Cümə günü, 30 oktyabr 2026
     

Makron Fransanı daha bir ölkədə biabırçı duruma düşürdü...

Image


Fransanın indiki hakimyyətinin xarici siyasətində çoxsaylı qüsurlara yol verdiyi məlum həqiqətdir. Burada Fransa prezidenti Emmanuel Makronun xüsusi rolunun olması da heç kimə sirr deyil. ümumiyyətlə, belə hesab edilir ki, Makron Fransa tarixində ən uğursuz dövlət başçısıdır. 

Bu dövlət dünya siyasətində rolu olmuş və öz ölkəsinin milli maraqlarına uyğun uğurlu siyasəti yürütmüş Şarl de Qoll, Jak Şirak, Fransua Mitteran kimi dövlət başçıları ilə tarixdə iz qoyub. Amma bu gün Fransa dövlət başçısının yerində olmamasından əziyyət çəkir və çoxsaylı ölkələrlə Parisin münasibətlərinin pisləşməsi qeyd edilənlərin real təzahürüdür.

Bu arada Fransa daha bir ölkə ilə siyasi, diplomatik qalmaqal yaşayır. Belə ki, Makronun Haiti liderlərini "axmaq" adlandırması ölkələr arasında qalmaqala səbəb olub. "The Guardian" nəşrinin  yazdığına görə, Haiti hökuməti Makronun "dostyana olmayan və yersiz" şərhlərinə etiraz etmək üçün ölkədəki Fransa səfirini çağırıb. Belə ki, Fransa prezidenti Karib ölkəsindəki vəziyyəti şərh edərkən Haitinin keçid prezident şurasının baş naziri vəzifəsindən kənarlaşdırılması barədə qərarını "tamamilə axmaqca" adlandırıb. Bu qərar noyabrın əvvəlində silahlı qarşıdurmaların kəskinləşməsi fonunda qəbul edilib. Makron deyib: "Açığı, Haitini məhz narkotik alveri ilə məşğul olmağa yol açan haitililər məhv ediblər". Bu sözlərdən sonra Braziliyada Fransa Prezidenti şura ilə fikir ayrılığına görə hakimiyyətdən kənarlaşdırılan Haitinin keçmiş baş naziri Ariel Anrini tərifləyib. Makron onun böyük lider olduğunu söyləyib. Fransa lideri qeyd edib: "Onlar tam axmaqdırlar, onu işdən çıxarmamalı idilər".  Nəticədə Makronun açıqlamaları keçmiş Fransa müstəmləkəsi olan Haitidə qəzəbə səbəb olub. Lakin Çilidə Makron öz tonunu yumşaltmalı olub: "Fransa heç vaxt böhrandan üz çevirməyəcək... Faciə qarşısında heç vaxt ikili standartlar olmayacaq, istər Haitidə, istər Venesuelada, istərsə də Avropanın qapısında". "The Guardian" qeyd edib ki, Haiti rəhbərliyi daxili çəkişmələrlə parçalanıb və təhlükəsizliyi bərpa etmək və seçkilərə zəmin hazırlamaq tapşırığı verilən keçid prezident şurasının üç üzvü korrupsiyada ittiham olunur. Onlar öz vəzifələrində qalırlar. "The Guardian" həmçinin əlavə edib ki, Fransa Haitidə təhlükəsizliyin bərpasına kömək etmək üçün nəzərdə tutulmuş, ciddi resurs çatışmazlığı olan təhlükəsizlik missiyasının maliyyələşdirilməsi üçün BMT fonduna 4 milyon avro, həmçinin öz hərbçiləri üçün fransız və kreol dili kurslarının maliyyələşdirilməsini öhdəsinə götürüb.

Göstərilən bu misal bir daha təsdiq edir ki, 2018-ci ildə prezident seçilən Makron dövlətə rəhbərlik etdiyi dövrdə qəbul etdiyi uğursuz qərarları ilə Fransanı iflasa sürükləyib, dünya çapında nüfuzdan salıb. Fransanın üst-üstə yığılaraq qalmış daxili problemlərini həll edib əhalisinin istəklərini nəzərə almaq əvəzinə Makron islamofob, antisemitizm, Azərbaycanofob siyasətinə xidmət edən bir rəhbər olaraq özünü hörmətdən salıb. O, sülhlə yaşamaq istəyən dövlətlər arasında düşmənçilk toxumlarını səpməyə, yeni gərginlik ocaqlarını yaratmağa çalışır. Məhz Makronun uğursuz xarici siyasəti nəticəsində Fransa Afrika ölkələrindən qovuldu. Fransa bu gün ada dövlətlərinin istismarını davam etdirməklə insan haqlarını kobudcasına pozan və beynəlxalq hüququ ayaq altına atan dövlət kimi tarixə düşüb. Makron Angela Merkeldən sonra Avropada özünü bütün Avropanın lideri kimi aparmağa çalışdı. Amma onun dövlət rəhbərinə xas olmayan qeyri-normal hərəkətləri Fransanı Avropada da hörmətdən salıb. Məhz Makronun səriştəsiz rəhbər olması onun iqtidarını Avropa və Fransanın parlament seçkilərində uduzması ilə nəticələnib. Ümumiyyətlə, Fransanın nüfuzuna Makron qədər zərbə vuran heç bir lider olmayıb. Digər tərəfdən, Makron itirdiyi beynəlxalq nüfuzunu Cənubi Qafqazda Ermənistan hesabına qazanmağa çalışır, regionda gedən proseslərə müdaxilə edir.  Amma burada da fiasko ilə üzləşir. Xarici siyasətdə isə Azərbaycanla münasibətlərin pisləşməsi Makronun ən böyük səhvlərindən biri oldu. Fransızlar İkinci Qarabağ müharibəsini bəhanə edərək Ermənistanla yaxınlaşmağa, hətta ölkədə yerləşməyə belə başladılar. Onlar müxtəlif adlar altında öz rəsmilərini, hərbçilərini Azərbaycan-Ermənistan sərhəddinə göndərərək məkirli planlarına nail olmaq niyyətindədirlər. Lakin Paris tamamilə əks mənzərə ilə üzləşir. Fakt budur ki, Fransanın həm daxili, həm də xarici siyasəti Makronun ölkəyə rəhbərliyi dövründə nəzərəçarpan dərəcədə deqradasiyaya uğrayıb. Ölkə daxilində insan hüquqlarının pozulması, Makron hökumətinin islahatlarına qarşı dinc nümayişlərin qəddarlıqla dağıdılması, etiraz aksiyalarında "sarı jiletlilər" hərəkatının bir neçə üzvünün öldürülməsi və yaralanması dövlətin apardığı daxili siyasətin heç də qənaətbəxş olmadığını, insan haqlarının kobud şəkildə pozulduğunu təsdiqləyən hadisələrdir. Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi beynəlxalq siyasətdə də əsas söz sahiblərindən biridir. Ancaq bu istiqamətdə də Yelisey sarayı tərəfindən atılan addımların bir çox hallarda beynəlxalq hüquq normalarına zidd olduğu açıq-aşkar görünür. Fransanın hələ də müstəmləkəçilik əsarətində saxlamağa çalışdığı bir sıra Afrika ölkələrində Fransa siyasətinə qarşı güclənən etiraz dalğası onların yeni müstəmləkəçilik siyasətinin iflasa uğradığını göstərir. Makron hakimiyyətdə qaldıqca Fransanın mövqe və nüfuzunun yerlə bir olacağı qaçılmazdır.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ