Cümə günü, 30 oktyabr 2026
     

Rusiyanın “Oreşnik” raketi Ermənistanı qorxuya saldı, COP29 isə belini qırdı...

Image


Məlum olduğu kimi, ölkəsinin Ukraynanın Dnepr şəhərinə yeni ballistik raket atmasından bir gün sonra prezident Vladimir Putin deyib ki, Rusiyanın istifadə olunmağa hazır güclü yeni raket ehtiyatı var. Rusiya lideri  "Oreşnik" raketinin qarşısının alınmasının mümkün olmadığını bildirib və döyüş şəraiti də daxil olmaqla, daha çox sınaq keçirəcəyinə söz verib.

Ukraynanın ilk dəfə olaraq Rusiyaya ABŞ və Britaniya raketləri atması ilə Rusiya da cavabında "Oreshnik" ballistik raketindən istifadə edib. Hazırda baş verənlər Qərbdə böyük nahahatlıqla izlənir. Məsələn, "Free Europe" radiosu bildirir ki, Rusiyanın Ukraynaya qarşı prezident Vladimir Putinin yeni adlandırdığı ortamənzilli raketlə zərbəsi üzdə hərbi hücum kimi görünsə də, əslində tam bir mesaj və siqnal məsələsidir. ABŞ və Avropada iddia olunur ki, əksər siqnallar kimi, bu siqnal da Vaşinqtonla bütövlükdə Qərbə yönəlib. Xatırladaq ki, Putin noyabrın 21-də Ukraynanın Dnepr şəhərini hədəf alan zərbənin ardınca televiziyada yayımlanan çıxışında deyib ki, bu, Ukraynanın ABŞ-ın ATACMS və Britaniyanın "Storm Shadow" raketləri ilə endirdiyi zərbələrə Moskvanın cavabının bir bölümüdür. Bu hücumlar Kiyevin bu raketlərdən yararlanaraq Rusiya ərazisinə hücum etməsinə ABŞ və Britaniyanın icazəsi haqda xəbərlərin yayılmasından az sonra baş verib. Putin onu da deyib ki, Rusiyanın Kiyevə silahlarından bu məqsəd üçün istifadə icazəsi verən ölkələrin hərbi obyektlərini hədəf seçmək haqqı var. İstefada olan avstraliyalı ordu general-mayoru və Sidneydə yerləşən Loui İnstitutu beyin mərkəzinin aparıcı tədqiqatçısı Mik Rayan bildirir: "Qısası, bu, hərbi deyil, siyasi zərbə idi". Müdafiə eksperti və Oslo Universitetinin doktorantı Fabian Hoffmann "Kyiv Independent" onlayn qəzetinə müsahibəsində bu hücumun hərbi dəyərinin olmadığını, onun tam siyasi məqsədlər daşıdığını söyləyib: "Putinin 2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslı hücum əmri verməsindən bəri Rusiya rəsmiləri və dövlət mediası Qərbi qorxutmaq, ABŞ və Avropanın Kiyevə silah göndərməsinin önünü kəsmək üçün dəfələrlə potensial nüvə hücumu hədəsinə əl atıblar. Bu nüvə mesajı o qədər tez-tez verilib ki, Kreml qırmızı xətlərinin rahat keçilməsinə imkan verən tərəf təsiri bağışlaya biləcəyindən narahat olmuş ola bilər". Mik Rayan isə məsələ ilə bağlı qeyd edir: "Putinə elə gələ bilər ki, onun nüvə silahlarından bu qədər tez-tez danışması… mesajın dəyərini itirə bilər. Ona Vaşinqtona çatdırmaq üçün başqa siqnal lazım idi, o da bunu başqa növ silahla etməyi seçib. Putin nüvə hücumu kabusunu hələ Ukraynaya tammiqyaslı hücuma başlamazdan xeyli öncə işə salmağa başlayıb. Ancaq Rusiyanın nüvə arsenalından istifadədən çəkinməyə çox səbəbi bar. Bu addımın Ukrayna müharibəsində effektivliyinin sual altında olması və Moskvanın dünya ölkələri, o cümlədən Çin, Hindistan və Qlobal Cənub ölkələrinin mənfi reaksiyası ilə üzləşə biləcəyi də həmin səbəblər arasındadır".

Putin öz çıxışında deyib ki, bu halda raketin üzərində nüvə başlığı olmayıb. Pentaqon bildirib ki, Putinin çıxışında "Oreşnik" adlandırdığı raket mövcud model – "Rubej" kimi tanınan RS-26 təməlində hazırlanıb. London Kral Kollecinin Müharibə Araşdırmaları Departamentinin baş mühazirəçisi Rut Deyermond bildirir: "Bu, faktik olaraq, durumu hədələdiyin şəkildə gərginləşdirə bilmədiyin halda əl atdığın siqnal növüdür".  Bu ay Rusiyanın nüvə doktrinasında dəyişiklik edilməsi də daxil, daha öncəki söz və davranışları kimi, bu raket zərbəsi də Rusiyanın gerçək niyyətləri haqda az şey deyir. ABŞ-da yerləşən Savaş Araşdırmaları İnstitutu isə bildirir: "Nə "Oreşnik" ballistik raketi, nə də Putinin 21 noyabr bəyanatı Rusiyanın zərbə imkanları, yaxud nüvə silahından istifadə ehtimalı barədə ciddi bir dəyişikliyi ifadə etmir. ABŞ prezidenti Co Baydenin postunu tərk etməsi və yeni prezident seçilən Donald Trampın Ağ evə qayıtması fonunda Putin "raket sınağı" adlandırdığı bu addımın Baydeni Kiyevi dəstəkləməkdən çəkindirəcəyinə, Trampı isə Ukraynaya dəstəyi dayandırmağa məcbur edəcəyinə ümid bəsləyir". Belə fikirlər də səslənir ki, Rusiyanın bu siqnalının əsas hədəfi ABŞ-dır. Ancaq həmin siqnal Ukraynanı xoflandırmaq və Avropanı təlaşlandırmaq məqsədi də güdmüş ola bilər. Axı raket hücumu suallı bir fonda baş verib. Mik Rayan bu xüsusda qeyd edir: "Rusiya diapazonu 5 min kilometri aşan silahdan yararlanıb. Bu silahdan Avropa və Birləşmiş Krallıqda istənilən hədəfə qarşı istifadə edilə bilər. Bu üzdən, bu, Avropaya mesajdır". Beləliklə Rusiyanın "Oreşnik" ballistik raketi dünyada çoxsaylı reaksiyalara yol açıb. Baş verənlərdən Ermənistanda da ciddi təlaş keçirilər. Məsələ ilə bağlı "armenianreport" portalı yazır: "Dinc şəhərə qitələrarası ballistik raket hücumu hər kəs üçün bir siqnaldır. İlk növbədə, təbii ki, Ukrayna və onun müttəfiqləri üçün. Həm də keçmiş SSRİ-nin bütün ölkələrinə, o cümlədən Ermənistana da bu, bir siqnaldır. Qazaxıstandahakimiyyət dərhal təşvişə düşdü və təhlükəsizlik qüvvələrinin iclasını keçirdi. Amma Ermənistanda baş nazir Nikol Paşinyan baş verənlərə heç bir reaksiya vermədi. O, "Qərbi Azərbaycan" ifadəsini işlətməkdən məmnun olan Azərbaycan təbliğatı əsasında Qərbi Ermənistanın nə olmasından danışır. Və sonra yenidən velosiped sürmək qərarına gəlir. Sanki ölkəmizdə hakimiyyət dəyişikliyi və Kremlin əlaltılarının hakimiyyətə qayıdışı ümidi ilə Ermənistana xəyanət etməyə hazır olduğunu göstərən təhlükə yoxdur. Ermənistanın təhlükəsizliyinə cavabdeh olan şəxsin bu davranışı insanı şoka salır. Xüsusən də Bakıda hansısa hadisənin baş verdiyi şəraitdə bu, həm də dünyada qüvvələr balansında tarixi dəyişikliyin baş verdiyindən xəbər verir. COP29 iqlim sammitində aparıcı dünya güclərinin, ilk növbədə ABŞ və Fransanın mövqelərinin zəiflədiyini nümayiş etdirən bir sıra qərarlar qəbul edildi. Orada qəbul edilən sənədə əsasən, iqlimlə mübarizə üçün inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə hər il 100 milyard dollar vəsaitin birgə səfərbər edilməsi məqsədinə nail olunacaq ki, bu da 2035-ci ilə qədər ən azı 300 milyard dollara çatacaq. Bu, Azərbaycanın indi uzun müddət özünün "tarixi nailiyyəti" kimi qələmə verəcəyi bir şeydir. sBiz, əlbəttə ki, bu barədə istədiyimiz qədər istehza edə bilərik, amma reallıq budur ki, COP29 boykot edilməsi. Eyni zamanda orada dünyanın bir çox aparıcı dövlətlərinin etirazına səbəb olan, lakin dünyanın bir çox geridə qalmış ölkələrini çox sevindirən qərar qəbul edildi. Yəni, ən azı COP29-da qəbul edilən qərar sayəsində maliyyə alacaq olan inkişaf etməmiş ölkələrdə Qərbin zəifləməsi və Azərbaycanın təsirinin artması müşahidə olunur. Unutmamalıyıq ki, bu iqlim sammitinə ev sahibliyi etmək üçün Bakının namizədliyini irəli sürən Rusiya olub. Və ən böyük və fəal olan Rusiya nümayəndə heyəti idi. Beləliklə, ümumilikdə COP29 Rusiya-Qərb qarşıdurmasının bir mərhələsi kimi qəbul edilə bilər. Və bu, Qərbin məğlubiyyəti ilə başa çatdı. Bəs Nikol Paşinyanın baş verənlərə münasibəti nədir? Heç nə. Və bu böyük problemdir".

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ