Cümə axşamı günü, 29 oktyabr 2026
     

Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

Image


Ötən seçkilərin sonucları və hökumətin birtərəfli qaydada Avropa İttifaqına üzvlüklə bağlı danışıqları ertələməsi Gürcüstanda etiraz nümayişləri doğurub. Ölkə prezidenti Salome Zurabişvili "Gürcü Arzusu"nu dekabrın 29-dək yeni seçki tarixini təyin etməyə çağırıb.

Zurabişvili Tiflisin Rustaveli küçəsində keçirilən mitinqdə çıxış edərkən milyarder, "Gürcü Arzusu"nun qurucusu Bidzina İvanişvilini yeni seçki tarixi müəyyənləşdirmək üçün prezident sarayına dəvət edib: "İvanişvili saraya gəlməlidir. Mən oturub seçkilərin tarixinin neçə təyin olunması barədə düşünməyə hazıram. Seçkilərin tarixi dekabrın 29-dək təyin edilməlidir". Qərb də prosesdə prezident və müxalifətə dəstək verir. ATƏT-in seçkilərlə bağlı yekun hesabatında bildirilib ki, çoxsaylı problemlər seçkiyə mənfi təsir göstərib və ictimai güvəni sarsıdıb. Bu ayın əvvəlində "Gürcü Arzusu" təmsilçisinin sayca çoxluqda olduğu Seçkilər Kollegiyası 53 yaşlı keçmiş futbolçu və sağçı populist Mixeil Kavelaşvilini Gürcüstanın növbəti prezidenti seçib. Onun andiçmə mərasimi dekabrın 29-da olmalıdır. İlin sonunda yetki müddəti bitən 72 yaşlı Zurabişvili prezident sarayından ayrılmaq niyyətində olmadığını bildirib. ABŞ və Böyük Britaniya jurnalistlərə, müxalifətçilərə və hökumət əleyhinə etirazçılara qarşı müvafiq tədbirlərə görə Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauriyə, onun müavinlərinə və digər yüksəkvəzifəli məmurlarına qarşı sanksiyalar qəbul edib. ABŞ Maliyyə Nazirliyinin bəyanatında bildirilir: "Gürcüstanda seçkilərdən sonra Daxili İşlər Nazirliyinin əsas məmurları jurnalistlərin qəsdən hədəf alınması və zorakılıq işlətmək də daxil, öz xalqına qarşı sərt və qəddar repressiya aparıblar". DİN-in xüsusi təyinatlılar departamenti rəhbərinin müavini Mirzə Kezevadze də sanksiyalara məruz qalanlar arasındadır. Bu departament qanunsuz etirazları dağıtmaq və nümayişçiləri etirazlardan çəkindirmək üçün qeyri-mütənasib zorakılığa əl atmaqda suçlanır. ABŞ Maliyyə Nazirliyinin bəyanatında qeyd edilir: "Qomelauri və Kezevadzenin ABŞ-ın yurisdiksiyasında olan aktivləri bloklanıb. Bu onların biznes əməliyyatları aparmasını əngəlləyəcək".

Xatırladaq ki, ötən ay Gürcüstanın hakim partiyasının Avropa İttifaqına üzvlük danışıqlarını ertələmək qərarı ölkədə siyasi böhran doğurub. Hakimiyyət nümayişlərə sərt reaksiya verib. Son üç həftədə tərətdikləıri qanunsuzluqlara görə yüzlərlə insan saxlanılıb. Onu da qeyd edək ki, ötən ilin dekabrında Aİ-yə namizəd statusu qazansa da, Gürcüstanda xarici agentlər və cinsi azlıqlara dair Qərbin xoşuna gəlməyən mübahisəli qanunlar qəbul edilib. Brüssel bu qanunları Avropanın dəyər və prinsiplərinə zidd saydığından Gürcüstanla Aİ-yə üzvlük danışıqlarını başlatmaqdan vaz keçib. Qərb dövlətləri oktyabrda keçirilən parlament seçkilərinin sonuclarına şübhəylə yanaşır. Rəsmi bilgiyə görə, hakim "Gürcü Arzusu" 54 faiz səslə seçkidə qalib gəlib. Ancaq seçkilərin qanun pozuntuları və Rusiyanın müdaxiləsiylə keçirildiyi iddia edilir. Buna rəmən ortaya hansısa sübut da qoyulmur. Müxalifətin iki ekzit-polu hakim partiyanın 42 faiz səs topladığını göstərib. Həmin sorğularda dörd müxalif partiyanın səslərin çoxunu qazandığı deyilsə də, Gürcüstan MSK-sı bütün müxalifət qüvvələrinin toplam 37 faiz səs topladığını bəyan edib. Bu halda Gürcüstan prezidenti Salome Zurabişvili Avropa İttifaqını etirazçıları daha çox dəstəkləməyə və blokla danışıqlardan imtina edən "Gürcü Arzusu"na yeni seçkilər keçirilməsi üçün təzyiq göstərməyə çağırıb: "Avropa təzyiq rıçaqları tapmalıdır. Əgər Avropa 3.7 milyon əhalisi olan ölkəyə təsir edə bilmirsə, 21-ci əsrdə nəhəng ölkələrlə rəqabətə necə dözəcək?". Aİ xarici işlər nazirləri bir neçə gürcü məmuruna qarşı viza məhdudiyyətləri tətbiq etməyə razılaşsa da, Macarıstan və Slovakiya sanksiyalar paketini bloklayıb. Zurabişvili deyir: "Gürcülər gecə-gündüz mübarizə apardığı bir vaxtda avropalılar gec oyanır və gec reaksiya verir". Gürcüstan parlamentində "Xalqın Gücü" Partiyasının deputatı Eka Sepaşvili bildirir ki, Salome Zurabişviliyə xaricdən növbədənkənar seçkilər təyin etmək göstərişi verilib, amma onun bu cəhdi baş tutmayacaq. Deputat Salome Zurabişvilinin Gürcüstanda dekabrın 29-dək növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı bəyanatını tənqid edib. Bildirib ki, Zurabişvili real deyil, paralel bir dünyada yaşayır: "Görünür o, xaricdən ciddi göstəriş alıb ki, növbədənkənar seçkilər təyin etsin və bu istiqamətdə çalışır. Lakin onun bu cəhdi baş tutmayacaq. Təəssüf ki, Gürcüstan tarixində ilk dəfədir ki, Konstitusiyanı pozan, qanunlara tabe olmayan və xalqın iradəsini nəzərə almayan belə bir prezidentimiz var. O, xarici aktorların tapşırıqlarını öz ölkəsinin maraqlarından üstün tutur". Onun sözlərinə görə, Zurabişvilinin bəyanatlarını kimsə ciddi qəbul etmir. Onun açıqlamaları heç bir hüquqi və siyasi reallığa əsaslanmır. O, konstitusiyanı bir kənara ataraq, öz şəxsi maraqlarını üstün tutur. Gürcüstan parlamentinin sədr müavini Nino Tsilosani isə qeyd edir ki, Gürcüstanda keçirilən hökumət əleyhinə aksiyaların arxasında amerikalı milyarder Corc Sorosun yaratdığı Soros fondu dayanır: "Amerikalı milyarder Corc Soros tərəfindən maliyyələşdirilən Açıq Cəmiyyət Fondunun binasında təşkilatçılar və fəalların görüşləri keçirilir. Ofisdəki fəallara lazımi simvollar - Gürcüstan, Aİ, ABŞ bayraqları, vərəqələr və plakatlar verilir. Amerikanın yeni seçilmiş prezidenti Donald Tramp Soros və onun fondunun qadağan edilib-edilməməsi ilə bağlı sorğu keçirərkən, Soros fondu Gürcüstanda hökumət əleyhinə etirazlar təşkil edir". Bundan əvvəl rəsmi Tiflis Soros Açıq Cəmiyyət Fondunu Gürcüstana Avropa İttifaqına üzv olmaq üçün namizəd statusunun verilməsinə qarşı aparılan kampaniyada birbaşa iştirakda ittiham etmişdi.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ