Cümə günü, 30 oktyabr 2026
     

Tramp münaqişələrə son qoymaq üçün aktiv fəaliyyətə başlayır...

Image


Hələ vəzifəsinin icrasına başlamamış ABŞ-ın yeni prezidenti Donald Tramp aktiv diplomatiyaya start verib. Əsas məqsədlərdən biri dünyada gedən savaşları dayandırmaqdır. Artıq andiçmə mərasimindən öncə Donald Trampın komandası onun Şimali Koreya lideri Kim Çen İnlə birbaşa danışıqlar aparmaq imkanını nəzərdən keçirir. 

Bildirilir ki, Şimali Koreya lideri Kim Çen İnlə birbaşa danışıqlar "yeni diplomatik təkan" adlandırılan addımın bir hissəsi kimi müzakirə olunur. Müzakirələr zamanı Yapon dənizi regionunda mümkün silahlı münaqişə risklərinin azaldılması üçün birgə diplomatik dialoqun başladılması planlaşdırılır.

Rusiya və Ukrayna arasında savaşın dayandırlması üçün də Tramp aktiv fəaliyyt göstərir. Ümumiyyətlə, Donald Trampın Ağ Evə qayıdışı ABŞ-ın xarici siyasətini yenidən formalaşdırmağı, dünyada müharibə kimi çoxsaylı cəbhələrdə potensial radikal dəyişikliklər vəd edir. Seçki kampaniyası zamanı Tramp "Birinci Amerikadır" prinsiplərinə əsaslanan, çox vaxt konkret təfərrüatları olmayan geniş siyasət vədləri verib. Onun qələbəsi paralel böhranların mövcud olduğu uzun illər ərzində Vaşinqtonun xarici siyasətə yanaşmasındakı potensial çatışmazlıqlara işarə edir. Kampaniyası müddətində Trump dəfələrlə deyib ki, Rusiya və Ukrayna arasındakı müharibəni bir günə dayandıra bilər. May ayında Trampın iki keçmiş milli təhlükəsizlik rəisinin yazdığı məqalədə deyilirdi ki, ABŞ Ukraynaya silah tədarükünü davam etdirməli, lakin şərt qoymalıdır ki, Kiyev Rusiya ilə sülh danışıqlarına başlamalıdır. Qərb Rusiyanı şirnikləndirmək üçün Ukraynanın NATO-ya daxil olmasını gecikdirəcəyini vəd edə bilər. Keçmiş müşavirlər bildiriblər ki, Ukrayna hazırkı cəbhə xəttinə əsaslanaraq danışıqlar aparmalıdır. Tramp Rusiyanın Ukraynaya qarşı təxminən üç ildir davam edən müharibəsində müxtəlif silah növlərinin istifadəsinin genişlənməsindən inanılmaz dərəcədə narahatdır. Hazırda Florida konqresmeni olan Maykl Voltz "Fox News Sunday"a bildirib ki, səlahiyyət müddəti başa çatan prezident Co Baydenin administrasiyasının Ukraynaya Rusiyanın döyüş meydanında quru qoşunlarının irəliləyişlərini dayandırmaq üçün piyada əleyhinə minalardan istifadə etməyə icazə vermək qərarı Ukraynanın şərqində döyüşü dəyişərək Ukrayna "Birinci Dünya Müharibəsi xəndək müharibəsi"nə bənzər bir şeyə çevrilib. Voltz deyib ki, verilən qərar bu münaqişəyə son qoymaq üçün daha geniş çərçivədə olmalıdır: "Bu, sadəcə olaraq, o cəbhədəki insanların və personalın qırğınıdır".   Donald Trump tez-tez deyir ki, onun prioriteti müharibəyə son qoymaq və ABŞ resurslarının boşaldılmasının qarşısını almaqdır. Onun "Birinci Amerikadır" yanaşması İkinci Dünya müharibəsindən sonra Sovet İttifaqına qarşı yaradılmış transatlantik – "hamı biri, biri hamı üçün" olan NATO-nin gələcəyi ilə bağlı strateji məsələni əhatə edir. Hazırda 30-dan çox ölkə bu hərbi ittifaqda birləşir. Tramp uzun müddətdir ki, alyansa skeptik yanaşır, Avropanı Amerikanın müdafiə vədindən yayınmaqda günahlandırır. Onun ABŞ-ı NATO-dan çıxarıb-çıxarmayacağı hələ də müzakirə mövzusu olaraq qalır. Ukraynadakı kimi, Tramp Qəzzada İsrail-Həmas, Livanda İsrail-Hizbullah müharibələrini sona çatdıracağını nəzərdə tutaraq vəd verib ki, Yaxın Şərqə də sülh. gətirəcək. O, dəfələrlə bildirib ki, hakimiyyətdə Bayden yox, o olsaydı, HƏMAS qrupu maliyyə dəstəyi aldığı İrana qarşı onun maksimum təzyiq siyasətinə görə İsrailə hücum etməzdi. Görünür, Tramp əvvəlki prezidentliyi müddətində ABŞ-ı İranla nüvə sazişindən çıxardığı, İrana qarşı daha böyük sanksiyalar tətbiq etdiyi və onun ən güclü hərbi komandiri, general Qasım Süleymanini öldürməsini izləyən siyasətini yenidən tətbiq etmək istəyəcək. Tramp İsrail və bəzi müsəlman ölkələri arasında diplomatik əlaqələri normallaşdırmaq üçün vasitəçilik edib.

"İbrahim razılığı" adlanan bu danışıqlar zamanı İsrailin qarşısında Fələstinin müstəqilliyini tanıması, münaqişənin "iki dövlət həll yolunu" qəbul etməsi şərti qoyulmadı. Tramp seçki kampaniyası zamanı bir neçə bəyanat verərək Qəzza müharibəsinin bitməsini istədiyini bildirib. Trampın Netanyahu ilə mürəkkəb, bəzən qeyri-funksional münasibəti olub, lakin şübhəsiz ki, ona təzyiq göstərmək qabiliyyətinə malikdir. Onun HƏMAS-la əlaqəsi olan aparıcı ərəb ölkələrinin liderləri ilə də güclü əlaqələri var. Məlum deyil ki, Tramp İsrail rəhbərliyinə güclü dəstək verməklə yanaşı, Qəzzada müharibəni necə başa çatdırmağı nəzərdə tutur. Trampın müttəfiqləri tez-tez onun gözlənilməzliyini diplomatik üstünlük kimi təqdim ediblər, lakin artıq tarixi bir böhranın ortasında olan, son dərəcə çəkişməli və qeyri-sabit Yaxın Şərqdə onun müharibələri necə dayandıracağı aydın deyil. Tramp HƏMAS-ın götürdüyü girovların azad edilməsi müqabilində Qəzzada atəşkəs əldə etmək üçün Bayden administrasiyasının başlatdığı, dalana dirənmiş diplomatik prosesi necə həll edəcəyi və ya necə davam edəcəyi ilə bağlı qərar verməli olacaq. Bununla yanaşı, ölkə daxilində də Tramp yeni ciddi proseslrə start verməyə hazırlaşır.  "The Times" qəzeti Pentaqondakı mənbələrə istinadən bildirir ki, ABŞ Silahlı Qüvvələrində xidmət edən bütün transgenderlər xidmətdən qovula bilərlər. Ölkənin yeni seçilmiş prezidenti Donald Tramp müvafiq fərmanı verməyi planlaşdırır. Bildirilir ki, Tramp 15 min nəfəri əhatə edəcək fərmanı vəzifəyə başladığı ilk gün imzalaya bilər. Xatırladaq ki, mart ayının sonunda Trampın qərargahı ABŞ-nin hazırkı prezidenti Co Baydendən transgenderlər gününü təsis etdiyinə görə üzr istəməsini tələb edib.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ