Cümə günü, 30 oktyabr 2026
     

Əliyev “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsi oldu” sözləri ilə nə demək istədi...

Image


Abutalıb Səmədov: "Azərbaycanda keçirilən COP29-un uğursuz olması üçün əllərindən gələni edən dövlətlər və müəyyən qurumlar tam iflasa uğradılar"

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 24-də sosial şəbəkə hesablarında "COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!" sərlövhəsi ilə paylaşım edib. 

"...Mən Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirirəm. COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və mən inanıram ki, bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək. Mən COP29-a gedən yolda Azərbaycana göstərdikləri dəstəyə görə bütün Tərəflərə, Birləşmiş Millətlər Təşkilatına və UNFCCC-yə minnətdarlığımı bildirirəm"-deyə  Prezident paylaşımında bildirib. 

Əliyev "COP 29 iqlim diplomatiyasında dönüş nöqtəsi oldu" sözləri ilə nə demək istədi?

"Azərbaycan Prezidentinin COP29-u iqlim diplomatiyasında dönüş nöqtəsi kimi qiymətləndirməsi tamamilə reallığa uyğundur"

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri,  siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, dünya dövlətlərinin iqlim dəyişikliklərinə qarşı mübarizəsi öz başlanğıcını Rio-De-Janeyroda keçirilən sammitdən götürür. A.Səmədov qeyd etdi ki, 1992-ci ildə orada çərçivə konvensiyası qəbul olunub və BMT-nin bu konvensiyası iqlim dəyişiklikləri ilə bağlı qərarların ana sənədi hesab olunur. "Tərəflər konfransı adlanan COP öz başlanğıcını Berlindən götürür. İlk COP Berlində keçirilib. Hazırda iqlim dəyişiklikləri üzrə konfrans dünyanın 198 ölkəsini və təqribən 3 min beynəlxalq qurumu birləşdirir. Burda mühüm mərhələlərdən biri Parisdə keçirilən COP21 olub ki, orda iqlim dəyişikliklərinə qarşı mühüm Paris razılaşması imzalanıb. Hesablamalara görə, əsrin sonuna qədər temperatur təqribən 2, 8 dərəcə arta bilər. Bütün dünya səylərini birləşdirərək mümkün qədər bu artımın azalması, 2, yaxud 1, 5 dərəcəyə salınması istiqamətində fəaliyyət göstərir. Hər il iqlim dəyişiklikləri nəticəsində vurulan ziyan təqribən 400 milyard dollara yaxındır. Burda da ən çox ziyan çəkən, təbiidir ki, zəif inkişaf etmiş ölkələrdir. Bu ziyanın aradan qaldırılması üçün Misirdə keçirilən COP27-də İtki və Zərər Fondu yaradılmışdı, ancaq bu fond o qədər də işlək vəziyyətdə deyildi. Yalnız Bakıda keçiriən COP29-da bu fondu işlək vəziyyətə gətirmək mümkün oldu. Dünyanın inkişaf etmiş dövlətləri öz üzərlərinə öhdəlik götürdülər ki, dəymiş ziyanın ödənilməsi üçün təqribən 100 milyard dollar yardım olunsun. Ancaq bu vaxta kimi son rəqəm 83 milyard dollar olub. Hətta o dəyən ziyanın dörddə biri səviyyəsində olan o yardımlar da təmin olunmayıb. 100 milyard öhdəlik götürülüb, 83 milyard dollar toplamaq mümkün olub. Burda iqlim dəyişiklikləri ilə bağlı əsas problem nədən ibarətdir? Dünyanın neft və qaz istehsalçısı olan dövlətləri bu faydalı qazıntılardan istifadədən imtina olunması məsələsində razılığa gəlmək istəmirlər. Bu da aydındır. Çünki neft və qazın satışından çox böyük gəlir götürülür. Ən çox gəlir götürən də ilk , təbiidir ki, ABŞ-dır. Dünyada ən çox neft və qaz istehsal edən, çıxaran ölkə ABŞ-dır. Səudiyyə Ərəbistanı və digər dövlətlər də bu məsələdə neft və qazdan imtinanı, təbiidir ki, ləngitməyə çalışırlar". 

A.Səmədov qeyd etdi ki,  Azərbaycan neft və qaz istehsalında və satışında dünyada aparıcı mövqe tutmur. A.Səmədov vurğuladı ki, Azərbaycan nefti dünyada satılan neftin heç bir faizini də təşkil etmir, qaz satışında da Azərbaycan aparıcı dövlət deyil: "Bu baxımdan, Azərbaycan "yaşıl enerjinin" aktiv tərəfdarı kimi çıxış edir. Azərbaycan külək və günəş enerjisinin alınması və satışı üzrə öndə gedən, "yaşıl enerjinin" daha da populyarlaşması istiqamətində ən çox iş görən ölkələrdən biridir. Bu səbəbdən COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı verilən qərar ən düzgün qərarlardan biridir. Baxmayaraq ki, buna qarşı çox böyük müqavimət oldu. Bir sıra dövlətlər, bir sıra qüvvələr iddia edirdilər  ki, Azərbaycanın Qarabağda keçirdiyi əməliyyatdan iki ay sonra belə bir mötəbər tədbirin Bakıda keçirilməsi haqqında qərar verilməsi yanlışdır. Təbiidir ki, bu onların təbliğatına böyük zərbə vururdu və Azərbaycan üçün hava və su kimi zəruri bir qərar idi. Çünki dünyanın diqqəti tamamilə başqa bir istiqamətə yönəlirdi ki, bunu ermənilər də, erməni havadarları da qətiyyən istəmirdilər. Sonra konfransın səviyyəsini salmaq üçün əllərindən gələni etdilər. Baxmayaraq, Azərbaycan rəhbərliyi dəfələrlə bəyan etdi ki, biz konfransın təşkilatçılarıyıq, konfransın ev sahibi, konfransın keçirilməsinə məsul olan qurum BMT-dir, bu, BMT-nin tədbiridir, əgər COP29-a qarşı bu təbliğat aparılırsa, bu, Azərbaycandan daha çox BMT-nin iqlim dəyişikliklərinə qarşı mübarizə səylərinə qarşı yönəlmiş mübarizədir. Bütün səylərə baxmayaraq, COP29-da təqribən 80 ölkənin dövlət və hökumət başçısı, rəsmi nümayəndələri  iştirak etdi, 76 min qonaq müzakirələrə qatıldı. Çox müxtəlif məsələlər ətrafında müzakirələr oldu. Burda Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, COP29 iqlim dəyişikliklərinə qarşı mübarizədə bir  dönüş nöqtəsi oldu. İlk növbədə Misirdə yaranmış İtki və Zərər Fondunu aktiv hala gətirmək mümkün oldu. Eyni zamanda, Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, karbon bazarlarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsi mümkün oldu ki, bu da çox ciddi nailiyyətdir. İnkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliklərindən dəyən zərəri ödəmək məqsədilə hər il 300 milyard dollar vəsaitin ayrılması, təbiidir ki, çox böyük irəliləyişdir. Çünki bundan əvvəl 100 milyard dollar  ayrılması barədə qərar qəbul olunmuşdu, onu da inkişaf etmiş ölkələr axıra qədər ödəmək istəmirdilər. Bütün dünya bu qərarların mühüm əhəmiyyətini anlayır və qeyd edir. Azərbaycanda keçirilən COP29-un uğursuz olması üçün əllərindən gələni edən dövlətlər və müəyyən qurumlar tam iflasa uğradılar. COP29 indiyə qədər keçirilən konfransların ən uğurlularından biri oldu və bunu bu konfransda iştirak edən nümayəndələr təsdiq etdilər. Bu baxımdan, Azərbaycan Prezidentinin COP29-u iqlim diplomatiyasında dönüş nöqtəsi kimi qiymətləndirməsi tamamilə reallığa uyğundur. Çünki bundan əvvəl keçirilən konfranslarda bu cür mühüm qərarlar qəbul olunmamışdı, bu cür mühüm addımlar atılmamışdı. Ən əsası, bu qədər real işlər görülməmişdi. Bir daha təkrar etmək istəyirəm, söhbət Zərər və İtki Fondunun işlək vəziyyətə gətirilməsindən gedir ki, bu, Misirdə yaradılmasına baxmayaraq, işlək vəziyyətdə deyil. Söhbət eyni zamanda karbon bazarına dair 6-cı maddənin işlək vəziyyətə  gətirilməsindən gedir, bu da çox mühüm nailiyyətdir. Nəhayət, iqlim dəyişikliklərindən zərər görən dövlətlərə yardım etmək üçün 300 milyard dollar vəsaitin ayrılması çox mühüm addım oldu. Təbiidir ki, Azərbaycan bu məbləğin artıq olması üçün əlindən gələni etdi, ancaq 300 milyard dollar vəsait çox ciddi uğurdur və bu addımın atılmasında Azərbaycanın göstərdiyi səylər dünya dövlətləri tərəfindən, ilk növbədə iqilim dəyişikliklərindən zərər görmüş dövlətlər tərəfindən yüksək qiymətləndirilir".

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ