Bazar günü günü, 23 avqust 2026
     

COP29 çərçivəsində keçirilən Parlament Görüşü başa çatdı

Image


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Bakıda keçirilən Parlament Görüşü noyabrın 17-də başa çatıb.

Şərqi Afrika Qanunvericilik Məclisinin Parlament üzvü Jaklin Amonginin moderatorluğu ilə keçirilən "İqlim həssaslığının həll edilməsi: iqlim fəaliyyətinə hərtərəfli və ədalətli yanaşmanın təşviqi" adlı sessiya parlamentarilərə kiçik ada dövlətləri, dağlıq və dənizə çıxışı olmayan ölkələr kimi müxtəlif dövlətlərin özünəməxsus həssaslıqlarının necə həll edilməsi barədə daha dərindən araşdırma aparmaq imkanı yaradıb.

Tədbirdə çıxış edən Beynəlxalq İnkişaf Hüquq Təşkilatının (IDLO) Baş direktoru xanım Jan Beagle, İnteqrasiya edilmiş Dağların İnkişafı üzrə Beynəlxalq Mərkəzin (ICIMOD) Regional Fəaliyyət və Qlobal Təbliğat üzrə Strateji Qrupun rəhbəri David Potter, Benin Milli Assambleyasının üzvü Jeremi Adomahu və BMT-nin iqlim dəyişmələri üzrə eksperti Katerine Vonq iqlim dəyişikliyindən təsirlənən həssas qrupların müdafiəsini təmin etməyin, ədalətli və hərtərəfli iqlim siyasətinin təşviqinə dəstək olmağın vacibliyindən danışıblar. Bildirilib ki, iqlim dəyişmələri ilə mübarizədə yerli qanunlar və beynəlxalq öhdəliklər mütləq nəzərə alınmalıdır.

Qeyd edilib ki, münaqişədən və müharibədən əziyyət çəkən ölkələr, həmçinin iqlim dəyişmələrindən təsirlənir. Eyni zamanda, münaqişələrə məruz qalan ölkələr iqlim maliyyəsindən də əziyyət çəkir.

Çıxış edənlər kiçik ada dövlətlərinin, dağlıq və okeana çıxışı olmayan ölkələrin də bu məsələlərdən əziyyət çəkdiyini diqqətə çatdırıblar. Bildirilib ki, bu münaqişələr ildən-ilə daha çox insanı didərgin salıb. Lakin belə davam edərsə, iqlim dəyişmələrinin gələcəkdə daha çox insanı məcburi köçkün vəziyyətinə salacağı gözlənilir.

Tədbirdə iqlim dəyişikliyinin gənclər arasında sosial həssaslığa təsiri barədə fikir mübadiləsi aparılıb. Həmçinin iqlim dəyişikliyi ilə bağlı müzakirələrin daha da dərinləşməsinə və hərtərəfli tədbirlərin həyata keçirilməsinə dair mütəmadi olaraq bu cür tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Sonra "İqlim dəyişikliyi ilə mübarizədə texnologiyadan istifadə və ədalətli girişin təmin edilməsi" adlı sessiya təşkil olunub.

İqlim Siyasəti Radarının qurucusu və Baş direktoru xanım Michal Nachmany, "Permalution"un qurucusu və Baş direktoru xanım Tatiana Estevez və Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şuranın üzvü xanım Meera Al Suvaidi çıxışlarında texnologiyanın, xüsusilə süni intellektin iqlim dəyişikliyi ilə mübarizədə rolu barədə fikirlərini səsləndiriblər. Bildirilib ki, iqlim dəyişikliyi müasir dövrün ən ciddi qlobal problemlərindən biridir. Dəniz səviyyəsinin yüksəlməsi, buzlaqların əriməsi və kəskin hava şəraitinin artması planetimizin gələcəyini təhlükə altında qoyur. Bu problemin öhdəsindən gəlmək üçün innovativ həllər tələb olunur və texnologiya bu məsələdə vacib rol oynayır. Lakin texnologiyanın tətbiqi təkcə effektivlik deyil, həm də ədalətli çıxışı təmin etməklə həyata keçirilməlidir.

Həmçinin diqqətə çatdırılıb ki, texnologiyanın düzgün və hərtərəfli istifadəsi ilə iqlim dəyişikliyinin təsirlərini minimuma endirmək mümkündür. Bunun üçün dövlətlər, şirkətlər və vətəndaş cəmiyyəti birlikdə çalışmalı, həm də ədalətli çıxışı təmin etmək üçün konkret addımlar atmalıdır. İqlim dəyişikliyinə qarşı mübarizə yalnız qlobal həmrəylik və innovativ yanaşma ilə uğurlu ola bilər. Texnologiyanın potensialından tam istifadə edərək ədalətli və davamlı gələcək qurmaq insanlığın əsas məqsədi olmalıdır.

Tədbir zamanı iqlim siyasətinin daha inklüziv, bərabər və davamlı olmasının vacibliyi diqqətə çatdırılıb, bu istiqamətdə müxtəlif ölkələr arasında əməkdaşlığın genişləndirilməsi təklif edilib.

Böyük Britaniya parlamentinin üzvü Kris Lounun moderatorluğu ilə keçirilən "İqlim dəyişikliyi qarşısında sağlamlıq və ərzaq təhlükəsizliyinin qorunması üçün səylər" mövzusunda sessiyada iqlim dəyişikliyinin insanların sağlamlığına təsiri, xüsusilə iqlim dəyişikliyi nəticəsində yaranan sağlamlıq problemləri müzakirə olunub. Həmçinin parlamentlərin sağlamlığın qorunmasına və iqlim problemlərinin həllinə hərtərəfli, tamamlayıcı yanaşma tətbiq edə bilməsi yolları barədə fikir mübadiləsi aparılıb. Ərzaq və qida çatışmazlığına səbəb olan, kənd təsərrüfatında və balıqçılıq sektorunda itkilərə gətirib çıxaran halların azaldılması strategiyaları haqqında danışılıb.

Tədbirdə çıxış edən Ümumdünya Ərzaq Proqramının Berlin Qlobal Ofisinin direktoru Martin Frik, Uruqvay Senatının üzvü xanım İren Moreyra və Milli Məclisin deputatı Pərvanə Vəliyeva iqlim dəyişikliyinin qlobal miqyasda sağlamlıq və ərzaq təhlükəsizliyi üçün ciddi təhlükə yaratdığını bildiriblər. Qeyd edilib ki, onun təsirləri ekosistemə, iqtisadiyyata və insanların həyat keyfiyyətinə ziyan vurur. Xüsusilə sağlamlıq və ərzaq təhlükəsizliyi sahələrində yaranan problemlər dünya ölkələrini daha çox tədbirlər görməyə sövq edir.

Çıxışçılar, həmçinin dəyişən iqlim şəraitinin ərzaq istehsalı sistemlərinə təsir göstərərək məhsuldarlığı azaltdığını vurğulayıblar. Diqqətə çatdırılıb ki, quraqlıq, daşqın və torpaqların şoranlaşması kimi hallar kənd təsərrüfatı məhsuldarlığını aşağı salır. Bu vəziyyət xüsusilə inkişaf etməkdə olan ölkələrdə ərzaq təhlükəsizliyinə ciddi təhdid yaradır.

Tədbirdə bildirilib ki, iqlim dəyişikliyinin sağlamlığa və ərzaq təhlükəsizliyinə təsirlərinin qarşısını almaq üçün beynəlxalq səviyyədə koordinasiyalı səylər vacibdir. Bu problemin həlli təkcə dövlət qurumlarının deyil, həm də cəmiyyətin, biznes strukturlarının və qeyri-hökumət təşkilatlarının birgə səylərini tələb edir. Vurğulanıb ki, dayanıqlı gələcək üçün səmərəli addımların atılması insanların rifahını və ərzaq təhlükəsizliyini təmin etməyə kömək göstərər.

Daha sonra "İnsan mobilliyinə və iqlim dəyişikliyinə gedən yol: iqlim səbəbli miqrasiya və məcburi köçkünlüyün həlli" adlı sonuncu sessiya təşkil edilib.

Milli Məclisin deputatı Qaya Məmmədovun moderatorluğu ilə keçirilən sessiyada iqlim dəyişikliyi təsirlərindən yaranan miqrasiya və məcburi köçkünlük tendensiyasına diqqət çəkilib. Parlamentlərin miqrasiya və məcburi köçkünlüyün əsas səbəblərini həll etmək və məcburi köçkünlərin və miqrantların müdafiəsini təmin etmək üçün strategiyaları təşviq etmək imkanları müzakirə olunub.

Sessiyada çıxış edənlər - BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Xüsusi Məsləhətçisi Ofisinin Baş siyasət məmuru xanım Mişel Yonetani, "Refugees International" təşkilatının qaçqın təqaüdçüsü xanım Ayoo Hellen, Tailand Nümayəndələr Palatasının üzvü xanım Sanivan Buaban iqlim dəyişikliyinin təsirindən yaranan miqrasiya və məcburi köçkünlük problemlərini müzakirə edərək müxtəlif aspektlərə toxunublar. Onlar xüsusilə məcburi köçkünlərin hüquqlarını qorumaq və təhlükəsizliyini təmin etmək üçün beynəlxalq əməkdaşlığın vacibliyini qeyd ediblər. İqlimin səbəb olduğu miqrasiya zamanı ən çox təsirlənən qadın və uşaqların vəziyyətinə diqqət çəkilib.

Çıxışlardan sonra sessiya interaktiv müzakirələrlə davam edib. Müzakirələrdə parlamentlərin iqlim dəyişikliyinin sosial təsirlərinə qarşı strategiyaları necə inkişaf etdirə biləcəyi barədə fikirlər səsləndirilib.

Sonda Parlament Görüşünün yekun sənədi qəbul olunub.

Milli Məclisin deputatı Soltan Məmmədov sənəd barədə məlumat verib. S.Məmmədov qeyd edib ki, COP29 parlament sessiyası üçün layihə sənədi COP27 və COP28 çərçivəsində keçirilmiş parlament sessiyalarının yekun sənədləri, həmçinin Parlamentlərarası İttifaqın 148-ci assambleyasında qəbul edilmiş qətnamə layihəsi üzrə müzakirələr, son illərdə keçirilmiş COP sessiyalarının gündəliyi əsasında hazırlanıb: "Sənədin ilkin versiyası hazır olduqdan sonra müxtəlif ölkələrdən təkliflər və rəylər aldıq. İyun ayında layihə sənədini Parlamentlərarası İttifaqın COP29-a hazırlıq iclasında yenidən müzakirə etdik. Layihə Parlamentlərarası İttifaqın katibliyi tərəfindən yenidən həmkarlarımıza göndərildi. Yeni təkliflər və ideyalar təqdim edildi. Parlamentlərarası İttifaqın 149-cu sessiyası zamanı çox məhsuldar müzakirələr apardıq".

Milli Məclisin deputatı bildirib ki, sənəd hazırlanarkən bütün ideyalar, şərhlər və rəylərin mümkün qədər nəzərə alınması üçün işlər görülüb. Sənəddə əks olunan müddəalar yalnız parlamentarilərin fikirlərini əks etdirən tövsiyələrdir. "Ümid edirəm ki, bütün həmkarlarımızın mövqelərini tam və ya qismən əks etdirən layihə təqdim edə bilmişik. Yəqin razılaşarsınız ki, təşkilatın hər bir üzvünün fikirlərini tam əks etdirən sənədə nail olmaq, demək olar ki, qeyri-mümkündür. Yalnız onu deyə bilərəm ki, COP29-un ümumi məqsədlərinə və məsuliyyətimizə uyğun işləməyə çalışmışıq", - deyə o əlavə edib.

Yekun nitqi ilə çıxış edən Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq bildirib ki, Bakıda COP29 çərçivəsində təşkil olunmuş Parlament Görüşü yaddaqalandır: "İlk dəfədir ki, Parlament Görüşünü iki gün ərzində keçirdik. Çünki müzakirə etdiyimiz məsələlərin önəmi baxımından daha çox vaxt ayırmaq istədik. Bu, təşkil etdiyimiz ən geniş auditoriyaya malik görüş olacaq".

"Parlament Görüşünün yekun sənədində parlamentlərin iqlim böhranı ilə mübarizədə rolu yer alır. Bu, geniş konsultativ məşvərət prosesinin yekunudur. Biz geniş parlament üzvlərinin fikirlərini almağa çalışdıq. Bu, parlamentlər üçün yol xəritəsini və öhdəliklərini göstərir. Eyni zamanda, birliyin, bərabərliyin önəmini vurğulayır. Biz bilirik ki, iqlim dəyişikliyi məsələsində təcili və qətiyyətli tədbirlər görməliyik. Biz istərdik ki, parlamentlər iş birliklərini davam etdirsinlər, ümumi kampaniyalara qoşulsunlar. Hamımız qətiyyətli tədbirlərə keçməliyik", - deyə Martin Çunqonq diqqətə çatdırıb.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

Suriyada İsrail-Türkiyə savaşı - artıq ilkin addımlar atılıb...

Həkimlərin səhvi bundan sonra məhkəmələrdə necə araşdırılacaq? – Ali Məhkəmənin izahı mübahisələndi...

SON XƏBƏRLƏR

23.08.2026 / 18:33
Putin Tramp Çində görüşə bilərlər…

23.08.2026 / 18:21
Səudiyyə, Türkiyə və Pakistan İranı da “Məkkə Sazişi”nə qoşulmağa dəvət etdi…

23.08.2026 / 18:16
Prezidentlər İlham Əliyev və Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində iştirak ediblər - FOTO

23.08.2026 / 18:03
Azərbaycan–Özbəkistan müttəfiqliyinin qarşısında böyük perspektivlər açılır...

23.08.2026 / 17:14
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” imzalandı

23.08.2026 / 17:11
Prezident İlham Əliyev: "Özbəkistan Qarabağın bərpasında ilk praktiki yardım göstərən ölkə olub"

23.08.2026 / 17:08
"Azərbaycan və Özbəkistanın birgə investisiyalarının həcmi 500 milyon dollardan xeyli yüksəkdir" - Prezident

23.08.2026 / 16:39
Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi - FOTO

23.08.2026 / 16:30
Daşkənddə Prezident İlham Əliyevin Mirziyoyevlə təkbətək görüşü olub - FOTO

23.08.2026 / 16:07
Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi - SƏRƏNCAM

23.08.2026 / 16:01
Azərbaycan ilə Özbəkistan prezidentləri və birinci xanımlar “Kuksaroy” Dövlət İqamətgahında birgə foto çəkdiriblər

23.08.2026 / 15:57
Füzulidə “Dostluq bağı”, Mirzə Uluqbəy məktəbi - Azərbaycanla Özbəkistanın qardaşlığının hələ çox simvolları olacaq…

23.08.2026 / 15:44
Azərbaycan-Özbəkistan Regionlararası Forumu 4-cü mərhələdən keçir - Arxada nələr qalıb?...

23.08.2026 / 15:01
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO

23.08.2026 / 14:29
Prezident və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar

23.08.2026 / 14:28
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb - VİDEO

23.08.2026 / 14:17
"Azərbaycan-Özbəkistan dostluğu siyasi müstəvidə də əbədi dostluq xarakteri daşıyır" - Hikmət Hacıyev

23.08.2026 / 13:46
Prezident İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib

23.08.2026 / 13:17
Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafında prezidentlərin şəxsi münasibətlərinin rolu

23.08.2026 / 13:05
Prezident İlham Əliyevin Özbəkistana səfəri başlayıb - VİDEO

23.08.2026 / 12:35
Vuçiç konstitusiyanı dəyişib yenidən prezident olmaq istəyir - Serbiya spikeri hər şeyi açıb tökdü…

23.08.2026 / 11:48
Sidney Marafonu təşkilatçılarının səhvi sosial mediada açıldı - medallara səhvən Münhen stadionunun şəkli vuruldu…

23.08.2026 / 11:20
Tramp: "Kanada ABŞ ştatı olmadan üstünlüklərdən faydalanmaq istəyir"

23.08.2026 / 10:15
Zaxarova alman mediasını hədəf aldı - öz problemlərinizlə məşğul olun…

23.08.2026 / 09:47
Vergi uçotu ilə bağlı 10 min dollarlıq limit bu gündən qüvvəyə mindi

23.08.2026 / 09:22
Bakıda işlədikləri şirkəti soyan şəxslər tutuldu

23.08.2026 / 08:48
Qazaxıstanda Qurultaya seçkilər keçirilir

22.08.2026 / 21:54
“Bakıda Azərbaycan, Özbəkistan və Türkiyə qadınlarını bir araya gətirən Birlik Gecəsi keçirilib

22.08.2026 / 20:33
Berlin yaxınlığında gizli silah anbarı aşkarlandı – Almaniya bir rus agentin izinə düşdü…

22.08.2026 / 20:07
Ukrayna ilk dəfə Rusiyada Ozon logistika mərkəzini vurdu - VİDEO

22.08.2026 / 19:44
Medvedev müharibəyə qarşı çıxan rusları hədəf aldı - Belə alçaqları bağışlamaq olmaz…

22.08.2026 / 19:27
"Azərbaycan-Özbəkistan münasibətləri möhkəm bünövrə üzərində müttəfiqlik səviyyəsinə yüksəlib" - Vüqar Rəhimzadə

22.08.2026 / 19:22
Əhliman Əmiraslanov: “Qərbi Azərbaycana qayıdıș Ulu öndərin formalașdırdığı milli-mənəvi bütövlük siyasətinin tərkib hissəsidir” - MÜSAHİBƏ

22.08.2026 / 18:37
“Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

22.08.2026 / 18:34
Memar Rizvan Qarabağlının yaradıcılığında vətənpərvərlik motivi...

22.08.2026 / 17:11
İrandan ABŞ-a açıq təhdid - güc yolu ilə onları buna məcbur edəcəyik…

22.08.2026 / 16:36
İsrail Dəməşqdə bir avtomobili vurdu…

22.08.2026 / 16:21
Xalq artisti Şükufə Yusupovanı avtomobil vurdu - vəziyyəti ağırdır...

22.08.2026 / 15:43
Hörmüzün kimin nəzarətində olduğu tam aydın oldu - Trampın dedikləri yalan çıxdı...

22.08.2026 / 15:21
Moskva hava limanlarına genişmiqyaslı hücum planı - Ukrayna müharibə tarixində bir ilkə imza ata bilər…

22.08.2026 / 14:30
Novorossiysk limanında hücuma məruz qalan gəmi heyətini qurtarmağa göndərilən türk gəmisi də vuruldu – ölən və yaralananlar var…

22.08.2026 / 13:58
85 min nəfər ixtisaslı kadra ehtiyac var,6500 avro maaş veriləcək…

22.08.2026 / 13:15
ABŞ-ın BMT-yə borcu 4 milyardı keçdi - Vaşinqton səsvermə hüququnu itirə bilər…

22.08.2026 / 12:32
Tramp Hörmüzü "ABŞ ərazisi" adlandırdı – “qalib gəlib-gəlmədiyimizi bilmirik”…

22.08.2026 / 12:17
Bakıda oğurluq edən 4 şəxs saxlandı

22.08.2026 / 11:52
Ermənistan Rusiya ilə "müttəfiqlikdən" və "strateji tərəfdaşlıqdan" rəsmən imtina etdi - Dövlət proqramı hazırlandı...

22.08.2026 / 11:36
Rusiya Ermənistana buğda və propan göndərdi

22.08.2026 / 11:00
Əməkdar jurnalist Nurani vəfat edib

22.08.2026 / 10:48
Polislər axtarışda olan şəxsləri saxladı, külli miqdarda narkotik ələ keçirdi

22.08.2026 / 10:24
Hacıqabulda avtoxuliqanlıq edən sürücü həbs edildi

22.08.2026 / 09:50
Azərbaycan səfiri etimadnaməsini Kosta Rika Prezidentinə təqdim edib

22.08.2026 / 09:19
Xəzər dənizində zəlzələ oldu

22.08.2026 / 06:49
ABŞ İrana hücumların bərpasını istisna etmir - Tramp açıqladı

22.08.2026 / 06:19
Tramp barəsində impiçment veriləcəyinə əmindir - Demokratlar seçkidə qalib gələrsə…

22.08.2026 / 05:49
Türkiyə Netanyahunu İnterpol axtarışına verir? - Ankara-Təl-Əviv gərginliyi artır…

22.08.2026 / 05:41
Tramp Ağ Evdə bunker tikdirir - məhkəmə qərar verdi

21.08.2026 / 23:16
İran spikeri Tehran və Bağdadı dollardan imtina etməyə çağırdı… - "Amerika dominantlığı bitdi"...

21.08.2026 / 22:46
Rusiyanın Krivoy Roqda ticarət mərkəzinə hücumunda ölən və yaralananların sayı artır... Zelenski söz verdi - Qisas alınacaq… VİDEO

21.08.2026 / 22:10
Tramp İranla "svop əməkdaşlıq" edən ölkələri hədələdi - Azərbaycana da aidiyyatı var...(?)

21.08.2026 / 21:49
Turqut Özalın oğlu atasının ölümündə Türkiyənin indiki iqtidarından şübhələnir...

21.08.2026 / 21:27
Cənubi Koreyadan gözlənilməz mövqe - Tramp Şimali Kireya ilə "dostluğunu" təriflədi..

21.08.2026 / 21:14
"Oğluma işgəncə verib dövlətimizə qarşı böhtan atmağa məcbur edirlər" - Rusiyada həbs olunan Yadulla Rufullayevin anası danışdı

21.08.2026 / 20:49
ABŞ-ın İrana qarşı sanksiyaları gərginliyi artıracaq - Pekin xəbərdarlıq etdi…

21.08.2026 / 20:35
Naxçıvana dəmir yolu çəkilişi Paşinyanı Putinlə yenidən toqquşdura bilər...

21.08.2026 / 20:02
Rusiya Krivoy Roqun ən böyük ticarət mərkəzini vurdu – azı beş ölü, 91 yaralı… FOTO

21.08.2026 / 19:49
Permdə Azərbaycan diasporunun lideri saxlandı…

21.08.2026 / 19:22
Paşinyan Rusiyanı atdı, Türkiyə və Azərbaycanı tutdu...

21.08.2026 / 18:46
Pezeşkian müharibəni artıq bitirməyə çağırdı - Bütün dünya qələbəmizi qəbul edib…

21.08.2026 / 18:31
Xocavənddə traktor minaya düşdü, sürücü xəsarət aldı

21.08.2026 / 18:17
Məktəbli forması üçün valideynlərin konkret satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir - MÜTDA xəbərdarlıq etdi...

21.08.2026 / 18:00
Azərbaycana kin-küdurət yağdıran Rusiya məmuru istefa verdi...

21.08.2026 / 17:43
Göllərin doldurulması həmin ərazilərin subasmasına səbəb ola bilər - XƏBƏRDARLIQ

21.08.2026 / 17:37
Suriya öz hərbi bazasında Türkiyə qüvvələrini qəbul edə bilməz - İsraildən absurd iddia...

21.08.2026 / 17:22
Tarixə söykənən, zamanla güclənən Azərbaycan-Özbəkistan münasibətlərində yeni mərhələ... - Aydın QULİYEV yazır

21.08.2026 / 16:50
DİN zabit heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

21.08.2026 / 16:32
Kiberpolis maliyyə təşkilatları adından saxta kredit səhifələri yaradan şəxsi yaxaladı - VİDEO

21.08.2026 / 16:21
İranla Rusiyanın bir NATO ölkəsinə birgə təcavüz ssenarisi... Realdır?

21.08.2026 / 16:04
Ermənistanda hakimiyyətlə müxalifətin yeni “qırğın”ı başlanır...

21.08.2026 / 15:50
Azərbaycan və Türkmənistan arasında iqtisadi əməkdaşlığa dair saziş təsdiqləndi

21.08.2026 / 15:47
ABŞ "tarixin ən sərt sanksiyası" deyir, Tehranın vecinə də deyil...

21.08.2026 / 15:12
Trampın İranla iqtisadi müharibəsinin əsas qurbanı Çin ola bilər...

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ