Ermənistan Azərbaycanın suveren ərazisindəki bütün hərbi təxribatları dərhal dayandırmalıdır. Bu barədə şənbə günü Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsindəki paylaşımda bildirilir.
"Şuşa rayonu ərazisində Ermənistanın hərbi təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi yük maşını qəsdən basdırılmış minaya düşüb və mina partlayışı nəticəsində 3 hərbçi yaralanıb. Ermənistan Azərbaycanın suveren ərazisindəki bütün hərbi təxribatları dərhal dayandırmalıdır!", - deyə paylaşımda bildirilir.