çərşənbə axşamı günü, 10 noyabr 2026
     

"Qadınların seçimi inkişaf və özünü təsdiqdir" - Afət Həsənova

Image


Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Sahibkarlar Gününün təsis edilməsi haqqında” 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən, hər il  aprelin 25-i Azərbaycanda Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün təsis olunması dövlətin bütövlükdə iqtisadiyyatın inkişafına göstərdiyi diqqətin təzahürüdür.

Son illər qeyri-neft sektorunun davamlı tərəqqisi, sahibkarlığın daha da inkişaf etdirilməsi,  sosial-iqtisadi irəliləyişlər fonunda  məşğulluğun təmin olunması cəmiyyət üçün kifayət qədər prioritet məsələlərdir.  Bu istiqamətdə qazanılan uğurları bir də qadın zəhməti işıqlandırırsa, o zaman qadın sahibkarlığının inkişafı da müzakirə predmetinə çevrilir. Sahibkarlar günü ərəfəsində Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin üzvü, Yeni Azərbaycan Partiyasının üzvü, “Kontinental” şirkətinin təsisçisi, tibb üzrə fəlsəfə doktoru, dosent, "Tərəqqi" medallı Afət Həsənova ilə həmsöhbət olduq. 

 - Afət xanım, Sahibkarlar Günü ərəfəsindəyik.  İstərdik öncə, qadınların sahibkarlığın inkişafındakı rolundan danışaq...  

  - Məlum olduğu kimi, Cənab Prezident İlham Əliyevin imzaladığı 21 aprel 2016-cı il tarixli sərəncamına əsasən hər il  aprelin 25-i  "Sahibkarlar Günü" kimi qeyd olunur.  Öncə qeyd etmək istərdim ki,  son illər özəl sektorun inkişafı istiqamətində atılan  mühüm addımlar, müşahidə olunan nəticələr sevindiricidir. İllər öncə  qeyri-neft sektorunun inkişafı ilə bağlı  həyata keçirilən köklü islahatlar bu gün öz bəhrəsini verməkdədir. Ən müxtəlif sahələrdə sahibkarlara yaradılan münbit şərait, sahibkarlıq subyektlərində yoxlamalara son verilməsi, yerli istehsalın artırılması və  dövlət tərəfindən dəstəklənməsi, sosial sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən layihələr, əlbəttə, sahibkarlığın inkişafına ciddi təkan verir. Bu baxımdan çoxlu sayda yaradılan sənaye və texnologiya parklarını, eləcə də sənaye məhəllələrini,  ixracın və investisiyaların təşviqi və dəstəklənməsi kimi mühüm faktorları da qeyd etmək lazımdır.

Bu baxımdan dövlətin həyata keçirdiyi kompleks iqtisadi inkişaf strategiyası bütün Azərbaycan qadınları üçün geniş imkanlar açır. Qadınlarımız uzun illərdir ki,  siyasi, ictimai işlərdə nümunəvi fəaliyyət göstərirlər.  Bu gün Azərbaycan qadını  siyasətdə, ictimai fəaliyyətdə,  səhiyyədə, təhsildə və mədəniyyət sahəsində öz potensialını gerçəkləşdirir,  ölkəmizi beynəlxalq arenada uğurla təmsil edir. Eyni zamanda  dövlət  strukturlarında, seçki orqanlarında, yerli özünü idarəetmə qurumlarında qadınların təmsilçiliyi artmaqdadır.  Bütün sadalanan arqumentlər dövlətin qadınlarla bağlı həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir. Bu baxımdan əlbəttə,  iqtisadi sferada fəaliyyət göstərən  qadınların inkişafı, onların biznesə marağının artması, sahibkarlıq subyektinə çevrilməsi üçün geniş imkanlar var və qadınlar bu imkanlardan yararlanır. Həm öz sosial rifahını yüksəldir, həm ailəsinə dəstək olur, həm öz ayaqları üzərində möhkəm dayanaraq ətrafındakı insanların da işlə təmin olunmasında rol oynayır. Vergi ödəyicisi kimi özünü təsdiq edən qadınlar ümumilikdə dövlətimizin vergi siyasətinə dəstək olur. Əslində  qadınlar tarixin bütün mərhələlərində dövlətin, cəmiyyətin, iqtisadiyyatın, mədəniyyətin inkişafında rol oynayıb,  günümüzdə  bu rol daha da genişlənməkdədir. 

- Qeyd etdiyiniz kimi qadın sahibkarlığının inkişafı son illər aktualdır. Bu  istiqamətində dövlət və qeyri-dövlət sektoru tərəfindən dəstəklənən  layihələr və onların nəticələri ilə bağlı fikirləriniz də maraqlıdır...

  - Bəli, qadınların biznesdə rolu son illər xüsusilə artıb. Bu əlbəttə sevindiricidir. Dövlət və qeyri-dövlət sektorları tərəfindən qadınlara sahibkarlıqla məşğul olmaq üçün yeni  imkanlar yaradılır. Qanunvericilik bazasına görə istənilən şəxs azad sahibkar kimi fəaliyyət göstərə bilir. Bu mütərəqqi addımlar dövlətin sahibkarlıq subyektlərinə diqqətinin  göstəricisidir. Qadınların iqtisadi potensiallarının artırılması üçün, onlara  hüquqi, texniki və maliyyə yardımlarının göstərilməsi, güzəştli kreditlərin verilməsi istiqamətində mühüm işlər həyata keçirilir. Bu islahatların nəticəsidir ki,  qadınlar arasında iqtisadi fəallıq günbəgün artır. Statistikaya görə, son iki ildə Azərbaycanda  sahibkar qadınların sayı iki dəfə artıb. Bu isə bir daha qadınların cəmiyyətin inkişafındakı roluna, onların sahibkar kimi fəallığının artmasına böyük önəm verildiyinin təsdiqidir.  Güzəştli kreditlərin verilməsi, bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı ilə məşğul olanların bütün vergilərdən azad edilməsi əlbəttə, qadın sahibkarlığının inkişafına böyük kömək və dəstəkdir. İnanıram ki, bütün yaradılan imkanlardan qadınlar maksimum dərəcədə faydalanaraq topladıqları təcrübə ilə   bundan sonra da dövlətimizin iqtisadi həyatına daha çox töhfə verəcəklər.

- Hər il ölkə başçısı tərəfindən müxtəlif sahələrdə, həmçinin sahibkarlıqda uğur qazanan qadınlar təltif olunur, dəyərləndirilir. 8 Mart Qadınlar Günü münasibətilə də  bir qrup qadın uğurlu fəaliyyətinə görə  təltif olundu.  Onlardan biri də sizsiniz...

 - Bəli qeyd etdiyiniz kimi,  bu il 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Prezident İlham Əliyev ölkəmizin ictimai,  iqtisadi, sosial həyatında səmərəli fəaliyyətlərinə görə bir qrup qadını, o cümlədən məni də “Tərəqqi” medalı ilə təltif etdi. Əlbəttə, dövlət başçısının imzası ilə təltif olunmaq çox qürurvericidir.  Cənab Prezident 8 Mart günü münasibətilə qadınlara ünvanladığı təbrikdə Azərbaycan qadınının milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında,  doğma dilimizin  əsrlərin sınağından çıxaraq bu günə qədər yaşamasında, milli dövlət quruculuğundakı müstəsna xidmətindən, vətənpərvər nəsillər böyütməsindən, 44 günlük Vətən müharibəsində əsgərin-dövlətinin yanında olmasından, bir sözlə qadınlarımızın dövlətçilik tarixindəki rolundan geniş bəhs edib. Fikrimcə,  qadınlar üçün bu dəyərdən böyük mükafat ola bilməz. Bu qədər böyük məsuliyyət, gərgin iş rejimi, səngərdə Azərbaycan üçün döyüşən  dövlət başçısı qadınları  təltif etməyə, diqqət göstərməyə də vaxt ayırır. Tanrı bu qədər gücü, böyüklüyü, alicənablığı seçdiyi bəndələrinə lütf edə bilər. Bu etimada görə cənab Prezident İlham Əliyevə öz dərin təşəkkürümü bildirirəm. Bütün fəaliyyətim boyu  bu etimadı doğrultmağa, layiq olmağa çalışacam. Hesab edirəm ki, dövlət başçısının imzası ilə aldığımız mükafatın çox ciddi mənəvi çəkisi var. Bu  tək bizə deyil, müxtəlif sahələrdə fədakarcasına çalışan bütün Azərbaycan qadınlarına verilən dəyərdir və bu təltiflər biz qadınların üzərinə düşən məsuliyyəti daha da artırır. 

 - Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İdarə Heyətinin üzvü kimi fikrinizcə,  qadınların birgə fəaliyyəti, təşkilatlanması sahibkar xanımlar üçün nə kimi əhəmiyyət kəsb edir?

- Ümumiyyətlə kollektiv fəaliyyət bütün sahələrdə mövcuddur və müsbət nəticələri də bütün cəmiyyətə bəllidir. Qeyri hökumət təşkilatlarının aktiv fəaliyyəti vətəndaş cəmiyyətinin inkişafına təkan verir. Bu baxımdan Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası da qadınları birləşdirən səmərəli bir platformadır.  Müxtəlif sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların AQSİA ətrafında birləşməsi həm assosiativ fəaliyyət baxımından, həm də əməkdaşlıq baxımından kifayət qədər ciddi əhəmiyyət kəsb edir.   Mütəmadi keçirilən təlimlər, görüşlər, treninqlər mütləq ki, gənc sahibkarlar və sahibkar olmaq istəyən gənc qızların bilik-bacarıqlarını təkmilləşdirməsinə dəstəkdir.  AQSİA kimi platformalar qadınların birliyi, kollektivçiliyi baxımından da əhəmiyyətə malikdir.

- Yəqin razılaşarsınız ki, qadınlar biznes sahəsində əvvəllər bu qədər fəal deyildi.  Bu günkü mənzərəni necə qiymətləndirirsiniz:  qadınlar İnkişaf etməyə iddialıdir, yoxsa, zərif çiyinlərinə daha çox "yük" götürməyə məcburdur?  

  - Öncə xatırladaq ki,  Azərbaycan qadınları tarix boyu güclü cinsin nümayəndələri ilə çiyin-çiyinə çalışıblar. Ən yaxın tariximizə nəzər salaq:  qadınların dövlət orqanlarında fəal iştirakını təmin etmək məqsədilə Ulu Öndər Heydər Əliyev 2000-ci il mart ayının 6-da "Dövlət Qadın Siyasətinin həyata keçirilməsi" haqqında fərman imzalamışdır. Hesab edirəm ki, həmin fərmandan sonra ölkəmizdə qadın siyasəti yeni mərhələyə qədəm qoydu. Nəticə etibarilə  ölkəmizdə qadınların ictimai-siyasi sferada təmsilçiliyində keskin artım müşahidə edildi. Bu gün qadınların cəmiyyətin inkişafındakı  önəmli rolundan çox danışa bilərik.   

Bəllidir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyevadır. Yəni bu qədər yüksək dövləti vəzifədə qadın təmsil olunur.  Müxtəlif dövlət qurumlarında, güc strukturlarından tutmuş Gənclər və İdman nazirliyinə qədər ən yüksək postlarda da qadınlar çalışır. Əlbəttə, bu göstəricilər  qadınlarımız üçün güclü  stimul,  gələcək nəsillər üçün isə gözəl örnəkdir.   Bir sözlə, qadınların, qızların inkişafı məsələsi dövlət üçün  prioritetdir. Mən düşünmürəm ki, qadınlar məcburiyyətdən üzərlərinə məsuliyyət götürürlər. Xeyir, sadəcə ölkədə yaradılan biznes mühiti, imkanlarla yanaşı, xanımlara motivasiya mənbəyi olacaq gözəl nümunələr var. Məncə qadınlar, qızlar Mehriban Əliyeva kimi örnəkdən güc alır. Qadınların seçimi  inkişaf və özünü təsdiq, potensialını realizə etməkdir. Bütün bu imkanları yaratdığı üçün biz qadınlar cənab Prezident İlham Əliyevə və   Birinci vitse-prezident  Mehriban xanım Əliyevaya minnətdarıq. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir qadın, həkim, vətəndaş olaraq qadınlara göstərdiyi  diqqət və qayğıya görə mən də  öz adımdan dövlət başçısına və xanımına  sonsuz təşəkkürümü bildirirəm.

Sevil  Qafarova




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ