çərşənbə axşamı günü, 10 noyabr 2026
     

İrəvandan Kremlə növbəti xəyanət - Rusiya ödənişləri əngəllənir...

Image


Ermənistan xarici siyasətinin təhlili bu ölkənin Rusiyanın təsir dairəsindən kənarlaşmaqda israrlı olduğunu göstərir. Elə bu səbəbdən iqtisadi müstəvidə də İrəvan Moskva ilə əlaqələrinə xələl gətirməkdən çəkinmir. Hər halda, baş verən müəyyən proseslər bunun faktiki təsdiqi hesab olunur.

Rusiyanın “Kommersant” qəzeti yazır ki, Qərbin sanksiyalarından qaçmaq üçün Ermənistan bankları buradan ixrac edilən elektronika: serverlər, mikrosxemlər, prosessorlar üçün Rusiyadan ödənişləri əngəlləyir. Bir çox məqamları açıqlamadan Ermənistan Mərkəzi Bankı yerli kommersiya banklarının köçürmələrlə bağlı siyasətini sərtləşdirdiyini inkar etmir. Xatırladaq ki, Rusiya ordusuna və hərbi sənayeyə dəstək verən şirkətlər sanksiyalar altındadır. “Kommersant”ın açıqlamadığı Rusiya elektronika bazarında çalışan mənbələr Qazaxıstan, Ermənistan və Honq-Konq banklarının son iki həftə ərzində tez-tez bu məhsulların ödənişlərini əngəllədiyini bildiriblər. Rusiya nəşrinin məlumatına görə, bu cür ixrac məhdudiyyətləri altı ay ərzində Rusiyada elektronika qıtlığına səbəb ola bilər. Ermənistan Mərkəzi Bankı “Azatutyun” radiosuna bildirib ki, banklar risqlərini özləri idarə edir və təsdiqləyiblər ki, Rusiyaya qarşı tətbiq edilən yeni sanksiyalarla əlaqədar sərtləşmə var. Ermənistan bankları Rusiyaya qarşı bu addımları atmaqla faktiki sanksiyalara qoşulduqlarını göstərirlər. Eyni zamanda, kommersiya bankları öz qiymətləndirmə meyarlarına görə əməliyyatları risqli hesab etdikdə, müəyyən xarakterli əməliyyatların həyata keçirilməsindən imtinaların sayı da arta bilər. Yəni Rusiyadan Ermənistana bu gedişlə pul köçürmələri daha da azalacaq. Son aylar Ermənistan tez-tez Rusiyaya qadağan olunmuş malların çatdırıldığı tranzit ölkə kimi təqdim edilir. Rəsmi statistika da göstərir ki, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından sonra Ermənistandan Rusiyaya elektronika ixracı xeyli artıb. Məsələn, 2021-ci ilin ilk altı ayında Ermənistandan Rusiyaya 745 telefon və modem ixrac edilibsə, 2022-ci ilin eyni dövründə onların sayı 53 minə çatıb. Bu günlərdə  nüfuzlu “New York Times” qəzeti də  rəsmi sənədə istinadən yazıb ki, Ermənistan keçən il ABŞ-dan çip və prosessor idxalını 515%, Avropa İttifaqından isə 212% artırıb. Amerika nəşrinin məlumatına görə, bu malların 97%-i daha sonra Rusiyaya ixrac edilib və hərbi sənayedə istifadə olunub. Həm ABŞ, həm də Aİ Ermənistana tez-tez xəbərdarlıq edir ki, bu məsələdə Rusiyaya kömək etməsin.

Rəsmi İrəvan isə həmişə iddia edir ki, Ermənistan Qərb sanksiyalarından yan keçmir. Ermənistanın baş naziri Nikol Paşinyan son mətbuat konfransında etiraf edib ki, Qərb tərəfdaşları ilə görüşlər zamanı bu məsələ erməni tərəfinin qarşısına qoyulur və onlar həmişə eyni cavabı verirlər: “Biz Ermənistanın Avrasiya Iqtisadi Birliyin üzvü olduğunu deyirik. Ermənistanın Rusiya ilə strateji tərəfdaşlıq münasibətləri,  dərin iqtisadi və strateji əlaqələri var. Amma Ermənistan Respublikası bu və digər hallara görə Qərbin sanksiyaları altına düşə bilməz. Ona görə də biz Rusiya ilə münasibətlərdə o dərəcədə hərəkət edəcəyik ki, bu, Qərbin sanksiyaları altında qalmamağa imkan verəcək”. Bununla belə, baş  nazir iki erməni şirkətinin artıq necə ABŞ sanksiyaları altına düşdüyünü açıqlamayıb. Ermənistanda qeydiyyatdan keçmiş bu şirkətlərdən biri elektronika satışı ilə məşğuldur, digəri kimya sahəsində işləyir. Hökumət nə Rusiyadan, nə də sanksiyalardan bəhs etmədən may ayının sonunda bir çox texnoloji qurğularla bağlı qərar qəbul edib. Bu qərara uyğun olaraq, həmin malların ixracına və tranzitinə daha ciddi nəzarət edilməlidir, indi onlar üçün müvafiq icazələr tələb olunur. Erməni  hakimiyyəti bunu milli təhlükəsizlik məsələsi hesab edir. Üstəlik, layihəni təqdim edən İqtisadiyyat Nazirliyi öz əsaslandırmalarında qeyd edib ki, bu malların hərbi sənayedə istifadəsinin risklərini istisna etmək lazımdır. Onların arasında çiplər, transformatorlar, məlumat ötürmə avadanlıqları, videokameralar, antenalar, naviqasiya cihazları və bir çox başqa məhsullar var. Hökumət bunu qeyd etməsə də, bu cihazların əhəmiyyətli hissəsi Rusiyaya təkrar ixracs edilir. Məsələn, transformatorlar məhsul qrupunda 2022-ci ilin birinci yarısında 133 minə yaxın cihaz ixrac edilibsə, 2021-ci ilin eyni dövründə onların sayı 33 min ədəd təşkil edib. Qeyd edək ki, Ermənistanın Qərbi dəstəkləmək niyyəti Rusiyada kəskin qarşılanır. Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin qeyd edilən xüsusda bildirib ki, Ermənistan və Mərkəzi Asiyanın bəzi ölkələri risqə getməyə hazır olmadıqlarını və Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşula biləcəklərini açıq şəkildə bildirirlər: “Birtərəfli iqtisadi məhdudiyyətlərin qəbuledilməzliyi və qeyri-legitimliyi ilə bağlı mövqelərin üst-üstə düşməsinə baxmayaraq, onlar müvafiq risqləri öz üzərinə götürmək istəmir. Qərbin məhdudlaşdırıcı tədbirlərinə əməl etməyə hazır olduqlarını açıq şəkildə söyləyirlər”. Onun sözlərinə görə, Rusiya heç kimə qarşılıqlı öhdəliklərə, o cümlədən KTMT, AİB və MDB üzrə öhdəliklərə zidd olmayanda hansı xarici və daxili siyasi kursun aparmalı olduğunu diqtə etmir:  “Biz əminik ki, onlar bunu yaxşı görür və başa düşür - Rusiya ilə əlaqələrin süni şəkildə pozulması bədnam ikinci dərəcəli sanksiyalardan daha ciddi zərərlə nəticələnə bilər”.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ