Cümə günü, 30 oktyabr 2026
     

Tramp yanvarın 20-də imza atacağı ilk qanunu açıqladı - dünya bir-birinə dəydi...

Image


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp qanunsuz miqrasiya, narkotik qaçaqmalçılığı ilə əlaqədar Meksika və Kanadadan idxal olunan bütün mallara 25 % rüsum tətbiq edəcəyinə söz verib. 

O, bu barədə "Truth Social" sosial şəbəkəsindəki hesabında yazıb: "Hamı bilir ki, Meksika və Kanadadan minlərlə insan ABŞ-a gəlir, buna görə də cinayət və narkotik ticarəti görünməmiş həddə çatıb. Yanvarın 20-də mənim ilk fərmanlarımdan biri Meksika və Kanadadan ABŞ-yə çatdırılan bütün mallara 25 % tarif tələb etmək üçün bütün lazımi sənədləri imzalamaq olacaq".

Tramp Meksika və Kanadanın uzun müddətdir davam edən bu problemi həll etmək üçün hər cür imkana malik olduğunu vurğulayıb. Bu arada onu da xatırladaq ki, Donald Tramp ilk prezidentliyi dövründə Çinə geniş rüsumlar tətbiq edərək qlobal iqtisadiyyatı sarsıtmışdı. Ofisə geri qayıtmazdan əvvəl Tramp Çinə qarşı daha sərt tədbirlər görəcəyini vəd edir. O, ABŞ-a idxal olunan məhsullara 10%, Çindən gələn mallara isə heyrətamiz dərəcədə - 60% tariflər tətbiq edəcəyini deyir. Çin hələ ki, Trampın təhdidlərinə birbaşa cavab verməsə də, gələcək ticari gərginlinlik barədə xəbərdarlıq edir. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bildirib: "Bir daha qeyd edim ki, ticarət müharibəsində qalib tərəf yoxdur və dünya bundan faydalana bilməz".  Çin prezidenti Si Cinpin qlobal ticarətdə yüksələn rol oynamaq üçün sabit və güclü valyuta istəyir, lakin Donald Trampın prezident postuna geri dönüşü bu məqsədə təhdid yarada bilər. Tramp prezidentliyinin ikinci dövründə yuanın illərlə eniş təzyiqi ilə üzləşmə riski var və yeni bir ticarət müharibəsi ehtimalı artıq valyutaya qarşı neqativ gözləntiləri artırır. Analitiklər 2025-ci ildə yuanın dollar qarşısında son 17 ilin ən aşağı səviyyəsini düşəcəyini gözləyirlər. Hələ ən pessimist proqnozlara görə, yuan təxminən 10% dəyər itirə bilər. Yuan əvvəlki ticarət müharibəsi dövrü ilə müqayisədə daha zəifdir. Çin hökumətinin istiqraz gəlirləri Amerikadakından aşağıdır. Xarici şirkətlər investisiyalarını geri çəkməkdədir. İqtisadi artım qeyri-bərabərdir və deflyasiya təhlükəsi faiz dərəcələrinin daha da aşağı düşməsinə səbəb ola bilər. Çin Xalq Bankı valyutanın daha böyük devalvasiyasına maliyyə sabitliyi baxımından narahat olduğundan bir müddət yuanı dəstəkləməyə davam edəcək. Lakin əgər ticarət müharibəsi başlasa, bank Çinin ixracını qorumaq və danışıqlardakı mövqeyini yaxşılaşdırmaq üçün daha çox devalvasiyaya icazə verə bilər. Amma yuanın dollar qarşısında enişini dayandırmaq məqsədində Çinə məhz Tramp özü kömək edə bilər. Yeni seçilmiş prezident daha zəif dolların tərəfdarıdır ki, bu da ABŞ mallarını digər ölkələr üçün daha ucuz edəcək, lakin Uol-Strit bankları bunun gerçəkləşmə ehtimalının aşağı olduğunu düşünürlər. Çin uzun illərdir valyutasının beynəlxalq arenada populyarlaşmasını təşviq edir ki, bu da Si Cinpinin ölkəni qlobal maliyyə gücünə çevirmək məqsədinin bir hissəsidir. Hökumət valyutanın xaricdə istifadəsini artırmaqda müəyyən uğurlar əldə edib, lakin Pekin yuanın sabitliyini gələcək uğurun açarı kimi görür.

Bununla yanaşı, Trampın istənilən tarifləri xüsusilə ixracdan asılı olan iqtisadiyyatlara zərər verə bilər. Bununla belə genişlənmiş ABŞ-Çin ticarət müharibəsi həm də imkanlar yarada bilər. Bir çox ölkə tariflərdən yayınmaq üçün istehsalın Çindən uzaqlaşmasından faydalanıb. Taylandın ticarət naziri bu yaxınlarda deyib ki, onun ölkəsi fabriklərini Çindən köçürdən ABŞ şirkətlərinin gəlişinə şahidlik edib: "Biz buna dözməyi bacarmalıyıq. Mən əslində bu problemləri Tayland üçün fayda kimi görürəm. İnanıram ki, biz hər bir ölkə üçün investisiya məkanı ola bilərik". Lakin bu yanaşma özü ilə bərəbər risklər də gətirir. Çindən çıxıb gələn ticarətdən faydalanan bir çox ölkə indi ABŞ-a ixracatdan çox asılıdır. Bu, onları Trampın ümumi tariflərinə və ya marşurutu yönləndirilmiş mallara tətbiq olunan təzyiqlərə qarşı daha həssas edir. Tariflər ABŞ-ın ən böyük ticarət tərəfdaşlarından əlavə, digərlərini də narahat edir. Belə ki, ABŞ-la ticərətin onsuz da məhdud olduğu Afrikada yüksək tariflər vəziyyəti daha pisləşdirə bilər. "Constituency for Africa"nın qurucusu Melvin Foote bununla bağlı bildirib: "İstehsaldan danışsaq, məhsul istehsalından danışırıqsa, ananasın ABŞ bazarına gəlməsi çətin olacaq. Beləliklə, tariflərin artırılmasından danışırıqsa, ABŞ-ın Afrika ilə ticarətinə nikbin baxa bilmirəm. Beləliklə, tariflərin artırılmasından danışırıqsa, ABŞ-ın Afrika ilə ticarətinə nikbin deyiləm". Qeyri-müəyyənliyin çoxu Trampın gözlənilməzliyindən qaynaqlanır. Qərbin tanınmış  analitikləridən iri olan Jayant Menon deyir ki, ilk müddətində o, tez-tez fərdi ticarət müqavilələri bağlamazdan əvvəl tariflərdən sövdələşmə vasitəsi kimi istifadə edirdi: "Tramp proteksionist deyil, məncə, düzdürmü? O, sövdələşmə ilə məşğuldur. O, özünü belə təqdim etməyi sevir - bilirsiniz, sövdələşmə sənəti və bütün bunlar... ona görə də o xoşlayır ki, azad ticarət müqaviləsində onun rolu olsun". Menon deyir ki, Trampın hədəfində olan ölkələrin özlərinə və qlobal iqtisadiyyata zərər vura biləcək tariflərin eskalasiyası əvəzinə yeni ticarət razılaşmalarına getmələrinə təkan verə bilər. Trampın bütün təklifləri artan proteksionistliyinə işarə etmir. O, həmçinin ABŞ istehsalı olan elektrik avtomobillərinə verilən subsidiyaların - Bayden administrasiyası tərəfindən qoyulan subsidiyaların ləğv edilməsini təklif edib. Bu isə qlobal iqtisadiyyata təsir edən təhriflər baxımından müsbət haldır. Belə görünür ki, dünya nə edəcəyini proqnozlaşdırmağın mümükün olmadığı ABŞ prezidentinin qayıdışına necə reaksiya verəcəyini müəyyənləşdirərkən həm risklər, həm də fürsətlərlə üzləşəcək.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ