Cümə axşamı günü, 29 oktyabr 2026
     

İsrailin Suriyada növbəti addımları - Ərdoğan hava qüvvələrinə "vurun" əmri verdi...

Image


Suriyada hakimiyyət dəyişikliyi Yaxın Şərqdə İsrail və Türkiyəni bir-birinə qarşı qoyur. Qəzza zolağında münaqişə fonunda yəhudi dövləti ilə diplomatik əlaqələri kəsən Ankaranı təkcə Suriyada davam edən əməliyyatlar deyil, həm də kürd qüvvələri ilə Təl-Əvivin  təmasları qıcıqlandırır. 

Türkiyə mediasının yazdığı kimi, respublika rəhbərliyi Suriyanın şimal-şərqinə nəzarət edən kürd qüvvələri ondan hərbi yardım alacağı təqdirdə İsrail təyyarələrini vurmaq variantına icazə verir. Yəhudi dövləti isə qonşu ölkədəki vəziyyətin təhlükəsizliyə necə təsir edəcəyindən narahatdır.

Türkiyənin müdafiə naziri Yaşar Gülər İsrailin Yaxın Şərqdə "təcavüzü artıraraq işğalçılıq zehniyyətini" nümayiş etdirdiyini bildirib. O, Qəzza zolağında davam edən münaqişəni və İsrailin Suriyada qalan arsenalları məhv etmək məqsədi daşıyan hava hücumlarını belə şərh edib. "İsraillilər həm də onların hücumlarının Qəzza ilə məhdudlaşmayacağı və bütün bölgəyə yayılacağı ilə bağlı qorxularımızın nə qədər haqlı olduğunu göstərdilər. İsrailin Colan təpələrində Yaşıl Xətti (yalnız sülhməramlıların yerləşdirilməsinə imkan verən bufer zona) işğal etməsi və onun Dəməşqə hücumları bu məsələdə haqlı olduğumuzun son təsdiqi oldu". Suriyanın şimal-şərqinə nəzarət edən kürd qüvvələrinin İsraillə hərbi yardım kanallarının açılması tələbi Ankara üçün ayrıca təhdid yaradılır. Türkiyə mətbuatının yazdığına görə, prezident Rəcəb Tayyib Ərdoğan və onu müşayiət edən şəxslər Suriyada reydlər həyata keçirən İsrail təyyarələrinə hücumu nəzərdə tutan variantı hesablayır. Yəhudi dövləti kürd qoşunlarına dəstək vermək qərarına gələrsə, bu variant həyata keçiriləcək. Türkiyə mediasında mənbələrə istinadən belə məlumat yayılıb:  "İsrail belə addımlar atmağa qərar verərsə, hava hücumundan müdafiə sistemlərimiz və qırıcılarımız İsrail təyyarələrini məhv etməyə hazır olacaq. Artıq Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına belə əmrlər verilib". Aydındır ki, indi Suriyada mərkəzi hakimiyyətin süqutu fonunda Türkiyə özünü ən güclü mövqedə hiss edir: ona yaxın silahlı qruplar hakimiyyətə gəlib. Hakim elitanın əhval-ruhiyyəsi ictimai ritorikada yaxşı əks olunur. Ərdoğan Sakaryada rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının 8-ci Qurultayında çıxışı zamanı bildirib: "Birinci Dünya Müharibəsi regionumuzun sərhədlərini yenidən müəyyən etsəydi, şərtlər fərqli olsaydı, nə baş verərdi? Çox güman ki, Hələb, İdlib, Hama, Dəməşq, Rakka dediyimiz şəhərlər Antep, Hatay, Urfa kimi bizim vilayətlərimiz olacaqdı". Bu arada İsrail Suriyadakı əməliyyatlarını dayandırmağa hazır olmadığını nümayiş etdirir. İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevinin dediyi kimi, qonşu arenada bütün hərəkətlər yalnız İsrailin və xüsusən də Colan təpələrində icmalarda yaşayan vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır: "Biz Colan təpələrini, şimal Colan və Hermon dağını qorumaq üçün buradayıq. Suriya bir vaxtlar düşmən dövlət olub, ordusu dağılıb və terrorçu ünsürlərin sərhədimizə yaxın yerləşməyə çalışacağı kimi  real təhlükə var. Biz ekstremist qrupların yanımıza toplaşmasının qarşısını almaq üçün qətiyyətlə hərəkət edirik".

Yəhudi dövlətinin narahatlığı həm də Suriyada hakimiyyət dəyişikliyindən sonra narkotik ticarəti marşrutlarının bölgədə necə olacağı ilə bağlıdır. Onun cənub bölgələri uzun müddətdir Suriya müharibəsi iqtisadiyyatının fəaliyyətində böyük rol oynayan sintetik narkotik olan "captagon"un ixracı üçün başlanğıc meydançası kimi xidmət edib. Yaxın Şərqdə dəyişən təhdid mənzərəsi İsrail və İordaniya kəşfiyyat liderləri arasında gizli danışıqların mövzularından biri olub. Hər iki ölkə təkcə qaçaqmalçıların deyil, həm də Suriyadakı hadisələrdən sonra hərbi müttəfiqi Livanın "Hizbullah" qruplaşmasına silah tədarükü üçün ən mühüm marşrutu itirən İranın mümkün aktivləşməsindən narahatdır.

"Axios" portalı mənbələrə istinadən xəbər verir ki, İordaniya indi İsraillə Suriyanın yeni hakimiyyət orqanları, o cümlədən "Heyət Təhrir əş-Şam" qruplaşması arasında vasitəçi rolunu öz üzərinə götürüb. Qruplaşmanın lideri Əbu Məhəmməd əl-Culani artıq açıq şəkildə bəyan edib ki, yəhudi dövləti Suriyadakı fəaliyyəti dayandırmalıdır: "İsrailin arqumentləri zəifləyib və onun son pozuntularına haqq qazandırmır. O, Suriya ilə demarkasiya xəttini pozub". Əl-Culani "beynəlxalq ictimaiyyəti müdaxilə etməyə və bu gərginliyə görə məsuliyyəti öz üzərinə götürməyə" çağırıb. O, bölgədəki vəziyyətə nəzarətin və Suriyanın suverenliyinə hörmətin vacibliyinə işarə edib: "Diplomatik həll yolları təhlükəsizlik və sabitliyi təmin etməyin yeganə yoludur". Əks halda ekspertlər hesab edir ki, Türkiyə bölgədə proseslərə fəal müdaxilə edəcək. Bu halda israillə qarşıdurmanın şiddətlənməsinin qarşısını alma üçün prosesə Azərbaycanın vasitəçi kimi müdaxiləsi mümkündür.  Çünki, Azərbaycanın həm Türkiyə, həm də İsrail ilə dostluq münasibətləri və strateji əməkdaşlığı var. Hər iki dövlət II Qarabağ savaşı zamanı Azərbaycanı siyasi cəhətdən dəstəklədi. Hər iki dövlətlə bu münasibətlərin hökm sürdüyü bir müstəvidə Azərbaycan da vasitəçi rolunda çıxış edə bilər. Belə əməkdaşlıq bir daha onu sübut etdi ki, müasir dünyada müstəqil xarici siyasət yeritməklə qarşıya qoyulan hədəflərə çatmaq olar. Azərbaycanın Türkiyə ilə olan hərbi-strateji müttəfiqliyi və əməkdaşlığı isə bölgədə sülhün qarantı olmaqla yanaşı Azərbaycanın söz, güc və təhlükəsizlik qarantı rolunda manevrlərini daha da genişləndirir. Belə olan halda, İsrail dövləti də bu əməkdaşlığa öz töhfəsini verə bilər.  Bununla yanaşı, hər iki ölkə təhlükəsizlik kontekstində qarşılıqlı razılaşa biləcəkləri ortaq məqamlar mövcuddur. İndiki zamanda hər iki ölkə arasında siyasi müstəvidə münasibətlərin bərpa olunması və siyasi dialoqun yaranması həm region dövlətləri, həm də ümumilikdə yaxın Şərq üçün vacibdir. Bu prizmada Azərbaycanın da bu proseslərdə iştirakı zəruri hesab edilir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ