Cümə axşamı günü, 29 oktyabr 2026
     

Azərbaycan və Gürcüstanla bağlı eyni yanlış siyasət - Qərb Cənubi Qafqazı itirir...

Image


Avropa ilə Asiya arasında strateji bir bölgə kimi həmişə böyük güclərin diqqət mərkəzində yer alan Cənubi Qafqaz regionu uğrunda geosiyasi mübarizədə Qərb indi çoxsaylı yanlışlıqlara yol verməkdədir. Təbii ki, belə vəziyyətdə Qərbin regionda maraqlarını təmin edə bilməsi də mümkünsüz hesab olunur. Lakin bu reallıqdan hələ də Qərbdə müvafiq nəticələr çıxarılmır.

Hazırda Qərbin   Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycana, həmçinin qonşu Gürcüstana qarşı yanlış siyasəti də qeyd edilənlərin real təzahürləridir.  Birmənalı həqiqətdir ki, Azərbaycanın Vətən müharibəsi və antiterror tədbirlərində müstəsna qələbəsindən sonra münaqişə və separatizm qismində alətlərindən məhrum olduğu üçün daha da radikallaşan Qərb Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparır. Avropa Parlamentinin, Avropa Şurasının və digər müəyyən Qərb strukturlarının timsalında bunu görmək olar. Eyni zamanda Fransa Azərbaycana qarşı açıq düşmənçilik siyasəti yürüdür. Halbuki, Azərbaycan Qərb üçün müstəsna önəmə malikdir. Azərbaycan Avropanın enerji təchizatında mühüm rol oynayır. Ölkəmiz neft və təbii qazın Yaxın Şərq və Mərkəzi Asiyadan Avropaya nəqli üçün əsas marşrut kimi böyük əhəmiyyət kəsb edir. Eyni zamanda yaxın illərdə Azərbaycandan Avropaya yaşıl enerji dəhlizinin də uzanacağı artıq bəllidir. Bu sahə ilə bağlı hələ 2022-ci ildə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. Qazaxıstan və Özbəkistan da  Azərbaycan üzərindən bu dəhlizə özlərinin istehsal etdikləri bərpaolunun enerjini Qərbə ixrac edəcəklər. . Bununla yanaşı, Asiya ölkələri ilə Qərb ölkələri arasında körpü rolunu oynayan Azərbaycan 2020-ci il Qarabağ zəfərindən sonra regionun ən böyük tranzit imkanlarına malik ölkəyə çevrilib. Bir sıra istiqamətlərə gedən yollar məhz Azərbaycandan keçdiyi üçün Avrasiya region üçün strateji əhəmiyyətli logistik mərkəzə çevrilib. Bütün bunlardan faydalanan tərəflərdən biri məhz Qərbdir. Amma buna rəğmən, Qərb Azərbaycan siyasətində böyük yanlışlıqlar ayol verir. Halbuki, Azərbaycan suveren və maraqlarını təmin etməyə qadir qüdrətli dövlət olaraq milli maraqlarımızı hədəfə alan istənilən təhdidə qarşı qanuni mübarizədə qəti mövqe sərgiləyir.

Qərb regionun digər mühüm ölkəsi olan Gürcüstana münasibətdə də ciddi səhvlərə yol verir. Gürcüstana qarşı atılan son addımlar da bunu göstərir. Məlumat üçün bildirək ki, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas qurumun xarici işlər nazirlərinin Brüsseldəki görüşündən sonra Gürcüstanın diplomatik pasport sahibləri üçün vizasız rejimin dayandırılması zərurəti barədə razılığa gəlindiyini bildirib. Onun sözlərinə görə, vəziyyət gürcü xalqı üçün müsbət istiqamətdə inkişaf etmir və buna görə də Avropa İttifaqı artıq siyasi əlaqələri azaldıb və bu il Avropa Komissiyası diplomatik missiya sahibləri üçün vizasız rejimin dayandırılması təklifini təqdim edəcək. Gürcüstanın baş naziri İrakli Kobaxidze qeyd edir ki, Avropa İttifaqının xarici işlər nazirlərinin Gürcüstanın diplomatik pasport sahibləri üçün vizasız rejimin dayandırılmasının zəruriliyi ilə bağlı razılaşması anti-Gürcüstan siyasətinin nümunəsidir. Onun sözlərinə görə, Avropa İttifaqının  xarici işlər nazirlərinin bu tövsiyəsi mahiyyət etibarilə simvolik xarakter daşıyır. Lakin bu, Gürcüstan cəmiyyətinin Avropa strukturlarına qarşı etibarını sarsıdır:

"Avropa İttifaqının Xarici Əlaqələr Şurasının verdiyi yeganə tövsiyə diplomatik pasport sahibləri üçün viza rejiminin tətbiqi prosedurunun başlanması ilə bağlıdır. Tövsiyənin mahiyyət etibarilə simvolik yükü olmasına baxmayaraq, bu, Gürcüstan cəmiyyətinin Avropa strukturlarına inamını sarsıdan, açıq-aşkar anti-Gürcüstan addımı kimi qiymətləndirilməlidir. Bu cür qərarların nəticəsidir ki, Gürcüstan cəmiyyətinin qavrayışında Avropa strukturları daimi devalvasiya yaşayır və bu, ciddi problemdir". İrakli Kobaxidze vurğulayıb ki, Qərb tərəfindən dəstəklənən müxalifətin gürcü cəmiyyətində dəstəyi yoxdur:  "Radikal müxalifət xarici havadarlarının da köməyinə baxmayaraq 800-dən çox adamı son etiraz aksiyasına çıxara bilmədi, bunu bacarmazlar da. Bununla da italyanların dediyi kimi, "komediya bitdi". Onun sözlərinə görə, "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyası radikal müxalifətin ölkədə dördüncü dəfə inqilab cəhdinin qarşısını aldı: "Hər şey bitdi, radikal müxalifətin zorakılıq resursu sıfıra endirilib. Biz artıq dördüncü inqilab cəhdinin qarşısını almışıq. Dörd siyasi partiya və 10-dan çox varlı QHT-nin gücü ən çoxu 800 nəfərdir və onlar bundan artıq toplaya bilməzlər. Bitdi! "Finita la commedia" italyanların dediyi kimi". Bunlar fonunda Qərb indi Azərbaycan və Gürcüstanla münasibətlərini təhdid altına atır, əvəzində Ermənistanda möhkəmlənməyə çalışır. Halbuki, Ermənistan Qərb üçün hansısa əhəmiyyətə malik deyil. Indilikdə isə böyük güclər arasında regionla bağlı qarşıdurma hər ötən gün daha da şiddətlənir. Son dövrlər regionda baş verən geosiyasi dəyişikliklər belə güclər arasında strateji maraq dairəsinin daha da genişlənməsindən xəbər verir. Azərbaycan və Gürcüstanla bağlı planları suya düşən Qərb artıq Ermənistana daha çox diqqət ayırmağa başlayıb. Elə erməni siyasi hakimiyyəti bütün məsələlərdə Qərbin ağzına baxmağa başlayıb. İstər Amerikanın hərbi və modul tipli AES qurmaq cəhdləri, istər Aİ-nin, xüsusən də Fransanın Ermənistana ayırdığı kreditlər və silah alveri, istərsə də siyasi bəyanatlar erməni dövlətinin Qərbin maraqlarına uyğun olaraq forposta çevrilmə yolunda irəliləməsindən xəbər verir. Təbii ki, baş verənlər Moskva tərəfindən diqqətlə izlənilir və artıq Kremlin bu vəziyyətdə Ermənistana qarşı gözlənilən tədbirləri Qərbin Cənubi Qafqazda dayağını daha sürətlə sarsıdacaq.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ