çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Dünya ticarət müharibəsi başladı - fantastik bahalaşma gəlir...

Image


Fevralın 4-dən ABŞ-da Kanada, Meksika və Çindən gələn mallara tariflər qüvvəyə minəcək. Müvafiq sərəncamı imzalayan prezident Donald Tramp bildirib ki, bu tədbir Kanada və Meksikanın öz sərhədlərindən qeyri-qanuni miqrant və narkotik axınının qarşısını ala bilməməsinə, Çinin Şimali Amerikaya narkotik maddə olan fentanil göndərməsinə cavabdır. 

Tramp bununla bağlı bildirib: "Mən Meksika və Kanadadan idxala 25% tarif (Kanada enerjisinə 10%) və Çinə əlavə 10% tarif tətbiq etdim".

Donald Trampın ticarət siyasəti üzrə müşaviri Piter Navarro bildirib ki, əgər Kanada, Meksika və Çin cavab tədbirləri görərlərsə, Vaşinqton bu 3 ölkənin məhsullarına rüsumları daha da artıracaq. Ağ Ev ölümcül fentanil də daxil olmaqla qeyri-qanuni mühacirlərin və narkotiklərin yaratdığı təhlükənin milli fövqəladə vəziyyət yaratdığını bildirir. Ötən maliyyə ilində ABŞ Gömrük və Sərhəd Mühafizəsi 10 tondan çox fentanil ələ keçirib. Hər il təxminən 75 000 amerikalı Meksika və Kanadada Çindən göndərilən və sonra ABŞ-a qeyri-qanuni idxal edilən kimyəvi maddələrdən istehsal olunan fentanilin həddindən artıq dozası nəticəsində ölür. Çin, Kanada və Meksikadan gələn mallar ABŞ-ın ümumi idxalının 40%-ni təşkil edir. ABŞ neft emalı sənayesinin təxminən 20-25%-i Kanada neftindən istifadə edir. ABŞ-a bütün meyvə və tərəvəz idxalının təxminən 64%-i Meksikadan gəlir. Cavab addımı olaraq  Kanada və Meksika dərhal Amerika mallarına öz 25 faizlik tariflərini tətbiq ediblər. Kanadanın baş naziri Castin Trüdonun sözlərinə görə, Ottava ərzaq məhsulları, spirtli içkilər, geyim və ayaqqabılar, məişət texnikası, mebel, taxta və xammala rüsumlar tətbiq edəcək. Trüdo həmyerlilərini Kentukki burbonundan daha çox Kanada viskisi seçməyə, Florida portağal suyundan imtina etməyə və yay tətili planlarını ABŞ-da deyil, evdə istirahətə dəyişməyə çağırıb. Ümumiyyətlə, Kanada 155 milyard dollar dəyəri olan ABŞ məhsullarına rüsumları artıracaq. Meksika prezidenti Klaudiya Şeynbaum hökumətinin cinayətkar təşkilatlarla əlbir olması ilə bağlı ittihamları "böhtan" adlandırıb və ABŞ-ı Meksika kartellərinə qeyri-qanuni silah daşınmasını dayandırmaq üçün daha çox iş görməyə çağırıb. Meksikanın ABŞ ilə əməkdaşlığa hazır olduğunu vurğulayan Şeynbaum qeyd edib: "Problemlər tariflərin qoyulması ilə deyil, danışıqlar yolu ilə həll edilir".  Eyni zamanda, o, İqtisadiyyat nazirinə cavab tədbirləri görməyi tapşırıb. Meskikanın iqtisadiyyat naziri Marselo Ebrarda isə açıqlama verərək, yüksək tariflərin ABŞ-ın avtomobil şirkətlərinə mənfi təsir edəcəyini bildirib. Məsələ burasındadır ki, ABŞ-ın "General Motors" və "Ford Motor" şirkətlərinin pikaplarının 88 faizi Meksikada istehsal edilir.

Çin də cavabını gecikdirməyib. Çinin ABŞ-dakı səfirliyi bəyanat yayaraq, Vaşinqtonla Pekin arasında başlanan ticarət müharibəsində qalibin olmayacağını bildirib. Bundan əvvəl Çin Ticarət Nazirliyi Vaşinqtonun qərarlarını kəskin şəkildə pisləyib. Pekinin bəyanatında deyilir ki, Çin öz hüquq və maraqlarını qətiyyətlə qorumaq üçün müvafiq əks tədbirlər görəcək. Bundan əlavə, Çin ABŞ-a qarşı Ümumdünya Ticarət Təşkilatına şikayət etmək niyyətində olduğunu açıqlayıb. Yaponiya hökumətinin baş iqtisadçısı Tomoko Hayaşi bildirib ki, ABŞ-Çin yeni ticarət müharibəsinin bir hissəsi kimi yüksək tariflər Yaponiya iqtisadiyyatına mənfi təsir göstərəcək. O qeyd edib ki, bu gün Yaponiya şirkətləri Donald Trampın siyasətinin nəticələrinə onun birinci dövründə olduğundan daha yaxşı hazırdır.  Rus ekspert İrina Akimuşkinanın fikrincə, əgər Vaşinqton tariflərin artırılması və miqrantların çıxarılması ilə bağlı planlaşdırdıqlarını hətta yarıya qədər həyata keçirə bilsə, Meksika iqtisadi çöküşlə üzləşəcək: "Meksika rəhbərliyinin bunun qarşısını necə ala biləcəyi hələ aydın deyil. Ancaq Meksika narkotik kartelləri ilə mübarizənin kəskin problemi də var ki, bunda ABŞ öz hərbi gücündən çox yaxşı istifadə edə bilər".  İqtisadçılar xəbərdarlıq edirlər ki, ABŞ-ın idxal tariflərinin tətbiqi və təsirə məruz qalan ölkələrin cavab tədbirləri geniş çeşiddə malların - avtomobil, taxta və poladdan tutmuş ərzaq və spirtə qədər qiymətlərin bahalaşmasına səbəb ola bilər. Buna baxmayaraq, Tramp həmçinin xəbərdarlıq edib ki, o, gələcəkdə Avropa İttifaqına tariflər tətbiq etməyi planlaşdırır, çünki onun təbirincə desək, təşkilat ABŞ-la pis rəftar edib. "Politico" nəşri öz mənbələrinə istinadla məlumat yayıb ki,  Donald Tramp Avropa ölkələrindən idxal olunan mallara rüsumları artıracağı təqdirdə Avropa İttifaqı və Böyük Britaniya əks tədbirlər görəcək. Brüssel Donald Trampın proteksionist siyasətə qayıdacağından və Avropa İttifaqı məhsullarına rüsumları yenidən artıracağından narahatdır. "Avropa ABŞ-la düşmənçilikdə maraqlı deyil, lakin bu dəfə Donald Trampın ilk prezidentlik müddəti ilə müqayisədə münaqişəyə daha çox hazırdır. Brüssel və London aylardır ticarət müharibəsi ssenariləri üzərində çalışır və zərurət yaranacağı təqdirdə cavab tədbirləri hazırlayır", - deyə nəşrin həmsöhbətləri bildirib. Avropa rəsmiləri ümid edirlər ki, Vaşınqtonla razılıq əldə olunacaq, lakin rüsumların tətbiq olunacağı təqdirdə ABŞ məhsullarına cavab tarifləri də daxil olmaqla bütün əks tədbirlərə hazırlıq görülüb. Bir müddət öncə "The Telegraph" qəzeti Donald Trampın xüsusi saziş çərçivəsində Böyük Britaniyanı idxal rüsumlarından azad edə biləcəyini yazıb. Birləşmiş Krallığın maliyyə naziri Reyçel Rivz Londonun Vaşinqtonla dialoqda azad ticarət ideyasını irəli sürməyə davam edəcəyini vurğulayıb. O, həmçinin Donald Trampın dövründə ölkələr arasında mövcud ticarət axınının davam edəcəyinə əminliyini ifadə edib.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ