Cümə axşamı günü, 29 oktyabr 2026
     

Qolanda İsrailin işğalı davam edir - Suriyanın gələcəyi üçün yeni narahatlıq mənbəyi...

Image


Dekabrın 15-də İsrail hökuməti Qolan təpələrinin ölkənin nəzarətində olan hissəsində İsrail əhalisini iki dəfə artırmaq planlarını təsdiqləyib. İsrailin baş naziri Binyamin Netanyahu deyib: "Qolanı gücləndirmək İsrail dövlətini gücləndirməkdir və hazırda biz onları saxlamağa, onların çiçəklənməsinə və məskunlaşmasına (bu ərazilərin – red. ) kömək etməyə davam edəcəyik".

Netanyahunun ofisi bildirib ki, hökumət Qolanda demoqrafik artım üçün 40 milyon NIS-lik (10,4 milyon avro) layihəsini yekdilliklə təsdiqləyib.

Eyni zamanda, bu ölkənin yeni hakimiyyət orqanlarının hazırkı mərhələdə mülayim tonuna baxmayaraq, İsrail hakimiyyəti Suriyadan gələn təhlükələrin hələ də qaldığını qeyd edir. Bu üzdən də İsrail Suriyanın hərbi obyektlərini, hətta qaz, su, işıq qovşaqlarını belə bömbalamaqda davam edir. Dekabrın 8-dən etibarən İsrail Suriya ərazisinə 600-dən çox hava zərbələri endirib. Sonuncu güclü zərbə Tartus yaxınlığındakı hərbi bazaya endirilib. Zərbə o qədər güclü olub ki, regionda zəlzələ effekti yaradıb.

İstailin Qolan təpələrini işğalı və oradakı yəhudi sakinlərinin sayını 2 dəfə artıraraq 50 minə çatdırmaq qərarı Orta Şərqdə  və Suriyada sülh quruculuğuna necə təsir edəcək?

Zərdüşt Əlizadə: "İsrail dövləti yaradıldığı ilk gündən onun məqsədi aydındır - Fərat çayından Nil çayına qədər ərazisi olan dövlət qurmaq!"

"Bakı-Xəbər" qəzetinin sualını cavablandiran politoloq Zərdüşt Əlizadə bildirdi ki, ABŞ və Amerikanın rəhbərliyi ilə 2011-ci ildə başlayan "ərəb baharı"nın məqsədi əslində ərəb dövlətlərinin sırasını pozmaq və onların həmrəyliyinə son qoymaq idi: "Bu məqsədlə müxtəlif yollarla İraqı, Tunisi, Liviyanı, Misiri, Yəməni və sonda isə Suriyanı dağıtdılar. Koalisiyanin Orta Şərqdə şözçüsü isə İsraildi. Öz azadlığı uğrunda döyüşən bütün ərəb qruplaşmalarını isə "terrorçu" adlandırırlar. İsrailə qarşı bir kəlmə söz deyən liderləri məhv edirlər. Məsələn, Misirdə "Müsəlman qardaşları" birliyinin lideri, ölkənin beş min illik tarixində ilk demokratik prezident olan Məhəmməd Nursini ona görə devirdilər ki, o, bir dəfə məscidə gedəndə "Misiri götürdük, İnşəAllah, İsraili də götürərik" demişdi və bu ifadənin bəlasına düşüb devrildi.

Səddam Hüseyini "kütləvi qırğın silahlarına malik olduğuna" görə devirdilr və asdılar. Amma sonra etiraf etdilər ki, İraqda kütləvi qırğın silahlarına bənzər nəsə tapılmadı. Yəni Qərb və Amerika son onillikdə Yaxın Şərqi viran qoydu. Sonda isə Suriyanı dağıtdılar. Əslində Suriya ərəb dövlətləri arasında ən yaxşılardan biri idi, əlbəttə, 2011-ci ilə qədər.

İsrail dövləti yaradıldığı ilk gündən onun məqsədi aydındır - Fərat çayından Nil çayına qədər ərazisi olan İsrail dövləti qurmaq! Bu işdə İsrailə kimlərin yardımçı olduğu hamıya bəllidir. Suriyada da İsrail eyni məqsəd ücün irəliləyir. İsrail artiq Suriyanın bütün hərbi qüdrətini məhv edib - donanmasını batırıb, havadan müdafiə sistemini dağıdıb, silah anbarlarını partladib. Yəni bu gün Suriya dövləti öz taleyi barədə söz sahibi deyil. Ona görə də Suriyanın gələcək taleyi barədə qərarı onun ərazisində maraqları olan güclü dövlətlər verəcək. Bu şəraiti isə İsrail yaratdı. Sorusan yoxdur ki, Bəşər Əsəd devrilib, bu aydındır, bəs İsrail ölkənin hərbi qüdrətini nə üçün çökdürür?

Bəli, İsrail Qolan (Culan) təpələrini işğalda saxlayacaq və gələcəkdə imkan olduqca bu ərazini genişləndirəcək. İsrailin mövqeyi budur ki, ərəblər ya Yaxın Sərqi tərk etməlidir, ya da onun rejiminə tabe olaraq yaşamalıdır. Məsələn, İsraildə iki milyondan çox ərəb yaşayır.

Suriyanın müvəqqəti hökumətinin rəhbəri Əbu Məhəmməd əl-Cuvlaninin adındakı son söz məhz ərəb dilində Qolan təpələrini ifadə edir. Məhəmməd əl-Bəşir Qoland təpəliyini öz vətəni saydığına görə özünə "əl-Cuvlani", yəni "Qolanlı" ləqəbini götürüb.

Nəticə olaraq qeyd edək ki, İsrailin indiki hərəkətləri Suriya dövlətinin çökdürülməsinə və parçalanmasına hesablanıb. Sırada İrandır. Artiq Tramp elan edir ki, İranı vuracam".

Əli Orucov: "Faktiki olaraq, İsrailin bu hərəkəti regionda, o cümlədən Suriyada sülhün əldə olunmasına maneələr yaradır"

Politoloq Əli Orucov isə bildirdi ki, Suriyadakı mövcud istiqrarsızlıqdan və böhrandan hər bir regional və qlobal oyunçu öz maraqları üçün faydalanmağa çalışır: "Bu amil isə təkcə Suriyada deyil, ümumi regionda gərginliyi daha da artırmaqla yanaşı, yeni münaqişə ocaqları yaratma ehtimalını artırır. Xüsusən də İsrailin Colan təpələrindəki bufer zonanın işğalı və orda qanunsuz məskunlaşmanın artırması barədə verdiyi qərar müharibənin arealının böyüməsinə gətirib çıxara bilər. İsrail təkcə bununla kifayətlənməyərək Suriyanın içərilərinə doğru irəliləməkdə, ölkəyə intensiv hava zərbələri endirməkdədir. İsrailin öz təhlükəsizliyindən narahatlığı anlaşılandır, lakin onun iki dövlət arasında və BMT-nın qarantorluğu ilə əldə olunan razılaşmanı pozması nəticə etibarı ilə böyük təhlükələrə yol açır. Artıq Türkiyə buna qarşı ciddi etirazını bildirib. Suriyanın müvəqqəti höküməti də xəbərdarlıq edib. Fikrimcə, İsrail hər iki mövqeyi nəzərə alıb, geri addım atmalıdır. Heç kəsə sirr deyil ki, bu gün Suriyanın yenidən qurulmasında və təhlükəsizliyinin qorunmasında Ankara ciddi fəaliyyət göstərir və əsas söz sahibidir. Belə olan halda İsrailin Suriyada yeni əraziləri işğal etməsi uzun zamanlar müttəfiq olan və geniş əlaqələrə malik Türkiyə və İsrail timsalında  iki güclü dövləti toqquşdura bilər. Nəzərə almaq lazımdır ki, İsrailin Suriyanın içərilərinə soxulması Ankaranın təhlükəsizliyinə də problemlər yaradır və Türkiyə də İran deyil.

Faktiki olaraq, İsrailin bu hərəkəti regionda, o cümlədən Suriyada sülhün əldə olunmasına maneələr yaradır. Bir halda ki, Suriyanın müvəqqəti hökuməti İsraillə də hər hansı bir problem olmayacağına işarə edən bəyanatlar verir, İsrail də buna olumlu qarşılıq verməlidir. Əks təqdirdə İsrailin apardığı müharibənin coğrafiyası genişlənir və bu nəzarətdən çıxa bilər".

Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ