Bazar günü günü, 23 avqust 2026
     

COP29-un Yeni Kollektiv Kəmiyyət Hədəfi dünya fikrində oturuşdu - qalır tək saziş...

Image


Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un Azərbaycanda keçirilməsinin, burada aparılan müzakirələrin, əldə olunan razılaşmaların tarixi xarakter daşıması artıq bütün dünyada qəbul edilir. 

Avstriyanın iqlimin mühafizəsi, ətraf mühit, enerji, innovasiya və texnologiyalar naziri Leonora Gevessler COP29 çərçivəsində yüksək səviyyəli iclasda bu fonda bildirir: "Beynəlxalq ictimaiyyət planetin gələcəyi ilə bağlı mühüm qərarlar qəbul etmək üçün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında kritik bir məqamda toplaşıb".

Onun sözlərinə görə, iqlim mübarizəsi təcili və inklüziv tədbirlər tələb edir. L.Gevessler vurğulayıb ki, iqlim maliyyəsinin Yeni Kollektiv Kəmiyyət Hədəfi Bakıda COP29-da həll edilməli olan məsələlər paketinin mərkəzi hissəsidir. İqlim maliyyəsinin məqsədi inkişaf etməkdə olan ölkələrə transformasiya və iqlim dəyişikliyinin məhvedici nəticələri ilə mübarizədə dəstək verməkdir. Norveçin beynəlxalq inkişaf naziri Anne Beate Tvinreymin isə qeyd edir ki, ölkəsi, eləcə də beynəlxalq ictimaiyyət Bakıda iqlim maliyyəsi üzrə razılığın əldə olunacağına çox inanır və buna ümid edir: "Biz onu da bilirik ki, inkişaf etməkdə olan bir çox ölkənin iqlim maliyyəsinin məbləği ilə bağlı tələbləri çox yüksəkdir. Norveç və mən əminəm ki, bir çox ölkə yekun sənədin imzalanması üçün səylərini davam etdirəcək. Çünki biz bu məqamın çox həlledici və önəmli olduğunu başa düşürük. Mən hesab edirəm ki, iqlim maliyyəsi ətrafında müzakirələr çox vacibdir. Biz onun təmin edilməsi üçün özəl sektorun dəstəyindən yararlanmaq və əmin olmaq istəyirik ki, əksər ölkə iqlim maliyyələşməsinin ayrılması üçün təşəbbüskarlıq nümayiş etdirəcək". Qeyd edilənlər fonunda Böyük Britaniya Qreşem Kollecinin professoru Avinaş Persaud olduqca maraqlı bir açıqlama verib. O bildirir ki, iqlim dəyişikliyi ilə mübarizə üçün inkişaf etməkdə olan ölkələrin illik maliyyə ehtiyacının 2,4 trilyon dollar olduğu təxmin edilir. Bu vəsaitin ən azı 1 trilyon dolları beynəlxalq maliyyə mənbələrindən təmin edilməlidir: "Bu məbləğin əsas hissəsi dövlət maliyyəsi və çoxtərəfli inkişaf banklarının güzəştli kreditləri vasitəsilə təmin olunmalıdır. Əgər COP29-da ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfi qəbul edilməzsə, milli səviyyədə müəyyən edilmiş öhdəliklər də kifayət qədər ambisiyalı olmayacaq və bu, ümumi sistemin pozulmasına gətirib çıxara bilər. Buna görə də uğurlu iqlim maliyyələşməsi üçün inkişaf etmiş ölkələrdən dövlət maliyyəsi üzrə öhdəliklərin ən azı üç dəfə artırılması tələb olunur. Bu məqsədlə G20 ölkələrinin siyasi liderliyi və çoxtərəfli inkişaf banklarının maliyyə dəstəyi vacibdir".

Ümumiyyətlə, COP29 göstərir ki, ədalətli və ambisiyalı yeni iqlim maliyyəsini razılaşdırmaq üçün aparılan danışıqlar mühüm və yekun mərhələyə daxil olur. Bu fonda COP29-da ambisiyalı yeni iqlim maliyyəsi hər bir hökumət üçün əsas hədəf sayılır. Bütün dünya Azərbaycanın sədrliyi ilə keçirilən COP29 tədbirində hökumətlərin qətiyyətli addımlar atmasını istəyir. Azərbaycan dəfələrlə bəyan edib ki, ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin razılaşdırılması COP29 Sədrliyinin əsas danışıq predmetidir. Onu da qeyd edək ki, iqlim dəyişmələrinin mənfi fəsadlarının aradan qaldırlması, qabaqlayıcı tədbirlərin görülməsi üçün müvafiq maliyyələşmə mexanizmlərinin işə salınması müstəsna əhəmiyyət kəsb edir. Bu vaxta qədər sözügedən istiqamətdə atılan addımlar, götürülən öhdəliklərin icrası məqbul həddə olmayıb. Elə bu da iqlim böhranının daha da dərinləşməsinə əlverişli zəmin yaradıb. Hazırda proseslərin gedişi onu göstərir ki, iqlim maliyyəsi ilə bağlı bütün məsələlər öz həllini tapmalı, ölkələrin bu xüsusda üzərlərinə götürdükləri öhdəliklər tam həcmdə icra olunmalıdır. Bütün bunlara COP29 çərçivəsində xüsusi diqqət edilməsi, müvafiq qərarların qəbulu üçün Azərbaycan tərəfindən zəruri addımlar atılır. Azərbaycan inkişaf etməkdə olan ölkələrdə iqlim fəaliyyətinə investisiya yatırmaq məqsədilə İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması təşəbbüsünü irəli sürüb. Belə fondun yaradılması Azərbaycanın COP29 çərçivəsində irəli sürdüyü 14 təşəbbüsdən biridir.  Artıq bu fondun yaradılması iqlim böhranın həlli istiqamətində mühüm addım hesab olunur. Proseslər onu göstərir ki, beynəlxalq miqyasda iqlim maliyyəsinin artırılması ilə bağlı fikirlər yekdil xarakter daşıyır. Elə bu fonda COP29-da iqlim maliyyəsi ilə bağlı mühüm qərarların qəbulu gözlənilir. Qeyd olunmalıdır ki, 2017-2021-ci illərdə iqlimin maliyyələşdirilməsinin həcmi orta hesabla ildə cəmi 7 milyard ABŞ dolları təşkil edib. Bu göstərici iqlim dəyişmələrinə qarşı mübarizədə olduqca azdır. Lakin COP29-dan sonra bu göstəricinin bir neçə dəfə artması gözlənilir. Belə maliyyələşmə iqlim dəyişikliyinin həm səbəbləri, həm də nəticələrinin aradan qaldırılmasında mühüm rol oynayır. Təsirlərin azaldılması sahəsində vəsaitlər daha çox bərpa olunan enerjinin inkişafı, enerji səmərəliliyi təşəbbüsləri, istixana qazı emissiyalarını azaldan layihələri dəstəkləmək üçün yönəldilir. Günəş, külək və hidroenergetika texnologiyalarına investisiyalar qalıq yanacaqlardan uzaqlaşmaq üçün vacibdir və iqlim maliyyəsi bu prosesdə önəmli rol oynayır. 

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

Suriyada İsrail-Türkiyə savaşı - artıq ilkin addımlar atılıb...

Həkimlərin səhvi bundan sonra məhkəmələrdə necə araşdırılacaq? – Ali Məhkəmənin izahı mübahisələndi...

SON XƏBƏRLƏR

23.08.2026 / 17:14
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” imzalandı

23.08.2026 / 17:11
Prezident İlham Əliyev: "Özbəkistan Qarabağın bərpasında ilk praktiki yardım göstərən ölkə olub"

23.08.2026 / 17:08
"Azərbaycan və Özbəkistanın birgə investisiyalarının həcmi 500 milyon dollardan xeyli yüksəkdir" - Prezident

23.08.2026 / 16:39
Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi - FOTO

23.08.2026 / 16:30
Daşkənddə Prezident İlham Əliyevin Mirziyoyevlə təkbətək görüşü olub - FOTO

23.08.2026 / 16:07
Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi - SƏRƏNCAM

23.08.2026 / 16:01
Azərbaycan ilə Özbəkistan prezidentləri və birinci xanımlar “Kuksaroy” Dövlət İqamətgahında birgə foto çəkdiriblər

23.08.2026 / 15:57
Füzulidə “Dostluq bağı”, Mirzə Uluqbəy məktəbi - Azərbaycanla Özbəkistanın qardaşlığının hələ çox simvolları olacaq…

23.08.2026 / 15:44
Azərbaycan-Özbəkistan Regionlararası Forumu 4-cü mərhələdən keçir-Arxada nələr qalıb?...

23.08.2026 / 15:01
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO

23.08.2026 / 14:29
Prezident və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar

23.08.2026 / 14:28
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb - VİDEO

23.08.2026 / 14:17
"Azərbaycan-Özbəkistan dostluğu siyasi müstəvidə də əbədi dostluq xarakteri daşıyır" - Hikmət Hacıyev

23.08.2026 / 13:46
Prezident İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib

23.08.2026 / 13:17
Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafında prezidentlərin şəxsi münasibətlərinin rolu

23.08.2026 / 13:05
Prezident İlham Əliyevin Özbəkistana səfəri başlayıb - VİDEO

23.08.2026 / 12:35
Vuçiç konstitusiyanı dəyişib yenidən prezident olmaq istəyir - Serbiya spikeri hər şeyi açıb tökdü…

23.08.2026 / 11:48
Sidney Marafonu təşkilatçılarının səhvi sosial mediada açıldı - medallara səhvən Münhen stadionunun şəkli vuruldu…

23.08.2026 / 11:20
Tramp: "Kanada ABŞ ştatı olmadan üstünlüklərdən faydalanmaq istəyir"

23.08.2026 / 10:15
Zaxarova alman mediasını hədəf aldı - öz problemlərinizlə məşğul olun…

23.08.2026 / 09:47
Vergi uçotu ilə bağlı 10 min dollarlıq limit bu gündən qüvvəyə mindi

23.08.2026 / 09:22
Bakıda işlədikləri şirkəti soyan şəxslər tutuldu

23.08.2026 / 08:48
Qazaxıstanda Qurultaya seçkilər keçirilir

22.08.2026 / 21:54
“Bakıda Azərbaycan, Özbəkistan və Türkiyə qadınlarını bir araya gətirən Birlik Gecəsi keçirilib

22.08.2026 / 20:33
Berlin yaxınlığında gizli silah anbarı aşkarlandı – Almaniya bir rus agentin izinə düşdü…

22.08.2026 / 20:07
Ukrayna ilk dəfə Rusiyada Ozon logistika mərkəzini vurdu - VİDEO

22.08.2026 / 19:44
Medvedev müharibəyə qarşı çıxan rusları hədəf aldı - Belə alçaqları bağışlamaq olmaz…

22.08.2026 / 19:27
"Azərbaycan-Özbəkistan münasibətləri möhkəm bünövrə üzərində müttəfiqlik səviyyəsinə yüksəlib" - Vüqar Rəhimzadə

22.08.2026 / 19:22
Əhliman Əmiraslanov: “Qərbi Azərbaycana qayıdıș Ulu öndərin formalașdırdığı milli-mənəvi bütövlük siyasətinin tərkib hissəsidir” - MÜSAHİBƏ

22.08.2026 / 18:37
“Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

22.08.2026 / 18:34
Memar Rizvan Qarabağlının yaradıcılığında vətənpərvərlik motivi...

22.08.2026 / 17:11
İrandan ABŞ-a açıq təhdid - güc yolu ilə onları buna məcbur edəcəyik…

22.08.2026 / 16:36
İsrail Dəməşqdə bir avtomobili vurdu…

22.08.2026 / 16:21
Xalq artisti Şükufə Yusupovanı avtomobil vurdu - vəziyyəti ağırdır...

22.08.2026 / 15:43
Hörmüzün kimin nəzarətində olduğu tam aydın oldu - Trampın dedikləri yalan çıxdı...

22.08.2026 / 15:21
Moskva hava limanlarına genişmiqyaslı hücum planı - Ukrayna müharibə tarixində bir ilkə imza ata bilər…

22.08.2026 / 14:30
Novorossiysk limanında hücuma məruz qalan gəmi heyətini qurtarmağa göndərilən türk gəmisi də vuruldu – ölən və yaralananlar var…

22.08.2026 / 13:58
85 min nəfər ixtisaslı kadra ehtiyac var,6500 avro maaş veriləcək…

22.08.2026 / 13:15
ABŞ-ın BMT-yə borcu 4 milyardı keçdi - Vaşinqton səsvermə hüququnu itirə bilər…

22.08.2026 / 12:32
Tramp Hörmüzü "ABŞ ərazisi" adlandırdı – “qalib gəlib-gəlmədiyimizi bilmirik”…

22.08.2026 / 12:17
Bakıda oğurluq edən 4 şəxs saxlandı

22.08.2026 / 11:52
Ermənistan Rusiya ilə "müttəfiqlikdən" və "strateji tərəfdaşlıqdan" rəsmən imtina etdi - Dövlət proqramı hazırlandı...

22.08.2026 / 11:36
Rusiya Ermənistana buğda və propan göndərdi

22.08.2026 / 11:00
Əməkdar jurnalist Nurani vəfat edib

22.08.2026 / 10:48
Polislər axtarışda olan şəxsləri saxladı, külli miqdarda narkotik ələ keçirdi

22.08.2026 / 10:24
Hacıqabulda avtoxuliqanlıq edən sürücü həbs edildi

22.08.2026 / 09:50
Azərbaycan səfiri etimadnaməsini Kosta Rika Prezidentinə təqdim edib

22.08.2026 / 09:19
Xəzər dənizində zəlzələ oldu

22.08.2026 / 06:49
ABŞ İrana hücumların bərpasını istisna etmir - Tramp açıqladı

22.08.2026 / 06:19
Tramp barəsində impiçment veriləcəyinə əmindir - Demokratlar seçkidə qalib gələrsə…

22.08.2026 / 05:49
Türkiyə Netanyahunu İnterpol axtarışına verir? - Ankara-Təl-Əviv gərginliyi artır…

22.08.2026 / 05:41
Tramp Ağ Evdə bunker tikdirir - məhkəmə qərar verdi

21.08.2026 / 23:16
İran spikeri Tehran və Bağdadı dollardan imtina etməyə çağırdı… - "Amerika dominantlığı bitdi"...

21.08.2026 / 22:46
Rusiyanın Krivoy Roqda ticarət mərkəzinə hücumunda ölən və yaralananların sayı artır... Zelenski söz verdi - Qisas alınacaq… VİDEO

21.08.2026 / 22:10
Tramp İranla "svop əməkdaşlıq" edən ölkələri hədələdi - Azərbaycana da aidiyyatı var...(?)

21.08.2026 / 21:49
Turqut Özalın oğlu atasının ölümündə Türkiyənin indiki iqtidarından şübhələnir...

21.08.2026 / 21:27
Cənubi Koreyadan gözlənilməz mövqe - Tramp Şimali Kireya ilə "dostluğunu" təriflədi..

21.08.2026 / 21:14
"Oğluma işgəncə verib dövlətimizə qarşı böhtan atmağa məcbur edirlər" - Rusiyada həbs olunan Yadulla Rufullayevin anası danışdı

21.08.2026 / 20:49
ABŞ-ın İrana qarşı sanksiyaları gərginliyi artıracaq - Pekin xəbərdarlıq etdi…

21.08.2026 / 20:35
Naxçıvana dəmir yolu çəkilişi Paşinyanı Putinlə yenidən toqquşdura bilər...

21.08.2026 / 20:02
Rusiya Krivoy Roqun ən böyük ticarət mərkəzini vurdu – azı beş ölü, 91 yaralı… FOTO

21.08.2026 / 19:49
Permdə Azərbaycan diasporunun lideri saxlandı…

21.08.2026 / 19:22
Paşinyan Rusiyanı atdı, Türkiyə və Azərbaycanı tutdu...

21.08.2026 / 18:46
Pezeşkian müharibəni artıq bitirməyə çağırdı - Bütün dünya qələbəmizi qəbul edib…

21.08.2026 / 18:31
Xocavənddə traktor minaya düşdü, sürücü xəsarət aldı

21.08.2026 / 18:17
Məktəbli forması üçün valideynlərin konkret satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir - MÜTDA xəbərdarlıq etdi...

21.08.2026 / 18:00
Azərbaycana kin-küdurət yağdıran Rusiya məmuru istefa verdi...

21.08.2026 / 17:43
Göllərin doldurulması həmin ərazilərin subasmasına səbəb ola bilər - XƏBƏRDARLIQ

21.08.2026 / 17:37
Suriya öz hərbi bazasında Türkiyə qüvvələrini qəbul edə bilməz - İsraildən absurd iddia...

21.08.2026 / 17:22
Tarixə söykənən, zamanla güclənən Azərbaycan-Özbəkistan münasibətlərində yeni mərhələ... - Aydın QULİYEV yazır

21.08.2026 / 16:50
DİN zabit heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

21.08.2026 / 16:32
Kiberpolis maliyyə təşkilatları adından saxta kredit səhifələri yaradan şəxsi yaxaladı - VİDEO

21.08.2026 / 16:21
İranla Rusiyanın bir NATO ölkəsinə birgə təcavüz ssenarisi... Realdır?

21.08.2026 / 16:04
Ermənistanda hakimiyyətlə müxalifətin yeni “qırğın”ı başlanır...

21.08.2026 / 15:50
Azərbaycan və Türkmənistan arasında iqtisadi əməkdaşlığa dair saziş təsdiqləndi

21.08.2026 / 15:47
ABŞ "tarixin ən sərt sanksiyası" deyir, Tehranın vecinə də deyil...

21.08.2026 / 15:12
Trampın İranla iqtisadi müharibəsinin əsas qurbanı Çin ola bilər...

21.08.2026 / 14:53
Suriya, İran və Türkiyə məsələsi Netanyahunun seçki taleyini həll edir...

21.08.2026 / 14:37
Prezident İlham Əliyev azad edilmiş ərazilərdə bərpa-tikinti işlərinə dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığını bildirib

21.08.2026 / 14:26
Azərbaycanda yaşı 16-dan az olan şəxslərin sosial şəbəkələrə girişinin qadağan edilməsinə 88,2% dəstək... – SORĞU

21.08.2026 / 14:16
Səfir:"Ötən il olduqca önəmli və nəzərəçarpan irəliləyiş müşahidə olunub"

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ