Cümə axşamı günü, 29 oktyabr 2026
     

İran Gürcüstan azərbaycanlıları arasında şübhəli işlər görür...

Image


Elşad Həsənov: "İran Gürcüstanda olan boşluqdan istifadə edib həmin proksi qüvvələri orada yaradır ki, gələcəkdə nəyəsə nail olsun"

Qonşu İranın bölgədə tutduğu mövqenin necə olduğunu, xüsusən də Azərbaycana  və azərbaycanlılara münasibətini bilirik. Son illərin hadisələri göstərir ki, molla rejiminin hədəfi təkcə Azərbaycan Respublikasının daxilində öz nüfuz dairəsini genişləndirmək, təxribatlarla, bölücülüklə məşğul olmaq deyil, eyni zamanda da azərbaycalıların kompakt yaşadığı digər ölkələrin ərazilərinə sızmağı, öz ideologiyasını soydaşlarımız arasında yaymağı əsas xətt olaraq götürüb. 

İllərdir eşidirik, son zamanlar tez-tez məlumat alırıq, sosial şəbəkələrdə də yayılır ki, İran Gürcüstanda yaşayan azərbaycanlıların içinə nüfuz etməyə başlayıb, azərbaycanlıların kompakt yaşadığı rayonlarda müxtəlif istiqamətlərdə ideoloji-siyasi işlər aparır, din pərdəsi altında öz siyasətini orada yeritmək istəyir. Azərbaycanlılar yaşayan rayon və kəndlərdə məscidlər açır, eyni zamanda azərbaycanlı uşaqları aparıb Qumda oxudur. Məlumatlara görə, onlara orada dərslə yanaşı təlimlər də keçilir. Sosial şəbəkələrdə yazılanlara görə, İran eyni zamanda azərbaycanlılar arasında məzhəb bölücülüyünə yol açan siyasət aparır.

Bu halların qarşısının alınması üçün hansı tədbirlər görülməlidir ki, İranın təsiri aradan çıxsın? Bu, soydaşlarımızın həyatı üçün də problemlər yaradır, onlar müəyyən işlərə təşviq edilə bilərlər. Bu təhlükəli vəziyyətə qarşı nə etmək lazımdır? İranın məqsədi nədir ki, Gürcüstana qədər gedib çıxıb, orada soydaşlarımız arasında təbliğat aparır?

"Hesab edirəm ki, onlar bu məqsədlərinə də nail ola bilməyəcəklər"

Siyasi ekspert Elşad Həsənov "Bakı-Xəbər"ə şərhində "Bəli, son illər Gürcüstanda olan boşluqdan istifadə edən İran-molla rejimi öz emissarlarını bu ölkənin   azərbaycanlılar yaşayan yerlərinə, xüsusilə də Marneuli ərazisinə göndərərək, orda əhalinin çətin vəziyyətdə yaşamasından istifadə edərək dini mövhumatı yaymağa başladı. Demək olar ki, o rayonun hər bir kəndində İranın maliyyə dəstəyi ilə məscidlər açıldı, şiəlik geniş yayılmağa başladı. Gənclər arasından seçdikləri şəxsləri oxumaq üçün Quma göndərdilər və böyük əksəriyyəti təhsil alıb geri qayıtsa da, gəlməyib orada qalanlar, Suriyada döyüşlərdə iştirak edənlər də var. Bilirik ki, Qum şəhərində təkcə dini təhsil verilmir, orada həm də gənclərin beyinləri yuyulur. Orda onlara ifrat dərəcədə dini mövhumat aşılanır və o gənclər gələcəkdə İran üçün canlarından keçməyə hazır olan əsgərlərdir, fədailərdir, döyüşən qüvvələrdir. Yəni İran belə adamları seçib aparıb hazırlayıb, yenidən Gürcüstana gətiriblər. Təbii ki, buna çox böyük maliyyə vəsaitləri ayrılır. 

Gürcüstandan, xüsusilə də Marneuli rayonundan tarixən çox böyük alimlər, dövlət xadimləri çıxıb, orda elmə, təhsilə xüsusi önəm verilib. Amma bu gün nə görürük? Təsəvvür edin ki, dini ayinlər, əsasən də "şaxsey-vaxsey" zamanı Marneulinin mərkəzi küçələri bağlanır, gənclərin, əhalinin müəyyən bir qismi "şaxsey-vaxsey" deyə-deyə gedir, önlərində İran mollaları, yanlarında da Marneulidə rəhbər vəzifədə işləyən şəxslər gedir. Hətta Gürcüstan parlamentinin üzvləri də buna qoşulur və guya özləri xalqın içindədirlər kimi təsəvvür yaradıb bu ziyanlı işləri yayırlar. Bu çox acınacaqlı və ürəkağrıdıcı bir məsələdir. Hesab edirəm ki, Gürcüstan hakimiyyəti buna müvafiq qaydada diqqət yetirməlidir. Hiss edirəm ki, artıq son iki ildə vəziyyət müəyyən mənada dəyişilir, qaragüruhçuların fəaliyyətinin qarşısı alınır, mövhumat yayanlara qarşı Gürcüstan hökuməti tədbirlər görür".

E.Həsənov İranın Gürcüstan azərbaycanlıları arasında apardığı neqativ siyasətin məqsədinə də münasibət bildirdi: "İranın məqsədi tam aydındır. Bu gün İranın həm Livanda, həm Fələstində, həm Suriyada proksi qüvvələri var. İran indi də həmin o proksi qüvvələrini Gürcüstanda yaratmaq istəyir, bu səbəbdən də azərbaycanlıların kompakt yaşadıqları yerləri seçiblər. İran bunu Azərbaycanda yarada bilmədi. Azərbaycanda onların tərəfdarları var, amma biz bu prosesin qarşısını vaxtında aldıq, ona görə də bizim ölkədə kök sala bilmədilər. 

İran Gürcüstanda olan boşluqdan istifadə edib həmin proksi qüvvələri orada yaradır ki, gələcəkdə nəyəsə nail olsun. Yəni hansısa bir məsələ qalxanda onlardan "mücahid" kimi istifadə etsinlər. Ancaq hesab edirəm ki, onlar bu məqsədlərinə də nail ola bilməyəcəklər". 

Siyasi ekspert vurğuladı ki, bizim apardığımız işlər kimi, Gürcüstan hökuməti də bu istiqamətdə müvafiq işlər aparır: "Hesab edirəm ki, İranın Gürcüstanda apardığı iş yaxın zamanlarda dayanacaq. Bizim oradakı soydaşlarımız XXI əsrə, inkişafa öz töhfələrini verəcəklər".    

E.Həsənovun sözlərinə görə, Azərbaycanın Gürcüstandakı səfirliyi də orda çox böyük maarifləndirmə işləri aparır, azərbaycanlılara dəstək olur, azərbaycanlıların kompakt yaşadıqları yerlərdə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün SOCAR xəttilə mühüm işlər görülür, kəndlərin qazlaşdırlması, yolların asvaltlaşdırılması, bəzi yerlərdə idman mərkəzlərinin tikilməsi, bağçaların tikilməsi həyata keçirilir. "Bütün bunlar təbii ki, həmin o qaragüruh qüvvələrin qarşısının alınması üçün görülən tədbirlərdir. Bu tədbirləri daha da genişləndirmək lazımdır. Bu gün ürəkaçıcı məqamlardan biri odur ki, Gürcüstan dövlət universitetlərində azərbaycanlı gənclər ali təhsil alır. Təsəvvür edin ki, orda hüquq, tibb, mühəndislik, pedaqoji və sair ixtisaslar üzrə yaxşı oxuyan azərbaycanlı tələbələr var. Onlar həm də gürcü cəmiyyətinə inteqrasiya etmək üçün həm gürcü dilini gözəl bilirlər, həm də ingilis dilində təhsil alırlar. Mənim tanıdığım ailədən bir neçə uşaq var ki, Tibb Univetsitetini bitirib Tiflisdə klinikada çalışıblar, hazırda isə Almaniyada doktorantura təhsili alırlar. Belə məsələlərə baxanda adam sevinir. Bu gün ordakı azərbaycanlı gənclər arasında polis, prokurorluq orqanlarında işləyənlər var. Məsələn, gənc bir qızımız Gürcüstanda bölgə prokurorluğunda işləyir. Belələrinə bizim ümidlərimiz daha çoxdur, nəinki bu gün dini mövhumatı, dini qaragüruhu təbliğ edənlərə. Heç kim heç kimin dini inancına qəsd etmək, onu dini inancından döndərmək istəmir. Biz XXI əsrdə yaşayırıq, ancaq hesab edirəm ki, bu gün sinəsinə, başına döyüb meydanlarda, küçədə gəzənlər bizi millət kimi Gürcüstanda yaşayan xalqlar qarşısında utandırırlar. Bu mənada, fikrimcə, orda görülməli işlər var, çoxdur. Əsas da elmə, təhsilə ciddi fakir verməliyik, bu sahədə də Azərbaycan öz dəstəyini göstərir, SOCAR orada həm təhsil, həm sosial məsələlərin həlli sahəsində mühüm işlər görür. SOCAR orada ali məktəblərdə oxuyan tələbələrə təqaüd verir. Ona görə də hesab edirəm ki, getdikcə vəziyyət daha yaxşı olacaq. Çünki dini mövhumatla, o qaraguruhla gələcəyi qurmaq olmaz, gələcək ancaq elmdə və təhsildədir" - deyə E.Həsənov vurğuladı. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ