çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Daha çox Avropa ölkəsi Azərbaycanın təhlükəsiz enerji çətirində...

Image


Təbii qazla təminat sarıdan Avropada daha bir mühüm addım atılıb. Belə ki, Avropa İttifaqı müştərək qaz tədarükü prosesinə keçib. Artıq aprelin 25-dən etibarən ittifaqa üzv ölkələrdə fəaliyyət göstərən kompaniyalar xüsusi portala sifariş yerləşdirə bilər.

Avropa Komissiyasının bəyanatında birgə tədarük prosesinə keçid növbəti qış mövsümünədək qaz anbarlarının doldurulması və beynəlxalq tərəfdaşlarla daha münasib qiymətə razılaşmaların əldə olunması üçün vacib addım adlandırılıb. Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin sözlərinə görə, şirkətlər qaza olan tələbatlarını “AggregateEU” portalında qeydiyyatdan keçirə bilər: “Biz tələbatımızı birləşdirib kollektiv gücümüzü istehlakçılar üçün qiymətlərin yaxşılaşdırılmasına yönəldəcəyik”. Bir müddət öncə Avropa Komissiyası aprelin ortalarına qədər müştərək qaz tədarükü prosesinə başlayacağını, yayda isə Avropa İttifaqı səviyyəsində qaz idxalı üçün ilk müqavilənin bağlanacağını elan etmişdi. İndi bu prosesin başlanması fonunda Azərbaycan qazından istifadə edəcək Avropa ölkələrinin sayında mühüm artım gözlənilir. Burada xatırladaq ki, Azərbaycan Bolqarıstanın paytaxtı Sofiyada Avropaya əlavə qazın tədarükü üçün ötürücü sistem operatoru ilə yeni razılaşma memorondumu imzalayıb. “Həmrəylik halqası” adlandırılan əlavə qaz tədarükü Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.  Memorandumun imzalanması mərasimində çıxışı zamanı prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın qaz təchizatının coğrafiyasını ən azı 10 ölkəyə qədər genişləndirəcək: “Mən “ən azı” ona görə deyirəm ki, fikrimcə, bu, planların sonu deyil. Biz Avropanın qaz bazarında fəaliyyətimizi daha da genişləndirməyi planlaşdırırıq. Bütün bunlardan əlavə, bizim aramızda güclü ötürmə xətləri olacaq və bu, tamamilə yeni vəziyyət yaradacaq. Bir sözlə, biz Avrasiyanın enerji xəritəsini yenidən cızırıq”. Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson qeyd edir ki, Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu sübuta yetirib: “Bu qış enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün Azərbaycan tərəfindən təchiz olunan enerji təchizatı həlledici oldu. Komissiya Xəzər dənizindən təbii qazın Mərkəzi və Şərqi Avropaya çatdırılması üçün alternativ marşrutların təmin edilməsi üçün əlavə səyləri dəstəkləyir”. Beləliklə, Azərbayca qazı artıq ən azı 10 Avropa ölkəsinə çatdırılacaq. Lakin “AggregateEU” portalı vasitəsilə daha çox sayda Avropa ölkəsi və şirkəti ölkəmizdən təbii qaz almaq imkanı əldə edəcək. Enerji məsələləri üzrə təhlilçi İlham Şaban da qeyd edir ki, Bolqarıstanda qaz infrastrukturunun genişləndirilməsi və Azərbaycandan Avropaya qaz həcmlərinin artırılması ilə bağlı tərəflər arasında əməkdaşlıq memorandumunun imzalanması Azərbaycanla həmin ölkələr arasında qazın satışına dair müqavilələrin bağlanmasına yol açıb.O qeyd edib ki, hadisənin əsas mahiyyəti Azərbaycanın Avropada qaz bazarının diversifikasiyası, genişlənməsidir: “Azərbaycan büdcəsində neftin satışından əldə edilən gəlirlərin payı hələlik böyük olsa da, getdikcə qaz ixracatından əldə edilən gəlirin həcmi və dövlət büdcəsində payı artacaq”. Təhlilçi, eləcə də Azərbacanın əlavə qaz ixracaatının ölkənin daxili bazarında qaz istehlakına təsir etməyəcəyini düşünür: “Hər bir ölkə ilk növbədə qaza daxili ehtiyacını ödəyəndən sonra ixrac barədə düşünür”. İlham Şabanın sözlərinə görə, Azərbaycanın qaza daxili ehtiyacı təxminən 13 milyard kubmetr təşkil edir: “Keçən il 35 milyard kubmetr qaz hasil edib, onun təxminən 13 mlrd kubmetri daxili bazara yönəldilib, qalan 22 milyard kubmetri isə ixrac olunub”. Bu ilin yanvarında Energetika naziri Pərviz Şahbazov bildirmişdi ki, Azərbaycan 2022 -ci ildə qaz ixracını 18 faiz artıraraq 22,3 milyard kubmetrə çatdırıb. Nazirin sözlərinə görə, 2022-ci ildə Azərbaycan qazının Avropaya ixracı 11,4 milyard kubmetr (2021 illə müqayisədə 39% artım), Türkiyəyə - 8,4 milyard kubmetr, Gürcüstana isə 2,5 milyard kubmetr təşkil edib.

Avropa İttifaqı ilə keçən il imzalanmış enerji memorandumuna əsasən, Azərbaycandan Avropaya qaz nəqlinin həcmi yaxın illərdə 20 milyard kubmetrə çatdırılmalıdır. ABŞ-ın “The Washington Post” qəzeti yazır ki, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu artır: “Artıq Avropa ölkələri və Azərbaycan qaz tədarükünü artırmaq barədə razılığa gəliblər. Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın milli qaz sisteminin operatorları Azərbaycandan təbii qaz nəqlini artırmaq barədə razılıq əldə ediblər. Bu, çox önəmlidir. Moskvanın Ukraynaya hücumundan sonra Avropa İttifaqı Avropanın enerji mənbələrini Rusiya qazından uzaqlaşdırmağa çalışır. Ötən ilin iyul ayında Aİ 2027-ci ilə qədər Azərbaycan qazının idxalını iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdırmaq üçün bu ölkəylə anlaşma memorandumu imzalayıb. İndi Bolqarıstan təbii qazı Yunanıstanla birləşdirici vasitəsilə Azərbaycandan İtaliyaya çatdırmaq üçün çoxseqmentli boru kəməri layihəsi olan Cənub Qaz Dəhlizinə bağlıdır. Bağlayıcı Bolqarıstana 1 milyard kubmetr Xəzər qazı tədarük etməyə imkan verir ki, bu da ölkənin tələbatının demək olar ki, üçdə birini ödəyir və həcmini ildə 5 milyard kubmetrə çatdırmaq imkanına malikdir”. Qeyd edək ki, Azərbaycan Avropa ittifaqına üzv ölkələr üçün etibarlı enerji ixracatçısı statusuna sahibdir, artıq 27 ilə yaxındır Avropaya neft ixrac edir. Ölkəmiz eyni zamanda qonşu ölkələrə elektrik enerjisi ixrac edir. Bu baxımdan Azərbaycan həm qonşu, həm də Avropa İttifaqı ölkələri üçün etibarlı tərəfdaş statusunu qazanıb. Ona görə də hazırda bu sahədə ölkəmizlə əməkdaşlıq etməyə can atan xeyli ölkələr var. Bütövlükdə imzalanan bütün memorandumlar və Azərbaycanın qonşu ölkələrlə, xüsusilə Mərkəzi və Cənub-Şərqi Avropa ölkələri ilə əldə etdiyi razılaşmalar ölkəmizin siyasi-iqtisadi nüfuzunun Avropada kifayət qədər yüksək olması anlamına gəlir.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ