə USAID savaşı daha gərgin mərhələyə daxil olur...

Image


ABŞ prezidenti Donald Trampın Hökumətin Effektivliyi Departamentinin fəaliyyəti bu gün bütün dünyada böyük diqqətlə izlənilir. Onun rəhbəri milyarder İlon Mask Azərbaycanda arzuolunmaz elan edilən ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) bağlamağa çalışır. 

Bu, radikal Trampçıların Amerika büdcəsindən pul alan bürokratik strukturların təsirini azaltmaq və qlobalist gündəmi həyata keçirmək üçün elan etdikləri kursa uyğundur. Tramp və Maskın qalib gələ biləcəyi bəlli deyil. Lakin bu baş verərsə, Amerika siyasətində inqilabi dəyişikliklərin baş verdiyini söyləmək yerinə düşər.

ABŞ-da və onun hüdudlarından kənarda bir qədər sürprizlə izlənilən Hökumətin Effektivliyi Departamenti-USAID döyüşündə ABŞ mediası onları təəccübləndirən bir kəşf edib. Məlum olub ki, Maskın ideyası heç də prezident üçün məsləhətçi qeyri-hökumət orqanı deyil, onun daha böyük gücə malik olduğu üzə çıxır. Hökumətin Effektivliyi Departamentinə əhəmiyyətli səlahiyyətlər verilib. Maskın departamentinə prezidentin əmri ilə hökumət qeydlərinə, "The New York Times"a görə isə federal ödəniş sisteminə çıxış imkanı verilib. Birincisi USAID, ikincisi isə Maliyyə Nazirliyi ilə bağlı qalmaqala səbəb olub. Mask sosial mediada yazıb: "Hökumətin Effektivliyi Departamenti komandası, digər şeylərlə yanaşı, ABŞ Maliyyə Nazirliyində ödənişlərin təsdiqlənməsinə cavabdeh olan məmurlara, hətta məlum fırıldaqçı və terror qrupları olsa belə, həmişə ödənişləri təsdiqləmək tapşırığı aldığını aşkar edib". O, nə demək istədiyini və bundan hansı əməli nəticələrin çıxarılacağını açıqlamayıb. Hələlik yalnız Konqresdəki Demokratlar nəticə çıxarıb. Oreqon senatoru Ron Vayden iddia edir ki, Mask şəxsi biznes maraqlarını inkişaf etdirmək üçün Hökumətin Effektivliyi Departamentindən istifadə edir. Axı o, ödənişləri emal edən ödəniş sisteminə, o cümlədən bu milyarderin rəqiblərinə çıxış əldə edib. Lakin USAİD-in məsələsində Maskın gəldiyi nəticələr aydındır. O, sosial şəbəkədə yazıb ki, Tramp Amerikanın ən qədim agentliklərindən birinin bağlanmasının tərəfdarıdır. USAID 1961-ci ildə prezident Con Kennedinin rəhbərliyi altında Birləşmiş Ştatların digər ölkələrə göstərdiyi qeyri-hərbi yardımı idarə etmək üçün yaradılıb. Respublikaçılar Partiyasının mühafizəkar hissəsi vaxtaşırı təşkilatı tənqid edib. Mühafizəkarlar onu ilk növbədə adi amerikalılar üçün heç bir faydası olmayan xarici siyasət məqsədləri üçün Amerika vergi ödəyicilərinin pullarının israfçısı kimi görürlər. Bütün dünyada USAID ABŞ-ın siyasi təsir kanalı hesab edilir. Elə bu səbəbdən Azərbaycan hakimiyyəti bu təşkilatın ölkə ərazisində fəaliyyətini dayandırıb. Trampın isə vəzifəyə gəldikdən sonra verdiyi ilk qərarlardan biri, demək olar ki, bütün xarici yardım proqramlarını, o cümlədən USAID-i 90 gün müddətinə dayandırmaq oldu. Ötən həftə bu qurumun 100-ə yaxın əməkdaşı məzuniyyətə göndərilib. Fevralın 3-də isə CNN xəbər verib ki, USAİD-in Vaşinqtondakı Ronald Reyqan binasındakı qərargahında çalışan işçilərə ofislərinin müvəqqəti bağlanacağı barədə xəbərdarlıq edilib. Müvafiq işarələr oradan çıxarılıb. Bundan əvvəl Hökumətin Effektivliyi Departamentinin əməkdaşlarının ofisə daxil olmaq və bu qeyri-hökumət təşkilatında olduğu aşkar edilmiş məxfi məlumatlara çıxış əldə etmək cəhdi olub. Bundan başqa, Maskın tabeliyində olanlara dünyanın müxtəlif ölkələrində çalışan USAİD əməkdaşlarının şəxsi məlumatlarına çıxış imkanı verilməyib. Onu ən çox qəzəbləndirən də elə bu olub. O, sosial şəbəkədə bu təşkilat haqqında çox sərt danışıb, onu cinayətkar adlandırıb. Hökumətin Effektivliyi Departamentinin Ronald Reyqanın binasına səfəri Trampın yanvar ayında USAID-ə rəhbərlik etməyə təyin etdiyi Mett Hopsonun istefası ilə nəticələndi. Qərar imzalanarkən ABŞ prezidenti hadisə ilə bağlı açıqlama verməsə də, görünən odur ki, Mask öz təşəbbüsü ilə hərəkət etməyib. Agentliyin ofisinin bağlanması ərəfəsində Tramp USAID-i "radikal dəlilər dəstəsi" adlandırıb. İlon Mask "X" sosial şəbəkəsində paylaşımında bəyan edib ki, artıq USAID-in ləğvi prosesindədirlər: "USAID bərpa oluna bilməz".

İndi hadisələr bir neçə ssenari üzrə inkişaf edə bilər. Trampın USAİD-i ləğv etmək səlahiyyəti yoxdur, lakin o, onu Dövlət Departamentinə ötürə bilər. Nəticədə agentlik prezidentin nəzarətində olan adi hökumət strukturuna çevriləcək. Bu arada "The Hill" qəzeti məlumat yayıb ki, dövlət USAID-in direktor vəzifəsini müvəqqəti icraçısı təyin edilib. Dövlət katibi Marko Rubio bildirib: "USAID-in bir çox funksiyaları qalacaq. Lakin onlar ABŞ-nin xarici siyasətinə uyğunlaşdırılmalıdır". ABŞ Dövlət Departamenti onu da qeyd edib ki, indiyə qədər USAID proqramlarının əhəmiyyətli hissəsi ABŞ-ın əsas maraqlarına cavab verməyib. Bəyanata əsasən, USAID öz ilkin təyinatından çoxdan kənara çıxıb: "İndi tam aydındır ki, USAID-in maliyyələşməsinin əhəmiyyətli hissəsi Birləşmiş Ştatların əsas milli maraqları ilə bağlı deyil". Amerikalı ekspert Pavel Şarikovun fikrincə, belə gedişlə   təşkilatın özü fəaliyyətini dayandıracaq, lakin onun müəyyən proqramların maliyyələşdirilməsi ilə bağlı bəzi funksiyaları Dövlət Departamentinə veriləcək. İkinci ssenari, USAID-in özünü müdafiə edə biləcəyi ssenaridir. Konqresdəki demokratlar artıq Mask və Trampın hərəkətlərini tənqid ediblər. Partiyanın Senatdakı fraksiyası məhkəməyə müraciət etmək imkanını müzakirə edir. Demokrat senatorlar Marko Rubioya Ağ Ev adından izahat tələb edən məktub göndərdilər. Mask və Trump məhkəmədə uduzsalar, Hökumətin Effektivliyi Departamentinin  ləğv ediləcəyi və ya fəaliyyətinin məhdudlaşdırılacağı ehtimalı yüksəkdir. Respublikaçı seçicilərin bunu qəbul etməsi, çox güman ki, nisbətən asan olacaq. Sorğular göstərir ki, Mask və onun təşəbbüsləri cəmiyyətdə kifayət qədər populyar deyil. Sonda hansı ssenarinin reallaşacağını söyləmək çətindir. Hazırda baş verən hər şey Amerika siyasəti üçün görünməmiş bir hadisədir. Bu, əvvəllər heç vaxt baş verməyib, ona görə də bütün maraqlı tərəflərin reaksiyası hələ də aydın deyil.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ