Bazar günü günü, 08 noyabr 2026
     

Qarabağ erməniləri Ermənistanı da kütləvi tərk edirlər...

Image


Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdan könüllü gedən ermənilərə ölkə vətəndaşlığının verilməsini tezləşdirməyi tapşırıb. Paşinyan bu məsələ ilə bağlı hökumətin iclasında tapşırıq verib.

Ermənistan hökumət rəhbərinin sözlərinə görə, bir çox şəxslər vətəndaşlığın alınması üçün müraciət edir və dövlət orqanlarının vəzifəsi bütün prosedurlara uyğun olaraq onlara köməklik göstərməkdir. Paşinyan həmçinin əlavə edib ki, hökumətin məqsədi Qarabağa qayıtmaq istəməyən ermənilərin ölkədə qalması üçün şərait yaratmaqdır.

Amma erməni mediasının yazdığına görə, Paşinyanın belə əl-ayağa düşməsinə səbəb Qarabağdan könüllü gedən ermənilərin Ermənistanda da qalmaq istəməməsidir. Artıq 10 mindən yuxarı Qarabağ ermənisinin Ermənistanı tərk etdiyi bildirilir. Bu gedişlə onların böyük əksəriyyətinin tezliklə başqa ölkələrdə məskunlaşması gözlənilir. Konstitusiya üzrə ekspert Vardan Ayvazyan qeyd edir ki, həqiqətən də çətin vəziyyət yaranıb: "Ermənistan Respublikası Qarabağdan olan ermənilərə qaçqın statusu verməklə onların Ermənistan ərazisindən çıxması prosesini asanlaşdırır. Bu status Qarabağdan olan ermənilərə Ermənistan Respublikası vətəndaşlığından imtina etmədikləri təqdirdə verilməlidir. Yüksək həyat səviyyəsi olan ölkələrdəki qaçqınlar imtiyazlardan istifadə edirlər və belə bir qərar Ermənistana gələn Qarabağ sakinlərinin kütləvi axınına səbəb ola bilər ki, bu da ölkə üçün arzuolunmazdır". Ayvazyan hesab edir ki, Ermənistan pasportuna və vətəndaşlığına malik olan Qarabağ erməniləri ilk növbədə Silahlı Qüvvələrə mühüm töhfə verə və onların sıralarına qoşula bilərlər: "Hüquqi baxımdan Ermənistan vətəndaşının pasportu səyahət sənədi sayıla bilməz.  Bizdə "Ermənistan Respublikasının vətəndaşlığı haqqında" qanun var və əgər siz Ermənistan vətəndaşı kimi pasport alırsınızsa, vətəndaşlar üçün müəyyən edilmiş bütün hüquqlardan istifadə edirsiniz və eyni məsuliyyətləri bölüşürsünüz. Məsələn, milli seçkilərdə iştirak etmək hüququ. Pasportları olan Qarabağ erməniləri daimi qeydiyyata alınsa, elektoratımız xeyli artacaq". O vurğulayıb ki, Ermənistanda belə bir atmosfer formalaşmalıdır ki, Qarabağ erməniləri ölkənin təhlükəsizliyi baxımından Ermənistanda qalmaq qərarının ən düzgün qərar olduğunu başa düşsün. Amma proseslər bunun əksini göstərir. Qarabağdan olan ermənilərin Ermənistanda sıxışdırılması halalrına indi daha çox rast gəlinir. Onlar Pşainyan iqtidarı üçün də təhdid hesab olunurlar. Qarabağda mövcud olmuş separatçı rejimin  "müdafiə qüvvələrinin birinci komandanı" Arkadi Karapetyan bildirir ki, onlara qarşı müxtəlif ittihamların sayı artır. O, Qarabağdan gedən ermənilərin özləri ilə silah apardığı barədə iddiaları buna sübut kimi göstərib: "Bir şeyi başa düşə bilmirəm: Qarabağ erməniləri Ermənistana necə silah gətirə bilərdi? Hər şey o qədər də asan deyil. Kim "Laçın" nəzarət-buraxılış məntəqəsindən silah keçirməyə cəhd etsə, həbs edilərdi, siz nədən danışırsınız?". O bildirib ki, ermənilər silah keçirməyə cəhd etsəydilər, azərbaycanlılar buna çox sərt reaksiya verərdi: "Dediyim odur ki, buraxılış məntəqəsindən silah gətirə bilməzdilər. Azərbaycanlılar o qədər də sadəlövh deyillər ki, Qarabağdan silah aparılmasına imkan versinlər".

Ermənistanın daxili işlər naziri Vahe Qazaryan bu fonda bildirib ki, Qarabağdan köçən ermənilərin bəzilərinə qarşı cinayət işləri açılıb və bununla Ermənistanın Milli Təhlükəsizlik Xidməti məşğul olur. Qazaryan Azərbaycanın Qarabağ bölgəsindən Ermənistana müəyyən miqdarda silah və hərbi sursat daşındığını qeyd edib. Ermənistanın "Qraparak" nəşri isə başqa bir məqama diqqət edir:  "Ermənistana köçən bir çox ermənilərin gündəlik çörək problemi ilə üzləşdiyi indiki mərhələdə parlament deputatları onsuz da yüksək olan maaşlarına əlavə olaraq mükafatlar alırlar. Yalnız "Şərəfim var" fraksiyasının üzvləri aldıqları mükafatları Qarabağdan gələnlərə verəcəklərini açıqlayıblar. Amma bu da olmayıb. Belə hal Qarabağdan gələnlərin başqa ölkələrə üz tutmasına səbəb olur. Ermənistan hökuməti Qarabağdan köçən ermənilərə "qaçqın" statusu verib. Bu da köç üçün şərait yaradır. Həm də Ermənistan hakimiyyətinin bu addımı Qarabağ sakinləri arasında ikili fikirlərə səbəb olub. Onların bəziləri belə bir qərarı səbrsizliklə gözləyirdilər, çünki onlar Ermənistan hakimiyyətinə inanmırlar və bu status onlara istənilən ölkədən "siyasi sığınacaq" üçün müraciət etmək imkanı verəcək. Digərləri, "Qarabağın gələcəyi"nə ümidini itirməyənlər isə ümidsizliyə qapılıblar. Onlar düşünürlər ki, Nikol Paşinyan yaxın vaxtlarda "Qarabağın statusu" və köç edən şəxslərin geri qayıtması məsələləri ilə məşğul olmaq fikrində deyil, əksinə, baş ağrısından qurtulmağa çalışır və belə bir status verməklə, Ermənistanı yaxın gələcəkdə başqa ölkələrdə məskunlaşacaq Qarabağ sakinlərindən "azad" görməyə ümid edir. Yanaşma belədir ki, adam yoxdursa, problem də yoxdur".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ