Cümə günü, 30 oktyabr 2026
     

Fransanın Afrikada gizli nüvə sınaqları bəşəriyyətə nə qədər ziyan vurub...

Image


Elşad Həsənov: "Fransa törətdiyi cinayətlərə görə mütləq şəkildə cavab verməlidir, insan sağlamlığına, ekosistemə vurduğu ziyanı etiraf edib təzminat ödəməlidir"

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində dekolonizasiya və yaşıl gələcəyə həsr edilmiş konfransın iştirakçıları Mavi Zonada aksiya keçiriblər.

Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən keçirilmiş "Dekolonizasiya və yaşıl gələcək naminə həmrəylik" adlı aksiyanın iştirakçıları - Afrikanın Mali, Keniya, Konqo Demokratik Respublikası, Nigeriya, Cibuti, Toqo, Mavritaniya, Zimbabve, Zambiya və Kamerundan olan deputatlar, qeyri-hökumət təşkilatlarının rəhbərləri, siyasətçilər, ekofəallar, hüquq müdafiəçiləri öz ölkələrindəki acınacaqlı ekoloji vəziyyətlə bağlı məlumat verib, ekoloji çağırış ediblər.

Aksiyada Fransanın həyata keçirdiyi nüvə sınaqlarının ətraf mühitə, yerli əhalinin sağlamlığına və geosiyasi dinamikaya ciddi və davamlı mənfi nəticələri nümayiş olunub. Bildirilib ki, Fransanın 1960-cı illərdə Afrikada, xüsusilə Əlcəzairdə həyata keçirdiyi nüvə sınaqları ətraf mühitə, yerli əhalinin sağlamlığına və geosiyasi dinamikaya ciddi və ağır təsirlər göstərib. "Soyuq müharibə" və Fransanın müstəqil nüvə gücü əldə etmək istəyi fonunda bu sınaqlar həyata keçirildiyi bölgələrdə zəhərli miras qoyub. Fransanın Afrikadakı nüvə sınaqları torpağın, havanın və yeraltı suların kütləvi şəkildə radioaktiv çirklənməsinə səbəb olub. Fransanın 1960-1966-cı illərdə Əlcəzairdə, Böyük Səhranın mərkəzində yerləşən Reqqane və In Ekker bölgələrində 17 nüvə sınağı keçirdiyi, onların atmosferə xeyli miqdarda radioaktiv hissəciklər buraxaraq ətrafdakı ekosistemi çirkləndirdiyi, bu əraziləri yaşayış və kənd təsərrüfatı üçün yararsız hala saldığı qeyd edilib. Həmçinin nüvə sınaqlarının aparıldığı ərazilərin yaxınlığında yaşayan icmaların çox vaxt məlumatlandırılmadığı və qorunmadığı üçün birbaşa radioaktivliyə məruz qaldığı, minlərlə insanın xərçəng, anadangəlmə qüsurlar və tənəffüs xəstəlikləri də daxil olmaqla çirklənmə ilə əlaqədar xəstəliklərə yoluxduğu vurğulanıb. Sınaq meydançalarında işləyən, çox vaxt adekvat qoruyucu vasitələri olmayan yerli işçilərin uzun müddət təhlükəli radiasiya dozasına məruz qaldıqları diqqətə çatdırılıb.

Bildirilib ki, nüvə sınaqları ətraf mühitə və əhaliyə təsirləri məhdudlaşdırmaq üçün kifayət qədər ehtiyat tədbirləri görülmədən həyata keçirilib. Sınaqlardan sonra radioaktiv materiallar, çirklənmiş avadanlıqlar və nüvə tullantıları təhlükəsizlik standartlarına riayət olunmadan ətrafda qalıb və ya düzgün basdırılmayıb. Bu məsuliyyətsiz idarəetmə radioaktiv çirklənmənin xeyli məsafəyə yayılmasına təkan verib. Bu sınaqların təsirləri Fransa tərəfindən rəsmi olaraq tanınmayıb və yerli əhali hələ də rəsmi üzrxahlıq və təzminat gözləyir. Nüvə sınaqlarının təsirinə məruz qalan bölgələrdə doğulmuş uşaqlar radiasiyanın təsirindən, radiasiyanın törətdiyi qüsurlardan və xroniki sağlamlıq problemlərindən əziyyət çəkirlər. Afrikada nüvə sınaqlarından sağ çıxanlar, eləcə də QHT-lər və yerli birliklər uzun müddət Fransadan tanınma və təzminat tələb ediblər.

Qeyd olunub ki, Fransanın Afrikadakı nüvə sınaqlarının, işğal etdiyi ərazilərdə hərbi fəaliyyətlərinin ağır nəticələrinə görə məsuliyyət daşıyır. Fransa bu sınaqlardan təsirlənən əhali qarşısında mənəvi məsuliyyət daşıyır.

Bu ölkənin Afrikadakı nüvə sınaqları Fransa ilə onun keçmiş müstəmləkələri arasında münasibətlərin tarixində qaranlıq səhifədir. Bu fəaliyyətlərin nəticələri yerli əhaliyə və təsirə məruz qalmış rayonların ətraf mühitinə təsir etməkdə davam edir. Bu zəhərli irslə üzləşən xalqlarla beynəlxalq həmrəylik vurulan zərərin rəsmi şəkildə tanınması və bu sınaqların təsirlərini aradan qaldırmaq üçün səylərin artırılması keçmişdəki ədalətsizlikləri aradan qaldırmaq və daha ədalətli gələcəyə doğru irəliləmək üçün vacibdir.

Aksiya zamanı Fransanın nüvə sınaqlarının mənfi təsirlərini əks etdirən fotolardan ibarət sərgi nümayiş olunub.

Fransanın bu cinayətləri ifşa olunur, onun qanunsuz keçirdiyi nüvə sınaqların fəsadları beynəlxalq aləmə çatdırılır və əziyyət çəkən insanlar bu ölkədən təzminat tələb edirlər. 

"Bu birbaşa Fransanın məsuliyyətidir, borcudur, bütün bunları həyata keçirməlidir"

Siyasi ekspert Elşad Həsənov "Bakı-Xəbər"ə bildirdi ki, Fransa prezidenti E.Makron, nazirlər  BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) gəlmədi. "Gəlməmələrinin səbəbi bizim Fransanın törətdikləri cinayətləri beynəlxalq səviyyədə ifşa etdik. Onu da bildirim ki, COP29 tədbiri ilə bağlı hər gün yeni məlumatlar yayımlanır, dünyanın bütün ölkələri burada verilən qərarlardan, çıxışlardan xəbər tuturlar, gedən proseslər dünya ictimaiyyəti tərəfindən yaxından izlənilir. Bu günlərdə Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən keçirilmiş "Dekolonizasiya və yaşıl gələcək naminə həmrəylik" adlı aksiyada Afrikanın Mali, Keniya, Konqo Demokratik Respublikası, Nigeriya, Cibuti, Toqo, Mavritaniya, Zimbabve, Zambiya və Kamerundan olan deputatlar, qeyri-hökumət təşkilatlarının rəhbərləri, siyasətçilər, ekofəallar, hüquq müdafiəçiləri öz ölkələrindəki acınacaqlı ekoloji vəziyyətlə bağlı məlumat verdilər və  ekoloji çağırışlar etdilər. Fransa Afrikada uzun illər-1960-1966-cı illərdə 17 nüvə sınağı həyata keçirib və bu zaman yerli əhaliyə xəbərdarlıq olunmayıb, bu səbəbdən də insanlar qoruyucu geyimlərdən istifadə edə bilməyiblər, nəticədə xəstələnənlər, həyataını itirənlər olub. Bu gün də orda ekosistemin kütləvi zəhərlənməsi problemi var, o nüvə sınaqları zamanı təbiətə vurulan ziyan hələ də qalır. Afrikada nüvə sınaqlarından sağ çıxanlar, eləcə də QHT-lər və yerli birliklər tələb edirlər ki, Fransa bunu tanısın və vurduğu ziyana görə təzminat ödəsin. Təkcə bu deyil. Elə 1966-1996-cı illər ərzində Fransanın Polineziyada apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühit ciddi ekoloji  çirklənmə ilə üzləşib. Fransa orada torpağın və suyun kəskin şəkildə zəhərlənməsinə, radiasiyaya məsuliyyət daşıyır. O ərazidə radiasiya səviyyəsi 490 faizi keçir. Təsəvvür edirsizmi, bu nə deməkdir? Fransanın həyata keçirdiyi bu nüvə sınaqları planetin ekopsisteminə necə bir ziyan vurduğunu görürük. Fransa eyni zamanda "dəniz ərazilərində" insan hüquqlarını pozmaqla da məşğuldur. Makron rejimi Yeni Kolendoniyada kanakların bu ilki etiraz aksiyalarında 13 nəfəri öldürüb, 169 nəfəri isə yaralayıb. Eyni zamanda Martinikada və Qvadelupa adasında etirazlar zamanı 38 nəfər həbs olunub. Demokratiyadan dəm vuran Fransanın bu qeyri-insani, qeyri-humanist bu hərəkətlərinə isə nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də Avropa Şurası Parlament Assambleyası tərəfindən bir reaksiya verilməyib, onun sərgilədiyi bu siyasət pislənilməyib".

E.Həsənovun sözlərinə görə, beynəlxaq qurumların Fransanın cinayətlərinə reaksiya verməməsi isə siyasi riyakarlığın nümunəsidir, ikiüzlülükdür, ikili standarlardır. "Bu reaksiyasızlıq onu göstərir ki, Avropa ölkələri insan hüquqlarını poza bilərlər. Budur onların düşüncəsi. Hesab edirəm ki, Fransanın Əlcəzairdə törətdiyi cinayətləri, oranı işağlda saxladığı dövrdə milyon yarım əlcəzairlini qətlə yetirməsini bəşəriyyət yaxşı bilir. İndiyə qədər törətdiyi cinayətlərə görə Fransa hələ cavab verməyib. Fransa törətdiyi cinayətlərə görə mütləq şəkildə cavab verməlidir, insan sağlamlığına, ekosistemə vurduğu ziyanı etiraf edib təzminat ödəməlidir. BTQ-nin apardığı işlər də məhz buna yönəlib. Necə olur ki, siz Azərbaycanda kiçik bir qanun pozuntusunu görüb onu qəzetlərinizin manşetinə çıxarırsınız, Azərbaycana qarşı qarayaxma kampaniyaları aparırsınız, amma özünüzün törətdiyiniz bu cinayətlər isə bugünə qədər də cəzasız qalır? Təbii ki, bunlar belə qalmayacaq. Biz bu məsələlərlə bağlı BMT qarşısında məsələlər qaldırmışıq. Ona görə də hesab edirəm ki, Fransa törətdiyi bu saysız cinayətlərə görə həmin ölkələrə təzminat ödəməlidir. O ərazilərdə çirkəndirilmiş, zəhərləndirilmiş ətraf mühitin sağlamlaşıdırılması üçün çox böyük miqdarda maliyyə vəsaiti ayrılmalıdır ki, həmin ərazilərin ekositemi təmizlənsin, çirkmələrdən xilas olsun, yeni meşə massivləri salınsın. Bütün bu işlər görülməlidir. Bu birbaşa Fransanın məsuliyyətidir, borcudur, bütün bunları həyata keçirməlidir" - deyə Elşad Həsənov bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ