çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

İlham Əliyev dedi, Tramp təsdiqlədi ki, doğrudur...

Image


Dünya miqyasında prezident Donald Trampın komandasının ABŞ-ın xarici yardımlarını dondurması geniş müzakirə edilir. Bu, ilk növbədə hər cür qeyri-hökumət təşkilatlarına (QHT), fondlara və şəxslərə aiddir. 

Eyni zamanda, Donald Trampın komandası müxtəlif ölkələrdə hər cür QHT-lərə dəstək verməklə məşğul olan Beynəlxalq İnkişaf üzrə Federal Agentliyini (USAID) ləğv etməyə qərarlı və hazır görünür. İlon Mask artıq onu cinayət təşkilatı və marksist radikalların ilan yuvası adlandırıb.

USAID ABŞ federal hökumətinin dünya ölkələrində inkişafı təşviq etmək üçün xarici humanitar yardımın idarə edilməsinə cavabdeh olan bir agentliyidir. 

Agentlik hələ 1961-ci ildə prezident Con Kennedinin rəhbərliyi altında Afrika və Asiyada keçmiş Avropa koloniyalarına Sovet dəstəyinə cavab olaraq yaradılıb. Son onilliklərdə agentlik ABŞ-ın ən böyük dövlət qurumlarından birinə çevrilib. Bu yaxınlara qədər 100-dən çox ölkədə mövcudluğu ilə Amerikanın bütün xarici yardımının yarıdan çoxunu təmin edib. Bununla belə, ABŞ-ın federal büdcəsinin yalnız bir faizi USAİD-in fəaliyyətinə xərclənir, lakin bu, hələ də böyük məbləğdə puldur və 50 milyard dollar vəsait deməkdir. USAID hökumətdə xüsusi statusa malikdir. ABŞ Dövlət Departamentindən göstəriş alsa da, indiyə qədər öz prioritetləri olan müstəqil təşkilat kimi fəaliyyət göstərib. Donald Trampın komandasının üzvləri üçün USAID büdcə vəsaitlərini səmərəsiz xərcləyən və müəyyən mənada Dövlət Departamenti ilə rəqabət aparan lazımsız struktur kimi görünür. Eyni zamanda, hər hansı xarici yardım, yeni prezidentin fikrincə, ABŞ-ın milli maraqlarına uyğun olmalıdır və inkişaf etməkdə olan ölkələrə dəstək çox vaxt pul israfına çevrilir. USAID Donald Trampın yeni kursuna ideoloji cəhətdən düşmən olan təşkilat kimi də qəbul edilir. Respublikaçılar hesab edirlər ki, agentlik təkcə iqtisadi inkişafı dəstəkləməklə kifayətlənmir, həm də müxtəlif qeyri-hökumət təşkilatlarını maliyyələşdirməklə solçu ideyaları yayır. Bu fonda  İlon Mask birbaşa USAID-i Amerikaya nifrət edən radikal solçu marksistlərin yuvası adlandırıb. Təşkilatın fəaliyyəti Azərbaycana da yaxşı tanışdır. Bu fonda USAID-in ölkəmizdəki fəaliyyətinə son qoyulması istiqamətində Azərbaycan vaxtında konkret addımlar atdı. Xatırladaq ki, prezidenti İlham Əliyev "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində bu məsələyə toxunmuşdu. USAID, Bayden administrasiyası barədə danışarkən dövlət başçısı qeyd etmişdi: "Bayden administrasiyası tarixdə, o cümlədən nə ilə yadda qalacaq? Bir çox məsələ, amma o cümlədən bir göstərici ilə. Bu, yaxadan asılmaqdır. Biz sizə kömək etmək istəyirik. Biz isə deyirik: sağ olun, ehtiyac yoxdur. Onlar təkid edirlər. Bax, onların USAID adlı strukturu var. Yardım etmək istəyir, amma nədənsə bizə lazım olan məsələdə deyil". Bununla yanaşı, prezident demişdi ki, Tramp USAID- i birdəfəlik qadağan edə bilər.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu fonda gürcüstanlı həmkarı Maka Boçorişvili ilə ötən ay Bakıda keçirilən birgə mətbuat konfransında bildirib ki, USAİD Azərbaycana qarşı vasitə kimi istifadə edilir: "Azərbaycan 2023-cü ildə öz suverenliyini bərpa etdiyinə görə ABŞ tərəfindən 907-ci düzəlişlə "cəzalandırıldı". Onun sözlrinə görə, 2023-cü ilin sentyabr ayında Azərbaycan 23 saatlıq antiterror əməliyyatı keçirərək suverenliyini bərpa etdi: "Bundan qısa müddət sonra biz ABŞ-dan beynəlxalq hüquqla uzlaşmayan hücumun şahidi olduq. 1992-ci ildə qəbul edilmiş azadlığa dəstək aktına 907-ci düzəliş adlı bir sanksiya sənədi mövcud idi və onun Azərbaycana aid hissəsi uzun illər idi ki, dayandırılırdı. Ancaq sonuncu dəfə bu dayandırılma baş vermədi və 20 il sonra sırf Azərbaycan suverenliyini bərpa etdiyi üçün bir növ "cəzalandırıldı". XİN başçısı vurğulayıb ki, USAİD-in yardımları Azərbaycanda ABŞ-nin maraqlarının icrasına xidmət edirdi: "Azərbaycan tərəfi hər şeyə rəğmən dedi ki, əgər ABŞ Azərbaycana yardım etməkdə maraqlıdırsa, həmin yardımlar rəsmi şəkildə bütün şəffaflıqları özündə əks etdirməlidir". Nazir bəyan edib ki, USAİD-in 2024-cü il 1 iyul tarixindən Azərbaycanda fəaliyyət göstərməsi de-yure mümkün deyil. Təcrübə göstərir ki, başda USAİD olmaqla ABŞ hökumətinə bağlı olan, eləcə də guya müstəqil olan bu cür təşkilatlar vətəndaş cəmiyyətlərinin inkişafına töhfə verməkdən daha çox, siyasi proseslərə müdaxilə etmək, cəmiyyəti çaşdırmaq, ictimai-siyasi prosesləri manipulyasiya etmək, dövlətçilik prinsiplərini zəiflətmək məqsədi güdürlər. Bir qayda olaraq, bu cür təşkilatlar Azərbaycan dövləti ilə müəyyən istiqamətlərdə əməkdaşlıq etsələr də, onların əsas fəaliyyət istiqaməti, özlərinə sadiq qeyri-hökumət təşkilatları, media qurumları yaratmaq, özünəməxsus şəbəkə formalaşdırmaq, radikal siyasi qüvvələrin anti-dövlət fəaliyyətinə dəstək vermək olub. Bu agentlik Azərbaycana qarşı kəskin düşmən münasibəti ilə seçilirdi. Bunu onun son direktoru Samanta Pauerin hərəkətlərində xüsusilə aydın görmək olar. 2023-cü ildə Qarabağ xuntasının keçmiş "dövlət naziri" Ruben Vardanyan Azərbaycanın istintaq orqanlarına ifadəsi zamanı xaricdəki çoxsaylı "etibarlı əlaqələri" arasında onun adını çəkib. Azərbaycan tərəfi USAİD-in rəhbərinin Ruben Vardanyanla çox yaxın təmasların təfərrüatlarını bilir. Yada salaq ki, Pauer həm də Vardanyanın təşəbbüskarı və sponsoru olduğu "Avrora Mükafatı Komitəsinin" üzvüdür. 2023-cü ilin sentyabrında Ermənistan və Azərbaycana səfəri zamanı Pauerin İrəvanda Qarabağ ermənilərinin nümayəndələri ilə necə görüşdüyünü, lakin Bakıda olarkən azərbaycanlı qaçqın və məcburi köçkünlərə tamamilə məhəl qoymadığını da xatırlamaq olar. Onu da qeyd edək ki, USAİD illərlə dünyanın müxtəlif bölgələrində müstəqil xarici siyasət yürüdən dövlətlərin daxili işlərinə qarışması, inqilablara sponsorluq etməsi ilə də tanınır. 1970-ci illərdə ABŞ-da dünyada media orqanlarının gücləndirilməsi və maliyyələşdirilməsi işi Mərkəzi Kəşfiyyat İdarəsindən (USAİD-ə keçib və bu günə qədər bu praktika davam edir. USAİD hələ də ələ keçirdiyi mediaları saxlamaq və genişləndirmək üçün hər il milyardlarla pul xərcləyir. Amma indi bu fəaliyyət də sual altına düşüb. Maraqlıdır ki, USAID-in bir sıra yüksək vəzifəli məmurlarının işdən çıxarılmasına səbəb onların məxfi hesabatları nəzərdən keçirmək üçün Hökumətin Effektivliyi Departamentinə təqdim etməkdən imtina etməsi olub. USAID-in fəaliyyəti demək olar ki, yarandığı gündən tənqid olunur. Agentlik təkcə maliyyə ilə bağlı deyil, müxtəlif qalmaqallarla bağlı olub. USAID-in Mərkəzi Kəşfiyyat İdarəsinin agentlərini ört-basdır etdiyi və qurumun özünün ABŞ-a düşmən olan hökumətlərə qarşı gizli əməliyyatlar apardığı tez-tez qeyd olunur. USAID-in analoji əməliyyatları xüsusilə Latın Amerikasında yaxşı tanınır. Onlardan biri 2014-cü ildə Kubada yerli repçilərə dəstək adı altında hökumət əleyhinə gənclər hərəkatının yaradılmasıdır . Bundan əlavə, 2010-cu illərdə USAID Kuba sosial şəbəkəsi "ZunZuneo"nu idarə edirdi və burada da ölkə hökumətinə qarşı etirazları qızışdırmağa cəhd edirdi. Agentliyin iqtisadi proqramları da mübahisəli olub. Məsələn, prezident Corc Buşun dövründə USAID-in İraqın yenidən qurulması layihələri ABŞ administrasiyası ilə sıx əlaqəli olan Amerika şirkətləri ilə məhdudlaşırdı ki, bu da açıq-aşkar maraqların toqquşması idi.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ