Cümə günü, 30 oktyabr 2026
     

Quterreş Bakıda olarkən ermənilərin “mazolunu bərk sıxıb”...

Image


Bəhruz Quliyev: "Ünvanına çatan mesajlardan narahat olanlar arqument tapa bilmədiklərindən, günahı..."

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının Azərbaycanda keçirilməsindən və burada BMT-nin Baş katibi Antonio Quterreşin və eləcə də başqa rəsmi şəxslərin iştirak etməsi, onların COP29-u Azərbaycanın yüksək səviyyədə təşkil etdiyini xüsusi vurğulaması dünyanın ermənipərəst dairələrini, o cümlədən də Ermənistanı ciddi narahat edir. 

Erməni mediası Azərbaycanla yanaşı BMT-nin Baş katibini də hədəfə alır və onu Azərbaycanı dəstəkləməkdə, tədbirdə ermənilərin guya "etnik təmizləməyə" məruz qaldığı barədə məsələ qaldırmamaqda ittiham edir.

"Ermənistanın səsi" qəzeti yazır ki, Britaniya Hərbi Hava Qüvvələri ekspertlərinin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stilə, BMT-nin Baş katibi Antonio Quterreşə, eləcə də sözügedən konvensiyaya qoşulan bütün dövlətlərə ünvanladığı və BMT-nin keçmiş Baş Katibi Pan Gi Munun, BMT-nin iqlim üzrə keçmiş rəhbəri Kristiana Fiqeresin, BMT-nin İnsan Hüquqları üzrə keçmiş Ali Komissarının, İrlandiyanın keçmiş prezidenti Meri Robinsonun və 20-dən çox şəxsin imzaladığı məktuba BMT-nin Baş katribi heç bir əhəmiyyət verməyib. Ermənilər umub-küsürlər ki, niyə Quterreş Bakıda olarkən "etnik təmizləmə" məsələsinə və məlum dairələrin "boykot" qərarına əhəmiyyətsiz bir məsələ kimi yanaşıb və Azərbaycanın ev sahibliyi ilə keçirilən tədbirə dəstək verib.

"Söhbət BMT-nin baş katibi Antonio Quterreşdən gedir, o, konfrans başlamazdan əvvəl və konfrans günlərində səsləndirilən bütün tənqidi bəyanatlara məhəl qoymayıb, baş verən qalmaqal haqqında bir kəlmə də danışmadı. Konfransın yaxşı məqsədləri olduğunu qeyd etdi və həmkarlarının məktubuna belə cavab vermədi"-deyə erməni mediası yazıb. Ermənilər və onların havadarları BMT-nin Baş katibinin çıxışından məyus olublar, Azərbaycana göstərdiyi dəstəyi həzm edə bilmirlər. Erməni yalanlarına dəstək vermədiyi üçün tənqid edilən  Quterreş, əlbəttə, gerçəyi yaxşı görür və Azərbaycanın qərəzli şəkildə tənqid edildiyinin fərqindədir. Bu baxımdan da o, erməniyanlı dairlərin yazdığı məktubları, verdikləri bəyanatların əhəmiyyətsiz olduğunu çox gözəl bilir. 

"Özlərinə çəki-düzən vermək əvəzinə həqiqəti gizlətməyə, BMT Baş katibinin doğru fikirlərini yalanlamağa çalışırlar"

SƏS Media Qrupunun rəhbəri, siyasi analitik Bəhruz Quliyev "Bakı-Xəbər"ə şərhində "Bu gün bütün dünya COP29-dan danışır və inanır ki, tərəflər yekunda iqlim maliyyəsi üzrə razılığa gələ biləcəklər. Məsələnin kökündə duran və COP29-un da əsas məqsədi maliyyənin üzv ölkələr tərəfindən ödənilməsi və problemin həllidir. Qalan məsələlər ikinci dərəcəlidir. Azərbaycan təşkilatçı ölkədir, qonaqların qəbul edilməsi, yerləşdirilməsi, COP29 tədbirlərinin bütün iştirakçılarının rahat şəkildə müzakirələrdə iştirakını təmin etmək ev sahibi olaraq bizim üzərimizə düşür. Bura siyasi məsələlərin müzakirəsi üçün münbit yer deyil, amma tədbiri siyasiləşdirməyə çalışan fərdlər, qruplar, beynəlxalq təşkilatlar və ölkələr də yox deyil"-deyə bildirdi. 

B.Quliyevin sözlərinə görə, Qərb dövlətlərinin təkidi və maliyyə dəstəyi ilə dünyada müstəqil media kimi özünü tanıdan bəzi KİV-lər də canfəşanlıq edənlərin sırasında yer alıb. "Halbuki, bütün bunlar Ermənistandan və ermənilərdən maşa kimi istifadə edənlərin tərtib etdiyi qarayaxma kampaniyasıdır". B.Quliyev qeyd edib ki, COP29-un təşkilatçısı Azərbaycan olsa da, tədbir BMT-nindir: "Əgər BMT-nin Baş katibi ev sahibi olan Azərbaycana təşkilati məsələlərə görə təşəkkür edirsə, yaradılan şəraitdən razıdırsa, aparılan müzakirələrin məntiqi sonluqla başa çatmasında ölkəmizin təşəbbüslərinə sayqı ilə yanaşırsa, düzü düz, əyrini əyri deyirsə, burada qəbahət axtarmağa ehtiyac da yaranmır. Əslində məsələnin kökündə Prezident İlham Əliyevin COP29-un açılış nitqində Qərb ölkələrinə ünvanladığı haqlı iradlar, göndərdiyi mesajlar dayanır. Prezidentimiz Avropa İttifaqının, ABŞ-ın rəhbərliyində dayanan şəxslərin mövqelərindəki yanlışlıqları göstərdi, onların Azərbaycanın haqlı və ədalətli davasında ermənipərəst mövqe sərgilədiklərini ifşa etdi, azərbaycanlılara qarşı ermənilərin və onların arxasında duran güclərin yürütdükləri genosidal siyasəti və bunun hələ də davam etdiyini bütün tədbir iştirakçılarının diqqətinə çatdırdı. Ünvanına çatan mesajlardan narahat olanlar arqument tapa bilmədiklərindən günahı COP29-da axtarmağa başlayıblar. Özlərinə çəki-düzən vermək əvəzinə həqiqəti gizlətməyə, BMT Baş katibini doğru fikirlərini yalanlamağa çalışırlar. BMT-nin Biomüxtəliflik Konvensiyası Tərəflərinin 16-cı konfransının (COP16) yekun plenar iclasında COP17 illik konfransının 2026-cı ildə Ermənistanda keçirilməsi qərara alınıb. Məsələyə Borrelin və yandaşlarının məntiqi ilə yanaşsaq, onda COP17-nin Ermənistanda keçirilməsi qərarı indidən ləğv olunmalıdır. Arqumentlər kifayət qədərdir. Çünki Ermənistan işğalçı ölkədir, Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazilərinin 20 faizi 30 ilə yaxın erməni silahlı qüvvələrinin nəzarəti altında olub. Ermənistan tərəfindən azərbaycanlılara qarşı soyqırımı törədilib, onların bütün hüquqları pozulub, əsir götürülüb, öldürülüb, insan və orqan alverçilərinin predmetinə çevrilib. Qarabağ və ətraf ərazilərdə etnik təmizləmə aparılıb, milli, dini və mədəni abidələrimiz dağıdılıb. Yekunda onu xüsusi olaraq qeyd edə bilərəm ki, ermənilərin, onların Qərbdəki ağalarının dedikləri iftiradan başqa bir şey deyil, tədbiri siyasiləşdirmək cəhdidir".

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ