Cümə günü, 30 oktyabr 2026
     

Trampın dövründə ABŞ-Azərbaycan münasibətləri ciddi şəkildə dəyişəcək...

Image


ABŞ-ı qarşıdakı iki ildə həm icraedici, həm də qanunverici orqanda idarə edəcək əsas qüvvə Respublikaçılar Partiyası olacaq. Düzdür, icraedici orqanda Respublikaçıların hakimiyyəti 4 il çəkəcək. Qanunverci orqanda isə iki ildən sonra yeni seçkilər olacaq. Buna qədər idarəçilik, qeyd edildiyi kimi, Respublikaçılar Partiyasına məxsus olacaq.

5 noyabr seçkilərindən sonra  Konqresin hər iki palatasında - həm Senatda, həm də Nümayəndələr Palatasında səs çoxluğunu məhz Respublikaçılar Partiyası qazanıb. 1857-ci ildən, yəni hazırda ABŞ-da mövcud olduğu formada ikipartiyalı sistemin yaranmasından bəri eyni partiyanın həm icra, həm də qanunvericilik qollarına nəzarət etdiyi "vahid hökumət" 48 dəfə meydana gəlib. Demokratlar 23 dəfə, Respublikaçılar 25 dəfə bu şəkildə hakimiyyətdə olublar. 38 halda partiyalar Ağ Evə və ən azı parlamentin palatalarından birinə nəzarəti bölüşməli olublar. İndiki halda Tramp administrasiyası üçün Senat çoxluğu xüsusilə vacib olacaq, çünki Konqresin yuxarı palatası prezident tərəfindən irəli sürülən əsas Nazirlər Kabineti üzvlərini təsdiq etməlidir. Hazırda Senatda 53 yer Respublikaçıların əlindədir, Demokratlar isə 47 yerə nəzarət edirlər. Hadisələrin bu səpkidə inkişafı  əslində Demokratların idarəçilikdə yol verdikləri nöqsanlar fonunda gözlənilirdi. Elə bunlar fonunda Trampın qalib gələcəyini dəqiq proqnozlaşdıranlar da var idi. Bu sırada Azərbaycan da yer alırdı. Eyni zamanda Azərbaycanda Demokratların çoxsaylı səhvləri fonunda Trampa rəğbət də gizlədilmirdi. Cari ilin iyul ayında "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışı zamanı prezident İlham Əliyev TASS xəbər agentliyindən Mixail Qusmanın sualına cavb verərəkən bu xüsusda qeyd edib: "Qərarı Amerika xalqı verəcək. Bu, onların prezidentidir. Lakin, eyni zamanda, bu, bütün dünya üçün xüsusi əhəmiyyətə malikdir. Çünki bir çox xalqların və ölkələrin taleyi böyük dərəcədə Birləşmiş Ştatların birinci şəxsinin verəcəyi qərarlardan asılı olacaq. Mənim fikrimcə, Prezident Trampın hələ də davam edən kampaniya zamanı səsləndirdiyi mühüm tezislərdən biri də odur ki, onun vaxtında heç bir müharibə olmayacaq. Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı, Vyetnam, Koreya, Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya və necə deyərlər, onların davamı olmadı. Bax, bu müddət ərzində onların heç biri baş vermədi. Ancaq buna, yəqin ki, böyük hörmətlə yanaşmağa dəyər. İkinci tezis də çox əhəmiyyətlidir. Bu mövzuya, necə deyərlər, uzun-uzadı və dərindən toxunmaq istəmirəm, amma indiki halda, ilk növbədə, ABŞ-ın özü və onun bilavasitə təsiri altında olan ölkələr üçün ikinci tezis də vacibdir. Bu, təbii ki, ənənəvi dəyərlərdən gələn məsələ ilə bağlı aydın mövqedir. Zənnimcə, Azərbaycan xalqının mütləq əksəriyyəti nəinki bu mövqeyi bölüşür, həm də onu fəal şəkildə təbliğ edir və əməldə həyata keçirir. Odur ki, mən daha dərinə getsəm, hər şey çox aydın olacaq". 

Şübhəsiz ABŞ-ın müəyyənləşdirilən siyasi kursu yalnız yeni prezidentin seçilməsi, fərqli bir komandanın idarəçiliyin müxtəlif strukturlarında yerləşməsi ilə müəyyənləşmir. Orada oturuşmuş ənənələr var və hakimiyyətin üç qolu arasındakı balans, üçlü idarəçilik modeli qlobal çapdakı proseslərə, əsas siyasi və strateji hədəflərə təsir edir. Bura Azərbaycanla münasbətlər də daxildir. 1990-cı illərdən sonra Amerika-Azərbaycan münasibətləri müxtəlif mərhələlərdən keçib. Münasibətlər Barak Obama dövrü enən xətt üzrə gedib. Trampın birinci prezidentliyi vaxtında düzəlsə də sonradan bayden dönəmində istənilən məcrada inkişaf etmədi. Bu fonda istisna olunmur ki, Donald Trampın seçilməsi Bayden dönəminin mənfi mirasını ortadan qaldırmağa imkan verəcək. Elə prezident İlham Əliyevin Trampa təbrikinə baxdıqda bu məqamları çox aydınlıqla görə bilərsiniz. Çünki o, bir protokol təbriki olmaqdan daha çox müxtəlif sahələr üzrə iki ölkə arasında əvvəlki dövrlərdə təməli qoyulmuş münasibətlərin inkişaf etdirilməsi üçün inamı ifadə edir. Bu hal prezident İlham Əliyevin Donald Trampa zəngində də diqqət mərkəzində yer alıb. Telefon danışığı əsnasında dövlət başçısı Donald Trampı Amerika Birləşmiş Ştatlarının prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib. Azərbaycan prezidenti qeyd edib ki, seçkilərdə inamlı qələbə Amerika xalqının onun yürütdüyü siyasi xəttə böyük dəstək və etimadının aşkar ifadəsidir. Dövlət başçısı vurğulayıb ki, Donald Trampın fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynayacaq.

Birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını deyən dövlət başçısı ikitərəfli əlaqələrimizin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvarlığını bildirib. Donald Tramp öz növbəsində səmimi təbriklərə görə prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib. Tramp ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə səylərlə çalışmağın vacibliyini qeyd edib. Qeyd edək ki, Azərbaycan-Amerika münasibətləri kifayət qədər dərindir. Bu münasibətlər uzun illərdir kifayət qədər ciddi iqtisadi və geosiyasi maraqlar üzərində inşa edilib. Respublikaçılar ilə Azərbaycanın münasibətləri həmişə daha rəvan olub. Donald Trampın birinci prezidentliyi dövründə də münasibətlərdə heç bir problem olmayıb. Trampın seçilməsi Amerika-Azərbaycan münasibətlərində yeni fundamental dəyişikliklərə səbəb olacaq. Tramp nəzərə alır ki, Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində öz milli maraqları əsasında uğurla təmsil olunur, etibarlı strateji tərəfdaş kimi tanınır. Eyni zamanda, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın iştirakı ilə regional miqyaslı, qlobal xarakterli strateji layihələrin reallaşdırılması, eləcə də ölkəmizin beynəlxalq nüfuzunun daha da artması, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsi həyata keçirilən praqmatik xarici siyasətin pozitiv nəticələridir. Bundan başqa, ölkəmiz qlobal xarakterli taleyüklü məsələlərin həllində aktiv iştirak edir. COP29 bunun ən yaxşı nümunələrindən biridir. Bu fonda ABŞ Azərbaycanla əməkdaşlığın siyasi, iqtisadi əhəmiyyətini yüksək qiymətləndirir, ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu ifadə edir. Ölkələr arasındakı əməkdaşlıq münasibətləri qarşılıqlı-faydalı işbirliyinə əsaslanır. Yeni mərhələdə hər iki ölkəni bir-birinə bağlayan strateji əsaslar milli maraqlar sisteminin qarşılıqlı faydalı əlaqələr üzərində uzlaşdırılmasıdır. Bu xüsusda rusiyalı politoloq Sergey Markovun fikirləri tamamilə reallığa əsaslanır. Tramp hökumətini iqtisadi inkişafa yönəlmiş praqmatik siyasət yürüdəcəyini təxmin edən analitik bildirib: "Azərbaycan ABŞ üçün Ermənistandan qat-qat cəlbedici tərəfdaşdır. Çünki Azərbaycan iqtisadi baxımdan Ermənistandan daha təsirli və güclüdür. Azərbaycan neft-qaz resursuna malikdir. Neft-qaz isə müasir iqtisadiyyatda əsas amildir. Trampın ətrafında daha çox ermənipərəst sayılan Rama Svami, kiçik Robert Kennedi və Tulsi Qabbar kimi siyasətçilər var. Onlar dəfələrlə "artsax" terminindən istifadə ediblər və az-çox erməni lobbisinə bağlı hesab olunurlar. Əgər onlar Tramp administrasiyasında mühüm mövqelər tutsalar, Trampın siyasətinə ermənipərəst baxımından təsir göstərə bilərlər. Lakin Azərbaycan enerji layihələrini Tramp dövründə də uğurla davam etdirə biləcək". Faktiki olaraq indiki zamanda ABŞ Ermənistanın silahlanmasında və ordusunun formalaşmasında çox ciddi rol oynayır. Hətta Ermənistanın Müdafiə Nazirliyində amerikalı nümayəndələr oturub. Donald Tramp prezident kimi fəaliyyətə başladıqdan sonra Azərbaycan və ABŞ münasibətləri yenidən fərqli məcraya çevriləcək. Bunu Ermənistanda da etiraf edirlər. Stenford Universitetinin professoru, beynəlxalq məsələlər üzrə ekspert Artur Xaçikyan "Sputnik"ə açıqlamasında bu xüsusda bildirir: "ABŞ Ermənistana dəstəyi kəskin şəkildə azalda bilər, xüsusən də Amerikanın erməni icmasının son prezident seçkilərində demokratların namizədi Kamala Harrisi dəstəklədiyini nəzərə alsaq". O bildirib ki, artıq bütün dünyada milli-vətənpərvər qüvvələr qalib gəlir, lakin indiki Ermənistan hakimiyyəti qlobal siyasi prosesləri başa düşmür və neoliberal ideyaları təbliğə davam edir. Onun sözlərinə görə, neoliberalizm ABŞ iqtisadiyyatının çökməsinə gətirib çıxarıb, ştatlar identikliyini itirib, ölkə ağır miqrasiya vəziyyəti ilə üz-üzə qalıb: "ABŞ-da Bayden administrasiyasının Çin siyasətinin yanlış olduğunu da başa düşürlər. Xüsusilə, demokratlar əmin idilər ki, çinlilər varlanmaq imkanı olduğu halda "amerikalı" ola bilərlər. Lakin onların xarici siyasəti uğursuz oldu: Çin ayağa qalxdı və ABŞ üçün ən böyük təhlükəyə çevrildi". Xaçikyan erməni diasporunun Kamala Harrisi dəstəkləməyinin Ermənistana təsirsiz ötüşməyəcəyini vurğulayıb: "Donald Trampın yeni administrasiyasından Ermənistana pis xəbərim var: yeni komandanın Ermənistana qarşı ciddi münasibəti yoxdur. Bax, Ermənistanın Vaşinqtondan aldığı mesaj budur: Baş nazir Paşinyanı qlobalist sayırlar, uduzan Kamala Harrisi dəstəkləyən şəxs hesab edirlər. Onu Vaşinqtonda heç kim gözləmir. Diasporumuzun nümayəndələri isə Tramp administrasiyasında qəbul edilmir, çünki biz yenə səhv hesabladıq". O, Ermənistanın özünü təcrid vəziyyətinə sala biləcəyindən, xüsusən də Tramp administrasiyasına azərbaycanlı lobbiçilərin daxil olması şansından ehtiyat etdiyini xatırladıb:

"İndi də ABŞ-da erməni tərəfinin nümayəndələri sağa-sola qaçır, kiminləsə əlaqə saxlamağa, görüşməyə can atırlar, amma onları qəbul etmirlər". Bunlarla yanaşı, Trampın daha öncə bizneslə məşğul olduğu, öncəki prezidentlik dövründə iqtisadi məsələlərə xüsusi diqqət ayırdığı da nəzərə alınarsa, onun administrasiyasının Azərbaycanla ticarət və iqtisadi əməkdaşlığı artırmaq üçün açıq olacağını gözləmək olar. Bu, ABŞ şirkətlərinin Azərbaycan bazarında daha aktiv iştirakını təmin edə, texnologiya və infrastruktura dair ortaq layihələrin inkişafına yol aça bilər. Yəni Bayden administrasiyasının müharibələr, aqressiv xarici siyasət və digər dövlətlərin, o cümlədən, Azərbaycanın daxili işlərinə qarışmaqla məşğul olduğunu nəzərə alsaq, Donald Trampın prezidentliyi dövründə ABŞ ilə Azərbaycan diqqəti inkişafa, yeni layihələrin icrasına, iqtisadi irəliləyişə və hər iki ölkənin tərəqqisinə yönəldə bilərlər. Hər halda, əsas gözləntilər də budur.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ