Avropa İttifaqının müdafiə komissarı Andrius Kubilius sanksiyalara baxmayaraq Rusiyanın bütün Avropanın müdafiə sənayesindən daha çox silah istehsal etdiyini deyib.
"Bizim sanksiyalara baxmayaraq, Rusiya müdafiə sənayesini ağlasığmaz səviyyəyə qədər genişləndirdi", - Kubilius bildirib.
Rusiyanın 3 ayda Avropanın edə biləcəyindən daha çox silah istehsal etdiyini vurğulayan Kubilius, Rusiyanın 6 ayda Alman ordusunun bütün silah ehtiyatından daha çox silah istehsal edə biləcəyini deyib.
TAHİR