çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

İmişlinin Bəcirəvan bələdiyyəsinə seçkinin nəticələri bu şəxsin saxta qalib elan olunmasına görə ləğv edildi...

Image


MSK: "Müraciətdə iddia edilən pozuntular hərtərəfli və obyektiv araşdırılaraq…"

Yanvarın 29-da ölkəmizdə keçirilən bələdiyyə seçkilərindən sonra bir neçə məntəqənin nəticələrinin ləğv edildiyi barədə məlumat yayılıb. Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova mətbuata bildirib ki, 81 saylı İmişli seçki dairəsi üzrə 42, 43, 44, 45, 46 saylı məntəqələrdə bələdiyyə seçkiləri üzrə nəticələr ləğv edilib. Həmin seçki məntəqələrində Bəcirəvan bələdiyyəsinə seçkilər keçirilib.

MSK-nın qərarına əsasən, həmin məntəqələrdə seçkinin nəticələri etibarsız hesab edilib.

Maraqlıdır, bu məntəqələrdə səsvermə niyə etibarsız sayılıb? Niyə səslər etibarsız sayılıb? Nə üçün nəticələr ləğv olunub? O məntəqələr üzrə əlavə seçki olacaq, olmayacaq? Onların taleyi necə olacaq? Konkret nə baş verib: yetərsay olmayıb, bülletenlər korlanıb, yoxsa məntəqə üzvləri naşı davranıblar? Səbəb nədən ibarətdir? Məntəqələrdə seçkinin nəticələrinin etibarsız sayılmasına görə məntəqə üzvlərinə, sədrlərə hansısa cəza nəzərdə tutulurmu?

"…Seçkilərin nəticələrinə təsir edə biləcək qanun pozuntuları aşkar edilib"

Suallarımıza cavab almaq üçün MSK-ya sorğu göndərdik. Sorğumuza cavab olaraq MSK-dan bildirildi ki, 81 saylı İmişli seçki dairəsindən 

Bəcirəvan bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər Tehmirov Niyaməddin Məmməd oğlu 2025-ci il yanvarın 31-də və Quliyev Barat Əlişirin oğlu 2025-ci il fevralın 1-də MSK-ya müraciət edərək, adıçəkilən seçki dairəsinin həmin bələdiyyəni əhatə edən 42, 43, 44, 45 və 46 saylı seçki məntəqələrində səsvermə günü günün sonunda səsvermənin nəticələrinə dair yekun protokollarının tərtib edilərək təsdiq edilmiş surətinin onlara təqdim edildiyini, ancaq sonradan seçici səslərinin digər qeydə alınmış namizədin xeyrinə saxtalaşdırılaraq az səs toplamış Cəbrayılov Yusif Xalıq oğlunun seçilmiş bələdiyyə üzvü elan edilməsini və seçki qanunvericiliyinin digər ciddi pozuntularına yol verildiyini iddia edərək, bu pozuntuların araşdırılmasını və pozulmuş  hüquqlarının bərpa edilməsi üçün müvafiq tədbir görülməsini xahiş ediblər. "Müraciətlər Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvləri tərəfindən icraata qəbul edilib və seçki dairəsinin eyni bələdiyyəni əhatə edən məntəqə seçki komissiyalarının fəaliyyəti ilə əlaqədar olduğundan bir icraatda birləşdirilərək araşdırılıb, bu barədə birgə rəy verilib və Komissiyanın iclasında baxılıb.

Araşdırma ilə bağlı müraciət etmiş namizədlərlə əlaqə saxlanılıb, araşdırmada və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilib, araşdırmada və iclasda iştirakları təmin olunub".

MSK-dan bildirildi ki, namizəd N.M.Tehmirov araşdırmaya seçki dairəsinin həmin bələdiyyəni əhatə edən 42, 43, 44, 45 və 46 saylı seçki məntəqələrindən əldə etdiyi səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının protokolunun təsdiq edilmiş surətini təqdim edib.

Eyni zamanda namizəd B.Ə.Quliyev müraciətinə 42, 43 və 44 saylı seçki məntəqələrindən əldə etdiyi səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının protokolunun təsdiq edilmiş surətini əlavə edib.

"Dairə seçki komissiyasından Bəcirəvan bələdiyyəsini əhatə edən seçki məntəqələri üzrə səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyalarının protokolları alınaraq həmin seçki məntəqələrində təsdiq edilərək namizədə təqdim edilmiş protokolların surətləri ilə müqayisəli  şəkildə araşdırılıb.

Müraciətdə iddia edilən pozuntular hərtərəfli və obyektiv araşdırılaraq namizədlər tərəfindən təqdim edilmiş protokolların təsdiq edilmiş surəti ilə dairə seçki komissiyası tərəfindən təqdim edilmiş protokollar və həmin protokollar əsasında Mərkəzi Seçki Komissiyasına daxil olan protokol məlumatlarının müqayisəli təhlili aparılıb və seçki dairəsinin Bəcirəvan bələdiyyəsini əhatə edən 42, 43, 44 və 46 saylı seçki məntəqələrində səsvermənin nəticələrinə dair protokolun tərtib edilməsi zamanı bu və ya digər şəkildə seçkilərin nəticələrinə təsir edə biləcək qanun pozuntuları aşkar edilib. Araşdırma ilə həmin seçki məntəqələrində müəyyən edilmiş qanun pozuntuları seçki qanunvericiliyinin tələblərinə görə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hal kimi qiymətləndirildiyindən, qeyd edilən seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranıb".

Qeyd olundu ki, Seçki Məcəlləsinin 240.2-ci maddəsinə görə, dairə seçki komissiyası və ya MSK bələdiyyə üzrə seçkiləri aşağıdakı hallarda etibarsız sayır: "- 240.2.1. Bələdiyyə üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin bələdiyyənin ərazisində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində seçicilərin sayı bələdiyyə üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.

81 saylı İmişli seçki dairəsi üzrə Bəcirəvan bələdiyyəsinin ərazisində 5 seçki məntəqəsi fəaliyyət göstərir və həmin seçki məntəqələri üzrə 3494 seçici qeydə alınıb. Səsvermənin nəticələri etibarsız hesab edilən seçki məntəqələri üzrə isə 2727 seçici qeydə alınıb.

Bəcirəvan bələdiyyəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilən seçki məntəqələrinin sayı seçki dairəsi üzrə həmin bələdiyyəni əhatə edən seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu, həmin seçki məntəqələrində qeydə alınan seçicilərin sayı isə həmin bələdiyyə üzrə qeydə alınan seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etdiyindən, bələdiyyə üzrə seçkilərin nəticələrinin etibarsız sayılması üçün hüquqi əsaslar yaranıb".

MSK 81 saylı İmişli seçki dairəsindən Bəcirəvan bələdiyyəsinə qeydə alınan namizədlər N.M.Tehmirovun və B.Ə.Quliyevin müraciətləri təmin edilməli, həmin seçki dairəsinin qeyd edilən bələdiyyəni əhatə edən 42, 43, 44 və 46 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab olunmalı, Bəcirəvan bələdiyyəsi üzrə seçkilərin nəticələri etibarsız sayılmalı olduğu barədə qərar qəbul edib. MSK-nın Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 240-cı maddələrinə əsasən qəbul etdiyi qərara görə,  81 saylı İmişli seçki dairəsindən Bəcirəvan bələdiyyəsinə qeydə alınan namizədlər Tehmirov Niyaməddin Məmməd oğlunun və Quliyev Barat Əlişirin oğlunun  müraciəti təmin olunub, seçki dairəsinin həmin bələdiyyəni əhatə edən 42, 43, 44 və 46 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri və  eyni zamanda Bəcirəvan bələdiyyəsinə keçirilmiş bələdiyyə seçkiləri etibarsız hesab edilib. 

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ