çərşənbə axşamı günü, 10 noyabr 2026
     

BMT-də islahat zərurəti dünyanı yenidən çalxalayır...

Image


Dünyanın ən böyük təşkilatı olan BMT-də islahatların aparılması son dövlərdə daha tez-tez gündəmə gəlir. Bu qurumda islahatları dəstəkləyən ölkələrdən biri də Azərbaycandır. Xüsusən də BMT Təhlükəsizlik Şurasının islahatı ciddi zərurət kimi çıxış edir.

Qeyd edək ki, cari ilin yanvarında Misir Ərəb Respublikasının prezidenti Əbdülfəttah Əs-Sisi ilə görüşündə yenidən bu mövzuya toxunan prezident İlham Əliyev vurğulayıb: “Hesab edirəm ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir. Bir daimi yer mütləq İslam Əməkdaşlıq Təşkilatının üzvünə verilməlidir və İslam Əməkdaşlıq Təşkilatı özü məsləhətləşmələr əsasında bu namizədliyi irəli sürməlidir. Digər daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə bu yerə sahib olmalıdır. Hesab edirəm ki, bu, ədalətli olar”. BMT Təhlükəsizlik Şurasında islahatların zəruriliyi qurumun son iclasında baş verənlər fonunda bir daha öz təsdiqini tapdı. Burada ABŞ, Britaniya, Yaponiya və Avropa İttifaqının bir neçə ölkəsi BMT Təhlükəsizlik Şurasının islahatına çağırıblar. Qeyd edək ki, aprelin 24-də Nyu-Yorkda BMT Təhlükəszilik Şurasında keçirilən iclasa Rusiyanın xarici işlər naziri Sergey Lavrov sədrlik edib. Hazırda Təhlükəsizlik Şurasına rotasiya qaydasında Rusiya sədrlik edir. İclası giriş sözü ilə açan Lavrov deyib ki, dünya Soyuq müharibə illərində olduğu kimi təhlükəli xəttə çatır. Nazir qeyd edib ki, BMT-nin Təhlükəsizlik Şurasında Qərb ölkələri həddən artıq çox, başqa regionların ölkələri isə azdır. Lavrovun fikrincə bu, beynəlxalq münasibətlərin çoxtərəfli olmasına imkan vermir. Lavrov Rusiyanın Ukrayna üzərinə hücumuna görə ABŞ-ı və onun müttəfiqlərini ittiham edib. O iddia edib ki, Rusiya qoşunlarının məqsədi “adamların Kiyev rejimi tərəfindən qırılmasına son qoymaq və NATO-nun yaratdığı təhlükənin qarşısını almaqdır”.

Lavrov eyni zamanda onu BMT Təhlükəsizlik Şurasına səfərdə müşayiət edəcək jurnalistlərə vizaların verilməsinin ləngidilməsini pisləyib. Onun sözlərinə görə, ABŞ səfirliyi jurnalistlərə viza verəndə artıq nümayəndə heyətini aparan təyyarə havaya qalxmışdı. ABŞ-ın Təhlükəsizlik Şurasındakı nümayəndəsi Linda Tomas-Qrinfild deyib ki, bu ay bu quruma sədrlik edən Rusiya qəsbkar müharibə aparmaqla, taxıl razılaşmasını pozmaqla və nüvə silahlarına nəzarət üzrə müqavilədən çıxmaqla BMT-nin nizamnaməsini kobud şəkildə pozub: “Bizim iclasımızın riyakar sədri Rusiya qonşusu Ukraynaya müdaxilə edib və BMT Nizamnaməsinin və əziz bildiyimiz bütün dəyərlərin ürəyinə zərbə endirib. Bu qanunsuz, səbəbsiz və lüzumsuz müharibə bölüşdüyümüz ümumi dəyərlərə birbaşa ziddir. Təcavüzkar müharibə və ərazi qəsbkarlığı heç bir vəchlə məqbul sayıla bilməz. Bizim burda oturduğumuz bir vaxtda Rusiya qüvvələri Ukrayna mülkilərini öldürməkdə və şikəst etməkdə davam edir”. Xanım Tomas-Qrinfild Rusiyada həbs olunmuş ABŞ vətəndaşları, casusluqda ittiham olunan Pol Uilan və Evan Gerşkoviçin məsələsini xatırladıb və onların dərhal azad olunmasını tələb edib. ABŞ səfirinin sözlərinə görə, BMT hazırda “etimad böhranı” yaşayır. O deyib ki, təcavüz və ərazilərin qəsb olunması beynəlxalq hüquq baxımından yolverilməzdir. Tomas-Qrinfild çıxışında BMT sistemində islahatların keçirilməsinə çağırıb. Onun bu mövqeyi ilə Britaniya və Fransa səfirləri də razılaşıblar.

Məsələ ilə bağlı Britaniyanın BMT-dəki səfiri Barbara Vudford deyib: “Rusiyanın Ukraynaya müdaxiləsi ukraynalılara təsəvvürolunmaz iztirablar gətirib və Rusiyanın özü üçün də fəlakətə çevrilib. Rusiyada hazırkı nəsil gələcəyindən məhrum edilib və hökumət bunun səbəbini izah da etmir”. Fransa səfiri Nikolya de Rivyer deyib ki, Rusiya bundan əvvəl də beynəlxalq hüququn aliliyi prinsipini pozub. Onun sözlərinə görə, Rusiyanın 2008-ci ildə Gürcüstana müdaxiləsini, 2014-cü ildən bəri Donbas separatçılarına dəstəyini və İrana qarşı silah embarqosunu pozmasını yalnız bununla izah etmək olar. Rivyer bildirib ki, Fransa və Meksika təşəbbüslə çıxış ediblər. Bu təşəbbüsə uyğun olaraq Təhlükəsizlik Şurasının daimi üzvlərinə söhbətin kütləvi vəhşiliklərdən getdiyi vaxtlarda özlərinin veto hüququndan çəkinmələri tövsiyə edilir. Yaponiyanın BMT-dəki səfiri İsikane Kimihiro da Rusiyanı öz veto hüququndan Təhlükəsizlik Şurasının qərarlarını iflic etmək məqsədilə istifadədə ittiham edib. Kimihiro Rusiya qoşunlarının Ukraynadan çıxarılmasını tələb edib: “Rusiya ilk növbədə bütün qoşunlarını və texnikasını Ukraynanın beynəlxalq aləmdə tanınmış sərhədləri içərisindən dərhal və qeyd-şərtsiz çıxarmalıdır. Bu, həm kinayəli və hətta faciəli vəziyyətdir ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya Federasiyası burada BMT Nizamnaməsinin müdafiəsi üçün səmərəli çoxtərəflilik barədə debatlar açdığı bir vaxtda onun Ukraynaya qarşı birtərəfli təcavüzü davam edir”. Yaponiya nümayəndəsi də Təlükəsizlik Şurasında islahat aparılmasına çağırıb. Təhlükəsizlik Şurası yanında Avropa İttifaqı nümayəndə heyətinin rəhbəri Olaf Skuq deyib: “Rusiya özünü BMT Nizamnaməsinin və çoxtərəfliyin müdafiəçisi kimi təqdim etməyə çalışır. Heç nə həqiqətdən bu qədər uzaq ola bilməz. Bu, sadəcə olaraq arsızlıqdır”. Lakin BMT-dəki Çin diplomatik missiyasının rəhbəri Çjan Tszyun Təhlükəsizik Şurasında islahatların aparılması təşəbbüsünə qarşı çıxıb. O deyib ki, nizamnaməni islah etməkdənsə, hərənin özündən başlaması lazımdır: “Biz bəzi ölkələrin öz iradəsini beynəlxalq birliyə zorla qəbul etdirməsinin əleyhinəyik”. Çin səfiri konkret ölkə adı çəkməsə ölkələri birtərəfli sanksiyalar qoymaqdan çəkinməyə çağırıb. Xatırladaq ki, BMT-nin nizamnaməsi 1945-ci il 26 iyun tarixində imzalanıb və 1945-ci il 24 oktyabrda qüvvəyə minib.  BMT-nin əsas orqanları BMT Baş Məclisi, Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir. 80 il əvvəl qəbul edilən nizamnamə yeni dövlətlərin yaranması, dünyada yaranan yeni reallıqlar fonunda müasir tələblərə cavab vermir. Məhz bu səbəbdən də bir sıra hallarda BMT qlobal miqyasda baş verənlərə operativ yanaşma sərgiləmir. Ona görə də qurumda, xüsusən də onun Təhlükəsizlik Şurasında islahatlar zəruridir.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ