Cümə günü, 30 oktyabr 2026
     

Ermənistanda Paşinyanın "konstitusiya göstərişini" saya salan yoxdur...

Image


Bəlli olduğu kimi, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin razılaşdırılmasını əngəlləyən başlıca faktor ikincinin konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının təsbit edilməsidir. Bu, sülh müqaviləsinin imzalanmasını mümkünsüz edir. Azərbaycan ən yüksək səviyyədə bəyan edib ki, Ermənistan Konstitusiyası dəyişmədən heç bir sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilməz.

Xatırladaq ki, Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad var. 1989-cu il 1 dekabr tarixli bu sənədə əsasən, Dağlıq Qarabağ vilayəti Ermənistana birləşdirilməlidir. Maraqlıdır ki, dəfələrlə Qarabağı Azərbaycanın ayrılmaz bir hissəsi kimi qəbul edən, sülh müqaviləsini tez bir zamanda imzalamağa həvəsli olduğunu bəyan edən erməni siyasi elitası bu məsələni aradan qaldırmağa tələsmir. Bu fonda o da xüsusi diqqət çəkir ki, baş nazir Nikol Paşinyan altı ay öncə Ermənistanın yeni konstitusiyasını hazırlamağı tapşırsa da, bu işə məsul ayrıca hökumət komissiyası hələ də müzakirələrə başlamayıb. Paşinyanın 2022-ci ildə yaratdığı Konstitusiya İslahatı Şurasının ilkin məqsədi mövcud konstitusiyaya düzəlişlər etmək idi. Bu ilin mayında baş nazir göstəriş verib ki, Şura 2027-ci ilin yanvarınadək yeni konstitusiya layihəsini hazırlasın. Həmin addım Azərbaycanın konstitusiyaya dəyişiklik tələbi ilə üst-üstə düşüb. Müxalifətin Azərbaycanın basqısına boyun əydiyi barədə ittihamlarını rədd edən Paşinyan eyni zamanda Bakının tələbini qəbul etməsi barədə birmənalı olmayan işarələr verir. O, noyabrın 13-də məlum tələbi rədd etsə də, ertəsi gün sözügedən bəyannaməyə tənqidini gücləndirib. Ədliyyə nazirinin müavini Tiqran Dadunts bildirib ki, Şura hələ nə konstitusiyanın yeni layihəsini, nə də preambula məsələsini müzakirə edib.

Yeni konstitusiyasının qəbuluna dair referendumun 2026-cı ilin iyunundakı parlament seçkilərindən sonra - 2027-cildə keçirilməsi nəzərdə tutulub. Yeni konstitusiya layihəsinin hazırlanmasına cəlb olunan bəzi vətəndaş cəmiyyəti fəalları və siyasətçilər məsələ barədə nikbin düşüncədə deyillər. Onların fikrincə, ölkənin yeni ali qanunu ya sözügedən tarixdən gec, ya da heç hazır olmaya bilər.

Yuxarıda qeyd edildiyi kimi Nikol Paşinyan noyabrın 14-də ölkəsinin 1990-cı ildə qəbul olunmuş müstəqillik bəyannaməsini tənqid edib: "Müstəqillik Bəyannaməsini dəfələrlə oxumuşam, dəhşətli bir qənaətə gəlmişəm ki, onun məzmunundan belə çıxır, Ermənistan Respublikası mövcud ola bilməz". Amma məsələnin həlli istiqamətində əməli addımlar atılmır. Halbuki, Ermənistan həqiqətən də sülh müqaviləsi istəyirsə, Azərbaycana qarşı ərazi iddialarının yer aldığı ali sənədlərdə düzəliş etməlidir. Çünki, bu olmayacağı təqdirdə Ermənistan Konstitusiya Məhkəməsi hər an sülh müqaviləsinin Ermənistan Konstitusiyasına uyğun gəlmədiyini bəhanə edərək, müqavilədən boyun qaçıra bilər. Ekspertlərə görə, Ermənistanın Azərbaycanla nəqliyyat və rabitə əlaqələrinin açılmasına razılaşmaması iki ölkə arasında sülhə nail olunması və iqtisadi inkişaf baxımından ciddi maneələr yaradır. Kommunikasiyaların bərpası həm regional sabitlik, həm də iqtisadi inteqrasiya üçün əhəmiyyətli bir addım olardı. Azərbaycan və Ermənistan arasında nəqliyyat dəhlizlərinin açılması, xüsusilə Zəngəzur dəhlizi kimi strateji layihələrin həyata keçirilməsi, regiondakı ölkələr arasında iqtisadi əlaqələrin inkişafına və ticarətin genişlənməsinə gətirib çıxarır. Bu isə uzunmüddətli sülhün təməlini qoymağa yardım edərdi. Amma İrəvan hələ də bu reallığı qəbul etmir. Ermənistanın bu yöndə passiv qalması, yalnız öz iqtisadi və siyasi vəziyyətini deyil, həm də bölgədə sülhə nail olmaq üçün vacib imkanları məhdudlaşdırır. Sülh üçün Azərbaycanın tələbi qətidir və heç bir şəkildə mübahisələndirilə bilməz. Ermənistan Konstritusiyasında ərazi iddiası məsələsi aradan qaldırmalıdır. İrəvan səmimiyyət quruculuğu baxımından daha ciddi addımlar atmalı, separatçılıq və işğalçılıq üçün, belə demək mümkünsə, heç bir hüquqiləşdirilmiş əsasın qalmadığını göstərməlidir. Amma bunu etmir. Bu fonda Azərbaycan və Türkiyəyə qarşı hüquqi olaraq ərazi iddiaları irəli sürən mövcud Ermənistan konstitusiyası bölgədə davamlı və uzunmüddətli sülhə qarşı təhdid formalaşdırır. Azərbaycan bu təhdidin aradan qalxması üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsini istəyir və bunun üçün konkret səbəblər də mövcuddur. Əvvəla, elə sülh razılaşması üzrə aparılan danışıqların əsas məntiqini Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıması təşkil edir. İki ölkə arasındakı iki Qarabağ müharibəsi elə məhz Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaması və pozması səbəbindən baş verdi. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın sülh razılaşması üçün Ermənistana təklif etdiyi 5 maddə içində qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınmasının labüdlüyü aydın şəkildə qeyd edilir. Lakin Ermənistan Konstitusiyası dəyişməsə, bu sülh sazişi hüquqi cəhətdən etibarsız sayılacaq. Yəni Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası olan bir ölkə ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyin tanınmasına dair imzaladığı anlaşma hüquqi cəhətdən etibarlı olmayacaq. Bunu İrəvan mütləq şəkildə nəzərə almalıdır.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ