Cümə günü, 30 oktyabr 2026
     

"ABŞ zərbə vursa, Avropa olmayacaq" - qorxunc təhdidlər səngimir...

Image


Bəlli olduğu kimi, ABŞ prezidenti Co Bayden Rusiya ərazisinə ATACMS taktiki ballistik raketləri ilə zərbələr endirməyə icazə verib. Bu isə Rusiya-Ukrayna savaşında yeni mərhələ olmaqla yanaşı, həm də müharibənin eskalasiyasına gətirib çıxarmaq iqtidarındadır.

Kremlin sözçüsü Dmitri Peskov qeyd edir ki, Vaşınqtonun məhdudiyyətin dəyişdirilməsi ilə bağlı qərarı gərginliyin yeni mərhələsinə səbəb olacaq və ABŞ-ın Ukraynadakı müharibəyə daha çox qatılmasını şərtləndirəcək. Rusiya prezidenti Vladimir Putin sentyabrda Qərb dövlətlərini xəbərdar edib ki, adi raket zərblərinə nüvə silahı ilə cavab verə bilər. Rəsmi Moskva nüvə gücünün dəstəyi ilə özünə qarşı gerçəkləşdirilən istənilən hücumu birgə hücum kimi gözdən keçirəcək. Bu arada Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski Ağ evin bu addımının daha ciddi fəsadlara yola aca biləcəyini söyləyib. Rusiyalı senator Vladimir Cabarov ABŞ-ın bu qərarını 3-cü dünya müharibəsinə doğru görünməmiş addım olaraq qiymətləndirib. Rusiyalı politoloq Yevgeni Mixaylov isə bildirir: "Zərbə vurularsa, bu, ümumilikdə Trampın Ukraynadakı problemin sülh yolu ilə həlli üçün bütün planlarını məhv edəcək. Onun səlahiyyətinin icrasına başlamasına 2 ay vaxt qalır. Və bu müddət ərzində o qədər çox şey dəyişə bilər ki, nəticədə Tramp heç nəyi düzəldə bilməz. Yenə deyirəm, həqiqətən ümid edirəm ki, qarşılıqlı zərbələr olmayacaq, Bayden zarafat edirdi, baxmayaraq ki, mən buna şübhə edirəm. Amerikalılar zərbə endirmək qərarına gəlsələr, hücuma icazə versələr, o zaman istərdim ki, Avropa liderləri kifayət qədər ehtiyatlı olsunlar. Çünki ehtiyatlı olmasalar, bildiyimiz Avropa artıq olmayacaq. Olmayacaq, bu, dəqiqdir". Yeni durum Böyük Britaniya və Fransanın Ukrayna ilə bağlı bənzər məhdudiyyəti qaldırmağa da yol açır. Bu da Ukraynaya savaşın həlledici anında düşməninə zərbə etdirməyə imkan verəcək. Ukrayna gələcək sülh danışıqlarında önəmli anlam daşıyacaq Kursk vilayətində nəzarət etdiyi əraziləri hər vəchlə əlində saxlamağa çalışır. Ancaq onu da qeyd edək ki, bu payız cəbhə xəttində Ukraynanın durumu özəlliklə ağırdır. Rusiya Ukraynanın şərqindəki əraziləri son 2 il yarım ərzində olduğundan daha sürətlə işğal edir. Rusiya ilə savaşda Ukraynanın ən böyük dəstəkçisi ABŞ-da yeni prezident seçilən Donald Tramp bu ölkəyə genişmiqyaslı yardımı tənqid edib. Bu, ABŞ-ın Ukraynaya dəstəyinin dayandırılması və sülh müqabilində Kiyevin Rusiyaya ərazi güzəştlərinə getməli olmasına dair qorxuları artırıb. Ukraynanın Avropa tərəfdaşlarının yarana biləcək boşluğu doldurmaq üçün həddən çox parçalanmış olması da təlaşlandırır. Qarşıdan amansız qış və Rusiyanın yeni əkshücumu gözlənilir. Amma yuxarıda qeyd olunduğu kimi Ukrayna özünün ən böyük hərbi istəklərindən birini almış kimi görünür. Bayden administrasiyası, nəhayət, Kiyevin ABŞ istehsalı olan uzunmənzilli silahlarla Rusiya ərazisini vurmasına icazə verib. Avropadakı ABŞ Silahlı Qüvvələrinin komandan olmuş, indi isə istefada olan general-leytenant Ben Hoces qeyd edir: "Bu, Kremlə mesajdır. Yəni biz çadırlarımızı yığıb Trampı gözləmirik və ABŞ bu işdən əl çəkməyib".  General-leytenant bunu da deyib ki, Ukrayna, böyük ehtimalla, uzaqmənzilli raketlərdən düşmənin Kursk vilayətindəki komanda məntəqələrinə, silah anbarlarına və artilleriya batareyalarına zərbələr endirəcək. O, Ukrayna şəhərlərini atəşə tutmaq üçün istifadə olunan Rusiya aerodromlarının sonrakı hədəf olacağını da söyləyib.

Yuxarıda qeyd edildiyi kimi, ABŞ-ın bu addımı Britaniya və Fransanın da eyni qərarı verməsinə qapı açır. Bu, müharibənin indiki kritik anında Ukraynaya Rusiyaya zərbə endirmək imkanı verə bilər. Ağ Evin Rusiya ərazisinin içərilərinə zərbələr endirilməsinə icazə vermək qərarı Rusiyanın Ukraynaya 210 raket və dron zərbəsi endirməsindən bir gün sonraya təsadüf edir. Bu, Rusiyanın 2022-ci ilin fevralında başlatdığı tammiqyaslı savaşda gerçəkləşdirilən ən böyük hava hücumudur. Üstəlik, Rusiyanın Kursku geri almaq üçün 50 min əsgər gətirdiyi, onların arasında minlərlə şimali koreyalı əsgərin də olduğu bildirilir. Hərbi təhlilçilər Putinin danışıqlarda öz mövqeyini gücləndirmək üçün Trampın vəzifələrinin icrasına başlamasından öncə Kurska tam nəzarəti geri qaytarmaq istədiyini deyirlər. Rusiyanın içərilərinə zərbə icazəsinin döyüş meydanındakı təsirləri Ukraynaya neçə ATACMS və digər uzunmənzilli raketlərin verilməsindən və onların istifadəsi üçün hansı məhdudiyyətlərin qoyulacağından asılı olacaq. ATACMS raketləri maksimum 300 kilometr mənzillidir. Bayden administrasiyasının sözügedən qərarının ardınca, Fransanın gündəlik   "Le Figaro" qəzeti yazıb ki, Britaniya və Fransa da Ukraynanın "Storm Shadow" və SCALP raketlərindən Rusiya ərazisini vurmaq üçün istifadə etməsinə icazəsi verəcəklərini deyib. Beləcə, bu vaxtadək öz "Taurus" raketlərini Ukraynaya verməkdən imtina edən Almaniyanın üzərinə bəlli basqı yaranacaq. ATACMS haqda çox yazan kanadalı müdafiə təhlilçisi Kolbi Badhvar deyir ki, ötən ilin dekabrında ABŞ-ın arsenalında 2 min 400-dək uzunmənzilli raket olub və bunların təxminən yarısının müddəti keçib. O deyir ki, son bir il ərzində anbarlara 500-dən çox ATACMS əlavə edilib. Ancaq Badhvar Pentaqonun bu raketləri çox sayda verməyə tərəddüd etməsinə də diqqət çəkir. General-leytenant Hoces deyir ki, Ukrayna yetərincə raketlə təchiz edilsə, Rusiyanın Kurskdakı mövcud əkshücumunun önü kəsilə bilər. Bu il ABŞ-ın Ukraynaya ATACMS-lardan Rusiya ərazisinə zərbə endirməyə icazə verəcəyinə dair şayiələr yayılarkən, Kreml öz hərbi aktivlərinin bir hissəsini bu raketlərin diapazon dairəsindən uzaqlaşdırmağa başlamışdı. Amma Badhvar bildirib ki, Rusiyanın hələ də bu raketlərin zərbə diapazonunda yerləşən çox sayda hərbi obyekti var. Ancaq hətta uğurlu ATACMS zərbələri belə Ukraynanın döyüş meydanındakı əsas problemini – insan gücü məsələsini çözə bilməyəcək. Çağırış prosesinə gec başlayan Ukrayna indi Rusiya qoşunlarının davamlı hücumlarını dəf etmək üçün yetərincə insan cəlb edib hazırlamaqda çətinlik çəkir. Rusiya gündə Ukraynadan çox - 1500-dək canlı qüvvə itirsə də, Kreml hələ də öz sıralarını yeniləyə bilir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ