Cümə günü, 30 oktyabr 2026
     

Son anda razılaşma - Azərbaycan COP29-da Qlobal Cənubla Şimalı konsensusa gətirə bildi...

Image


COP29-un əsas mövzusu iqlim maliyyəsi üçün yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması idi və bu xüsusda da mühüm nailiyyət əldə olundu. 

Söhbət inkişaf etmiş ölkələrin 2025-ci ildən başlayaraq inkişaf etməkdə olan ölkələrə istixana qazı emissiyalarının azaldılması istiqamətində işlərin görülməsi üçün hər il ayırmağa hazır olduqları maliyyə məbləğindən gedir. Həm də iqlim dəyişikliyinə sosial-iqtisadi uyğunlaşmaya nail olmaq xərclərinin qarşılanması üçün bu vacibdir.

Qlobal Cənub nöqteyi-nəzərindən, bu kritik vəzifəni həyata keçirmək üçün maliyyə, texnoloji və ekspert yardımı almadan inkişaf etməkdə olan ölkələr öz öhdəliklərini yerinə yetirə bilmirlər. Qeyd edək ki, hələ 1992-ci ildə ölkələr Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını müzakirə edərkən, razılaşdırılmışdı ki, inkişaf etmiş ölkələr iqlim dəyişikliyinin öhdəsindən gəlmək üçün inkişaf etməkdə olan ölkələrə maliyyə resursları ayırmalıdırlar. 2009-cu ildən 2024-cü ilə qədər bu məqsədlər üçün hər il 100 milyard dollar vəsait ayrılıb və bu səviyyədə maliyyələşmənin daha da davam etdirilməsi qərara alınıb. Lakin inkişaf etməkdə olan ölkələrin özləri COP29 konfransında 2030-cu ilə qədər illik iqlim maliyyələşdirməsinin tələb olunan məbləğini 1,3 trilyon dollara çatdırmağa çalışdılar ki, bunun da 600 milyard dolları qrant şəklində olmalıdır. İnkişaf etmiş ölkələr 250 milyard dollara razılaşdılar. Qızğın müzakirələr konfransın uzadılması zərurətinə səbəb oldu. Bu, qapalı məsləhətləşmələr təşkil edən BMT-nin müdaxiləsini tələb edirdi. Yalnız noyabrın 24-də səhər saatlarında kompromis razılaşması əldə olundu. İştirakçılar inkişaf etməkdə olan ölkələrin 2035-ci ilə qədər hər il ən azı 1,3 trilyon dollar iqlim maliyyəsi almasını təmin etmək üçün çalışacaqlar. Lakin bu hipotetik məbləğin yalnız 300 milyard dolları əsasən inkişaf etmiş ölkələrin hökumətlərindən ikitərəfli və çoxtərəfli qrantlar və güzəştli kreditlər şəklində gələcək. Qalanı isə özəl sektordan gözlənilir. Ekspertlr bildirir ki, vəd edilən 300 milyard dollar əvvəlki 100 milyard dollardan xeyli yüksək olduğundan iqlim böhranına qarşı daha effektiv mübarizə aparmaq mümkün olacaq. Bu məbləğ hətta inflyasiyaya uyğunlaşdırılıb. Bununla yanaşı, COP29 Paris İqlim Sazişinin müvafiq maddələri çərçivəsində karbon bazarlarının yaradılması üzrə əldə olunan razılaşmalar sayəsində tarixə düşəcək. Daha dəqiq desək, COP29-da, nəhayət, ikiqat hesablamadan qaçaraq, ölkələrin karbon kreditlərini necə yarada, ticarət edə biləcəyinə dair razılığa gəlindi. Paris Sazişinin maddələrindən birinin blokunun açılması təkcə ölkələr deyil, həm də şirkətlər üçün karbon vahidlərinin ticarətində iştirak imkanları yaradır. Bu fonda o da bəllidir ki, Bakı sammiti dünyanın ən böyük neft-qaz şirkətlərinin nümayəndələrinin fəal iştirak etdiyi tərəflərin ikinci konfransı oldu. CO29 zamanı "ExxonMobil" şirkətinin prezidenti Darren Vudsun verdiyi geniş müsahibə bu mənada diqqətə layiqdir. Onun əsas mesajı ondan ibarətdir ki, müasir enerji sistemindən aşağı karbonlu sistemə keçid əhəmiyyətli maliyyə resursları tələb edir. Eyni zamanda, enerji şirkətləri pul vəsaitlərinin hərəkətini və qoyulmuş kapitalın gəlirliliyini təmin etməklə öz səhmdarlarının maraqlarını qorumalıdır. Enerji keçid yolu ilə hərəkət etməyin əsas açarı texnologiyanın dəyərini azaltmaqdır. Prosesi sürətləndirmək üçün hökumət dəstəyi və təşviqləri istifadə olunur, lakin son nəticədə proses bazar tərəfindən seçilməlidir. Bu, dünyanın hər bir iqtisadiyyatında keçidə səbəb ola biləcək bir şeydir. Sözügedən məqam COP29-un mühüm uğurlarından biridir.

Eyni zamanda görünən odur ki, inkişaf etməkdə olan ölkələr iqlim böhranına qarşı mübarizədə əlavə imkanlar əldə edəcəklər. Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli bu fonda qeyd edir: "COP29-un əsas özəlliyi ən inklüziv konfrans olmasıdır, ev sahibi kimi Azərbaycan ada dövlətlərinin, Qlobal Cənub, Karib hövzəsi ölkələrinin, Afrika qitəsinin geniş təmsilçiliyini təmin etdi. COP29-da iştirak etmək üçün 76 mindən çox iştirakçı qeydiyyatdan keçmişdi ki, bu da rekord göstəricidir. Azərbaycan mükəmməl təşkilatçılıq bacarıqları nümayiş etdirərək hər kəs üçün rahat, təhlükəsiz, funksional mühit yaratmağa nail oldu. Təsadüfi deyil ki, Azərbaycan COP tarixində Tədbirin Dayanıqlı İdarə Edilməsi və Təşkili kriteriyaları üzrə ISO 20121 sertifikatını tədbir bitmədən öncə alan ilk ölkə kimi tarixə düşdü". Onun sözlərinə görə, COP29 konfransında bütün dünya ekologiyadan, yaşıl dünyadan pafosla danışan inkişaf etmiş ölkələrin gerçək üzünü gördü: "Azərbaycan prezidenti COP29 Liderlər Sammitində bunu çox açıq və güclü şəkildə vurğuladı. Bu yalnız Azərbaycanın deyil, Qlobal Cənub ölkələrinin yanaşmasının bəyanı idi. COP29-da Qlobal Cənubun real ehtiyacları və Qlobal Şimalın etinasızlığı daha aşkar şəkildə nümayiş olundu. Məlum oldu ki, aparıcı Qərb ölkələri öhdəliklərinə əməl etmək istəmirlər, Qlobal Cənubla Qlobal Şimal arasında səmərəli dialoq qurulmasına çalışan, konfransın maksimum nəticə verməsi üçün bütün resurslarını səfərbər edən Azərbaycan isə məqsədli şəkildə hədəfə gətirilir. Bu qərəzli münasibət hələ ötən ilin dekabr ayında - Azərbaycanın ev sahibi olması barədə qərar verilərkən başlanmışdı və proses bütün hazırlıq dövründə davam etdi, indi isə daha da güclənib. COP29-da beynəlxalq ictimaiyyətin təzyiqləri ilə aparıcı Qərb ölkələri güzəştə getməli oldular. Eyni zamanda, inkişaf etməkdə olan ölkələr də iddialarını yumşaltdılar. Bu razılaşmanın Azərbaycanın sədrliyi ilə əldə olunması isə tarixə yazıldı".

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ