Cümə axşamı günü, 29 oktyabr 2026
     

Ermənistan müharibə canilərinin işi üzrə Bakı ilə əməkdaşlıqdan qaçır...

Image


Akif Nağı: "Azərbaycan dünya birliyinə bir nümunə göstərir ki, biz ədalətli qərar çıxarmaq üçün bu məsələdə Ermənistanla da əməkdaşlıq etməyə hazırıq" 

Azərbaycanın Baş Prokurorluğu Bakıda həbsdə olan Qarabağ separatçılarının cinayət işi ilə bağlı Ermənistanın aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edib. Bu barədə Baş Prokurorluğun Bakıda həbsdə olan Qarabağ separatçılarının cinayət işinin məhkəməyə göndərilməsi ilə bağlı yaydığı məlumatda vurğulanıb. 

"Azərbaycan Respublikasının Baş Prokurorluğu bu istintaq işi ilə əlaqədar qeyd olunan epizodlar üzrə şübhəli bilinən, eləcə də şahid qismində bir çox şəxslərin Ermənistan Respublikasının ərazisində olmasına ciddi əsasları rəhbər tutaraq, Ermənistan Respublikasının aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edir", - məlumatda qeyd olunub.

Azərbaycanın Baş Prokurorluğunun Ermənistanın aidiyyəti qurumlarını bu hərbi cinayətkarların cinayət əməlləri ilə bağlı müxtəlif epizodlar üzrə əməkdaşlığa dəvət etməsi çox mühüm haldır. Çünki onların törətdiyi cinayətlərin çox böyük bir hissəsinin hazırlanması meydanı Ermənistandır və bu baxımdan mütləq  bu ölkənin aidiyyəti qurumları Azərbaycanın Baş Prokurorluğu ilə əməkdaşlıq etməlidir. Vaxtilə bu hərbi canilər Azərbaycan ərazisində, Qarabağda saysız cinayət əməlləri törədiblər.  Bunlar gerçəkdən hərbi cinayətkarlardır. Əlində silah dövlətimizə qarşı döyüşən bu hərbi cinayətkarların işi üzrə Ermənistanın əməkdaşlığı çox vacibdir. Amma belə görsənir ki, Ermənistan bu istiqamətdə əməkdaşlıqdan da yayınır. 

"Ermənistan tərəfi, əməkdaşlıqdan qaçmaq əvəzinə, Azərbaycanla əməkdaşlıq etməlidir ki, haqq-ədalət bərqərar olunsun"

Azad Vətən Partiyasının sədri Akif Nağı "Bakı-Xəbər"ə şərhində bildirdi ki, erməni hərbi caniləri üzərində artıq məhkəmə prosesi başlayır. "Azərbaycan hüquq-mühafizə, prokurorluq orqanları bu hərbi cinayətkarlarla bağlı bütün mümkün materialları toplayıb. Onların bu cinayətləri əsasən Azərbaycan ərazisində baş verib, bu hadisələrin şahidləri də, o cinayətlərin qurbanları da durur, onlar şahid qismində danışırlar, ifadələr verirlər. Bunlar hamısı vacib məsələlərdir. Onlar barədə materallar toplanıb və məktəməyə təqdim edilib. O materaillar əsas verir ki, erməni hərbi caniləri ilə bağlı obyektiv, ədalətli qərar çıxarılsın, onlar cəzalarını alsınlar. Azərbaycan tərəfi, həmişəki kimi, məsələyə məsuliyyətlə yanaşır və hesab edirik ki, əlavə faktların ortaya çıxması ilə bağlı Ermənistan özünün xidmətini göstərməlidir. Ermənistana müraciət edilib. Bu ölkə doğrudan da özünü müstəqil, ədalətli dövlət hesab edirsə ədalətin bərpa olunmasında iştirak etməlidir, onların buna imkanları var. Ermənistan ərazisində yaşayan adamlar var ki, onlar şahid qismində, yaxud başqa formalarda o dövrdə baş vermiş qətl hadisələrində, hərbi cinayətlərdə, insanlığa qarşı cinayət hadisələrində iştirak ediblər və onlar mütləq şəkildə bu prosesə qoşulmalıdırlar. Azərbaycan tərəfin müraciəti əsasında Azərbaycana da gələ, yaxud Azərbaycan öz nümayəndələrini Ermənistana göndərə bilər ki, hüquq-mühafizə orqanlarının əməkdaşları gedib yerində onlarla söhbət etsin, onları danışdırsınlar. Yaxud üçüncü bir ölkəyə də dəvət edilə bilərlər ki, onlardan məlumat alınsın, tədqiqat, istintaq işləri aparılsın. Yəni Azərbaycan haqq-ədalətin bərpa olunması, digər faktların üzə çıxarılması naminə istənilən varianta razıdır. Azərbaycan məhkəməsi əlində olan materiallar əsasında da bu hərbi cinayətkarlara qarşı hökm çıxara bilər və çıxaracaq da. Çünki Ermənistan tərəfə müraciət olunub, amma onlardan hələ bir reaksiya yoxdur, görünən odur ki, onlar bu müraciətə cavab vermək fikrində deyillər. Azərbaycan tam mənzərənin yaranmasını istəyir ki, ortada hərtərəfli məlumatlar olsun, başqa bir tərəfdən kimsə nə vaxtsa Azərbaycana qarşı hər hansı bir ittiham səsləndirə bilməsin. Burda məsələnin o tərəfi də var. Azərbaycan maraqlıdır ki, bütün faktlar üzə çıxsın. Ola bilsin, Ermənistan tərəfdə elə materiallar var ki, istintaqın gedişini dəyişə bilər. Bu məsələ də istisna deyil. Bu baxımdan, Ermənistan tərəfi əməkdaşlıqdan qaçmaq əvəzinə Azərbaycanla əməkdaşlıq etməlidir ki, haqq-ədalət bərqərar olunsun".

A.Nağı qeyd etdi ki, Azərbaycan ilk növbədə haqq-ədalətin bərqərar olmasını istəyir, məqsədi, məramı bundan ibarətdir. Onun sözlərinə görə, Azərbaycan onsuz da bilir ki, Ermənistan tərəfi məlumatları saxtalaşdırmağa adət edib və beynəlxalq təşkilatlar da, ayrı-ayrı qurumlar da bu ölkəni dəstəkləyir. "İndi də bizə qarşı yeni hücumlara başlayıblar, guya bu hərbi canilərin azad olmasını tələb edirlər.  Hansısa ölkələrdə, eləcə də Ermənistanda bu hərbi cinayətkarlarla bağlı kampaniya aparırlar. Bu hərbi canilər arasında hansısa Vardanyan da var ki, xirttəyə qədər cinayətlərin içindədir. Beynəlxalq aləmdə də bu hərbi caninin müdafiəsini təşkil edib əsassız iddialar səsləndirirlər. Azərbaycan məhkəməsi müəyyən qərarlar çıxarandan sonra da, təbii, onlar hay-küy salacaq, əsassız olaraq bizə qarşı hücuma keçəcəklər. Biz də onların əlində olan müəyyən arqumentləri onlardan almaq, bizi haqsız yerə ittiham etmələrinə yol verməmək üçün gərəkli addımları atıb Ermənistana müraciət etmişik. Bu, Azərbaycanın əlində ciddi bir əsas olardı ki, Ermənistan tərəfi də bu proseslərdə həqiqətlərin ortaya çıxmasında əməkdaşlıq edib, faktların üzə çıxması üçün bəzi adamların Azərbaycana göndərilməsinə şərait yaradıblar. İndi qarşıdakı günlərdə Ermənistan buna necə cavab verəcək? Onlar həqiqətlərin ortaya çıxmasında maraqlıdırlarmı? Amma tarix də, günümüzün reallıqları da bunu göstərir ki, ermənilər heç vaxt həqiqətin ortaya çıxmasında maraqlı olmayıblar. Əksinə, yalanları şişirtməyə meyllidirlər, tarixləri də, başqa məsələlər də göstərir ki, onların hər şeyi yalan üzərində qurulub. Yenə də o xətlə gedəcəklər. Onlar həqiqətin üzə çıxmasında heç zaman maraqlı olmayıblar. Burada bir məsələ də var ki, ermənilər bu məsələdə Azərbaycanla əməkdaşlıq etsələr ortaya çoxlu faktlar çıxacaq və bu faktlara görə Ermənistan hakimiyyəti də cavab verməli olacaq. Dünənki haklimiyyətin əvəzinə bu gün onun varisi olan hakimiyyət də cavab vermək məcburiyyətində qalacaq. Bu "təhlükəni" ermənilər görür və məsuliyyətdən yaxalarını qurtarmaq üçün əməkdaşlıqdan yayınacaqlar. Azərbaycan bu təşəbbüsü irəli sürüb. Bu, beynəlxalq təcrübədə ilk təşəbbüslərdən biridir ki, düşmən tərəf əməkdaşlığa dəvət edilir. Ermənistan hələ də bizə düşmən münasibəti bəsləyir, yeni müharibəyə hazırlaşır, revanşizmdən əl çəkmir. Amma Azərbaycan dünya birliyinə bir nümunə göstərir ki, biz ədalətli qərar çıxarmaq üçün bu məsələdə Ermənistanla da əməkdaşlıq etməyə hazırıq"-deyə A.Nağı qeyd etdi.       

A.Nağının fikrincə, Azərbaycan bu təşəbbüsü irəli sürməklə ermənilərin 15, 50 il sonra aparacaqları təbliğatın qarşısını alır ki, bu faktlar bizim Ermənistanla birgə əməkdaşlığımız nəticəsində ortaya çıxıb. O qeyd etdi ki, Azərbaycanın bir məqsədi də gələcəkdə ermənilərin yalan təbliğatının qarşısını almaqdır. "Azərbaycan dünya birliyinə bir nümunə göstərir ki, bir-biri ilə müharibə aparan, döyüşən ölkələr bir araya gələ, əməkdaşlıq edə bilərlər. Məqsəd də ancaq həqiqəti üzə çıxarmaqdır. Gözləyək görək, Ermənistanın cavabı nə olacaq. Azərbaycan növbəti dəfə Ermənistanı çıxılmaz bir vəziyyətə salıb. Ermənistan nə "hə", nə də "yox" deyə bilir. "Hə" deyərsə və Paşinyan hökuməti Azərbaycanla əməkdaşlıq edərsə Ermənistanın daxilində bir qədər də nüfuzdan düşə bilər, ona qarşı bundan müxalifət istifadə edə bilər. Digər tərəfdən, əməkdaşlıq edəcəklərsə, ortaya çıxan faktlar onların özlərinə qarşı çevriləcək. Yəni bu amillərin təsiri altında Ermənsitan hakimiyyəti ziddiyyətli  bir vəziyyətdədir. Azərbaycanın bu ağıllı gedişinə onlar necə cavab verəcəklər, vəziyyətdən    necə çıxacaqlar, məlum deyil. Amma istənilən halda hesab edirəm ki, onlar "hə" desələr də, "yox" desələr də Azərbaycan üstün mövqedədir. Ermənilərin nə etməsindən asılı olmayaraq Azərbaycan istənilən vəziyyətdə öz üstün mövqeyini qoruyub saxlayır"-deyə A.Nağı əlavə etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ