Cümə günü, 30 oktyabr 2026
     

Ağrı dağına açıq erməni iddiası - bu halda Türkiyə ilə sülh istəyirlər...

Image


Qasım Hacıyev: "Ermənistan doğrudan da Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirsə, Ağrı dağının şəklini öz gerbindən götürsün və birdəfəlik bu xəstə düşüncədən əl çəksin"

Ermənistan Türkiyə ilə yaxınlaşmaq istədiyini, münasibətləri normallaşdırmaq niyyətində olduğunu desə də, əməldə tamamilə başqa mövqe sərgiləyir. Ermənilərin Türkiyə ərazisinə iddialarını büruzə verən faktlar az deyil. Məsələn, Ermənistanın dövlət gerbində Ağrı dağının əks olunduğu məlumdur. 

Bu da aşkar şəkildə Türkiyəyə qarşı ərazi iddiasından xəbər verir. Bu azmış kimi, indi də bəzi erməni təşkilatları Ağrı dağının ermənilərin "milli kimlik simvolu" olduğunu bildirirlər.    

Ermənistan Respublika Partiyasının rəhbəri Henrix Danielyan Ağrı dağla bağlı cəfəng iddialar səsləndirib. 

O yazıb ki, Ağrı dağının tarixi həm Ermənistan, həm də region üçün vacibdir. Guya bu, erməni "mədəniyyətinin, tarixinin və kimliyinin ayrılmaz hissəsidir". "Ağrı dağı hazırda Türkiyədə yerləşsə də və indiki Ermənistanın rəhbərləri onu tərk etsələr də, erməni xalqı üçün onun dərin əhəmiyyəti var"-deyən Danielyan hətta Ağrı dağının Bibliyadakı mənasına da toxunub. Yazır ki, Ağrı dağı İncildə Nuhun gəmisinin tufandan sonra dayandığı yer kimi qeyd olunur. Bu epizod Yaradılışda təsvir edilmişdir. 

Eyni zamanda erməni partiya sədri digər bir cəfəng fikri də irəli sürərək, onu "milli rəmz" adlandırıb. Guya Ağrı dağı "əsrlər boyu" Ermənistanın "simvolu" olub. "Bugünə qədər o, Ermənistanın dövlət gerbində təsvir edilmişdir"-deyə bildirən Danielyan aşkar şəkildə ölkəsinin ərazi iddiasını ortaya qoyur. 

Deyir ki, erməni ədəbiyyatında, rəssamlığında və xalq yaradıcılığında Ağrı dağı çox vaxt "erməni xalqının gücünü, gözəlliyini və çoxəsrlik tarixini simvolizə edir".

Doğrudan da, Danielyanın tarixdən, gerçəklikdən, faktlardan uzaq düşüncələri xəstə bir millətin kiflənmiş, çürümüş təfəkkürünü ortaya qoyur. Bu xəstə təfəkkürlü insan deyir ki, Ağrı dağı erkən "erməni dövrünün" tarixi mətnlərində və əfsanələrində öz yerini tapmışdır. "Onu çox vaxt erməni vətəninin ürəyi adlandırırlar"-deyən Danielyan yazır ki, guya "erməni dövləti" Urartu e.ə.   IX-VI əsrlərdə bu ərazidə mövcud olmuşdur.

Bu azmış kimi, "Böyük Tiqranın hakimiyyət dövrü"nü də bu ərazi ilə bağlamağa çalışıb. 

Guya ki, Böyük Tiqranın "hakimiyyət dövründə" (e.ə. I əsr) Ağrı dağı onun krallığının cənub sərhədinin yaxınlığında yerləşirdi.

"Ağrı dağı erməni xalqının gücünün və ilhamının simvolu (?) olmaqda davam edir. Ermənistan gerbi dağın təsvirini ehtiva edir və bütün dünya diasporu onu (dağ) erməni kimliyinin bir hissəsi hesab edir (?)". Bu cəfəng, heç bir elmi əsası olmayan, ermənilərin xəstə, işğalçı təfəkkürünə xas olan bu ifadə də həmin şovinist partiya sədrinin statsunda qeyd olunub. 

Həqiqətən də ermənilər xəstə düşüncəli, miflərin, nağılların havasına uyub yaşayan toplumdur. Bunlar məgər gerçəkliyi bilmir ki, nə Ağrı dağının, nə Tiqranın, nə Urartunun, nə də başqa iddia etdikləri ərazilərin, dövlətlərin, mədəniyyətlərin bunlara heç bir aidiyyəti yoxdur? 

Danielyanın bu fikirləri Türkiyəyə qarşı ərazi iddialarını daha da körükləyir və bir tərəfdən də hökumətin əsl mahiyyətini ifadə edir. 

"Ağrı dağı Türkiyənin, türk xalqının simvoludur,  o heç zaman ermənilərin "milli kimlik simvolu" olmayıb, ola da bilməz"

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev "Bakı-Xəbər"ə bildirdi ki, ermənilər son 200 ildə bəlli dünya gücləri qarşısında götürdüyü öhtəlikləri "yaxşı icra edir". Q.Hacıyev vurğuladı ki,  XX əsrə qədər dövləti olmayan bir xalqın gətirilib bizim ərazilərdə yerləşdirilməsindən sonra onlar onları burada yerləşdirən dövlətlərə xidmət borclarını yerinə yetirirlər. "Həmin o dövlətlər bizim regionda heç bir xalqa ermənilər qədər rəğbət göstərmir. Bunun da səbəbi ermənilərin onlara xidmət etmələri, digər tərəfdən də onların xristian olmasıdır. Ermənilər ənənəvi olaraq Qərb ölkələrinin işinə yarayır. Ermənilərdən uzun illərdir ki, həmin Qərb dövlətləri Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. O dövlətlərin əl alətinə çevrilən ermənilər və Ermənistandan hər cür işlərdə istifadə edirlər. Onlar Ermənistana öz əlaltıları kimi yanaşırlar. Məsələn, Türkiyə, Azərbaycan, Gürcüstan və digər dövlətlər dünyanın irticaçı qüvvələrinin əlində heç zaman oyuncağa çevrilməyib, çevrilə də bilməz. Bu dövlətləri həmin qüvvələr idarə edə bilmir, istəsələr də buna nail olmaları mümkün deyil. Amma erməniləri və Ermənistanı heç bir əziyyət çəkmədən idarə edirlər, alətə çevirirlər, hansı dövləti şərləmək, hansı dövlətin içində separatrizm, terrorizim yuvası yaratmaq istəyirlərsə dərhal ermənilər istifadəyə hazır olur. O dövlətlər Ermənistana uzun illərdir ki, şərait yaradırlar, ona arxa-dayaq dururlar. Bəzən də ermənilər öz havadarlarının gücündən istifadə edib öz çirkin əməllərini həyata keçirə bilirlər. 

Ərazi iddiaları məsələsinə gəlincə, erməniləri bu regionda yerləşdirən dövlətlərin təkidi və havadarlığı ilə onlar yerləşdikləri bu bölgədə müxtəlif dövlətlərin ərazilərinə qarşı iddia irəli sürürlər. Ertmənilər burada öz ağaları olan dövlətlərə "tarixi əsas" yaratmağa çalışırlar. Nə ermənilərin, nə də onların havadarlarının bu ərazilərə tarixi, hüquqi əsası çatmır. Bu bölgə ermənilərin tarixi ərazisi deyil. Sonradan gəlib yerlışdikləri bu ərazilərdə özlərinə "qədim" tarix, mədəniyyət, hansısa bir irs yaratmaq üçün çoxlu cəhdlər edirlər. Buna görə də, imkan düşən kimi arxiv sənədlərini, qədim mənbələri də saxtalaşdırırlar. Bununla yanaşı qondarma, uydurma tarixşünaslıq yaradırlar ki, guya bu ərazilərdə onların çoxlu mədəni abidələri olub, onların bu ərazilərə tarixi bağları "güclüdür". O qədər saxta məlumatlar ortaya atırlar ki, heç birinin də əsası yoxdur. 

Şərq ölkələri, Cənubi Qafqazla bağlı elə bir tarixi yer yoxdur ki, onun ən qədiminə və ən qiymətlisinə ermənilər iddia etməsin. Qədim dövlətdən danışanda bilirlər ki, ən qədim dövlətlərdən biri Urartudur, ona iddia edirlər. Ən qədim yazılardan biri Urartu yazısıdır, onu da özlərinə çıxmağa çalışırlar. Efiopiya əlifbasını "erməni əlifbası" edib onu qədimləşdirirlər".

Q.Hacıyev qeyd etdi ki, bu ərazilərdə ən qədim coğrafi ünvanlardan biri Qafqaz dağlarıdır, Türkiyə ərazisində yerləşən qədim Ağrı dağıdır. "Ermənilər Ağrı dağına uzun illərdir ki, iddia edirlər və saxta tarix yazırlar, nağıllar, miflər yaradırlar. Nuhun gəmisi barədə ilk əfsanələri, mifləri yaradan da elə ermənilər olub. Adından da göründüyü kimi, Nuh əfsanəsi bir əfsanədir və onun haqqında qədim kitablarda yazılanlara da ermənilər məhəl qoymurlar. Özlərindən əfsanələr udurub Ağrı dağının adını "Ararat" qoyurlar, onu ermənilərin "milli simvolu" elan edirlər. Halbuki, Ağrı dağı ilə ermənilərin heç bir əlaqəsi yoxdur. Bu birmənalı şəkildə aydındır ki, nə Türkiyə, nə Azərbaycan, nə Gürcüstan, nə də Qərbi Azərbaycan ərazisində ermənilərin heç bir qədim tarixi abidəsi, heç bir tarixi yeri-yurdu, təbii-coğrafi şəraiti yoxdur. Çünki ermənilər bura XIX əsrin əvvəllərində kütləvi şəkildə köçürülüb gətirilib. Bunların sayı da, köçürülmə tarixi də, onların bura hansı şərtlərlə gətirildiyi də məlumdur. Ermənistan adlı dövlətin də nə vaxt yarandığı bəllidir. Ona görə də ermənilərin bu məsələ ilə bağlı dediklərinin hamısı əfsanədir, saxtakarlqıdır, uydurmadır. Onların bu təbliğatının yalan və mənasız olduğunu onlara bir daha eşitdirməyə ehtiyac var".

Q.Hacıyev bildirdi ki, Ağrı dağının şəklinin Ermənistanın dövlət gerbində əks etdirilməsinin özü böyük bir qanunsuzluqdur, bunun tarixi və hüquqi əsası yoxdur: "Ermənistanın konstitusiyasında da, gerbində də başqa dövlətlərə qarşı ərazi iddiaları rəsmən öz ifadəsini tapıb. Ağrı dağının Türkiyə ərazisində olduğu və bu ölkəyə məxsus olduğu birmənalıdır. Amma ermənilər Ağrı dağına qarşı əsassız iddia irəli sürürlər. Bir tərəfdən Ağrı dağının şəkilini gerblərində əks etirirlər, Türkiyəyə qarşı ərazi iddialarından əl çəkmirlər, o biri tərəfdən də Türkiyə ilə sərhədləri açmaq, münasibətləri normallaşdırmaq istəyirlər, bu, anormal düşüncədir. Ermənistanın öz davranışları ilə bir daha təsdiq edir ki, onun niyyəti sülh deyil və Türkiyəyə, eləcə də Azərbaycana qarşı əsassız ərazi iddialarından əl çəkmək fikrindən uzaqdır. Ermənistan doğrudan da Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirsə, Ağrı dağının şəklini öz gerbindən götürsün və birdəfəlik bu xəstə düşüncədən əl çəksin. Ağrı dağı Türkiyənin, türk xalqının simvoludur, o heç zaman ermənilərin "milli kimlik simvolu" olmayıb, ola bilməz də. Tarix var, sənəd var, gerçəklik var, bu məsələ miflə, nağılla bağlı ola bilməz" - deyə Q.Hacıyev bildirdi.  

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ