Cümə axşamı günü, 29 oktyabr 2026
     

Azərbaycan mediasının xaricdən maliyyələşməsinə dair ilginc mülahizə - “əlaltı resurslar”...

Image


Xəyal Bəşirov: "Bizim öz maliyyə resurslarımız imkan verir ki, ölkə mediası maliyyələşsin və kənar dövlətlərin, kənar institutların, kənar fondların maliyyəsinə ehtiyac yoxdur"      

Azərbaycanı hədəfə alan məkrli xarici qüvvələr, bəlli ölkələr və mərkəzlər mediamızdan ölkəmizə qarşı istifadə edə bilmədilər, bizim media dövlətimizin maraqlarını müdafiə etdi. Bir sözlə, mediamız başqa dövlətlərin "əlaltsına" çevrilmədi. 

Bunun səbəblərinə Prezident İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın "RİA Novosti" Agentliyi üçün "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, "Rossiya-1" televiziya kanalında "Vesti nedeli" proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində maraqlı izah verib: "...Məsələn, Azərbaycan mediası heç bir xarici mənbədən hətta bir faiz belə maliyyələşə bilməz. Bunu edə bilməz. Nə üçün? Axı biz ABŞ mediasını maliyyələşdirmirik. Düzdür? Nə üçün onlar bizimkiləri maliyyələşdirsin? Belə ki, onlar "Amerikanın səsi" və "Azadlıq radiosu" kimi əlaltı resursları vasitəsilə gecə-gündüz xalqımıza, ölkəmizə qara yaxırlar, Ermənistan üzərində qələbəmizə kölgə salırlar..." 

"ABŞ və Qərb əlaltısı olan mediaların ölkəmizin daxilinə nüfuz etməsinə heç zaman imkan verməyəcəyik"

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev ənənəvi  olaraq xarici və yerli mediaya müsahibələr verir, regionda baş verənlərə, o cümlədən də Azərbaycanın Ermənistanla sülh prosesini davam etdirməsi və digər mühüm məsələlərə aydınlıq gətirir. "Təbii ki, bu gün regionda baş verən proseslərdə ən önəmlisi məhz Gürcüstanda baş verən proseslərdir. Gürcüstanda baş verən proseslər Azərbaycanı qonşu dövlət kimi, Cənubi Qafqazın aparıcı ölkəsi olaraq ciddi narahat edir. Bundan həm dövlətimiz, həm xalqımız narahat olur. Ölkə başçısı Rusiyanın Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova baş verən proseslərlə, o cümlədən də Qərbin Cənubi Qafqazda yürütdüyü siyasətlə bağlı, əsas o konturlarla əlaqədar müsahibə verdi, onun suallarını cavablandırdı. Orada Qərbin media sahəsində həyata keçirdiyi çirkin kampaniyalara toxundu. Fikrimcə, hər bir ölkənin müstəqilliyi üçün əsas atributları var. Təbii, söhbət ənənəvi atributlardan getmir. Bayraq, gerb, konstitutsiya və sair ənənəvi dövlətçilik atributlarıdır.

Amma bu gün dünyada ayrı-ayrı dövlətlərin, xüsusən də kiçik ölkələrin işlərinə qarışmaq üçün "münbit" imkanlar hansı istiqamətlərdə yaranır? Burada bir sıra istiqamətlər var - QHT-lər, siyasi partiyalar, siyasi fiqurlar, o cümlədən də media sahəsi. Ayrı-ayrı dövlətlərin daxili işlərinə qarışmaq üçün ən "münbit yol" məhz media sahəsidir. Çünki media həmişə ictimaiyyətin diqqətində olur, ictimaiyyətin nəzərlərini cəlb edən bir sahədir. Cəmiyyətdə fikir formalaşdırmaq üçün ən münbit şərait məhz media platformalarıdır. Ona görə biz Qərb institutlarının, Qərbdə olan bəzi dövlətlərin ayrı-ayrı dövlətlərin daxili işlərinə qarışmaq üçün istifadə etdiyi platformalardan biri kimi həmişə daha çox medianı görmüşük. Ölkə başçısı haqlı olaraq bir məqama toxundu ki, əgər Qərb ölkələri özlərinin medialarına kənar maliyyəni buraxmırlarsa biz niyə buna imkan verməliyik? Ümumiyyətlə, onlar nəinki kənar maliyyələşməni buraxmırlar, hətta buna şərait də yaratmırlar. Çünki elə bir proses formalaşıb ki, ümumiyyətlə hər hansı bir dövlət istəsə belə Qərb ölkələrinin, məsələn, ABŞ-ın, Avropadan olan bir sıra dövlətlərin mediasına yatırım edə bilməz. Bunu bəziləri onunla əlaqələndirir ki, o dövlətlərin özünün maliyyə resursları, imkanları var. Əslində o dövlətlərin maliyyə resurslarının, imkanlarının olması   heç də media sahəsində çalışanların maliyyə resurslarının olması deyil. Media müstəqil bir sahədir və media ayrıca bir hakimiyyətdir. Simvolik olaraq biz onu dördüncü hakimiyyət hesab edirik. Təbii ki, kənar dövlətlərin mediasına yatırımların edilməsi qarşılıqsız olmur. Azərbaycan Prezidenti orda bir məqamı xüsusi vurğuladı ki, Qərbdən olan bəzi fondlar bizə yardım etməyi təklif edir, amma biz istəmirik, onlar yenə də təkid edirlər. Tutaq ki, Prezident müsahibəsində USAİD-in adını çəkdi ki, yardım etmək istəyir, amma nədənsə, bizə lazım olan məsələdə deyil. Bilirsiz bu nəyə bənzəyir? Biz dəfələrlə UNESCO-ya çağırışlar edirdik ki, gəlib bizim vaxtilə işğal altında olan ərazilərimizdə Ermənistanın həyata keçirdiyi kultsidi, tarix-mədəniyyət, dini abidələrimizə qarşı törətdiyi cinayətləri görsün, qeydə alsın, bir sözlə, azad ərazilərə missiya göndərsin. Vətən müharibəsinin başa çatmasından dörd ildən artıq vaxt keçməsinə baxamayaraq, hələ də UNESCO Qarabağa missiya göndərməyib. Halbuki, bu onun fəaliyyət sahəsinə aiddir. Amma o bundan imtina edir. Yəni bizə lazım olanda kömək etmək istəmirlər, amma özlərinə lazım olanda, öz maraqlarına uyğun məsələlərdə dərhal səfərbər olunurlar. Fikrimcə, ona görə də ölkə başçısı haqlı olaraq vurğulayıb ki, Azərbaycan müstəqil dövlətdir, Azərbaycan dövlətinin kifayət qədər imkanları, resursları var və həmin o resurslar vasitəsilə medianı maliyyələşdirə bilir. Eyni zamanda media rekalmlardan pul qazanır, eləcə də digər istiqamətlərdən medianı maliyyələşmək imkanları var. Bu da Azərbaycanın daxili qanunvericiliyə, "Media Haqqaında" Qanuna, eyni zamanda da beynəlxalq hüquqa uyğundur.  Bizim öz maliyyə resurslarımız imkan verir ki, ölkə mediası maliyyələşsin və kənar dövlətlərin, kənar institutların, kənar fondların maliyyəsinə ehtiyac yoxdur. Mediaya, QHT-lərə, onlara ölkələrin daxilinə nüfuz etmək imkanı verən digər platformalara yatırdıqları yatırımların nəticələrini xüsusilə də əvvəlki təcrübələrində görmüşük. Bunun sonunun nə ilə bitdiyini bilirik".

X.Bəşirovun sözlərinə görə, Yaxın Şərqdə, Ukraynada, Gürcüstanda, digər regionlarda  zamanında baş verən proseslərdən görmüşük ki, əslində o yatırımların edilməsinin arxasında hansı məqamlar durur. X.Bəşirov bildirdi ki, bu səbəbdən, ölkə başçısı bir daha Azərbaycan dövlətinin mövqeyini ortaya qoydu. "Bilirik ki, bunların heç biri qarşılıqsız edilmir və onların böyük maraqları var. Bu resursların Azərbaycan mediasına hədəflənməsi qanunsuzdur, əsassızdır, bu reallaşa bilməz. Gürcüstanda qeyri-hökumət təşkilatları ilə bağlı məlum xarici agentlər haqqında qanunun qəbul edilməsindən sonra Gürcüstanın atdığı addımlara qarşı səfərbər olanları gördük, onlardan biri də ABŞ-dır. O ABŞ ki, 1936-cı ildə ilk dəfə o qanunu qəbul edib. Niyə qəbul etmişdilər? O dövrdə Sovet İttifaqı ayrı-ayrı dövlətlərin daxilində kommunizm cərəyanını gücləndirirdi. ABŞ da bunun qarşısını almaq üçün o qanunu qəbul etmişdi. Bu o demək idi ki, ABŞ-ın onun daxilində qeyri-hökumət təşkilatlarına, media qurumlarına kənardan ediləcək maliyyə dəstəyinin qarşısı alınsın. Yəni o dövrdə ABŞ indiki kimi güclü deyildi və yenə də xaricdən dəstəyin qarışısını alırdı. Gürcüstanın qəbul etdiyi qanun hətta ABŞ-ın o qanunundan daha yumşaqdır. Halbuki, ABŞ-ın qəbul etdiyi o qanun daha sərt, daha mürtəce idi, daha ciddi məhdudiyyətlər ortaya qoyurdu. Gürcüstanda qəbul olunan qanunda isə göstərilir ki, QHT-lərin və medianın gəlirlərinin 20 faizdən artığını xarici maliyyə mənbələri təşkil edirsə, onlar xarici agentlər kimi qeydiyyat keçməlidirlər. Bu qanunun qəbul edilməsinə qarşı Qərb hələ də alov püskürür, hələ də bu proseslərdən əl çəkmək, bunu Gürcüstan dövlətinə, gürcü xalqına bağışlamaq istəmir. Bu təpkini görürük və onun nə qədər təhlükəli məsələ olduğunu anlayırıq. Ona görə də bizim bu mövqeni tutmağa haqqımız var. Prezident İlham Əliyev bildirdi ki, onların "Amerikanın səsi", "Azadlıq radiosu" kimi əlaltı resursları var və təbii ki, o resurslar vasitəsilə dövlətlərin daxili işlərinə nüfuz edirlər. Üstünə əlavə olaraq istəyirlər ki, bizim ölkəmizin daxilində media qurumlarına maliyyə yatırsınlar və ondan gələcəkdə dövlətimizə, dövlətimizin daxilindəki bu sabitliyə, təhlükəsizliyə qarşı istifadə etsinlər. Təbii ki, ABŞ və Qərb əlaltısı olan mediaların ölkəmizin daxilinə nüfuz etməsinə heç zaman imkan verməyəcəyik" - deyə X.Bəşirov əlavə etdi. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ