Cümə axşamı günü, 29 oktyabr 2026
     

Ərdoğan 1-ci zəngi NATO-nun baş katibinə, 2-cini İlham Əliyevə etdi - niyə?..

Image


Abutalıb Səmədov: "Birincisi, bunu "Şuşa" bəyannaməsi tələb edir..."

Prezident İlham Əliyev Suriya xalqının üzləşdiyi humanitar problemlərin həllinə dəstək verməyə hazır olduğunu bəyan edib. Azərbaycan lideri bunu Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallageri qəbul edərkən deyib.

Prezident Əliyev Türkiyə ilə məsləhətləşərək Suriya xalqının üzləşdiyi humanitar problemlərin həllinə dəstək verməyə hazır olduğunu qeyd edib.

Yadınıza salaq ki, noyabrın 27-də Dəməşqin üzərinə başlayan hücumlar dekabrın 8-də Dəməşqin çöküşü ilə nəticələndi, Əsəd ölkədən qaçdı. Dekabrın 9-dan, 10-dan başlayaraq Ərdoğan Suriyada normallaşma və siyasi nizamlanma prosesinin gələcək gedişi və hazırkı vəziyyətlə bağlı dünyanın bir sıra liderləri ilə müzakirə apardı. O cümlədən, ilk növbədə NATO-nun baş katibi Mark Rutte ilə, ardınca Azərbaycan Prezidenti İlham Əliyevlə danışdı, eyni zamanda İtaliyanın baş naziri Corcia Melani, Almaniyanın konsleri Şoltsla, ABŞ-nin baş katibi Blinkenlə telefon söhbəti apardı. 

Burda ən diqqət çəkən məqam odur ki, Ərdoğan birinci NATO-nun baş katibi Mark Rutte ilə, ikinci isə Prezident İlham Əliyevlə danışdı və Suriya məsələsini müzakirə etdi. Ərdoğanın Suriyada siyasi quruculuq məsələsində NATO-dan sonra ikinci yeri Azərbaycana verməsinin önəmi nədir? Bunun bir önəmi varmı?

"Rəcəb Tayyib Ərdoğanın İlham Əliyevlə məsləhətləşməsi bir daha hamıya göstərdi ki..."

 "Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, "Ərəb baharı" 2011-ci ildə Suriyada vətəndaş müharibəsinin başlanmasına yol açdı. "Düşünmək olardı ki, bu proses Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnəcək. Dünyanın bir sıra ölkələri, o cümlədən, Türkiyə açıq şəkildə bəyan etdi ki, Bəşər Əsəd qarşıdurmaya getməməlidir və qan tökmədən, dinc yolla hakimiyyəti təhvil verməlidir. Ancaq Bəşər Əsəd bu məsləhətləri eşitmək istəmədi, müqavimət göstərmək, nəyin bahasına olursa olsun, hakimiyyətini saxlamaq yolunu tutdu. Tədricən nəzarətində olan əraziləri müxalif qüvvələrə təhvil verdi. 2015-ci ilə artıq Suriyanın 80 faizindən artığı Bəşər Əsədin nəzarətində deyildi. Gözləmək olardı ki, qısa müddətdə yerdə qalan hissə də ələ keçiriləcək və Bəşər Əsəd digərləri kimi hakimiyyətdən uzaqlaşdırılacaq. Bundan sonra Rusiya ilə Suriya arasında müqavilə imzalandı və Rusiya prosesə müdaxilə etdi, Suriyaya hərbi qüvvələr, əsasən də hərbi-kosmik qüvvələri yeritdi, orda hərbi bazasını qurdu. Ora həm dəniz donanmasını yeritdi, həm də Suriya ərazisində aviasiya yerləşdirildi. Rusiyanın bu dəstəyi Bəşər Əsədə imkan verdi ki, yavaş-yavaş Suriya ərazisini nəzarətə götürsün. 2020-ci ilə qədər artıq Suriyanın 85 faizə yaxını Bəşər Əsədin nəzarətinə keçdi. Türkiyə ilə sərhəddə olan İdlib - Türkiyəyə yaxın olan müxalif qüvvələrin yerləşdiyi ərazi Bəşər Əsədin nəzarətində deyildi. O dəfələrlə Moskvaya gələrək, Putindən tələb etdi ki, Türkiyəyə təzyiq göstərsin, Türkiyə öz nəzarətində olan qüvvələri İbdildən çıxarsın və bütövlükdə Suriya Bəşər Əsədin nəzarətinə keçsin. Üstəlik, prezident seçkiləri də keçirildi və növbəti dəfə özünü prezident elan etdi. Düşünmək olardı ki, Bəşər Əsədin hakimiyyəti üçün heç bir təhlükə qalmayıb. Ancaq Ukrayna müharibəsi burda da öz işini gördü və Rusiya bütün gücünü Ukrayna cəbhəsinə yönəltmək məcburiyyətində qaldı. Rusiya elə bir vəziyyətə düşdü ki, hətta Ermənistanın qarşısında da müəyyən güzəştlərə getmək məcburiyyətində qaldı. Ermənistan tələb etdi ki, "Zvartnos" hava limanından Rusiya sərhədçiləri çıxsın, Rusiya da çıxdı. Sonra İran sərhədindəki buraxılış məntəqəsini də Ermənistanın nəzarətinə verdi və Ermənistanın Rusiyaya meydan oxumalarına səbrlə dayandı. Heç bir reaksiya vermədi. Bu müddətdə, görünür, Suriya müxalifləri də vəziyyətin dəyişdiyini gördülər və Bəşər Əsəd rejiminin yıxılması üçün fəaliyyətə başladılar. Təbiidir, burda nüfuzlu dövlətlərin də iştirakı danılmazdır. Məhz Türkiyə ilə sərhəddən başladı bu qələbə yürüşü, Bəşər Əsədin nəzarətində olan ərazilər, demək olar ki, müqavimətsiz qısa müddətdə müxalifətə təslim edildi. İsraillə qarşıdurmada olan İran heç bir müdaxilə edə bilmədi. Ukrayna cəbhəsində kifayət qədər gərgin günlər yaşayan və Trampın andiçməsinə qədər ciddi uğurlara nail olmaq istəyən Rusiya da qərara gəldi ki, bu dəfə Əsədi müdafiə etməsin" - deyə A.Səmədov bildirdi.

A.Səmədovun sözlərinə görə, Rusiyanın əlindən gələn yeganə kömək ondan ibarət oldu ki, Əsədə Moskvada sığınacaq versin, o da Suriya xalqından oğurladığı sərvətləri daşıyıb Rusiyaya gəldi.

"Qarşıda Suriyanı çox çətin günlər gözləyir və yaxın tarix göstərir ki, Bəşər Əsəd kimi diktatorların devrilməsindən sonra ölkədə vəziyyət uzun müddət yaxşılığa doğru getmir. Bəzi xalqlar hətta peşman olurlar ki, diktatorların hakimiyyəti dövründə daha yaxşı yaşayırdılar, müəyyən qədər sabitlik vardı. Baxmayaraq ki, Suriyada sabitlikdən danışmaq mümkünsüzdür. Aydındır ki, Suriya xalqını da ağır günlər gözləyir. Hələ ki, müxalifət hakimiyyəti ələ keçirmənin sevincini yaşayır, bir azdan hakimiyyət yükünün altında qalanda vəziyyətin nə qədər ağır olduğunu anlayacaqlar. Təbiidir ki, böyük dövlətlərin, bölgənin nüfuzlu dövlətlərinin yardımı olmadan Suriyanın bu vəziyyətdən çıxması çox çətindir. Burda aparıcı dövlətlərdən biri və birincisi, təbiidir ki, Türkiyədir. Heç kimə sirr deyil ki, Suriyada hakimiyyət dəyişikliyi, Türkiyənin istəyi olmasaydı, yəqin baş tutmazdı. Sonrakı hadisələr göstərdi ki, bu cür mövqe tutmaqla Türkiyə ən düzgün addımı atıb. Türkiyə liderinin aktiv məsləhətləşmələrə başlaması da göz qabağındadır. Sevindirici hal odur ki, Rəcəb Tayyib Ərdoğanın ilk məsləhətləşdiyi dövlət başçılarından biri də Azərbaycan Prezidenti İlham Əliyevdir. Birincisi, bunu "Şuşa" bəyannaməsi tələb edir. Biz beynəlxalq sahədə atdığımız hər addımı bir-birimizlə məsləhətləşərək atırıq. Bu addımlar bəzən fərqli olsa da, bu da məsləhətləşilərək atılan addımlardır. Burda da əvvəlcədən ciddi götür-qoy edilir və ciddi müzakirələrdən sonra hansı mövqenin tutulacağı dəqiqləşdirilir. Təbiidir ki, Azərbaycan Suriyada vəziyyəti normallaşdırmanın əsas yükünü öz üzərinə götürmüş Türkiyənin yanındadır. İlkin olaraq Azərbaycan Prezidenti humanitar sahədə yardım göstərməyə hazır olduğunu bəyan edib. Tamamilə mümkündür ki, digər məsələlərdə də Azərbaycanın yardımına ehtiyac olsa, bu addımlar da mütləq atılacaq. Təbiidir, bizim üçün çox sevindirici haldır ki, qardaş Türkiyənin sərhədində çox ciddi təhlükə mənbəyi aradan qalxıb, Suriyada kürd dövləti yaratmaq istəyənlərin planları pozulub, Türkiyədə olan təqribən üç milyona yaxın qaçqın yavaş-yavaş geri qayıdır, bu, Türkiyənin vəziyyətini yaxşılaşdırmağa, iqtisadi vəziyyətini düzəltməyə imkan verir. Azərbaycan bu bölgədə baş verən bu mühüm dəyişikliklərdə, təbiidir ki, qardaş olaraq Türkiyənin yanındadır. Rəcəb Tayyib Ərdoğanın İlham Əliyevlə məsləhətləşməsi bir daha hamıya göstərdi ki, Azərbaycan-Türkiyə münasibətlərinin soyuyacağına ümid edənlər ciddi şəkildə yanılıblar, bu qardaşlıq çox sınaqlardan çıxıb, bu qardaşlıq əbədidir. Kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Türkiyə-Azərbaycan qardaşlığının yalnız daha da möhkəmlənmək, daha da güclənmək ehtimalı var" - deyə A.Səmədov vurğuladı. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ