Cümə axşamı günü, 29 oktyabr 2026
     

“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

Image


"Azərbaycanın qazandığı uğurlar Prezident İlham Əliyevin siyasi iradəsinin, uğurlu siyasət strategiyasının, düzgün müəyyənləşdirilən enerji diplomatiyasının, uzaqgörən siyasətinin məntiqi nəticəsidir"

Bu gün böyük inamla qeyd edirik ki, Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan tarixi Zəfəri, ərazi bütövlüyünün və suverenliyinin tam bərpası fonunda yaratdığı reallıqlarla dünyanın diqqətindədir. 

Son 21 ildə Ulu Öndər Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən cənab İlham Əliyev 2003-cü ildə ölkəmizdə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra andiçmə mərasimində Azərbaycanın xoşbəxt gələcəyinə inamını ifadə edərək qarşıda dayanan vəzifələrin uğurlu icrası, Azərbaycanın daha qüdrətli, zəngin ölkəyə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdiriləcəyini bildirdi. Son 21 ildə həyata keçirlən siyasət sözlə əməl birliyinin, Heydər Əliyev siyasətinə sadiqliyin göstəricisidir. Dövlətimizin başçısı İlham Əliyev bu ilin fevralında müstəqillik tarixində ilk dəfə olaraq  bütün ölkə ərazisində keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində ötən 20 ilin uğurlarına söykənərək bir daha bu reallıqlara  diqqəti yönəltdi ki, 2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam. Bu illər uğurlarla, qələbələrlə dolu illər oldu. Çətinliklər də, problemlər də oldu. Ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla getdi.

Müasir dövlətçilik  tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin inkişaf etdirərək təkmilləşdirdiyi, yeniləşdirdiyi siyasət nəticəsində Azərbaycan dünyanın iqtisadi sisteminə dinamik inkişafı ilə seçilən ölkə kimi inteqrasiya etdi. Məhz bu keyfiyyətlərinə görə xalqımız 2008, 2013, 2018 və 2024-cü  illərdə keçirilən prezident seçkilərində ətrafında sıx birləşdiyi cənab İlham Əliyevə etimadını təkrarladı.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycanı sürətlə inkişaf etdirərək bölgədə lider dövlətə çevirən Prezident İlham Əliyevin Liderliyi sayəsində ölkəmiz regionda və dünya birliyində söz sahibliyi qazandı. Prezident kimi fəaliyyətə başladığı ilk gündən Azərbaycanın ərazi bütövlüyünün bərpasını ümdə vəzifə kimi qarşısına qoyan Prezident İlham Əliyev dövlətimizin iqtisadi və hərbi gücü ilə vədini yerinə yetirdi. Ərazi bütövlüyünü bərpa edən Azərbaycan regiona sülh, əmin-amanlıq və inkişaf üçün yeni imkanlar gətirdi. Cənab İlham Əliyevin Prezident kimi fəaliyyət başladığı ilk günlərdən imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" Fərmanı ilə iqtisadi inkişaf konsepsiyamızın əsası qoyuldu. Ölkənin hərtərəfli  inkişafına dair davamlı və sistemli Dövlət Proqramları qəbul olundu. Respublikamızın sosial-iqtisadi inkişafının dinamikası, strategiyası dəqiqliklə müəyyənləşdirildi. Regionların sosial-iqtisadi inkişafı üzrə dörd Dövlət Proqramının həyata keçirilməsi ilə bölgələrdə yeni iş yerləri, istehsal müəssisələri, sənaye obyektləri yaradıldı. Atılan bu addımların təməlində insan amili dayanır. Dövlətimizn başçısı İlham Əliyev daim çıxışlarında bildirir ki,  vətəndaş amili dövlət siyasətinin əsasıdır. Bu mühüm məqam da ilk gündən bəyan edildi ki, sosial-iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında özünün aydın ifadəsini tapmalıdır. Təbii ki, bu uğurlara yol açan Ümummili Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasıdır. Bu strategiyanın uğurlu icrası nəticəsində Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Bunun bariz nümunəsi 2017-ci ildə "Əsrin müqaviləsi"nin davamı olaraq "Yeni əsrin müqaviləsi"nin imzalanması, eyni zamanda, 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlinin qoyulması oldu. 2020-ci ilin dekabrında Cənub Qaz Dəhlizi tam tərkib istifadəyə verildi.

Vüqar Rəhimzadə vurğulayıb ki, ölkəmizin dünyanın enerji və nəqliyyat layihələrinə yeni nəfəs gətirməsi Prezident İlham Əliyevin siyasi iradəsinin, uğurlu xarici siyasət strategiyasının, düzgün müəyyənləşdirilən enerji diplomatiyasının, uzaqgörən siyasətinin məntiqi nəticəsi idi. Dövlətimizin başçısının Azərbaycanı "yaşıl enerji" ölkəsinə çevirmək siyasəti dünya dövlətləri tərəfindən dəstəklənir, tanınmış ölkələrin, investorların alternativ enerji layihələrinə marağı artırır. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ilə ölkəmizin qitə dövlətləri ilə əməkdaşlığı daha da genişlənib. Ötən ay Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbiri ölkəmizin enerji diplomatiyasının uğurlarının təqdimatında əhəmiyyətli rol oynadı. Ümummilli Liderin iqtisadiyyatın inkişafında neft amilinə önəm verməsi bugünümüzə və gələcəyimizə yönələn siyasətinin əsas tərkib hissəsi idi. Son 21 ildə neft gəlirlərinin idarə edilməsində şəffaflığın qorunması ilə qeyri-neft sektorunun inkişafına yönələn layihələrin uğurlu icrası Azərbaycanın dayanıqlı iqtisadi inkişafında əhəmiyyətli rol oynadı. Bu günədək ölkə iqtisadiyyatına 310 milyard dollar investisiyanın yatırılması, bunun 200 milyard dollarının qeyri-neft sektorunun payına düşməsi uğurlu iqtisadi siyasətin nəticəsidir. Azərbaycan dünyaya əməkdaşlığın yeni modelini təqdim etməklə birgə səylərin, təcrübə mübadiləsinin nəticəsində davamlı iqtisadi inkişafa nail olur. Əməkdaşlığın regional çərçivədən çıxaraq beynəlxalq miqyas alması qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa stimul verir. Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin qorunması bu gün dünyaya səs salan tarixi Zəfərimizdə öz sözünü dedi.

Milli Məclisin deputatı bildirib ki, 21 ilin uğurlarından bəhs edərkən Azərbaycanın iqtisadi imkanlarının artması ilə digər sahələrdə, o cümlədən ordu quruculuğunda əldə olunan nailiyyətləri xüsusi qeyd etməliyik. Müharibə şəraitində yaşayan ölkə üçün  qüdrətli iqtisadiyyatın, güclü ordunun olması vacib şərtlərdəndir. Prezident İlham Əliyev ilk gündən  torpaqlarımızın işğaldan azad edilməsini qarşıya əsas vəzifə kimi qoyaraq Qələbəyə imza atmaq üçün bütün zəruri amillərin mövcudluğuna səy göstərdi. Azərbaycan hər bir sahədə böyük uğurlara imza atdı. Ordumuz dünyanın ən güclü orduları sırasında qərarlaşdı. İnformasiya cəbhəsində üstünlüyümüz Azərbaycanın imza atdığı diplomatik uğurlarda özünün aydın ifadəsini tapdı. Bütün bu uğurlara yol açan əsas amillərdən biri Xalq-Prezident birliyi, həmrəyliyidir. Bu birlik Azərbaycanı yeni-yeni hədəflərə doğru inamla addımlamasını şərtləndirir. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ən yüksək tribunalardan  bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola bilməz. Sülh danışıqları səmərə vermədiyi təqdirdə məsələnin hərb yolu ilə həlli qaçılmazdır. Təbii ki, bu əminliyə əsas verən Azərbaycanın tarixi ədalətə söykənən siyasəti, bütün sahələrdə qazandığı uğurlar, güclü ordu, xalqımızın birliyi, həmrəyliyi, eyni zamanda, diplomatik mübarizədə qələbə idi. 2020-ci ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutması dövlətimizin, xalqımızın səbir kasasının dolmasına səbəb oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin "Hücum!" əmrini böyük ruh yüksəkliyi ilə qarşılayan rəşadətli Ordumuz ilk gündən qələbə müjdələri ilə gücünü, qüdrətini nümayiş etdirdi. 44 gündə 5 şəhəri, 4 qəsəbəni, 300-ə yaxın yaşayış məntəqəsini işğaldan azad etmək Prezident-Xalq-Ordu birliyinin təqdimatı oldu. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarxili üçtərəfli Bəyanata görə Ağdam, Kəlbəcər və Laçın bir güllə atılmadan belə Azərbaycana təhvil verildi. Tarixi Zəfərmizdən üç il sonra rəşadətli Ordumuzun həyata keçirdiyi lokal antiterror tədbirlərinin səbəbləri bəllidir. Bir günlük lokal antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz tam bərpa edildi. 20 sentyabr tarixmizə Dövlət Suverenliyi Günü kimi daxil oldu.

Vüqar Rəhimzadə bildirib ki, İkinci Qarabağ müharibəsindəki Zəfərdən sonra azad edilmiş ərazilərdə bərpa-quruculq işlərinə başlanılması ölkəmizin iqtisadi qüdrətini geniş mənada dünyada tanıdır. Qısa müddətdə 5 şəhərin, 4 qəsəbənin sakinlərinə qovuşması özündə bütün məqamları ehtiva edir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, Böyük Qayıdış proqramının uğurlu icrasıdır. Uğurlarımızın miqyası genişdir. Reallıq budur ki, dövlətimizin başçısı İlham Əliyev hər bir vədini əməldə təsdiq etməklə bu çağırışını təsdiqləyir ki, biz nəyi deyiriksə, onu da edirik. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri görülən işlərlə tanışlıq, yeni sosial obyektlərin açılışına və təməlqoyma mərasimlərinin keçirilməsi ilə müşayiət olunur. Bu uğurların təməlində qətiyyət, prinsipiallıq, milli maraqlara hesablanmış ardıcıl siyasət, liderlik yenilməzliyi və nəhayət, güclü Azərbaycan amili dayanır. Qalib Azərbaycan qarısına qoyduğu yeni hədəflərə doğru inamla addımlayır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ