Bazar günü günü, 13 sentyabr 2026
     

Avrasiyanın enerji xəritəsini dəyişdirməkdən onu yenidən cızmağa qədər - Əliyevin enerji diplomatiyasının 2 mərhələsi... - Aydın QULİYEV yazır...

Image


Qarabağ münaqişəsinin həllindən sonra Azərbaycanın enerji diplomatiyası şaxələnmə istiqamətində yeni mərhələlərə çıxmaqdadır. Bu o deməkdir ki, dünya qüvvələri  müharibədən sonra Azərbaycanın enerji diplomatiyasının daha geniş fəaliyyət imkanları tapdığını görür, eyni zamanda işğal problemindən qurtulmuş Azərbaycanın daha etibarlı və dinamik enerji siyasəti yürüdəcəyini yaxşı başa düşürlər.

Prezident İlham Əliyevin enerji diplomatiyasının davam etdiyi barədə Sofiyada verdiyi bəyanatların ilk növbədə bu amillərə əsaslandığına şübhə yoxdur.

Azərbaycanın ən yeni enerji diplomatiyasının bariz təzahürü Prezidentimizin dediyi kimi "Avrasiyanın enerji xəritəsini yenidən cızmaqdan" ibarətdir. Mütləq qeyd etmək lazımdır ki, Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi və onun yenidən cızılması fərqli məzmunlara malik anlayışlardır. Təbii ki, hər ikisinin müəllifi Prezident İlham Əliyevdir. Onlar bir-birinə zidd deyil, bir-birini tamamlayır və son 15 ildə Avrasiyanın enerji xəritəsində İlham Əliyevin yaratdığı dəyişikliklərin iki mühüm mərhələsini ifadə edir. Əliyevin enerji diplomatiyasının dəyişdirici gücü və məntiqi sadə və aydındır. Enerji diplomatiyamızın ilk mərhələsində əsas hədəf neft və qazın dünya və Avropa bazarlarına çıxarılmasına nail olmaqdan ibarət idi. 2006-2007-ci illərdə Bakı-Tbilisi-Ceyhan və Bakı-Ərzurum kəmərlərinin tikilməsi Əliyevin çox uzaq hədəflərə hesablanmış enerji diplomatiyasının ilkin infrastruktur layihələrinə çevrildi. Hələ o zaman başa düşmək çətin deyildi ki, qardaş Türkiyə son "bazar məkanı" deyil. Türkiyənin özü də istəyirdi ki, qardaş ölkənin enerji nəqliyyat imkanlarını Azərbaycanla birləşdirərək daha böyük bazarlara birgə çıxış əldə edək. Beləliklə, neft və qazı Avropa bazarlarına çıxarmaq enerji diplomatiyamızın ilk mərhələsi oldu. Sonrakı illərdə TANAP və TAP kəmərlərinin çəkilməsi enerjinin əvvəlcə qardaş ölkəyə, sonra isə Avropaya çıxarılması mərhələsinə  son nöqtəni qoydu. Prezident Əliyevin xüsusi vurğuladığı və Avrasiyanın enerji xəritəsini dəyişdirmək siyasətinin mahiyyətində dayanan böyük hadisə budur.

Lakin əlbəttə, Əliyevin enerji diplomatiyası get-gedə dinamik xarakter aldığı üçün onu səngitmək düz olmazdı və Prezidentin sonrakı addımları sübut etdi ki, enerji nəqlinin şaxələndirilməsi, onun bütün Avropanın guşələrinə rişə atması, daha sonra isə "Həmrəylik Halqası" deyilən formaya keçməsi diplomatiyamızın növbəti böyük uğurları olacaq. Beləliklə, neft və qazımızın Avropaya çıxarılması enerji diplomatiyamızın ilk mərhələsi oldu və bu mərhələ Avrasiyanın enerji xəritəsini Prezidentimizin illər öncə dediyi kimi dəyişdirdi.

Avropanın astanasında neft və qaz nəqlinin şaxələndirilməsi Azərbaycanın enerji diplomatiyasının ikinci mərhələsi kimi təzahür etdi. Qazın Yunanıstan üzərindən Albaniya və İtaliyaya, interkonnektor vasitəsilə Bolqarıstan və Rumıniyaya çıxarılması  Azərbaycanın enerji diplomatiyasının tarixi nailiyyətləri kimi ortaya çıxarıldı. Hələ bu da son deyildi. İki gün əvvəl Sofiyada "Həmrəylik Halqası" barədə əməkdaşlıq memorandumunun imzalanması enerji diplomatiyamızın Bolqarıstan-Rumıniya-Macarıstan-Slovakiya istiqamətində daha uzaqlara gedən şaxələrinə çevrildi. Buraya Prezident Əliyevin Sofiyada Azərbaycanın neft, qaz və yaşıl hidrogenin ixrac  meqalayihələri barədə verdiyi bəyanatı əlavə etməyə xüsusi ehtiyac var. Prezidentimiz uğurla icra edilmiş neft və qaz meqalayihələrinin ardınca gündəmdə yaşıl hidrogen layihəsinin olduğunu bəyan etdi. Avropada bunu çox ciddi hadisə kimi qəbul etdilər. Çünki cəmi 2 ay əvvəl Bakıda Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan dördlüyü arasında "Yaşıl enerji" dəhlizinin yaradılması barədə saziş imzalanmışdı. Bu, Azərbaycanın işğaldan azad regionlarında hasil olunacaq külək, günəş enerjisi və hidrogenin Qara dənizin dibi ilə Avropaya nəql layihəsidir. Prezident Əliyev Sofiyada "Həmrəylik Halqası"nın imzalanma mərasimində təsadüfən demədi ki, Azərbaycan "bərpa olunan enerjinin əsas istehsal və nəql mənbəyinə çevrilməyi hədəfləyib". Avropaya neft və qaz nəqlinin daha uzaq məkanlara doğru şaxələndirilməsinə Azərbaycanın "yaşıl enerji" ixracı da əlavə olunur. Beləliklə, əgər neft və qazın Avropaya çıxarılması Avrasiyanın enerji xəritəsini dəyişdirdisə, neft, qaz və yaşıl enerjinin Avropada daha uzaq məntəqələrə qədər şaxələndirilməsi yeni geosiyasi hadisədir. Prezidentimiz Sofiyada "Avrasiyanın enerji xəritəsini yenidən cızırıq" deyərkən məhz bunları nəzərdə tutdu .

Əlavə edək ki, İlham Əliyevin enerji diplomatiyası tək Azərbaycanın deyil, Mərkəzi Asiyanın enerji daşıyıcılarının da Avropaya çatdırılmasının real üsuludur. Artıq Qazaxıstan ildə 1,5 milyon ton neftin Xəzər dənizi üzərindən Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqlinə başlayıb. Türkmənistan qazının Transxəzər boru xətti ilə Avropaya nəqli də  məhz Azərbaycanın infrastrukturları hesabına və şəxsən Əliyevin sayəsində Avropanın strateji layihələri sırasına daxil edilib. Bunun da yaxın gələcəkdə reallığa çevriləcəyi şübhəsizdir. Avropanın enerji təminatı prosesinə Mərkəzi Asiyanın cəlb edilməsi Azərbaycanın enerji diplomatiyasının Avrasiyada enerji xəritəsini yenidən cızdığına dair tutarlı sübutlar sayıla bilər.

İlham Əliyev Avrasiyanın enerji xəritəsini dəyişdi və yenidən cızdı. Bu gün Avropanın ən azı 10 ölkəsi Azərbaycanın yenidən cızdığı enerji xəritəsinin konturları daxilindədir. Albaniyada qazpaylayıcı şəbəkənin qurulmasına Azərbaycanın daxil olması və SOCAR-ın bütün Avropada qaz satışı lisenziyasını rəsmən əldə etməsi hətta Ermənistanda da etiraf olunduğu kimi Azərbaycanın dünyəvi güc və reytinqini artıran amillərdir.

Bir vaxtlar enerji daşıyıcılarını əsasən Rusiyadan və Afrikadan təmin edən Avropanın bu gün məhz Azərbaycanın sayəsində alternativ təminat mənbələri var. Digər mənbələrdə risqlər artdıqca etibarlı tərəfdaş kimi Azərbaycanın statusu daha da möhkəmlənir. Prezident Əliyev Sofiyada haqlı olaraq bəyan etdi ki, Azərbaycan tək enerjidə yox, bütün sahələrdə etibarlı tərəfdaş kimi öz hədəflərinə çatmağa qadirdir. Avropada şübhə edilmir ki, Azərbaycan bu il Avropaya 12, 2027-ci ildə isə 20 milyard kubmetr qaz nəql edəcək. İlham Əliyevin enerji diplomatiyası bütün geosiyasi risqləri istisna etməklə Avrasiyada yeni dövr başladır...

Aydın QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

12.09.2026 / 23:08
Bakıda Günay Həsənovanın təqdimatında Master your makeup təlimi keçirildi

12.09.2026 / 22:14
İran ətrafındakı vəziyyət BRICS ölkələrini parçaladı - yekun bəyannamədə razılığa gələ bilmədilər…

12.09.2026 / 21:47
Rusiya Odessa limanında Ukrayna yük gəmisinə zərbə endirdi...

12.09.2026 / 21:35
Ukrayna Rusiyanın Qara dənizdəki “kölgə donanma”sını çökdürür - 10 həftədə 285 gəmi vurulub…

12.09.2026 / 21:04
"“Məğlublar tragikomedyası”na müəlliflik sizlərə nə verəcək?!” - Emil Rasimoğlu yazır..

12.09.2026 / 20:35
"Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır" - Hikmət Hacıyev

12.09.2026 / 20:10
Dörd ölkə Bakıda “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb

12.09.2026 / 19:48
Dipkorpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatdı

12.09.2026 / 19:25
Ukrayna Rusiyanın Su-33 qırıcısı və 2 Mi-8 helikopteri vurdu…

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

11.09.2026 / 20:31
Trampdan 11 sentyabr mesajı - o tarixi unutmayacağıq...

11.09.2026 / 20:26
Paşinyan 1 oktyabradək Elektrikşəbəkənin 100 faiz səhmlərini Karapetyandan müsadirə edəcək...

11.09.2026 / 20:23
Paşinyan Putini çox pis yerdə yaxaladı - Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...

11.09.2026 / 20:10
Putin qışda Ukraynanın enerji infrastrukturlarına yeni zərbə planları qurub...

11.09.2026 / 19:56
Rusiyada miqrantların işləməyən ailə üzvləri ölkədən qovulur - DİN başçısı Putinə hesabat verdi...

11.09.2026 / 19:40
"Qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq" - ABŞ Səfirliyi

11.09.2026 / 19:20
Paşinyan İran-Gürcüstan yolunun çəkilişini Makronla müzakirə edib...

11.09.2026 / 19:09
Diplomatik korpus nümayəndələri Şuşada... - YENİLƏNDİ

11.09.2026 / 19:03
İran ballistik raketlərin yeraltı istehsalını bərpa etdi -Tramp əndişələnib...

11.09.2026 / 18:45
Çindən İrana dəmiryolu daşımaları başladı - 14 günə 6 min kilometr...

11.09.2026 / 18:22
İran süni intellektlə minlərlə israillinin sirlərini əldə etdi - İsrail ŞOKDADIR...

11.09.2026 / 18:08
Tramp respublikaçı seçicilərə səsləndi - Səs verməsəniz cəhənnəmə gedəcəksiz...

11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"

11.09.2026 / 17:25
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqləndi

11.09.2026 / 17:23
Xəzər dənizində böyük xarici neft şirkətləri ilə 5 milyard dollarlıq mübahisə başladı...

11.09.2026 / 17:11
Qarabağa diplomatik səfərlərin siyasi-tarixi və hüquqi əhəmiyyəti

11.09.2026 / 17:06
ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

11.09.2026 / 16:50
ABŞ Yaxın Şərqdəki hərbi bazalarını çıxartmağı müzakirə edir - İran şok yaşadır...

11.09.2026 / 16:34
Dövlət qurumunun adından istifadə edib 250 min manatlıq dələduzluq etdi, yaxalandı

11.09.2026 / 16:17
İqtisadi Şurada 2027-ci ilin büdcə layihəsi müzakirə olundu - FOTO

11.09.2026 / 15:56
"Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır" - Xüsusi nümayəndə

11.09.2026 / 15:42
Özəl məktəblərin təhsil haqqı ilbəil artır: valideynin şikayəti yenidən araşdırılacaq

11.09.2026 / 15:30
Tramp İranda rejim dəyişikliyi taktikasına yenidən qayıdır...

11.09.2026 / 15:21
Dipkorpus nümayəndələri Qarabağ Universitetində olublar

11.09.2026 / 15:09
"Azərbaycan və Ermənistan liderlərinin görüşü çox konstruktiv mühitdə keçdi" - Hikmət Hacıyev

11.09.2026 / 14:55
Xaçmazda narkotiklərlə bağlı 7 nəfər saxlandı

11.09.2026 / 14:48
Dələduzluqla onlayn kreditə görə vətəndaşı məsul tutmaq əvəzinə bank məsuliyyətini artırmaq olmazdı?..

11.09.2026 / 14:31
Ukrayna üzrə Rusiya-ABŞ danışıqlarının hansı ölkədə olmasının hansı(sa) önəmi var?..

11.09.2026 / 14:16
Pakistan husilərlə bağlı İrana mesaj göndərdi – onları dayandırın…

11.09.2026 / 14:03
92 min müəllimin maaşında artım olacaq - 10 faizdən 35 faizədək...

11.09.2026 / 13:49
"Qarabağda təxminən 100 min mülki şəxs yaşayır" - Hikmət Hacıyev

11.09.2026 / 13:46
Şəfiqə Məmmədova:"Bu vəzifə mənim üçün məsuliyyətdir"

11.09.2026 / 13:28
Şəfiqə Məmmədovanın vahid namizəd olması narazlıq yaradıb

11.09.2026 / 13:24
Hikmət Hacıyev: "Azərbaycanda 32-dən çox terror aktı törədilib"

11.09.2026 / 13:15
Rusiya və Türkiyə Qafqazda və Orta Asiyada “kənar qüvvələrə” qarşı birləşdilər...

11.09.2026 / 13:04
Prezidentin köməkçisi: "Mina insidenti bərpa və yenidenqurma səylərimizə mane olur"

11.09.2026 / 13:00
Şəfiqə Məmmədova AKİ sədri oldu

11.09.2026 / 12:55
"İşğal illəri ərzində Azərbaycanın mədəni irsi dağıntılara məruz qalıb" - Hikmət Hacıyev

11.09.2026 / 12:51
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir

11.09.2026 / 12:41
Ukrayna Saratovda neft emalı zavodunu və “Ozon” mərkəzini vurdu… - VİDEO

11.09.2026 / 12:28
Formula 1-in hazırlıq müddəti 12 aydan 4 aya endirildi...

11.09.2026 / 12:17
Corc Buş 11 sentyabr hücumlarından sonrakı ilk saatlardan danışdı - o an mən müharibə dövrünün prezidenti oldum…

11.09.2026 / 12:10
Diplomatik korpus nümayəndələri Xankəndi Mədəniyyət Mərkəzində...

11.09.2026 / 12:02
Eldəniz Quliyev:"Həmidə Ömərovanı dəstəkləyirəm"

11.09.2026 / 11:48
Oman sahillərində daha iki gəmi vuruldu…

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ