Cümə axşamı günü, 29 oktyabr 2026
     

Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

Image


Abutalıb Səmədov: "Ermənistanın məqsədi belə bir müddəanı sazişin layihəsi içərisinə salmamaq və gələcəkdə özünün lobbiçilik imkanlarından istifadə edib beynəlxalq səviyyədə Azərbaycana qarşı..."

"Axı, biz əslində sülh sazişi üzrə böyük irəliləyiş əldə etmişik. Bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb. Kazanda Ermənistanın baş naziri ilə sonuncu görüşüm zamanı eşitdiyim və hiss etdiyim o oldu ki, razılaşdırılmamış bu iki maddə də Ermənistan tərəfindən qəbul oluna bilər, mən bizim şərtlərimizi nəzərdə tuturam..."

Bunu Prezident İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın "RİA Novosti" Agentliyi üçün "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, "Rossiya-1" televiziya kanalında "Vesti nedeli" proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində deyib.

Prezident bildirib ki, məlum maddə ilə Paşinyan razılaşırdı, amma sonra geri çəkilib. Sonradan nə baş verdi ki, Paşinyan bundan geri çəkildi? 

"Paşinyanın mövqeyi  o qədər də möhkəm deyil ki, bu cür ciddi məsələlərdə açıq razılığa gələ bilsin"

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Ermənistan tərəfi dəfələrlə sülh sazişinin razılaşdırılmamış bəndlərinin olduğunu bəyan edib. "Bizim tərəfimizdən də bu cür bəyanatlar verilib. Ancaq indiyə kimi bu qədər konkret cavab verilməmişdi. Azərbaycan Prezidenti sülh sazişinin imzalanmasına mane olan dörd məsələni açıq şəkildə ortaya qoydu. Onun ikisi sülh sazişi layihəsinin mətninə daxildir, iki məsələ isə sülh sazişinin imzalanmasına mane olan məsələlərdir. Hamı bildi ki, sülh sazişinin imzalanmasının bu qədər ləngiməsinin səbəbi nədir. Sülh sazişinə daxil olmayan və onun imzalanmasını ləngidən iki məsələ Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olması və Ermənistanın öz əsas qanununun preambulasında dəyişiklilər etmək istəməməsidir. Müxtəlif bəhanələrlə bundan imtina edirlər. İkinci məsələ ATƏT-in Minsk qrupu ilə bağlı məsələdir ki, Ermənistan Azərbaycanla birlikdə ATƏT-ə müraciət edib Minsk qrupunun ləğvi məsələsini qaldırmaq istəmir. Bu onu göstərir ki, Ermənistan sülh sazişi imzalamaqda səmimi deyil. Çünki Minsk qrupu deyilən qrup Qarabağ məsələsinin həlli və Qarabağa status vermək məqsədilə yaradılmışdı. Əslinə qalsa, onun adı Minsk qrupu yox, Minsk konfransıdır. Sonradan Minsk konfransının italiyalı sədri Maryo Rafelli özbaşına bəyan etmişdi ki, bir Minsk qrupu yaradılıb. Rəsmi sənədlərdə Minsk konfransı keçir. O, 1992-ci ilin martında ATƏT-in Nazirlər Şurasının qərarında da var, 1995-ci il ATƏT-in Minsk konfransının həmsədrlərinin mandatında da belə göstərilib. Heç yerdə Minsk qrupu ifadəsi keçmir. Minsk konfransı ləğv olunmalıdır və bu məsələni Azərbaycanla Ermənistan birlikdə qaldırmalıdır. Çünki ATƏT-də qərarlar konsensusla qəbul olunur. Hərçənd, Ermənistan müraciət etsə də, deyək ki, Fransanın, Niderlandın, yaxud başqa bir ölkənin buna ehtiaz etməyəcəyi qənaəti yoxdur. Bu iki məsələ sülh sazişinin mətnində olmayan və sülh sazişinin imzalanmasına mane olan məsələdir. Amma sazişin özünün mətnində də iki məsələ var. Bunların biri Azərbaycanla sərhəddə xarici müşahidəçilərin yerləşdirilməməsidir. Söhbət Avropa Birliyinin müşahidəçilər missiyasından gedir ki, bunların artıq müddəti bitmək üzrədir. Burda, əslinə qalsa, elə ciddi məsələ də yoxdur. Bu cür missiyaları gətirib sərhəddə yerləşdirməyə ehtiyac da yoxdur. Əgər sən sülh sazişi imzalayırsansa və qarşılıqlı etimad varsa kimlərisə gətirib sərhəddə yerləşdirməyə ehtiyac yoxdur. Digər məsələ bizim üçün daha mühüm məsələdir. Azərbaycan Prezidenti bəyan etdi ki, bizim mövqeyimiz ondan ibarətdir ki, qarışlılıqlı beynəlxalq iddialardan imtina olunsun. Əslinə qalsa, bu Azərbaycan üçün daha qəbuledilməz məsələdir. Çünki dağılan, xarabazara çevrilən ərazi Azərbaycan ərazisidir. Ən çox ziyan da bizə vurulub. Azərbaycan tərəfinin müəyyən etdiyi rəqəm 150 milyard dollardır. Azərbaycan bundan imtina edib öhdəlik götürməyə hazırdır ki, beynəlxalq səviyyədə, beynəlxalq məhkəmələrdə Ermənistana qarşı iddia qaldırmasın. Söhbət təbii ki, başqa məsələlərdən də gedir. Məlumdur ki, irqi ayrıseçkiliklə bağlı məsələyə beynəlxalq məhkəmədə baxılır, Azərbaycan bundan da imtina etməyə hazırdır. Gələcəkdə başqa məsələlər də yəqin ki, beynəlxalq səviyyədə qaldırıla bilər. Çünki aramızda problemlər kifayət qədərdir. Burda Qərbi azərbaycanlılarla bağlı məsələ də var. Azərbaycan hər şeydən imtina edir, normal qonşuluq münasibəti yaratmaq və sülhü təmin etmək üçün dəymiş ziyana görə təzminat verilməsindən də imtina etməyə hazırdır. Müxtəlif məsələlərlə bağlı beynəlxalq məhkəməyə müraciət etməyəcəyini də bəyan edir. Əslinə qalsa, Ermənistan daha çox maraqlıdır ki, bu məsələ aradan qalxsın. Çünki Ermənistanın Azərbaycana vurduğu zərərlə bağlı beynəlxalq məhkəmənin qərar qəbul etməsi ehtimalı çox yüksəkdir və 150 milyard dollar zərərin təzminatını vermək ermənilərin imkanları xaricindədir. Onlar bunu daha çox istəməlidirlər".

A.Səmədovun sözlərinə görə, ancaq nədənsə, ermənilər razılaşmaq istəmirlər. "Baxmayaraq ki, Azərbaycan Prezidenti də qeyd etdi ki, əvvəlcə Ermənistan rəhbərliyinin razı olduğuna dair təsəvvür yarandı və sonradan imtina etdi. Nədən? Ermənistanın Azərbaycandan ala biləcəyi nə var ki, Ermənistan bunu istəməsin və bundan imtina etsin? Görünür, burda da Ermənistanın məqsədi belə bir müddəanı sazişin layihəsi içərisinə salmamaq və gələcəkdə özünün lobbiçilik imkanlarından istifadə edib beynəlxalq səviyyədə Azərbaycana qarşı qərarlar qəbul etməyi nəzərdə tutması ilə bağlıdır. Əks halda Ermənistan daha çox maraqlı olmalıdır ki, bu cür müddəalar sazişinin mətnində olmasın. Ancaq göz qabağındadır ki, beynəlxalq qurumlar, o cümlədən BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi də  ədalətsiz qərarlar qəbul edir. Yaxşı xatırlayırıq ki, Laçın dəhlizi ilə bağlı qərar qəbul olundu, tələb edildi ki, Azərbaycan dərhal dəhlizi açsın. İrqi ayrıseçkiliklə bağlı qəbul olunmuş qərarda Ermənistandan fərqli olaraq iddia edildi ki, Azərbaycan hakimiyyət orqanları da ermənilərə qarşı, guya irqi ayrıseçkilik siyasəti, irqi düşmənçilik təbliğatı aparırlar. Yəni burda da Azərbaycanı Ermənistandan daha çox günahlandırdılar. Ermənistanın iddiasına dərhal baxıldı, Azərbaycanın eyni vaxtda irəli sürdüyü iddiasına hələ də baxılıb qurtarılmayıb. Yəni bütün bunlar Ermənistanı ümidləndirir ki, bu müddəa sülh sazişinə salınmasa gələcəkdə beynəlxalq qurumlardan, beynəlxalq məhkəmədən Azərbaycan əleyhinə müəyyən qərarlar almaq imkanı ermənilərin əlində qalsın. Görünür, daxili səbəblər də var və Paşinyanın mövqeyi  o qədər də möhkəm deyil ki, bu cür ciddi məsələlərdə açıq razılığa gələ bilsin. Ancaq hesab edirəm ki, bu gün Ermənistan hakimiyyətinin konstruktiv qərar verməsi üçün ABŞ-ın yeni prezidentinin müəyyən "məsləhətlərinə" ehtiyacı olacaq. Çünki təcrübə göstərir ki, yalnız o cür "məsələhətlərdən" sonra Ermənistan rəhbərliyi ağıllı qərarlar verir" - deyə A.Səmədov qeyd etdi.

İradə SARIYEVA




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ