Cümə axşamı günü, 29 oktyabr 2026
     

14 dekabr - Gürcüstanda silahlı üsyan anonsu verildi... "cinayətə uymayın" əks çağırışlar var...

Image


Dekabrın 14-də Gürcüstanda keçiriləcək altıncı prezident seçkiləri fonunda bu ölkədə siyasi gərginliyin yeni mərhələyə qədəm qoyduğu müşahidə olunur. Qeyd edək ki, bu dəfə seçkilər ilk dəfə dolayı yolla, 300 üzvdən ibarət seçki kollegiyası tərəfindən seçiləcək. 

Amma hazırkı prezident Salome Zurabişvili vəzifəsindən əl çəkmək istəmir və müxalifətin də onu dəstəklədiyi üzə çıxıb. Belə ki, Gürcüstan müxalifəti   Salome Zurabişvilini yeganə legitim hakimiyyət kimi tanıyıb və qarşıdan gələn seçkiləri boykot etdiyini bəyan edib.

Müxalifət koalisiyalarının birgə bəyanatında deyilir ki, Gürcüstanda müxalifət oktyabrın 26-da keçirilmiş parlament seçkilərini qeyri-legitim hesab edərək dekabrın 14-nə təyin edilmiş prezident seçkilərini boykot edir. Qeyd olunur ki, Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvili ölkədə yeganə legitim hakimiyyətdir: "Qeyri-legitim parlamentin prezident seçmək səlahiyyəti yoxdur, ona görə də Salome Zurabişvili Gürcüstanın prezidenti, Gürcüstan Müdafiə Qüvvələrinin ali komandanı və ölkənin xarici əlaqələr üzrə ali nümayəndəsi olaraq qalır". Müxalifət hesab edir ki, mövcud siyasi böhrandan yeganə çıxış yolu yeni parlament seçkilərinin keçirilməsidir. Müxaliflər həmçinin iki həftəlik hökumət əleyhinə etirazlar zamanı həbs olunan bütün məhbusların azad edilməsini tələb edir. Bəyanatı "Birlik - Milli Hərəkat", "Dəyişiklik Koalisiyası" və "Güclü Gürcüstan" koalisiyaları imzalayıb. Keçmiş baş nazir Georgi Qaxarianın rəhbərlik etdiyi digər müxalifət qüvvəsi olan "Gürcüstan naminə" ayrı bir bəyanat yayaraq, ümumiyyətlə yuxarıdakı tezislərlə razılaşdığını bəyan edib. Bir daha xatırladaq ki, Gürcüstanda prezident seçkiləri dekabrın 14-də keçiriləcək. İnauqurasiya dekabrın 29-na planlaşdırılıb. Hazırda seçkilərdə yeganə namizəd keçmiş futbolçu, "Xalqın Gücü" partiyasının yaradıcısı Mixail Kavelavşilidir. Onun namizədliyi  hakim "Gürcü Arzusu" partiyası  tərəfindən irəli sürülüb. Bunlar fonunda Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti bildirib ki, radikal müxalifət seçkiləri pozmağa və ölkədə iğtişaşlar törətməyə cəhd edəcək: "Dağıdıcı və kriminal fəaliyyətin təşkilatçıları 2024-cü il dekabrın 14-də Gürcüstanda keçiriləcək prezident seçkilərinin qarşısını almağı planlaşdırırlar. Bu məqsədlə təşkilatçılar vəziyyəti mümkün qədər gərginləşdirməyi düşünürlər. Onlar bu çirkin niyyətləri nəticəsində aksiya zamanı 2-3 qurban verməyi belə planlaşdırırlar". Qurum əhalini cinayət planının iştirakçısı və ya qurbanına çevrilməmək üçün maksimum diqqətli olmağa, əllərində olan müxtəlif texniki vasitələrlə hər hansı şübhəli vəziyyəti və ya təxribat cəhdini qeydə almağa və dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırır:

"Hazırda faktla bağlı Xüsusi İstintaq Xidməti tərəfindən araşdırma aparılır. İş üzrə obyektiv həqiqəti ən qısa müddətdə müəyyən etmək üçün sözügedən xidmətlə fəal əməkdaşlığa hazır olduğumuzu bildiririk".

Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov hesab edir ki, müxalifətin Qərbin dəstəyi ilə yeni və bu dəfə daha qəddar çevriliş cəhdinə başlayacağına gözləmək olar: "Onlar silahlı üsyana cəhd edəcəklər, böhranın pik nöqtəsi yaxınlaşır.  14 dekabrda prezident seçkiləri baş tutacaq, hakimiyyətə sadiq olan Mixail Kavelaşvili  şübhəsiz ki, seçiləcək. Amma müxalifət mütləq seçkiləri tanımayacaq və Zurabişvili tamamilə qanunsuz olaraq hakimiyyətdə qalmağa çalışacaq.Gürcüstan hökumətini devirmək istəyən "müharibə partiyası"na Qərb də dəstək verir. Parisdə Zurabişvili Notr-Dam Katedralinin açılışında olub və rəsmi olaraq, Zurabişvili Fransa vətəndaşıdır. Makron onunla söhbətindən sonra İvanişvili ilə söhbət edib və onu bir saat ərzində nəyəsə razı salmağa çalışıb. Bundan başqa, Makron Avropa parlamentarilərinin və AB ölkələrinin milli parlamentlərinin üzvlərindən ibarət böyük bir heyətin Tiflisə   gəlməsinə və üsyan cəhdində iştirakına icazə verib. Gürcüstanda gərginlik artıb. Gözlənilən  silahlı üsyanda kimlərin iştirak edəcəyi hələ tam bəlli deyil.  Birləşmiş Ştatlar və Böyük Britaniya indiyə qədər belə halda iştirakdan imtina edib. Bidzina İvanişvili onları Aleksandr Lukaşenko kimi iğtişaşları sərt şəkildə yatıra və tamamilə Rusiyanın tərəfinə keçə biləcəyi ilə hədələyib. Görünən odur ki, dekabrın 14-də prezident seçkilərindən dərhal sonra Zurabişvilidən prezident sarayını tərk etməsi tələb olunacaq. O imtina edəcək və onda da zorla qovulacaq". Digər rus ekspert  Andrey Petrov isə qeyd edir ki, Gürcüstanda etiraz aksiyalarını genişləndirmək üçün təxribatçıların arsenalı demək olar ki, tükənib:  "Gürcüstan rəhbərliyinin daxili düşmənlərinin indi iki problemi var, birincisi, əhalinin böyük əksəriyyəti "oğurlanmış seçkilərə" inanmır və ən azı "Gürcü Arzusu"nun qərarına biganədir. Brüsselin avrointeqrasiya ilə bağlı danışıqları dayandırmasına güzgü effekti ilə cavab verilib. Bu, vətəndaşlarda hansısa etiraz yaratmayıb. Gürcüstanın adi vətəndaşlarının bu payıza etiraz edəcəkləri ciddi hal yoxdur, çünki onların həyatında heç bir mənfiyə dəyişmə yoxdur. Radikalların fikrincə, xalqda kütləvi narazılıq yaratmağın ən yaxşı yolu hakimiyyəti həddən artıq zorakılığa sövq etməkdir. Müxalifət göstərmək istəyir ki, gürcü xalqı öz demokratik dövlətini qəsbkarlardan geri alır, amma hamı görür ki, əslində boş-bekar gənclər gecələr atəş-fəşanlıqla əylənir, onlar hüquq-mühafizə orqanlarının əməkdaşları ilə döyüşürlər. Xalqın bu gənclik əyləncələri ilə heç bir əlaqəsi yoxdur. Amma  təxribatçıların və onların kuratorlarının fikrincə, bu halı davam etdirmək lazımdır. Lakin əmin ola bilərsiniz ki, gürcü müxalifətinin törətməyə hazır olduğu bu cinayət ya siyasi situasiyada heç nəyi dəyişməyəcək, ya da "Gürcü Arzusu"nun düşmənlərinə qarşı oynayacaq. Hakimiyyətdəkilər əhalinin əksəriyyətinin dəstəyini alırlar. Bu halda Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti bildirir ki, müxalifət prezident seçkiləri zamanı qətllər belə törətməyə hazırdır. Amma hakimiyyət üçün  vətəndaşları belə qətlin müxalifət tərəfindən törədildiyinə inandırmaq asan olacaq. Mümkün cinayət hərtərəfli araşdırılacaq və istintaq onun əsl təşkilatçılarını və icraçılarını ortaya çıxaracaq. Hansısa etirazçının ölümü müxalifətin öz əleyhinə olacaq, bu da təxribatçıların və radikalların dövlət əleyhinə hərəkətlərinə insanların sərt reaksiyasına səbəb olacaq". Ekspert bildirir ki, qətl gözləntilərinin özü etirazlara mənfi təsir göstərəcək, çünki heç kim müxalifətin yanlış işi, hətta pul üçün ölmək istəməz".

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ