Cümə axşamı günü, 29 oktyabr 2026
     

Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

Image


Hafiz Cabbarov: "Həm Türkiyənin, həm də Azərbaycanın Mədəniyyət nazirlikləri, Xarici İşlər nazirlikləri və digər aidiyyəti dövlət qurumları birgə UNESCO-ya müraciət edib..."

Azərbaycan torpaqlarında yaradılan Ermənistan adlı dövlət, bütövlükdə ermənilərin özlərini "qədim sivlizasiyalara" yamaq etmək üçün etmədikləri saxtakarlıq qalmayıb. Bütün dünya bilir ki, real tarixdə "erməni sivlizasiyası" deyilən bir nəsnə olmayıb, amma di gəl, bunlar özlərindən qondarma tarix düzəltdikləri kimi saxta sivilizasiya da "icad edirlər".   

Ermənistanın paytaxtı İrəvanda "Qədim Sivilizasiyalar" Forumunun iclası keçirilib. 

İclasda "Qədim Sivilizasiyalar" Forumuna üzv dövlətlərin - Ermənistanın, Boliviyanın, Çinin, Misirin, Yunanıstanın, İranın, İraqın, İtaliyanın, Perunun rəsmi şəxsləri, Xarici İşlər nazirliklərinin vəzifəli şəxsləri iştirak edib. Forumun iclasıına Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sədrlik edib.

Görüşün sonunda qəbul olunan bəyannamədə üzv dövlətlər nəsli kəsilməkdə olan mədəni irsin monitorinqi, əldə edilməsi və mühafizəsi sahəsində UNESCO-nu əməkdaşlığa çağırıblar. Bu quruma etdikləri  müraciətdə qondarma "məcburi köçkünlərin qeyri-maddi mədəni irsinin qorunub saxlanılması üçün proqram fəaliyyətlərindən" də danışılıb. Ermənistan yenə də öz qondarma iddiasını irəli sürüb və dəxilsiz məsələləri ortaya atıb. 

Bəyannaməyə yerini dəyişmiş xalqların qədim sivlizasiyasının müdafiəsi ilə bağlı maddəni də salıblar. Bu maddənin salınmasına gəlincə, burada adı çəkilən ölkələrin heç birinin Ermənistan kimi dərdi yoxdur. Yəni qondarma da olsa, Ermənistan iddia edir ki, onun "qaçqın xalqı" var, Qarabağdan köçüb getmiş erməniləri nəzərdə tutur. O maddəni Ermənistan birbaşa Qarabağa aid edib və öz çirkin oyununa UNESCO-nu da, o dövlətləri də qatmaq yolunu tutub.    

Görün, qədim sivilizasiyalar deyəndə hansı ölkələri nəzərdə tuturlar? Bunlar Azərbaycanı, Türkiyəni qeyd etmirlər, türk sivlizasiyasını görməzdən gəlirlər. Ermənistan hardan qədim oldu?

Bəyannamədə elə sözlər yazıblar ki, adam məəttəl qalır. "Yerindən köçürülmüş xalqların sivilizasiyasını öyrənmək" məsələsini bəyanata salan  Ermənistan tərəfi rəsmən yenə də Azərbaycan ərazilərindən gözünü çəkmədiyini göstərir və "yerindən köçürülümüş xalq" deyəndə  Qarabağdan köçüb getmiş  erməniləri ortaya atırlar. 

Bəyannamədə yer alan məsələlərdən biri kimi "xalqlarının tarixi və mədəni irsinin bütün bəşəriyyətin ümumi irsi kimi qorunması və təbliği istiqamətində əməkdaşlığın gücləndirilməsinin zəruriliyinin" vurğulanmasıdır. Bəşəriyyətin mədəni irsinə ən böyük zərbəni Azərbaycan torpaqlarını işğalda saxladığı dövrdə elə Ermənistan özü vurub, Qərbi Azərbaycanda qədim türk sivlizasiyasının bütün elementlərinə qarşı soyqırım siyasəti aparıb.  Özü mədəni irs cinayətləri törədən, Azərbaycanın mədəni sərvətlərinin qanunsuz dövriyyəsi ilə məşğul olan bir ölkə indi özünü "humanist", "bəşəriyyətin mədəni irsinin təəssübkeşi" kimi qələmə verməyə çalışır, bu da bəyanatda əks etdirir. Əslində, qarınlarının ağrısı Qarabağda "qədim erməni sivlizasiyası" olduğunu dilə gətirmək, bu saxtakarlığa başqa dövlətləri də, UNESCO-nu da alət etməkdir. 

"Bəyanata "yerindən köçürülmüş xalqların sivilizasiyasını öyrənmək" məsələsinin salınması  tamamilə absurddur, Qarabağda heç zaman erməni irsi, erməni sivilizasiyası olmayıb"

Tarixçi Hafiz Cabbarov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, burda tarixilikdən uzaq bir sıra subyektiv amillər var. "Dünyanın qədim sivlizasiyaları dedikdə  əsasən çay sivilizasiyaları nəzərdə tutulur. Bunlar hansılardır? Dünyanın mədəniyyət beşiklərinin yarandığı ərazilər əkinçilik və maldarlığın, yəni ilk istehsal təsərrüfatının yaranması ilə bağlı olaraq çay kənarlarında yaranıblar. Onları çay sivilizasiyası adlandırırlar. Dünya tarixində ilk sivilzasiya Şumer sivilizasiyasıdır ki, o Mesopotamiyada - Dəclə və Fərat çayları sahillərində yaranıb. Nil çayı hövzəsində isə qədim Misir sivilizasiyası, Hind və Qanq çayları ətrafında qədim Hindistan sivilizasiyası, həmçinin Yantszı və Xuanxe çayları sahillərində qədim Çin svilizasiyası, sonra isə Boliviya və başqa Cənubi Amerika sivlizasiyası yaranıb.  Sonuncular yəqin ki, qədim mayyalıların sivilizasiyasına varislik baxımından burda təmsil olunublar. Ancaq məsələni subyektivlışdirən nədir? Biz "hay sivilizasiyası" deyə bilmərik. Çünki haylar gəlib Anadoluda məskunlaşana qədər Ərəməniyyədə-Armeniada qədim sivilizasiyalar var idi. Sadəcə, burada bir sıra xalqlar var ki, qədim sivilizasiya ilə eyni coğrafinı paylaşıblar. Yəni qədim sivilizasiyanı burada yaradan xalq başqa idi, amma sonradan burda məskunlaşan xalqlar başqadır. Məsələn, çox uzağa getməyək, Ermənistanın özünü götürək. İndiki Ermənistan ərazisinə haylar çox sonradan gəliblər. Ancaq bu ərazidəki sivilizasiyanı yaradanlar müxtəlif xalqlar olub ki, bu xalqlar içərisində də ən başlıcası türk xalqıdır. Haylar isə burda heç bir sivilizasiya yaratmayıb, əksinə, gəlib burda məskunlaşaraq mədəniyyət öyrəniblər. Təsadüfi deyil ki, erməni müəlliflərinin özlərinin də etiraf etdiyi kimi, ermənilərin   dilində istifadə olunan söz ehtiyatının böyük əksəriyyəti türk, parfiya, fars, ərəb və digər mənşəlidir. Bu bölgədəki sivilizasiyanın yaradılması ilə hayların yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. 

Eləcə də buna bir nümunə də gətirək. Baxıram, o forumda Misir Ərəb Respublikası da təmsil olunub. Adından da göründüyü kimi, ərəb respublikasıdır, ancaq Misir sivilizasiyanın yaradıcıları tamamilə başqa xalqlardır. Qədim Misir sivilizasiyası yaranarkən orada ərəblər yaşamayıb, onlar orda islam dini qəbul edildildən sonra yaşamağa başladılar, ölkə də Misir adlandırılmağa başladı. Çünki qədim dövrdə adı Misir deyildi. Misir ərəb dilində sərhəd deməkdir. Bu foruma eləcə də İraq üzvdür. İraq da ərəblərin və digər xalqların kompakt yaşadığı bir ərazidir. Ancaq buradakı ən qədim sivilzasiyanı şumerlər yaradıb. Dünya tarixçiləri tərəfindən mübahisəsiz olaraq qəbul olunub ki, bu sivilizasiyanın sami dilli xalqla, yəni indiki ərəblərlə heç bir əlaqəsi yoxdur. Bir çox tarixçilər şumerlərin prototürk olması ilə də fikir yürüdür, bunu təkzib edən fikirlər də var. Hesab edirəm ki, bu təkzib siyasi baxımdan edilir. Çünki Avropa – Ari irqçilik nəzəriyyəsinə görə, qədim sivilizasiyaları yaradanlar ari dil qrupuna mənsub olan xalqlar sayılır. Ona görə də, türklərin yaratdığı sivilizasiyanı siyasi məqsədlərlə elmilikdən uzaq olaraq inkar edirlər. Bunların keçirdiyi forumda bu məntiqlə Türkiyə də, Azərbayan da  iştirak etməli idi. Çünki Türkiyə ərazisində dünyanın ən qədim sivilizasiyalarından biri olan, hətta regionda Misirlə rəqabət aparan het sivilizasiyası yaradılıb. Hetlərin indiki türklərlə əlaqəsinin olduğunu dünya tarixşünaslığında qəbul edən də, etməyən də var. Eyni zamanda mübahisəsiz olaraq, indiki İraq xalqı ilə şumer xalqının heç bir əlaqəsi yoxdur. O məntiqlə bəs niyə İraq var? Eləcə də, dediyim kimi, Misirdəki indiki ərəb xalqı ilə qədim Misir sivilizasiyanın heç bir əlaqəsi mövcud deyil. Ona görə də, burda bir qədər ikili standart, qeyri-müəyyənlik və yarımçıqılıq var. 

Ermənistan burada necə təmsil olunur? Mənə elə gəlir ki, indiki Ermənistanın yerləşdiyi Qərbi Azərbaycan torpağının eramızdan əvvəl sivilizasiya mərkəzi olması ilə bağlı elə də faktlar yoxdur. Bura coğrafi baxımdan dağlıq bölgə idi və ən qədim sivilizasiyalar çay kənarlarında yaranmışdı. Buradakı subyektivlik və qeyri-elmilik nədir? Türkiyənin təmsil olunmalı olduğu sivilizasiyaya, yəni het və Urartu sivilizasiyasına ermənilər sahiblənmək, onu oğurlamaq istəyirlər. Ona görə burda təmsil olunurlar".

H.Cabbarov qeyd etdi ki,  Ermənistanın bəyannaməyə saldığı məsələlərin hamısı saxtadır və Qarabağda ermənilər tarixən yaşamayıb və orda onların heç bir sivilzasiyası olmayıb. O qeyd etdi ki, Ermənistan Xarici İşlər Nazirliyi bir-birinə uyğun gəlməyən qeyri-elmi, qeyri-dəqiq məsələri bir araya gətirməklə əslində Qarabağdan köçüb getmiş ermənilərin guya "mədəni irsinin təhlükə altında olduğunu" dünyaya çatdırmaq istəyir.   Tarixçi vurğuladı ki, Cənubi Qafqaz ərazisində, Qarabağda, Qərbi Azərbaycanda heç bir erməni sivilizasiyası olmayıb. Ermənilərin bütün qədim sivilizasiyalara az qala özlərini yamaq etmək istədiyini deyən ekspert hesab edir ki, Azərbaycan və Türkiyə tərəfi bu forumla, orada qəbul olunan qərarla, bəyanatda əks olunan absurd fikirlərlə bağlı addım atmalıdır. "Bəyanata "yerindən köçürülmüş xalqların sivilizasiyasını öyrənmək" məsələsinin salınması  tamamilə absurddur, Qarabağda heç zaman erməni irsi, erməni sivilizasiyası olmayıb. Bunu iddia etməyin özü yanlışdır. Hesab edirəm ki, həm Türkiyənin, həm də Azərbaycanın Mədəniyyət Nazirlikləri, Xarici İşlər Nazirlikləri və digər aidiyyəti dövlət qurumları birgə UNESCO-ya müraciət edib elmilikdən, tarixlikdən uzaq olan, tarixi gerçəkliyi təhrif edən formla bağlı mövqe bildirməlidirlər. Hər iki ölkənin müraciəti əsasında bu forumun təkmilləşdirilməsinə və Azərbayanla Türkiyənin də orada iştirakının təmin edilməsinə nail olunmalıdır. Çünki qədim sivilizasiyalardan söhbət gedirsə, ona haqqı çatan Azərbaycan və Türkiyə diqqətdən kənarda qalmamalıdır. 

Yəni het və Urartu sivilizasiyasının, hetlərin və urartuların müasir dövrdə davamçıları kimlərdir?     

Dünya tarixşünaslığında dominant bir fikir var ki, indiki çeçenlər Urartu mədəniyyətin davaçılarıdır. Ancaq coğrafi baxımdan Urartu bölgəsi indiki Anadolu ərazisini, yəni Türkiyəni və Qərbi Azərbaycanı əhatə etmişdi. 

Yeri gəlmişkən, Almaniyada  mötəbər muzeylərdən birində Urartudan tapılmış mədəniyyət abidələri Urartu-Azərbaycan adı (coğrafi məkan olaraq) ilə təqdim olunur. Dediyimiz kimi, bu forumda qeyri-elmi, obyektlikdən, reallıqdan uzaq məsələlər çoxdur. Qərbi Azərbaycanda, indiki Ermənistanda məskunlaşan hayların qədim sivlizasiyalarla heç bir əlaqəsi yoxdur. Bunlar köçəri xalqlardan biri olublar, daim əsarət altında yaşayıblar. Ümumiyyətlə, sivilizasiyanın yaradıcıları həm də qədim dövlətçilik ənənələrinə malik olmalıdır. Halbuki, hayların belə dövlətçilik ənənəsi yoxdur. 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında-Qərbi Azərbaycanda yaranana qədər Cənubi Qafqazda heç bir erməni siyasi qurumundan söhbət gedə bilməz. Eləcə də Anadoluda". 

Ermənilərin heç bir sivilizasiya yaratmadığını, əksinə, başqa xalqların sivilizasiyandan bəhrələndiyini deyən tarixçi Ermənistanın bu istiqamətdə son davranışını absurd hesab edir.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ